Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 

25

möminliyin dişarı davranış simvolları ilahiyyatçıları qane etmirdi (88). Bir çox ilahiyyatçılara görə, 



insanın yaxşı davranışı o zaman dəyərli olar ki, daxili, səmimi niyyətin nəticəsi kimi ortaə çıxsın. 

Sufizmdə də daxili deqradasiyaə qarşı müqavimətin forması kimi belə bir müddəa formalaşmışdı. 

Hərçənd məlamətçilərin sufi mərifətini, sufi mənsubiyyətini bildirən davranış simvollarına qarşı 

düşmən kəsilməsi ən əcayib, üzdə əxlaqa, dinə zidd olan eyləmlərə gətirib çıxardığı halda, Qəzali 

onların tərsi olaraq dini ayinin davranış simvollarına (namaz, oruc və s.) əhəmiyyətli, gərəkli 

formalar kimi baxırdı. 

Davranış semiotikası baxımından Orta yüzillər Azərbaycan incəsənətinin bəzi növlərini 

öyrənəndə yeni məsələlər açılır. İş burasındadır ki, Ortaçağ poemalarının görklərinə, simvollarına, 

bildiricilərinə məna yığan başlıca amillərdən biri onların davranışlarının təsviri idi. Personajın 

etdiklərini göstərəndə bu edilənlər bildirici kimi hansısa əxlaqi, psixoloji və s. anlamları bildirirdi 

ki, sonra da həmin mənaların əsəri qavraənın bilincində yığılması yavaş-yavaş bədii görkün, obrazın 

formalanmasına gətirib çıxarırdı. 

Ortaçağda yazılmış süjetli əsərləri üç növə ayıra bilərik. Birinci növ, əsasən, davranışların 

yazıya alınması, yazılaşması üstündə özünün bədiiliyini qurur. Bu, Şərəf xan Bidlisinin 

«Şərəfnamə»sində özünü aydın göstərir. Belə tekstlərdə davranışın nəyi bildirməsi, bir çox 

hallarda, ayrıca açıqlanmır. Personajın bilincində baş verən refleksiyalar, yəni özünüdüşünmələr, 

özünüdəyərləndirmələr belənçi əsərlərdə minimuma enir. Poema hərəkətlərin bir-birinə 

keçməsindən, bir-birini törətməsindən, bir-birinə calanmasından yaranan cızıq kimi açılır və uzanır. 

Xəttin açılması bəzən yavaşıyırsa, haçalanıb bir an müstəvi genişliyində budaxlanırsa, bu, adətən 

dialoqlar, ya da mənzərə göstəriləri olur.  

İkinci növün tekstlərində davranış görükdürücüləri minimuma enir. Şairin və ya 

personajların iç yaşantısı, düşüncələri isə tekstin böyük kəsimini tutur (89). Üçüncü növ orta tipdir. 

Onun bədii sistemində birinci və ikinci növün başlıca özəllikləri dürlü tənasüblərdə birləşir. 

Davranış görükdürücüləri üstünlük təşkil edən tekstlərə örnək kimi «Dastani-Əhməd 

Hərami»ni (XIII yüzil) göstərmək olar. Bu əsərdə personajların getməsi, gəlməsi, işi, danışığı ilə 

bağlı hərəkət təsvirləri üstün yer tutur. Ona görə də dastanın şüura xas refleksiya, düşüncə, duyğu 

incəlikləri ilə az maraqlanan poetik dünya modeli olduqca plastik və dinamikdir: məkanda 

personajların «cızdığı» əl, bədən hərəkətlərinin, yerişin bu modeldə görünməsi belə təsəvvür oyadır 

ki, dastanın verdiyi dünya şəklində onların düşüncəsi etdiklərinin sınırlarından qırağa çıxmır. Ya 

düşüncə davranışa yönüm, sınır verir, ya da tərsinə, davranış düşüncəyə açılmaq üçün hüdudlar 

qoyur. Bütün bünlar plastikliyin alınmasına gərəkli olan düşüncə və bədən birikməsini verir. Birinci 

növə aid tekstlərdə düşüncə hətta hərəkətə sərhəd qoyanda belə ondan tam asılısız qalmır. Çünki 

bədən hərəkətə başlamazdan qabaq düşüncə dürlü yönlərə çırpınıb açılmır. Düşüncədə bədən 

sadəliyi, aydınlığı özünü göstərir. Düşüncə elə bil bədənin edəcəyinin ovsununa düşür. Məcnunun 

plastikasından görmüşdük ki, öz ziddiyyətləri, cürbəcürlüyü, şiddəti ilə düşüncə bədəni 

duyğulandırır, çırpındırır. Birinci növə aid tekstlər isə bizə belə davranışı, bədəni canlandırmır. 

«Dastani-Əhməd Hərami»dən necə gəldi götürdüyümüz aşağıdakı parçadan dediklərimizi sezməyə 

çalışaq: 

 

Düni günə qatıb bular çü getdi, 

Beş-on gündə bular Bağdada yetdi. 

Bir oda tutdular şəhrin ucunda, 

İkən azadəvəvü qovğa yox anda. 

Gündüzin özlərin gizlərlər idi, 

Dün olsa, yolların gözlərlər idi. 

Xəzinə qandalığın bildi bular, 

Qolay yol nərdə buldu bular (90). 

 

Onu da deyək ki, poemadan bilinən dünya modeli «Kitabi-Dədə Qorqud»un verdiyi dünya 



şəklinə göstərdiyimiz planda çox yaxındır (91). Məsələyə bir az genişlikdə baxaq. Artıq, Ortaçağda 

türk dilləri qeyri-süni, səmimi dil kimi fars və ərəb dillərinə qarşı qoyulurdu (92). Görünür, türk 




 

26

dillərinin belə sadə hesab edilməsinin səbəbi bədii əsərdə onların güclü şəkildə hərəkəti, davranışı 



bildirməsi idi (93). Türk dilləri müsəlman dünyasında ərəb, fars dillərində mürəkkəb bənzətmə, 

bədiiləşqdirmə silsilələrini törədən güclü poetik aparatın formalaşdığı bir çağda ortaə çıxmışdı. 

Ərəblərin, farsların bədii dili ilə kontrastda, doğrudan da, ilkin təbiilikdə görünən türk dilləri (bunu 

«Kitabi-Dədə Qorqud»dan, «Oğuznamə»dən aydın görürük) heç də unikal spesifik etnik cəhət 

sayəsində həmin əlamətə malik deyildi. Sadəcə, türk dilləri mürəkkəb ierarxiyalı feodal 

cəmiyyətinin deyil, arxaikliyini xeyli saxlamış, feodal iqtisadi-ictimai ilişgilərini özündə yenicə 

duyan etnosun dili olduğu üçün sadə idi. Eyni durum və dönəm bürokratik dövlət aparatını öz 

üzərində duymadıqları çağda bütün ulusların dilində olmuşdu və türk dilləri burada istisna deyildi. 

Təkcə bunu demək yetərlidir ki, arxaik epik ənənələr əsasında «Şahnamə»ni yazmış Firdovsinin dili 

Nizami Gəncəvinin dili ilə tutuşdurulanda daha sadə, poetik bəzəyi az olan dil kimi qavranılır (94). 

Türk uluslarının mədəniyyəti Orta çağlar müsəlman dünyasının tam ayrılmaz kəsiminə 

çevrildikdən sonra onların poetik dilləri ərəb, fars dillərinə xas olan əlaməti, dil ilə bəzəmək 

özəlliklərini mənimsəməyə başlayır. Biz Füzulinin bədii dili ilə «Kitabi-Dədə Qorqud»un dilini 

tutuşduranda göstərdiyimiz fərqi aydın duyuruq. «Dastani-Əhməd Hərami» ilə «Kitabi-Dədə 

Qorqud» arasında isə bu yöndə poetik dil ayrıntısı, fərqi xeyli az görünür. 

Personajların davranışlarını görükdürən poemalara qarşı duran bədii tekst tipinə Nizami 

Gəncəvinin «Sirlər xəzinəsi»ni, Marağalı Əvhədinin «Cami-cəm»ini, Xətainin «Dəhnamə»sini, 

Əbdi bəy Şirazinin «Çiçəklənən ağac» («Douhət əl-əzhar») poemasını göstərmək olar. Bu əsərlərdə 

məna, hikmət, psixologiya, təbiət barədə düşüncə və axtarış üstdə durur. Hərçənd tekstdə haşiyəyə 

çıxıb hekayət söyləniləndə davranışların təsviri ön plana adlayır. Nizaminin «Sirlər xəzinəsi»ndə isə 

hətta hekayətlərin bir çoxunda belə, personaj davranışlarının görünməsi çox az olur. Məsələn, 

«Cəmşid və onun şəxsi mühafizinin hekayəti»ndə başlıca yeri olayları aparan davranış aktları yox, 

əldə edilən hikmət üzərində düşüncələr tutur (95). 

«Sirlər xəzinəsi»nə bu yöndən baxanda onun məzmunu deyil, dünyanı modelləşdirmə 

prinsipi ilə Quranın strukturu arasında hansısa oxşarlığı izləmək olar: Tövrat və İncildən fərqli 

olaraq, Quran tamamilə monoloji prinsipdə, yəni «Allahın sözü», müraciəti şəklində qurulur. Özü 

də bu zaman Allahı antropomorfik (insanabənzər) sifətdə bilinir. O, insan kimi gah hədələyir, gah 

vəd edir, gah qəzəblənir və ya özünü mədh edir. Daha çox bədii prinsiplərlə işlənmiş Tövrat və 

İncildə dini «hikmət», «ibrət», «nəsihət», əsasən, ayrı-ayrı peyğəmbərlərin başlarına gələn 

hadisələrin konkret təsvirindən çıxır, yəni süjetin açılması, davranışların göstərilməsi ilə peyda olur. 

Quranda bu model tez-tez tərs üzünə çevrilir: dini nəsihət, hikmət ön planda durur, Bibliya süjetləri 

və Məhəmmədin başına gəlmiş olaylarsa eyham şəklində nəsihətlərin, dini hikmət və buyuruqların 

arasından sezilir. Sanki göz önündə saxlanılır ki, Quranı oxuyanın Allahla ümumi və ya ortaq 

yaddaşı var və oxucu bu eyhamlar əsasında süjet xəttini və hansı davranışların, hərəkətlərin 

edilməsini yadına salmalıdır (96). 

Quranla «Sirlər xəzinəsi» kimi tekstlər arasında oxşarlıqdan belə sonuc çıxarmaq gərəkmir 

ki, bu tekstlər də Quran kimi dini vəzifəni yerinə yetirirdi. Tərsinə, göstərilən oxşayış məzmun 

planında İslamın dini kitabı ilə ziddiyyəti saxlayırdı. Məsələn, «Sirlər xəzinəsi»ndə Nizami Quran 

dünya modelinə tərs olaraq, tez-tez müsəlman olmaən ulusların hikmətinə əl atır və beləliklə, Quran 

hikmətinin mütləq xaqanlığını xeyli azaldır. 

Orta yüzillər Azərbaycan ədəbiyyatında konkret insan eyləmlərini göstərmək baxımından 

bir-birinə qarşı duran iki tekst tipi arasında orta mövqe tutan əsərlərə Y. Meletinskinin romantik 

epos adlandırdığı («Sirlər xəzinəsi»ndən başqa), Füzulinin «Leyli və Məcnun»unu və bu kimi başqa 

əsərləri göstərmək olar. Həmin tekstlərdə, Füzulinin poemasından aydın göründüyü kimi, 

personajların davranışlarının, etdiklərinin göstərilməsi mənəvi kolliziya, refleksiya təsvirləri ilə 

sintezdə olur. Füzuli poemasında personajların davranışını anladan fəsillərə iç dünyasının özünə üz 

tutmuş qəzəllərin calanması bu sintezi əyanı biçimdə nümayiş etdirir.  

Ortaçağ davranışlarının görükdürüldüyü incəsənət növlərindən başqa birisi miniatür 

sənətidir. Düzdür, miniatürlər təsviri sənətin statikliyinə görə davranışın dinamikasını deyil, onun 

gətirib çıxardığı hansısa pozaları, jestləri verir. O biri yandan, biz hətta deyərdik ki, miniatür 

görkləri pozaə, jestə gətirən davranış xəttini dolayı yolla bildirməyə bir çox hallarda biganə qalır. 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə