Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 

33

qalmış nisgili bir qədər azaldırdılar. Bu zaman tarixi salnamənin dünyada olanları birbaşa, 



düzünəqulu göstərən dil bildiriciləri arasından orda-burda belənçi metoforik deyimlər çıxırdı: - 

«Yazın üzü parıldaənda Subaşı atları yəhərlədi…», «Sultan Mahmud Qəznəyə döyüş üçün yola 

düşmüşdü ki, onu ölüm şahı qarşıladı və onun ulduzu parıldamadan söndü», «...xaqan Şəms əl-

Mülk yenə... təşviş alovunu odlandırırdı və düşmənçilik kipriklərini açdı» (122). Onu da deyək ki, 

Mirxondun əsəri haqqında danışanda F. Engels avropalı qavrayışı üçün əcayib görünən bu cür 

silsiləli Doğu metoforikliyinin mürəkkəbliyini eyib kimi göstərirdi (123). 

Tarixin fəlsəfəsinə həsr olunmuş bəzi müqəddimə-başlanğıclar Rəşidəddinin tekstlərindəki 

sözün birbaşa, düzünə mənalarından doğan prozaizmə qarşı dururdu (124). Elə ki, Rəşidəddin 

tarixin idarə olunmasını Allahın iradəsi ilə açıqlayırdı, onun sözləri öz prozaizmini, sadəliyini 

itirirdi. 

Orta yüzillər Azərbaycan estetik mədəniyyətində poetik sözün çoxmənalı bildiricilər kimi 

aydınca işarə duyğusu ilə yaşanılmasının başqa bir səbəbi də var. Bunu açaq. Ortaçağ adamı hər 

hansı nəsnəni anlamaq üçün sözün dərininə enməyi əsas sayırdı. Bu dönəmdə sözlə bəzəmək 

tematik müstəvidə düzmək işinə və deməli, eninə-uzununa sıralamaq eyləminə gətirib çıxardığı 

halda, anlamaq - sirri açmaq olub sözün dərinliyinə nüfuz etməyi nəzərdə tuturdu. Orta yüzillərdə 

estetik nəsnənin müstəvi, səth kimi duyulması çox güclü idi. Lövhə, səhifə, kitab estetik olaylarla 

bağlı tez-tez işlənirdi. Sonucda nəsnə və olayların içi, dərinliyi deyil, üzü, üstü, səthinin genişliyi ön 

plana çıxırdı. Bəzəmək həmin genişliyin açdığı müstəvini naxışlarla örtmək, doldurmaq sayəsində 

mümkün idi. Ontoloji planda (yəni varlıq planında) qabaqca müstəvi nəzərdə tutulurdu və Allah bu 

müstəvini, lövhəni yazmaqla «dünya» deyilən bəzəkli, nizamlı varlığı yaradırdı. Ona görə də 

Nizami Gəncəvi Allah haqqında deyirdi:  

 

Kainatın hərflərini axtarmaq istəsən, 



Hamısı səndədir və sən onun lövhəsindəsən (125). 

 

Oxşar görkə Füzulidə də tez-tez rast gəlmək olar: 



 

Ey silsileyi-vücudə nazim 

Ey nəqştərazi-səfheyi-xak 

Çəkdin rəqəmi-nizami-aləm, 

Həqqa ki xoş intizam verdin. 

Ayə, nədən oldu kafu nun həm? (126). 

 

İrəlidə dediyimiz kimi, dünyanın gözəlliyini yazılar düzülmüş lövhələr kimi duymaq və 



uyğun olaraq, hər bir gözəl nəsnəni bəzək vurulmuş müstəvi kimi yaşamaq (127) Ortaçağ 

Azərbaycan estetik mədəniyyətində yeganə münasibət deyildi. Sirr, varlığın batini tərəfi, Allahın 

batiniliyi ideyaları bu mədəniyyətdə dərinliyin estetik duyğusunu gücləndirmişdi. Sirri anlamaqdan, 

batini olanı bilməkdən törəyən həzz dərinliyə varmaq pafosunu estetikləşdirirdi, çünki intensiv 

duyğular, güclü həzz həmişə estetikləşmənin başlıca göstəricilərindən olmuşdur. Beləliklə, 

müstəvini eninə-uzununa bəzəməklə, dərində duranı anlamaq estetik aktı üzdə və üstdə olanla içdə 

olanın ziddiyyətini törədirdi. Ortaçağ Azərbaycan estetik mədəniyyətində bu iki tendensiya ən dürlü 

çarpazlaşmalar verirdi. Sözün dərinini əmələ gətirmək sözü lüğətdəki təbii vəziyyətindən çıxarıb 

çətinləşdirməyə bərabər idi. Dərinə getmək, ümumiyyətlə, çətinliklə bağlı olmuşdu. Nağıllarda 

quyunun, mağaranın dibinə düşmək qəhrəmanları ən müxtəlif təhlükələrlə üzləşdirirdi. Təsəvvüfdə 

isə batini dünyaə yol getmək (süluk) yolçudan (salik) ən böyük çətinliklərdən, qorxulardan keçib 

çıxmaq bacarığını tələb edirdi. 

Sonralar Ortaçağdakı sözün mürəkkəbləşdirilməsinə çox pis baxanlar da olmuşdur. Bunu 

biz, tutalım, XX yüzildə «Molla Nəsrəddin» jurnalının «Füyuzat»la çappışmasında görürük. Ancaq 

daha qabaq, XIX yüzilin axırlarında, XX yüzilin lap erkənlərində də, Ortaçağ Azərbaycan 

ədəbiyyatının söz bildiriciləri təbii dil duyğusuna qarşı qoyulurdu. Belə sayılırdı ki, sözdən mənaə 

və bildirilən nəsnəyə yaxın məsafəni qoyub dolambac yollar yaratmaq qondarmaçılığa və deməli, 



 

34

gərəksiz çətinliklərə gətirib çıxarır. Mirzə Fətəli Axundzadənin Füzuliyə olan mənfi münasibətinin, 



Klassik poeziyanın Sabir tərəfindən parodiya edilməsinin əsasında bu daənırdı (128). Mirzə Cəlil 

dilinin sadəliyi Ortaçağ bədii bildiricilərinin mürəkkəblyinə, çətinliyinə qarşı dururdu. Ancaq Orta 

çağlar estetik mədəniyyətinin özü üçün sözdən gizli mənalara keçidin çətinliyi önəmli mədəniyyət 

göstəricisi idi. Bu göstəricini qazanmamış söz isə heç onun üçün söz də deyildi, çünki özünü 

ontoloji yaradıcı enerjiyə malik sözlə bağlaən Ortaçağ poetik dili belə sözün bədii imkanlarını heç 

cürə mənimsəyə bilmirdi. Adi söz seçmə bildirici kimi duyulmurdu və məişətdə işlədilən ən adi 

qablar, insan orqanizminin bioloji prosesləri ilə bir cərgədə dururdu. 

Onu da deyək ki, anlanılması çətinləşdirilmiş söz bildiriciləri naşılar, batini dünyadan 

xəbərsiz olanlar (əhli-zahir) üçün çətin idi. Arif isə bir bildiricidən min məna aləminə keçirdi. Bədii 

sözün çoxanlamlılığına və arif üçün onu anlamağın spontan, asan olmasına örnəkləri gözdən 

keçirək. Sirli söz, anlanılması çətin söz, minlərlə mənası olan söz və deməli, maksimal bildiricilik 

ideyası Nəsimidə tez-tez təkrar olunan motivlərdir: 

   


 

Heç kimsə Nəsimi sözün kəşf edə bilməz

Bu quş dilidir, bunu Süleyman bilir ancaq (129). 

 

Ey Nəsimi, hər Süleyman mülkünü verdi sana. 

Hər sözün min Asifi-sahibvəzarətdir bu gün (130). 

 

  



Fizuli «Leyli və Məcnun»un başlanğıcında verdiyi rübaidə deyir: 

 

Tutsa tələbi-həqiqətə ruhi-məzar, 



Əfsanə bəhanəsilə ərz etsəm raz, 

Leyli səbəbilə vəsfin etsəm ağaz, 

Məcnun dili ilə etsəm izhari-niyaz, 

Lütf ilə şəbi-ümidimi ruz eylə! (131). 

  

Beləliklə, Fizuli bildirir ki, poeması sirdir (raz) və gerçyin, həqiqətin tələbinə dolayısı ilə, 



məcazi cavab verir (132).  

Onu da deyək ki, Ortaçağ Azərbaycan ədəbiyyatında sözün bildirici, işarə kimi önə 

çəkilməsi, sözün çətinləşdtridməsi, sözdən mənaə keçidin dolayılaşdırılması və nəhayət, sözdən 

çoxlu məna çıxarılması folklorda da vardı. Yanıltmaclarda sözlərin deyilişinin, yəni bildirici 

tərəfinin çətinləşdirilməsi ön plana çıxırdı. Tutuşdurun: 

 

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq. 



Ay axmaq aşbaz Həsən şah, aşbazlar aş bişirir, sən də gəl  

aş bişir, ay axsaq aşbaz Həsən şah (133). 

 

Bizcə, dil işarələrini deməyi çətinləşdirən yanıltmaclar kökünə görə Ortaçağ bildirici 



düzəltmə sisteminin məhsulu deyil. Yanıltmaclarda kökü bizə dəqiq bəlli olmaən nəsə arxaizm var. 

Onlar bəlkə də əski toplumda seçmə adamların dil imtiyazları idi. Qamlar, ovsunçular, ola bilər ki, 

yanıltmac tipli çətin tekstləri deməklə öz əlahiddəliklərini, hamıdan fərqləndiklərini anlatmışlar 

(134).  


Təcnisin dodaqdəyməz şəklini folklorun çətinləşdirilmiş dil bildiricilərinə örnək saə bilərik. 

Aşıq şeirində dodaqdəyməzlər vəzn məhdudiyyətləri içində tərkibində «m», «b», «f», «B», «p» 

səslərinin iştirak etmədiyi sözlərin tapılmasıseçilməsi ilə bağlı çətinlikləri ön plana çəkirdi. Ancaq 

bütün bu faktlardan sonuc çıxarmaq gərəkmir ki, folklor çətinləşdirilmiş dil bildiricilərini bədiiliyin, 



əsl mədəniyyətin bildiriciləri sayır. Ortaçağ Azərbaycan rəsmi mədəniyyətində çətinləşdirilmiş 

işarələrə, bildiricilərə edilən bu vurğu, veriələn bu göstərici, yəni əsl bədiillik, hikmət əlamətləri 

folklorda olsa-olsa bir də tapmacalarda (135), deyişmələrdə özünü göstərirdi. Bütünlükdə isə, 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə