Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 

21

Davranış bildiriciləri probleminin bir aspekti də var. Eyni eyləm kimlərsə tərəfindən 



bildirici, başqaları tərəfindən isə qeyri-bildirici kimi qavranıla bilər. Biri kiminsə vurnuxmasını, 

sadəcə hərəkətdə olması kimi gördüyü halda, başqası bu hərəkətədə həyəcanın göstəricisini tapacaq. 

O biri yandan, Ortaçağ toplumunun elə bölgələri vardı ki, orada davranışın bildirici kimi 

qavranılması minimuma enirdi, adda-budda olurdu. Məsələn, ev içərisində, arvad-uşaq arasında 

durum elə idi. Ancaq bununla yanaşı, davranışa yüksək bildirici duyğunluğu, həssaslığı ilə baxılan 

yerlər də vardı. Belənçi yerlərdə insan özünü yığışdırırdı, həndəvərdə davranışına bildirici 

həssaslığının güclü olduğunu bildiyi üçün çalışırdı ki, gözlənilməyən və ya pis sayılan eyləmlər 

yapmasın. Saraylar, qonaq otaqları, məscidlər bu cür yerlərdən idi. Ona görə də belə yerlərdə 

gözlənməz davranış bildiricisi «qışqırtı» effekti yaradırdı. Sarayda təlxəyin hərəkətləri bir də bu 

effektə görə gülməli olurdu.  

Bəzi bəktaşi (təsəvvüf qollarındandır) lətifələri məsciddə gözlənməz eyləmi göstərdiyi üçün 

gülüş doğurur. Buna konkret faktda baxaq: bir bəktaşi «Allah evidir, deməli, güvəniləsi yerdir», - 

deyib, eşşəyini məscidin həyətindəki ağaca bağlayır və Allaha əmanət deyib, gedir. Geri qayıdanda 

eşşəyi orada görməyib deyir: - Ey Allahım, sənin evində sənə əmanət etdiyim başı bağlı eşşəyi belə, 

gözətləyə bilmədin, cümlə aləmi necə idarə edəcəksən?» (73). 

Davranış bildiricilərinin sıx işlədiyi məkanlar kimi içki məclislərini, oyunları, ovu 

göstərmək olar. Məclis Ortaçağ adamının bilincində çox önəmli yer tuturdu və bunun sonucudur ki, 

o dövrün poemalarında dəfələrlə təkrarlanan səhnələr verirdi. Məclis, meyxana, şərab simvolları 

tez-tez qəzəllərdə də təzahür edirdi. Bizi ilgiləndirən problem baxımından onu demək olar ki, 

məclis içkinin və s. təsiri ilə insanlar arasında formal, rəsmi ilişgiləri zəiflədirdi. Məclis şənliyə

zarafata əngəl törətməklə Ortaçağ qeyri-rəsmi mədəniyyətinin önəmli amili olan gülüşə şərait 

yaratmaən yasaqları aradan götürürdü. Kef məclisləri başqaları üçün ilginc olmaq, başqasını 

əyləndirə bilmək və başqasının etdiklərindən əylənmək əsasında mümkün idi. Bura incə mətləbləri 

anlamaq bacarığının sınaqdan keçirildiyi yer idi, insanın yemək, içki bolluğu içində sözə, 

düşüncəyə yerli-yerində macal tapa bilməsinə dəlalət edirdi. Və nəhayət, məclis sufisayağı olmasa 

da, kollektiv coşğunluğa gətirən vasitə idi. Ona görə də bu ekstatik halla bağlı saqi Orta yüzillər 

poeziyasında önəmli yer tuturdu. Füzuli «Leyli və Məcnun» poemasının bəzi fəsllərini saqiyə 

müraciətlə başlayır («Saqi, kərəm eylə, cam gəzdir. Tutma, qədəhi-müdam gəzdir» və s.) (74). 

Ortaçağ məclisində, görünür, davranış simvolikası çox anlamlar bildirmirdi: incəlik, şuxluq, 

oynaqlıq, elliklə gülüşə batmaq, musiqiyə qapılmaq və bu kimi mənaları məclisdəkilərin hamısına 

çatdıran davranışları yapmaq…adamın eyləmlərindən belənçi mənalar və cizgilər bilindikcə o 

kollektiv şənliyin iştirakçısına çevrilirdi. 

Ov və oyunun Orta yüzillərdə insana davranış simvolikası baxımından hansı imkanları 

verdiyini anlamaq üçün Y. Lotmanın oyun haqqında dediklərini yada salaq. Bu görkəmli alim yazır 

ki, oyun müxtəlif həyat vəziyyətlərini və bunlarla ilgili davranış tiplərini mənimsəməyin ən yaxşı 

vasitələrindəndir. Gəlişmiş soydan olan heyvanlar genetik olaraq proqramlaşdırılmamış, 

avtomatlaşdırılmamış davranış formalarına yalnız oyunun sayəsində yiyələnirlər. 

Oyunun başlıca göstəriciləri bunlardır: onun verdiyi qaydalar elə durumlar yaradır ki, 

bunların baş verməsi təsadüflərdən doğur (məsələn, zərin verdiyi xallar) və deməli, çox vaxt 

oynaənların gözlədikləri olmur. Ona görə də belə də demək olar, oyun öz qaydaları ilə elə həyat 

hadisələrini simvolizə edir ki, ya real həyatda onların törənişi adamın iradəsindən asılı olmur, ya da 

hazırlığı olmaən adamın onlara düşməsi ölümlə sonuclanır. Bir yandan, oyun hansısa qaydalar 

çərçivəsində gedir və ona görə də qaçılmaz həyat gedişlərini andırır. O biri yandan isə, oyunun 

qaydaları sonra nə olacağını qabaqcadan bilməyə imkan vermir (75). Məsələn, çovgan oyununun 

qaydaları əsasında bir az sonra topun və atlıların harada olacağını gümanlamaq, hesablamaq olmaz. 

Bu mənada, oyunun hər gedişi, bir yandan, qayda əsasında edildiyi üçün zərurəti, o biri yandan isə, 

öncədən güman edilmədiyi üçün təsadüfi andırır. Ona görə oyun şərti vəziyyətlərdə gözlənməz 

vəziyyətlərdən çıxmağın məşqi, dünyanı mənimsəmək sənətidir. 

Oyunu dünyanın şərti vəziyyətlərdə modeli kimi götürsək, bizi ilgiləndirən problemlə bağlı 

deyə bilərik ki, Orta yüzillərdə insan bədəninin fəal hərəkətini tələb edən oyunlarda (məsələn, 

çovganda) oyunçuların davranışları, hərəkətləri cəsarət, diribaşlıq, iti düşüncə, güclülük və s. 



 

22

mənaları bildirən plastik bildiriciləri tamaşaə çıxarırdı. Belə müsbət mənaları bildirən bildiricilər 



estetik ifadəliyə çevrilirdi və tamaşaçılara estetik həzz verirdi.  

Oyunda davranış estetikasının və semiotikasının başlıca tamaşa amillərindən birinə 

çevrilməsi onu Ortaçağda estetik mədəniyyətin sıx-sıx rast gəlinən olayı etmişdi. Oyunların 

atributları (məsələn, çovgan, top), oynaənların eyləmləri poeziyada tez-tez işlədilən plastik formalar 

idi. 

Çovgan oyunu Ortaçağ miniatür sənətinə xeyli həyat situasiyalarını, materiallarını verirdi. 



Bu oyunun göstərildiyi miniatürlərdə rəssam at ilə insanın plastik, dinamik ilişgilərinə diqqət etməli 

olurdu. Eyni vəzifə sənətkar qarşısında döyüş və ov səhnələrini çəkəndə də dururdu. O biri yandan, 

aksessuarla (məsələn, çovganla) əl hərəkətlərinin ilişgilərini təsvir edib göstərmək vəzifəsi ortaə 

çıxırdı (tutuşdurun ill. İV-V). 

 

 

 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə