Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 

29

qoymaqla bilirdi. Maarifçilikdə təbiilik pafosu, «təbiətə aid olanlara» üstünlük verilməsi özündən 



başqasını özünü bildirənlərə, yəni bildiricilərə düşmənçilik törədirdi. Maarifçiliyə görə nəsnələr 

dünyası gerçəkdir, bildiricilər dünyası, sosial ilişgilər çevrəsi isə yanlış özüldə qurulmuş 

uyqarlığın, sivilizasiyanın sonucudur. Ona görə də Maarifçilik konsepsiyasında dəyərli və əsl varlıq 

hadisələri kimi insanın antropoloji mahiyyəti, fiziki xoşbaxtlığı, əməyi, bioloji proses kimi başa 

düşülən yaşamı götürülürdü. Pul, rütbə kimi bildiricilər yalanın simvolları adlandırılırdı (107). 

Avropa Maarifçilərinə yönəlik göstərilən bu əlamətləri açıq və ya örtülü biçimdə Azərbaycan 

Maarifçilərinin fəlsəfəsində tapmaq çətin deyil, özü də Azərbaycanda bu fəlsəfə ən öncə Ortaçağ 

mədəniyyətinin xarakterik dünya anlamına, yaşayış prinsipinə qarşı yönəlmişdi. Örnəklər üçün M.F. 

Axundzadənin yaradıcılığına baxmaq olar. «İnsan tələbatı haqqında» məqaləsində o, fiziki gərəkləri 

ilkin başlanğıclardan biri kimi açır, hərçənd insanın yetkinliyində əqli və fiziki tələbatlarının 

uyarlığını M.F. Axundzadə prinsipial sayır. Ancaq problemimiz üçün önəmlisi odur ki, Azərbaycan 

maarifçisinin antropologiyasında fiziki gərəklərə verilən üstünlük Ortaçağ rəsmi mədəniyyət 

göstəricilərinə tam uyuşmazdır (108). Eyni Maarifçilik prinsipini «Yek kəlmənin tənqidi» 

məqaləsində də görmək olar (109). Burada humanizm mövqeyindən Şəriətin ziddiyyətlərini açan 

M.F. Axundzadə təbiət baxımından qadınla kişinin, müsəlmanla müsəlman olmaənın bərabərliyini 

göstərir, bir sözlə, ədalət mövqeyindən çıxış edir. Özü də Avropa maarifçilərində olduğu kimi, 

Azərbaycan maarifçisində də ədalət təbiət qatında olan bərabərlik prinsipinə əsaslanır. 

 

Ortaçağ incəsənətində bildirici ziddiyyətləri 



 

Orta yüzillər Azərbaycanında incəsənət yapıtlarının bildirici sırası kimi qavranılması 

əlimizdə olan tekstlər əsasında yaxşı canlandırıla bilər. Ancaq bu problemə keçmək üçün qabaqca 

semiotikada fərqləndirilən ikonik və konvensional işarələrə, bildiricilərə baxmaq gərəkdir. İkonik 

bildiricilərin qarşılığı kimi azərbaycanca «görükdürücü» və ya «görükdürən bildirici, işarə» 

terminlərini işlətmək olar, çünki «ikon» yunan sözünün lüğəti mənası «təsvir», «görükdürücü»dür.  

İkonik bildiricini qavrayvanda elə bil onun əvəz etdiyi obyektin özünü qavrayırsan. İkonik 

bildiricinin formasından işarə edilənin özü sezilir. Görükdürən bildiricilərə (ikonik işarələrə) portret 

şəkilləri tipik örnəkdir. Aydın məsələdir ki, oxşarlığın dərəcəsi ayrı-ayrı bildiricilərdə ayrı-ayrı olur. 

Bir obyektə fotoşəklin oxşarlığı ilə karikaturanın bənzərliyi eyni deyil. Bənzərliyin çoxalma və 

azalma yönümündə dərəcələri var. Çoxalma yönündə bənzərliyin artması ikonik bildiricilərdən 

obyekti daha böyük dəqiqliklə göstərməyə imkan verir. Bunun üçün təsvirdə daha çox nöqtələr 

obyektdəki nöqtələrə uyğun gəlir. Məsələyə konkret baxaq. Araşdırıcılar Təbriz və Ərdəbildə 

toxunmuş xalıların rəsmlərində, naxışlarında obyektə daha yüksək oxşarlıq olduğunu söyləyirlər. 

Bu isə həmin xalılarda ilmələrin böyük sıxlığı ilə, yəni biz deyərdik ki, obyekti göstərmək üçün 

bildiricinin içində daha çox «görükdürücü» nöqtələrin olması ilə açımlanır. Maraqlıdır ki, xalıların 

bu görükdürücü prinsipi ilə texniki araçlarda dəqiq təsvir almağın texnologiyası arasında aydın 

oxşarlıq var. Mühəndis lentin, teleekranın «buraxıcılıq» imkanlarından danışanda analoji 

göstəriciləri deyir. Elektron-hesablayıcı maşınlar vasitəslə alınan təsvirlər isə müəyyən «atomların» 

sadə müstəvidə dürlü birləşmələrdə və sıxlıqda düzülməsindən alınır (113). Özü də obyektin 

elementlərini bildirmək üçün nöqtələrin sayı nə qədər çox olursa, ikonik bildiricinin görükdürücü 

dəqiqliyi bir o qədər artır (ill. Vİ). Biz burada atom sözünü məqsədli işlətdik. Çünki texniki 

araçlarda təsvirin belə qurulması ilə əski atomistik nəzəriyyələr arasında yaxınlıq var. Məsələn, 

Demokrit hesab edirdi ki, hər nəsnə dürlü həndəsi quruluşlu atomların birləşməsindən törəyir. Və 

bu atomlar sökülüb uzaqlaşında nəsnə də yox olur. Hərçənd Demokrit atomlardan qurulan təsvirdən 

yox, şeyin özündən danışırdı (114). Bu mənada Ortaçağ müsəlman Doğusunda əşşarilər adlanan 

kəlamçılar (sxolastlar) atomistik prinsipdən təsvirin texniki vasitələrlə alınması prinsipinə daha 

yaxın olan ideyalar çıxarmışdılar. Özü də əşşarilərin bu prinsipi «Allah – təbiət» ilişgilərini ən 

əcayib düzümlərə salmışdı. Maymonid (İbn Məymun, əsl adı Moşe ben Maymen Əbu İmran Musa 

bin Məymun İbn Abdullah əl-Qütrubidir, yəhudi filosofu, teoloqu və məntiqçisidir, əsərlərini ərəb 

dilində yazmışdır) onların konsepsiyasını açıqlaənda yazır ki, əşşarilərin əqidəsincə, hər hansı nəsnə 

bölünməz balaca qırnıqlardan yığılıb. Nəsnə həmin qırnıqların birləşməsi şəklində peyda olur. 




 

30

Ancaq Demokritin, Epikürün söylədiyi kimi, əşşarilərdə bu qırnıqlar əbədi deyil, Allah onları 



aramsız olaraq hər an yaradır və bu aramsız yaradılış aktını hansı nöqtədə kəsirsə, orada da atomlar 

yox olur. Əgər Allah istəyirsə ki, bir nəsnə dəyişməz, daənıqlı görünsün, onun görünüşünü məhz 

«belə» edən atomlar birləşməsini hər an təkrar-təkrar yaradır, cismi yox etmək istəyəndə isə onun 

atomlarını bir daha yaratmır və cism... sönüb heçə dönür. O ki qaldı atomların hər an heçə dönüşü 

ilə yenisinin var olması arasındakı fasiləyə, bu fasilə qavrayışın tuta bilməyəcəyi bir andır, ona görə 

də cismi törədən atomların varlığı sürəkli görünür, heçliklə sınırlanmış biçimdə qavranılmır. Allah 

möcüzə yaratmaq istəyəndə isə bir an nəsnənin görünüşünü törədən atomlar düzümünü işıq 

nöqtələri kimi «yandırdıqdan» sonra ikinci an elə atomlar düzümü yaradır ki, sonucda başqa 

nəsnənin görünüşü peyda olur. Məsələn, Allah istəsə, bu yolla insanı dağ boyda edər, fili isə milçək 

boyda göstərər (115).  

 

 

İll. Vİ. 



 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə