Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 

19

əyilmiş fiquruna və gözlərinə (ill. İİİ) heç də dünyadakı münasibətlərdən məzluma dönmüş adamın 



görünüşü kimi baxmaq gərək deyil. Bizcə, bu əsərin motivini Şərqdə məşhur olan «İsa peyğəmbər 

və onun eşşəyi» motivi ilə bağlamağa əsas var. İsa peyğəmbər isə bu mədəniyyətdə heç vaxt 

məzlumluğun simvolu olmamışdır. Əgər dediyimiz düzdürsə, deməli, sufi, «məzlum» görünüşdə 

belə, peyğəmbər əzəməti ilə qavranıla bilərdi.  

 

 

 



İll. İİİ 

 

Göründüyü kimi, jest, poza tipli plastik bildiricilər və bu bildiricilərin incəsənətdə 



görükdürülməsi baxımından Ortaçağ mədəniyyəti yetərincə mürəkkəb, ziddiyyətli idi. Ədəb, 

nəzakət, baxımlılıq prinsipləri ilə yaxşıya, pisə ayrılmış plastik bildiricilər sırası təsəvvüfdə hansısa 

hallarda saxlanılırdı. Ancaq bir çox durumlarda dünyagörüşlərinin toqquşması sonucunda həmin 

cərgə tərsinə çevrilirdi. Sufilər yaxşı sayılanı pis, pis sayılanı isə yaxşı saymağa başlayırdılar (68). 

Beləliklə, Orta yüzillərdə insan başqaları ilə ünsiyyətdə yalnız öz sözü ilə deyil, öz üzü, 

gözü, jesti, bədəni ilə də iştirak edirdi. Həm də axırıncılar zahiri əlamət kimi ölgün olmayıb, bir çox 

hallarda dəyişgənliyin əks-sədası kimi bədəndə təzahür edirdilər. Jest və pozalar hətta içəridə olanı 

gizlətmək üçün, yalandan işlədiləndə belə, onun insan ünsiyyəti üçün nə qədər güclü araç olduğu 

üzə çıxırdı. Yalan hər bir toplumda pislənsə də, ictimai məkanda həmişə öz işini görürdü.  

 



 

20

Davranış bildiricisindən görünən insan 

 

Orta yüzillərdə insan davranışları ard-arda düzülmüş bildiricilər sırası kimi qavranılırdı. Biz, 



əslində, yuxarıda jest və pozadan danışanda bəzən davranışın semiotikasına da toxunurduq. Bu isə 

təbiidir. Çünki jest və poza ilə davranış arasında çox böyük yaxınlıq, ilişgi var və bəzən onları 

ayırmaq çətin olur. Ona görə də jest və poza bildiricilərindən davranış bildiricisini ayırmaq üçün 

güclü göstəricilər tapmaq semiotikanın öhdəliklərindən biridir. Bizim yazımızda bu fərqlərin göz 

qabağında saxlanması önəmli olmadığından, - bizi indi düşündürən Ortaçağ Azərbaycan estetik 

mədəniyyətində bildiricilərin ictimai məkanda nə qədər sıx-sıx təkrarlanmasını üzə çıxarmaqdır, - 

həmin fərqlərinsə aydınlaşdırılmasına ayrıca fikir verməyəcəyik. Ancaq ilkin, çaparaq verilən bilgi 

kimi onu demək olar ki, jest və pozadan fərqli olaraq davranış daha davamlı, sürəkli hərəkeətlər 

olub ayrı-ayrı bildirici sırasında gerçəkləşir. Davranış bir çox hallarda zəncir kimi düzülmüş jest və 

poza cərgəsində davam edir. Sözlərin belənçi düzülüşündən törəyən danışıq parçası kimi davranış 

da bildiricilərdən düzülmüş tekstdir. Ona görə də biz burada davranışın bildiriciliyindən danışacağıq 

(69). Semiotikanın tekst anlayışı haqqında sonrakı söhbətimizdə isə davranışa tekst kimi baxıb onu 

Ortaçağ Azərbaycan estetik mədəniyyətinin konkret materiallarında öyrənəcəyik. 

Orta yüzillər mədəniyyətində davranış din, əxlaq və şəxsiyyətin estetik mədəniyyəti ilə sıx 

bağlı olan eyləm kimi qavranılırdı. Fəzilətli, ərdəmli, yaxşı insana yalnız hansısa davranış tipləri 

icazə verilirdi və ya ondan hansısa davranış tipləri gözlənilirdi. Davranış dini mənaların, əxlaqi 

xüsusiyyətlərin, lətif təbiətin bildiricisi kimi duyulurdu. Nəsirəddin Tusi ev dolandırmaq, xidmətçi 

və qulları idarə etmək, yemək yemək, içki içmək, sədaqət göstərmək qaydalarından danışanda həm 

də bildirici forma kimi davranışı düzgün, səliqəli biçimə salmağı, bir sözlə, nəcib bildiriciləri 

seçməyi anladırdı. 

Sual çıxa bilər ki, söhbət əxlaqdan gedirsə, semiotikanın bura nə dəxli var? Cavabında 

nəzərə alınmalıdır ki, semiotika bildiricini, onun mənasını öyrənir, əxlaqi həyatda isə istənilən qədər 

ayrı-ayrı bildiricilərdən, yəni əxlaqi anlamı başqalarına çatdıran formalardan istifadə edilir. Ona 

görə semiotika etikanın məşğul olduğu obyekti də öyrənir, ancaq əxlaqi baxımdan yox, məhz 

bildirici baxımından. Nəsirəddin Tusi uşaq tərbiyəsi ilə bağlı böyüklərin yanında onlara az 

danışmağı, utancaqlığı, gözəl rəftar etməyi tövsiyə edəndə yalnız hansısa mənəvi keyfiyyətləri 

nəzərdə tutmurdu, eyni zamanda, bu mənaları bildirən formaların mənimsənilməsini məsləhət 

görürdü (70). Etika araşdırıcısı bu məsələ ilə ilgili araşdırma aparanda belə suallara cavab axtarır: 

Niyə Tusi az danışmağı, utancaqlığı uşaq üçün yaxşı sayırdı. Ortaçağda bu yaxşı, bu fəzilət ictimai 

gərəklərlə nə dərəcədə bağlı idi? Dinin, fəlsəfənin hansı təsəvvür, anlayış və müddəaları ilə 

şərtlənirdi və niyə Tusi həmin əxlaqi sifətlərin tərsi olan diribaşlığı, hazırcavablığı, nadincliyi 

uşaqlar üçün yaxşı saymırdı? (71). 

Bu məsələnin semiotik analizi isə iki planı biri-birindən ayırır: məna planını və bu mənanı 

bildirən forma, bildirici planını. Sözsüz, məna planını düzgün formulə etmək üçün etiklərin 

tapıntılarından istifadə olunmalıdır. Ancaq semiotikanı başlıca olaraq bu maraqlandırır: nəyə görə 

filan mədəniyyətdə utancaqlığı bildirmək üçün filan bildirici seçilir? Həmin bildirici hansı 

bildiricilərlə və necə bağlıdır? Bundan başqa, bir çox davranış işarələri var ki, onların mənaları ilkin 

vəziyyətdə heç bir əxlaqi məzmunla ilgili olmur və sonrakı dönəmlə onlar əxlaqiləşdirilirlər. 

Məsələn, həyəcan əxlaqa dəxli olmaən psixoloji hal ola bilər. Sonra isə mümkündür ki, başqası ilə 

etik ilişgidə birinin həyəcanlı olması onun xainliyinin əlaməti kimi «oxunsun». Əxlaqi davranışda 

ən öncə tamamilə qeyri-əxlaqi olan mənaları bildirən bildiricilərin sayı çoxdur və semiotika əxlaqi 

davranışların bu cür bildiricilərinə fikir verməklə etikaə öz köməyini göstərir. Ancaq ən başlıcası 

odur ki, semiotika davranışı hansısa bildirici «kvantları» ilə məna «kvantlarını» verən tekst kimi 

götürüb öyrənir. Baxaq adi yerişə. Yeriş bir nöqtədən çıxıb başqa nöqtəyə çatmaq eyləmi kimi, 

əslində, bildirici deyil. Ancaq bu məsafəni keçmək böyük təhlükələrlə bağlıdırsa, onda yeriş həm də 

igidliyi bildirəcək. Və ya başqa örnək. Nəsirəddin Tusi, artıq, bildiyimiz kimi, yüngül, tələsik yerişi 

yelbeyinliyin bildiricisi hesab edirdi (72). Burjua mədəniyyətində isə belə yeriş işgüzarlığın, 

gəncliyin bildiricisidir. 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə