Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 

43

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

İİ Fəsl. Dillər və tekstlərdə açılan estetik mədəniyyət 

 

Semiotika, dil, tekst 

 

Ortaçağ Azərbaycan mədəniyətində, eləcə də estetik təcrübəsində dürlü bildirici tiplərinə 



olan duyğunluğu (həssaslığı), bildiricinin məhz bildirici kimi qavranılmasını aydınlaşdırdıqdan 

sonra indi deyə bilərik ki, bu kültürdə semiotikanın öyrənə biləcəyi çoxlu məsələlər var. Semiotika 

elmində bildiricilərin özündən başqa, bildiricilər sisteminin dürlü yönlərini öyrənməyə yönəlmiş 

çoxlu anlayışlar, nəzəri prinsiplər toplanıb. Onlardan aşağıdakılarını saymaq olar: «dil sistemi» və 

ya «kod» və ya «paradiqmatika» (bunlar sinonimlərdir). «Tekst», «sintaksis», «teksti açmaq 

əməliyyatı», «tekstdə informativ olanlar» və s. Birinci fəsldə gördük ki, Ortaçağ adamının 

bilincində bildiricinin  və necə olması bu və ya başqa aydınlıqla özünə yer tapmışdır. Ancaq 

semiotikanın başqa anlayış və müddəaları ilə ilgili eyni durumu Ortaçağ mədəniyyətində görmək 

çətindir. Bu mədəniyyətdə işarələr haqqında bilgilər işarələr sisteminin mexanizmi haqqında aydın 

təsəvvürə gətirib çıxarmamışdır. Elə ona görə də bildiricinin tapılmasını semiotikanın xidməti saə 

bilmirik. Ancaq danışıq dilinin qurulması və anlaşılması üçün işləyən mexanizmi struktur dilçilik, 

başqa bildirici növləri ilə bağlı oxşar mexanizmi isə struktur dilçiliyin topladığı təcrübə əsasında 

semiotiklər dürlü baxımdan öyrənmişlər. Bu tapılanların qabaqlar sistem şəklində 

mənimsənilməməsinə görədir ki, semiotika yeni elm sayılır. Hərçənd bütün yeni elimlər kimi, 

tarixdə onun da əcdadlarının olması göstərilmişdir (məsələn, stoiklərdə, Hobbsda, Leybnistdə, 

Kondilyakda semiotik ideyalar olmuşdur). 

İndi isə semiotikanın bildirici anlayışından sonra saydığımız anlayış və prinsiplərinə 

yaxından baxaq. Biz burada da, bildirici anlayışını gözdən keçirəndə gördüyimiz kimi, danışıq dili 

örnəklərinə söykənib başqa növlərdən olan bildirici sistemləri ilə tanış olacağıq. 

Bir çox ideyaların danışıq dili materialları əsasında hazırlanaraq semiotikaya köçürülməsi 

Sössürün xidmətidir. Bu İsveçrə dilçisinin linqvistika üçün başlıca tapıntılarından biri təbii dildə dil 

sistemi ilə nitqi, danışığı ayırmaq olmuşdur (dil sistemi tez-tez «dil» termini ilə əvəz edilir). Sössür 

göstərmişdi ki, nitq, demə, söyləmə bildiricilər sırasından əmələ gəlir, özü də bu cərgə zaman 

ardıcıllığında açılır. Dil isə nitqə materiallar, vahidlər verən fonddur (1). Dil və ya dil sistemi nitqdə 

işlədilən dürlü elementləri spesifik biçimdə özündə «yığıb» saxlayır. Bunu açıqlayaq. «A» saitini 

ayrı-ayrı azərbaycanlılar öz səslərinin tembrinə, ovqatlarına uyğun olaraq dürlü ayrıntılarda 

(fərqlərdə) deyirlər. Ancaq bu ayrıntılara baxmayaraq, biz hər kəsin danışığındakı fərdi «a» 

səslənmələrində ümumi «a»nı tanıya bilirik. O biri yandan, eyni söz dürlü dedidə dürlü məna çaları 

vermək üçün söylənilir. Özü də biz «dürlü məna» deyəndə dilin sözlüyündə «yazılmış» 

çoxmənalılığı nəzərdə tutmuruq. Çünkü bu çoxmənlılıq, sözün lüğətdə sadalanan mənaları hamı 



 

44

tərəfindən qəbul olunandır. Necə ki «a»nın fərdi səsləndirilməsi var, eləcə də danışanın 



bacarığından, ortada olan durumun özəlliklərindən asılı olaraq söz dürlü situativ, kontekstual anlam 

çalarları qazanır. Poetik tekstlərdə belə mənalar bədii məzmunun zənginliyində önəmli rol oynayır 

(2). Bu fərqləri bir bayatıda gözdən keçirək: 

 

Mən aşiq Vətən sarı 



  

 

 

 

 

  Ağ sarı, kətan sarı, 

Baxtavər kağız, başın, 

 Gedirsən vətən Sarı (3). 

 

Bizcə, burada birinci misradakı «sarı» sözündən lüğəti məna tamamilə boşaldılmışdır. 



Çünkü «sarı» sözünün lüğəti mənaları və qrammatika aydın şəkildə «vətən sarı» deyiminin nəyi 

anlatdığını bizə açmır, gərək əlləşib bu deyimi metaforik biçimdə yozasan (4). Bu bayatının ayrı-

ayrı misralarında «sarı» sözü özünün dürlü lüğəti mənalarını gerçəkləşdirir. Ancaq «kağız» sözü 

lüğəti mənaları arasında olmayan məna çaları qazanır. O, göstərdiyimiz bayatıda həmsöhbət, canlı 

varlıq anlamlarını bildirir. 

Danışıqda fonetik və məna planında olan fərqlər, ayrıntılar belə bir soru doğurur: «necə olub 

ki, biz azərbaycanlılar, tutalım, dürlü deyimli «a»-lardan tapırıq ki, onlar hamısı dil sistemindəki 

ümumi «a»nın «balalarıdır»? Eyni sualı nitq zamanı sözlərin aldığı fərdi məna çalarları ilə bağlı da 

vermək olar. 

Bu soruların cavabını tapmaqda «invariant», «variant» terminləri, daha öncə isə fəlsəfədə 

onların əsası olan «ümumi», «təkcə» kateqoriyaları önəmli bilgi verir. Təbiətşünaslıq elmlərində 

invariant hər hansı bir hadisənin dürlü dəyişmələrində dəyişməz qalan «cizgiləri» bildirir. 

İnvariantın dürlü dəyişmələrdə ayrı-ayrı «əyinlərə» düşməsinə isə «variant» deyilir. Bu baxımdan, 

biz «a» fonemini invariant, «a»nın ayrı-ayrı adamlarda, danışıqlarda fərqli fonetik törəmələrini isə 

variant adlandıra bilərik. Eləcə də sözün lüğətdəki mənalarına invariant, bu mənaların danışıqda 

qazandığı situativ çalarlara isə semantik variantlar deyə bilərik. 

İnvariant «ümumi», «substansiya» variant isə «təkcə» fəlsəfi kateqoriyalarına uyğun gəlir. 

Ümumi ilə təkcənin ilişgilərindən müsəlman peripatetikləri (aristotelçiləri) geniş danışmışlar. 

Siracəddin Urməvi ümumini belə açır: «ümumilər» tam mahiyyətlərdirlər və məhz onların 

sayəsində müəyyən olaylar (5), nəsnələr bir növə aid olmaqla qohumluqda bulunurlar (6). Məsələn, 

Şərq peripatetiklərinə görə, insan soyunda olan hər adam üçün substansional ümumi «düşünə 

bilmək»dir. O, məhz, insanla ilgili başlıca mahiyyət göstəricisi olduğu üçün və ona görə də bütün 

insanlara aid olduğu üçün insan növü içərisində ümumidir. İndi biz deyə bilərik ki, invariant həm də 

substansional ümumi anlayışına uyğun gəlir. İnvariant bəzi təbiətşunaslıq elmlərində ona görə geniş 

işlədilir ki, bu anlayış ya riyazi formullar, ya da başqa araçlarla nəsnələrin əsasını verən sabit 

quruluşu, strukturu üzə çıxarır. Bütün bu deyilənlərdən sonuc çıxarıb söyləmək olar ki, dil sisteminə 

invariantlar yığılır. Danışıqda işlədilən hər dil bildiricisi (sözlər və s.), bu bildiriciləri törədən 

minimal vahidlər (fonemlər, yəni səslərin invariantları) dürlü çalarlarda dəyişgilərə uğrayırlar, 

ancaq dil sisteminə həmin çalarlar yığılmırlar. Dilə yığılan bir səsin, bir sözün variantları deyil, 

onların hərəsinin invariantı olur. Deməli, dil sistemi ilə danışığın ilişgisini invariantla variantın 

(ümumi ilə təkcənin) ilişgisi kimi öyrənmək olar (7). 

Ortaçağ Doğu peripatetikləri Arostotel gələnəyinə söykənərək təyin etmək, tanımını vermək, 

yəni tanıtmaq eyləmini aydınlaşdıranda bizim dil və nitq ilişgilərini öyrənməmiz üçün önəmli olan 

bir prinsipi göstərmişdilər. İbn-Sina nəyisə təyin etməyi, nəyinsə tanımını verməyi onu 

görükdürməkdən, təsvir etməkdən ayırmaq istəyəndə yazırdı ki, nəyi isə təyin etmək, onu özünə 

yaxın olan soya (cinsə) və ya dürə (növə) salmaqdır: məsələn, insan canlı və düşünməyi bacarandır. 

Göründüyü kimi, öyrənilən hadisə (insan) təyin edilən zaman ümumi (canlı və düşünməyi bacaran) 

keyfiyyətlə bağlanır və bunun sonucunda anlanılır (8).  

Nitqdə bildiricinin qurulması və başa düşülməsi, tanınması oxşar eyləmə söykənir. 

Danışıqda ümumi, yəni lüğəti məna əsasında konkret məna hazırlanır. Danışığa qulaq asan isə 

konkret, situativ mənanı lüğətdəki ümumi mənaya bağladıqdan sonra onu anlaya bilir (9). İndi bir 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə