Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 

39

ontoloji işıq simvolları Orta yüzillər adamına Qurandan, sufizmdən və zərdüştçülükdən yetərincə 



bəlli idi (157). Quranın bu simvollarının dibində isə güman ki, həm də Xristianlığın təsirindən ona 

adlamış neoplatonink prinsplər dururdu. 

 

 

 



İll. Vİİ 

 

Ortaçağ Azərbaycan estetik mədəniyyətində önəmli memarlıq tikililərinin dünya modeli 



kimi duyulmasına yenə də Nizamidən örnəklər tapmaq olar: «Yeddi gözəl»də Simnarın tikdiyi 

Xəvərnəq qəsri dünya modelini bildirən işarələr sistemində açılır: 

                                                     

İçərisi behiş kimi rahatlıqla dolu idi

Xarici isə göy kimi bəzəklə dolu idi. 

Onun damı siriş və südlə sığallanmaqdan 

Güzgü kimi (hər şeyi özündə) əks etdirirdi. 

Bir gecə-gündüzün tələsik və yavaş dövrü ərzində 

O, gəlinlər kimi üç dəfə təzə rəngə girirdi (donunu dəyişdirirdi). 

Səhər çağı mavi geymiş göydən 

Hava kimi mavi rəngli (libasını) çiyninə salırdı. 

Günəş öz köynəyindən çıxanda 

Üzünü günəş kimi sarı rəngə boyayırdı. 

Bulud günəşə kölgə salırdı, 

Lətafətdə bulud kimi ağ olurdu. 



 

40

Hava ilə həmrənglikdə bir niqabda 



Gah o, rumlu (kimi ağ), gah da zənci (kimi qara) görünürdü (158). 

 

Bu parçada Xəvərnəqin güzgü simvolu ilə bildirilməsi onun işarə etmək funksiyasını açıq 

göstərir. Artıraq ki, güzgü simvolu Orta yüzillər estetik mədəniyyətində düz bildirməyin, doğrunu 

anlatmanın və özündə heç nə olmadığı üçün yalnız başqalarını göstərə bilməyin simvolu kimi geniş 

işlədilirdi. Bəhmənyar «Ət-Təhsil» fəlsəfi traktatında yazırdı ki, güzgü hava kimidir, cismi 

göstərəndə həmin cismin keyfiyyətlərini özünə götürmür (159). Bütün bunları nəzərə alıb cürətlə 

demək olar ki, Ortaçağda bir çox önəmli tikililər dünyanı özündə görükdürən güzgü kimi 

qavranılırdı. Məsələn, Əbdi bəy Şirazinin Təhmasib şaha məxsus Səadətabad bağının və Cəfərabad 

saray kompleksinin təsvirinə həsr olunmuş poemasından bəlli olur ki, bu memarlıq sistemində 

Quzeyi, Güneyi, Doğunu, Batını, Yuxarını, Aşağını, Tarixi əks etdirmək önəmli işarəedici amil idi. 

Şair Quzey, Yuxarı, Aşağı eyvanların (160), Batı imarətin və bağların təsvirinə ayrıca fəsillər həsr 

edir (161). Cəfərabad sarayının divarlarına çəkilmiş şəkillər isə Şirin və Xosrov görüntülərini, 

klassik poemaların tipik səhnələrini (ov, məclis və s.) canlandırmaqla tarixi keçmişi ozündə 

görükdürürdü (162).   

   Dürlü bildiricilərin geniş işləndiyi bədii sahələrdən biri də Azərbaycanın dekorativ-tətbiqi sənəti 

idi. Bu sənətdə naxışın tərkibinə keçmiş müxtəlif işarələrin bədii praktikada məhz simvol kimi 

qavranılması azərbaycanlı xalçaçılarının terminologiyasından yaxşı bəlli olur. Xalçanın mərkəzi 

sahəsi ilə bağlı işlədilən «gölqıraq» haşiyəsi ilə ilgili «su», «çay» sözləri xalçanın bu kəsiminin 

simvol kimi anlanılmasını göstərir. Dekorativ-tətbiqi sənətdə işlədilən dürlü ornament simvolları 

haqqında bizdə yetərincə araşdırmalar aparılmişdır (163). Ona görə də burada yalnız bir nöqtəyə 

toxunmaq istərdik. Göstərilən sənət növündə işlədilən simvolların çoxu arxaik xarakter daşıdığı 

üçün onların naxışa doğru sxematikləşməsində, yəni onlarda ikonikliyin azalıb konvensionallığın 

artması prosesində simvolun göstərdiyi obyektin görünüşündə bir çox elementlər atılırdı. Əvəzində 

obyektin estetik yöndən baxımlı strukturları, cizgilərinin əyriliyi, burumu, düzgünlüyü saxlanılırdı. 

Ona görə də bu faktları belə bir soruya bağlamaq gərəkir: Orta əsrlər Azərbaycan estetik 

mədəniyyətində hansı formalı konturlar, hansı cızıq əyrilikləri və ya düzgünlükləri ikonik 

bildiricilərdə eydetik sayılırdı (164)? Biz sonra görəcəyik ki, eydetiklik Ortaçağ Azərbaycan təsviri 

və dekorativ-tətbiqi sənət növlərində ikonik və konvensional bildiricilərin seçilməsində, 

düzəldilməsində önəmli rol oynayırdı. Hələliksə bu fəsli bağlayanda söyləmək olar ki, Ortaçağ 

Azərbaycan incəsənəti ən müxtəlif düşüncə matereallarını, duyğu çalarlarını bildirmək üçün 

konvensional və ikonik bildiricilərdən geniş istifadə edirdi. Düşünmək hansı göstəricilərisə nələrəsə 

qoşmaq və ya nələrdənsə ayırmaqdır. İncəsənət özünün əsas istiqamətində adi, trivial düşüncənin 

daşıyıcısı olmur. İncəsənəti mədəniyyət üçün önəmli edən amillərdən biri budur ki, bədii axtarışlar 

maraqlı düşüncədən ötrü edilir. Bəs maraqlı, qeyri-trivial düşüncə nədir? Onun ən əsas 

əlamətlərindən biri odur ki, o, anlayışlar, obrazlar vasitəsi ilə çoxları üçün yaxın görünən olaylar 

arasında uzaqlıq tapır və tərsinə, uzaq sayılanlar arasında yaxınlıq üzə çıxarır (165). Orta yüzillər 

Azərbaycan poeziyasında ilginc düşüncənin sonucu olaraq əldə edilmiş və sonra daşlaşmış çoxlu 

strukturlar, obrazlar görürük. Məsələn, götürək tipikləşmiş bənzətmələri. Nə zamansa gül-bülbül, 

şam-pərvanə ilişgiləri aşiq və məşuq ilişgiləri ilə bir sırada qalmışdı, şairlərin sayəsində isə Ortaçağ 

poeziyası bu ayrı-ayrı hadisələri sinonimik cərgəyə saldı. 

Dünya olayları, əlamətləri arasınad dürlü ilişgilər axtaran bədii idrak dünya fraqmentlərini 

cürbəcür sinonimlər qrupu kimi yığmaqla, modelləşdirməklə məşğul olur. Bu zaman dünyanın 

hansı uzaq sayılan hadisələri isə yaxın əlamətlərdə açılır və tərsinə, nələrsə uzaqlaşdırılır. İncəsənət 

dünya olaylarından özü üçün ayrıca sistemlər qurur. Bu mənada incəsənət sistemtapıcı, 

sistemqurucu hadisədir və deməli, idrakın önəmli formasıdır. İdrakın kateqoriyalar sistemi haqqında 

V.İ. Lenin yazırdı: «İnsanın qarşısında təbiət hadisələri şəbəkəsi durur. İnstinktiv insan, vəhşi özünü 

təbiətdən ayırmır. Şüurlu adam ayırır. Kateqoriyalar ayırmanın pillələridir, yəni dünyanı dərk etmək 

pillələridir. Şəbəkədə düyün nöqtələridir ki, bunlar onu dərk etməyə, ona yiyələnməyə kömək edir» 

(166). Bu o deməkdir ki, gerçəkliyi öyrənməklə məşğul olan şüur özünü təbiətdən həmişə 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə