Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 

17

 



Xoşbəxt o başdır ki, sənin aəğın altındadır, 

Bəxtəvər o ürəkdir ki, onda sənin yerin var. 

Sözüm kök və canpərvər olsa da

Sənin süfrənə çatanda arıq görünəcək (52). 

 

Bizim indiki «boyun əyməz insan» təsəvvürümüzdən Nizaminin, Füzulinin mədhlərinə 



baxsaq, onlar kədərdoğurucu məzlumluqla, qılıqlı sifətdə gözə görünərlər. Öz mədhlərində bir az da 

küfr edib hökmdarı Allah, peyğəmbər atributlarında alqışlaənda bu şairlər, məsələni dərindən 

anlamasan, riyakar məddah təsiri bağışlayırlar. Ancaq problemə tarixi konkretliklə baxmaq 

gərəkdir. Nəzərə almalıyıq ki, Nizami çağında şeir qafiyəsiz olmadığı kimi, mədhiyyə də göstərilən 

prinsipsiz nəinki mədhiyyə, heç şeir də deyildi. O biri yandan, D.S. Lixaçovun feodalizm 

dönəminin ədəbiyyatı, özəlliklə, rus ədəbiyyatı ilə bağlı işləyib hazırladığı ədəbi etiket anlayışıy bir 

məsələni də anladır. Ünlü alim yazır ki, Ortaçağda rəsmi mədəniyyətin hər yanında özünü göstərən 

seromonial davranış, etiket bu çağın sənətində bədii-ədəbi etiket kimi təkrar olunurdu. 

Ədəbiyyatdakı formullar, ehkamlar həmin etiketin bir növü idi (53). Bu mənada Nizami, Füzuli 

poemalarında hökmdarı öymə, özünü də, başqalarını da onun qarşısında həm plastik baxımdan, həm 

də mənəviyyatca kiçiltmə etiket jestləri idi və bütün bunları şairin gerçək insan xarakterinin davamı 

kimi açmaq heç də sübuta gərəyi olmaən gerçək, doğru deyil. 

Göründüyü kimi, insan jestinin, pozasının semiotikası Ortaçağ estetik mədəniyyətində başqa 

metodların prizmasından görünməyən qatları açır. Bəlli olur ki, sənətçilər, filosoflar üçün və eləcə 

də adi adamlar üçün bir çox hallarda insanın duruşu, oturuşu, əli, başı ilə etdiyi hərəkət, sadəcə, 

hərəkət deyildi, həm də dürlü mənalar anladan bildiricilər idi. Bu mənalardan müsbətini, yaxşısını 

göstərən plastik (yəni məkanda, hərəkətdə biçimə düşən) bildiricilər gözəllik və s. müsbət estetik 

təsəvvürlərlə bağlanaraq nəcib, ədəbli adam üçün seçilir və məsləhət görülürdü. Həmin bildiricilərin 

ziddi isə çirkinliyin, köntöylüyün çevrimləri, modifikasiyaları kimi danılırdı, ədəbsiz və s. 

adamların mahiyyətini açan bildiricilər sayılırdı.  

Haqqında danışdığımız plastik bildiricilərin «pis və yaxşı» antitezləri əsasında bölünüb pis 

və yaxşı adamlar arasında səliqə ilə paylanmasını «Qabusnamə», «Əxlaqi-Nasiri» kimi yapıtlar 

əxlaq ilə, etiketlə əsaslandırırdı. Yalnız təsəvvüf kimi rəsmi mədəniyyətə qarşı çıxan axımlar, 

cərəyanlar bu səliqəli bildirici bölgüsünü pozub müsəlman ictimai gerçəkliyində müsbət və mənfi 

plastik bildiricilər arasında yerdəyişmələr aparırdı (54). Səhrada dolaşan Məcnunun görünüşü 

müsəlman ədəb idealı, əxlaqi təsəvvürləri ilə tam ziddiyyət əmələ gətirir. Nizami Gəncəvidə 

Məcnunun fiquru onun heç bir yaxşı personajı üçün xarakterik olmaən əyri-üyrü, bükük, sınıq 

cizgilərdə verilir: 

 

Eşq odu və kədər tüstüsündən 

O dağdan başqa heç yerdə qərar tutmazdı. 

Yıxılıb dura-dura, sərxoş adamlar kimi, 

Dağa dırmaşar və əl çalardı. 

Ah-fəğan qoparıb şeir oxuyardı… 

Taqətdən düşüncəyədək o yan-bu yana qaçardı (55). 

 

Başqa bir yerdə: 



 

Gah rəqs edir, gah da yeri öpür… (56). 

 

Məcnunun çılğın halını nişan verən pozalarına başqa örnəklər aşağıdakı parçalardadır: 



 

Torpaq üstə ilan kimi və ya 

Od (köz) üstündə tikan kimi qıvrıldı (57). 

 


 

18

Sevgilisinin əldən çıxdığını gördüyü üçün, 



Gah əlini, gah qolunu dişləyirdi (58). 

 

Başını o qədər daşa döydü ki, 

Qanından bütün dağ gül rəngi aldı (qızardı) (59). 

 

O ağlamaqdan tük kimi incəlmişdi (60). 

 

Məcnun ki məktubun verildiyini gördü 

(Leylinin məktubundan söhbət gedir – N.M.) 

Məktubdan başqa nəyi gördü cırdı. 

Pərgar kimi başını aəğına qoyub, 

Yüz kərə öz dövrəsində fırlandı, 

Sərxoş yıxılan kimi yıxıldı (61). 

 

O, qasidi yerində saxlayıb 

Gah əlini, gah aəğını öpürdü (62). 

 

Poemada vəcdli motivlər dik boy-buxunu sındırıb, əyib ən əcayib məcnuni poza və jestlər 



törədir. Eşqə düçar olmuş adam sakit durub ləyaqətlə, şəstlə öz boy-buxununu davamlı şəkildə 

görümlü edə bilməz. Onun ruhunun haldan-hala düşməsi güzgü kimi bədənində görünür. Məcnunun 

bədəni güzgü təki hətta «Leyli» sözünü göstərdiyi üçün sakit vəziyyətdə qala bilmir: 

 

Aəğım (qıçlarım) iki «lam» hərfi kimi əyilir



Əlim (qollarım) iki «ya» hərfi kimi qatlanır. 

Sənin adında da məlum olduğu kimi 

İki «lam», «ya» var (63). 

 

Azərbaycan rəssamı Mir Seyid Əlinin çəkdiyi «Dilənçi qarının Məcnunu Leylinin yanına 



gətirməsi» miniatüründə Məcnunun fiqurunda həmin hərflərin cizgiləri sezilir. 

Məcnunun plastik görünüşü təsəvvüf davranışının bildiriciləri ilə ilişgidə bizim üçün yeni 

mənalar ortaə atır (64). Sufi estetik biçimdə qavradığı düz qaməti «əlifə» bənzətməklə onun 

gözəlliyini yaxşı duyurdu: «əlif» Allah sözünün ilk hərfi idi, əbcəd hesabında isə biri və deməli, 

tövhidi bildirirdi. Ona görə də sufinin əlif qamətdə Allahın bildiricisini görməsi təbiidir. Nəsiminin 

qəzəlindən yuxarıda gətirdiyimiz parçada, tövhid ümmanına gömüldükdən sonra qayıdıb adamlar 

qarşısında duraraq fəxriyyə pafosu ilə şair sözünü söyləyəndə onun qamətini, bu mənada anlaşılan 

«əliflə» tutuşdurmağa qəzəl hər cür əsas verir. Ancaq sufi «dal» hərfi şəklində əyilmiş qəddin də bir 

bildirici kimi estetik, əxlaqi, psixoloji mənalarına aludə olurdu. Sufi kimdir? Sufi ən güclü eşq ilə 

Allaha vurğun olandır. Davamlı zikri ilə həmişə Allahı anan, Allaha sevgisini unutmaəndır. Sufi 

Məcnun sevgisinin dərinliyi, gurluğu ilə Allah vurğunu olandır. Belə bir sevgi insan qəddini sakit 

qoya bilməz, o həsrətdən qovrula bilər, diləməkdən diz çökə bilər, vüsalın sevincindən ən çılğın 

hərəkət və jestlər edə bilər (65). Sufi ekstatik rəqsi belənçi devikmələrlə, hərəkətlərlə dolu idi. 

Xərəqani deyirdi, bu rəqs o adamındır ki, aəğını yerə vuranda cəhənnəmi görür, qollarını yuxarı 

atanda isə Allahı. 

«Afaqnamə»də ilham nəfsinin on sifəti arasında vəcd və səma ilə birlikdə rəqs də göstərilir 

(66). Hər üç sifətin xarakterik səpgilərindən biri onların ekstatik bədən bildiricilərindən yağması idi. 

Maraqlıdır ki, vəcdin çılğın hərəkətlərdə üzə çıxmasını bəzi sufilər düzgün saymırdılar. Əl-Qəzali 

öz mömin mövqeyinin təsiri altında bu məsələdən ayrıca yazmışdı. O, örnək kimi belə bir olayı anıb 

yazırdı ki, Musa İsrail oğlanları ilə söhbət edəndə kimsə vəcdə gəlir, paltarını cırır. Allah isə bunu 

görüb Musaə qandırır: «Ona de ki, mənim xatirimə ürəyini parçala, paltarını yox» (67). 

Eşq sayəsində sufinin daxili əzəmətlə bükülmüş fiqurunun, yuxarıda dediyimiz kimi, daxili 

əzəmətini çoxları görürdü. Ona görə də Sadiq bəy Əfşarın «Qatıra minmiş dərviş» əsərində sufinin 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə