Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 

59

vahidləri kimi belə bildiriciləri yox, insan pozalarının, bütün nəsnələrin görükdürücülərini 



götürmüşdük. Halbuki minimal fiqurları nəzərə alsaq, onların törətdyi göz, tel, qılınc tiyəsi kimi 

insan, nəsnə kəsimlərinin bildiricilərini də miniatür lüğətinə aid etmək olar. Danışanda sözlərin 

birləşməsindən deyimlər yığıldığı kimi üz, alın, burun (68) formaları ilə çiyin görükdürücülərinin 

birləşməsi də «insan» deyilən mürəkkəb bildiricini qurur. 

Beləliklə, miniatür dilinin bildirici fonduna hansı tip göstəricilərin düşməsinin iki variantı ilə 

rastlaşmaq olar. Birinci variantdan çıxış etsək, miniatür lüğəti insan və heyvanları, bitkiləri, bütöv 

nəsnələri bildirən ikonik bildiricilərin invariant toplusu olacaq. İkinci variant isə imkan verir ki, 

insan və b. olayların kəsimlərini, parçalarını görükdürən bildiriciləri miniatür lüğətinə yığaq. Bu 

variantlardan hansının məhsuldar, verimli olmasını tapmaq üçün ayrıca araşdarma aparmaq 

gərəkdir. Bəlkə də hər iki variantı sintez etmək daha doğru olar. Təbii dilin özündə belə sintezin 

analoqu var. Dilçilər bəzən danışıq dilinin lüğətinə yalnız sözləri yox, frazeologiyaları, tipik söz 

birləşmələrini də aid edirlər. Eləcə də miniatür bildirici fonduna qol, çiyin, qaş-göz kimi sözə uyğun 

bildiricilərlə yanaşı, həmin bildiricilərin birləşməsindən çıxan tipik insan duruşu, oturuşu 

göstəricilərini də salmaq olar.  

  

  

Klassik poeziada dil və tekst 



 

Danışıq dilindən üzdə kəskin ayrılan davranış və təsviri sənət bildirici sistemlərində də dil 

və tekst qatlarının olduğunu gördük. Semiotikada təbii dildən fərqlənən bildiriciləri özünə toplayan 

dil sisteminə (yəni lüğət və sintaksis toplusuna) kod da deyilir. Bu zaman semiotik sistem kod və 

tekst qatlarına ayrılır. «Davranışın, miniatürün dili» deyiminin mənasını yetərincə mənimsədikdən 

sonra deyə bilərik ki, danışığın dil sistemini anlatmaq üçün kod anlayışını işlədəcəyik. Semiotikada 

incəsənət növlərinin hər birində tekstlər sırasından onun dilini ayırmaq üçün «bədii kod» anlayışı 

(teatırın, kinematoqrafın bədii kodu) işlədilir. Kod anlayışı şifrələyərək bağlamaq, şifrəni açmaq 

prosesini ayırdığı üçün bəzən onu demək əlverişli olur. Düzdür, semiotika elmini başa düşməyən 

heç cür anlaya bilmir ki, nəyə görə, tutalım, rəssamlıq əsərini şifrələnmiş sayıb, sonra da belə hesab 

etməlidir ki, qavrayışı ilə bu şifrəni açır. «Tabloda onsuz da hər şey aydındır», halbuki şifrə nəsə 

mənası gizli olan işarəni bildirir. Ancaq bu etirazları söyləyən kəs bilməlidir ki, morze şifrələrini 

yaxşı bilən rabitəçi verilən teksti «su kimi içəndə» də belə düşünüb-duymur ki, nəsə mənası gizli 

olan sirləri açır.  

O biri yandan, incəsənət əsəri ona görə şifrələnmiş teksdir ki, onu, yalnız öz kodu ilə açanda 

düzgün bilgi verir. XVI yüzil çinlisi üçün Avropa portretlərindəki işıq-kölgə təzadları anlaşmaz idi. 

Portretdə üzə düşmüş kölgə onun gözündə anlaşmaz ləkə kimi görünürdü (69).  

Film gerçəkliyə çox oxşayan teksdir. Bununla belə, kinematoqrafın kodu ilə tanış olmayan 

tamaşaçı (yəni heç vaxt kinofilm görməmiş adam) bədii filmə baxanda çaş-baş qalır. Kino ilə ilk 

tanış olanlar iri planda göstərilən üzü bədənsiz sayırdılar (70). Eləcə də Ortaçağ adamı üçün sərbəst 

şeir heç cürə poetik tekst deyildi.  

Bildiricilər sistemində dil rolunu oynayan özəl kodun olduğunu göstərdikdən sonra yenidən 

danışıq dilinə qayıdanda ilk baxışda paradoksal görünən belə bir düşüncəni yenidən təkrar etmək 

istərdik: danışıq dilinin əsasında qurulmuş bədii ədəbiyyatın öz dili, öz kodu var. Bu kod heç də 

danışıq dilinin eyni deyil və ondan xeyli fərqlənir. Deməli, azərbaycanca yazılmış poetik teksti 

Azərbaycan dilinin lüğəti və qrammatikası vasitəsi ilə açanda alınan mənalar cümlələrin hərfi 

mənası olacaq, bədii koddan yığılmış əsl poetik mənalarsa bilinməz qalacaq. Sözsüz, biz şərti olan 

təbii dili poetik dildən ayırırıq. Canlı həyatda poetik dil danışıq dilindən yığılıb öz mürəkkəb, 

çoxqatlı quruluşunu alır və sonra danışığa əks təsir edib, tapdıqlarının bir çoxunu ona verir. 

Məsələn, bənzətmə prinsipi təbii dildən götürülsə də, öz imkanlarını bütünlüklə poetik praktikada 

açır. Poeziyada həmin prinsip sayəsində əldə edilmiş bir çox məcazlar təbii dildə geniş işlənməklə o 

qədər bu dilin öz faktına çevrilir ki, onun ilk dəfə harada, - poetik dildə, yoxsa adi danışıqda 

yarandığını tapmaq çətin olur.  



 

60

Danışıq dili ilə poetik dilin ilişgilərini anlamaq üçün başqa bir semiotik hadisəni analogiya 



kimi götürmək olar. Kino sənəti gerçəkliyə oxşarlıq baxımından ən inandırıcı sənət növü sayılır. 

Ona görə də belə görüntü yaranır ki, kinofilmi başa düşmək, ondakı ikonik bildiricilərin nəyi 

bildirdiyini anlamaq üçün gerçəkliyi gözlə görüb nəsnə və olaylar haqqında yaddaşa təsəvvürlər 

yığmaq yetərlidir. Müəyyən mənada, doğrudan da belədir. Biz həyatda hirslənən, tələsik gedən 

adamların necə olduğunu bildiyimiz üçün filimdə personajın hirsləndiyini, getdiyini anlayırıq. 

Kinonun semiotikası ilə məşğul olmuş ünlü italiyan şairi və rejissoru P. P. Pazolini məhz bu ilişgini 

nəzərə alıb hesab edirdi ki, kino dilinin bildirici fondu, lüğəti kinonun mənsub olduğu topluma aid 

tipik nəsnə və hadisələrdir. Ona görə də Avropa gerçəkliyi ilə bağlı olan kino dilinin sözlüyünə

tutalım, dəvə görkü daxil deyil. Əgər bir Avropa filmində dəvə göstərilirsə, bu, bir adamın öz 

danışığında yabançı sözü işlətməsinə bənzəyir (71). 

Y. Lotman kino dilinin özəllikləri ilə biğlı kitabında kino ilə geçəkliyin semiotik ilişgilərini 

daha mürəkkəb proses kimi öyrənirdi. O göstərirdi ki, texniki araçlar səyəsində özünü gerçəkliyə 

çox oxşatmış kino dili gerçəklikdən ayrılmaq üçün, gerçəklik olmadığını sübut etmək üçün fransız 

rejissoru Melyesdən başlayaraq dünyanın görünən tərəfi ilə mübarizəyə girişir (72). Kinofilmdəki 

görükdürücülərin (epizodların) göstərilən dünya faktlarına tam bərabər olmadığını və deməli, 

kinolüğətin gerçəklikdəkilərdən fərqini göz önündə saxlamaq üçün min cür fəndlərə əl atırlar. Ən 

gözlənilməz rakursdan göstərmək, optik deformasiya, yavaşıdılmış və ya becidləşdirilmiş hərəkət, 

kontrapunkt, montaj buna örnək ola bilər. Kino dilinin sadalanan araçlarının hamısı nəsnənin 

təsvirinə elə mənalar verə bilir ki, gerçəkliyin özündə həmin nəsnəni biz bu mənalarda heç vaxt 

görmürük. Zərbə üçün qaldırılmış qəmə gerçəklikdə təhlükə, qorxu mənalarını bildirir və filmdə 

eyni vəziyyət göstəriləndə qəmənin təsviri bu mənaları saxlayır. Ancaq Bertoluççinin «Konformist» 

filmində faşist agentlərinin mindiyi qara minik maşınları (30-cu illər modeli) kameranın hərəkəti, 

rakurs vasitəsi ilə elə hala salınır ki, faşizmin qorxunc bildiricisinə çevrilir. Həmin avtomobillərin 

özü faşist atributu kimi qavranılır.  

Kino dili öz lüğətini gerçəkliyin görünən, eşidilən tərəflərinə qarşı qoyandan sonra yenidən 

gerçəkliyə qayıdır. Sonucda heç nə artırmadan dünyanı göstərən, sənədliliyə can atan ayrı-ayrı 

filimlər yaranır (73). 

Oxşar vəziyyəti biz bədii dillə poetik dil arasında da görə bilərik. Əgər adi danışıq dilini 

gerçəkliyin görülən, eşidilən tərəfinin yerinə qoysaq, poetik dil gerçəkliyin bu tərəfindən özünü 

fərqləndirməyə çalışan kino dilinin mövqeyində duracaq. Doğrudan da, poetik dilin bədii 

bildiricilərinin bir çoxu adi danışıq dilinin lüğəti ilə ziddiyətə girib onunla mübarizə aparır. Götürək 

Fizulinin bir qəzəlindən aşağıdakı beytləri: 

 

Könlüm açılır zülfi-pərişanını görcək, 

Nitqim tutulur qönçeyi-xəndanını görcək. 

Rənalıq ilə qaməti-şümşadı qılan yad, 

Olmazmı xəcil sərvi-xuramanını görcək. 

Naziklik ilə qönçəyi-xəndanı edən yad, 

Etməzmi həya ləli-dürəfşanını görcək? (74) 

 

 

Bu beytlərdə olan «qönçeyi xəndan» (gülən qönçə), «sərvi-xuraman», «ləli-dürəfşan» (dür 



saçan) kimi söz birləşmələri danışıq dilinin lüğətindəki mənalarından fərqli anlamlar bildirirlər. 

Qönçə ağzı, sərvi-xurman gözəlin düz qamətini, ləli-dürəfşan arasından dişləri parıldayan dodaqları 

anladır. Bütün bu poetik bildiricilərdə lüğəti məna üstünə əlavə mənalar yığılır. 

 Poetik sözlüyün danışıq dilinin lüğətindən fərqlənmək, onunla eyni olmamaq cəhdləri təbii 

dili dağıtmağa yönəlmir. Tərsinə, poetik lüğətin sayəsndə təbii dilin sözləri öz imkanlarını geniş 

şəkildə açır. Adi dilin lüğəti tapmacalar, məsələlər sayəsində də zənginləşir. Ancaq bu işi poetik 

lüğət daha yüksək səviyyədə görür.  

Ortaçağ Azərbaycan poeziyasında bədii dilin danışıq dilindən ayrılmağa can atmasını aydın 

şəkildə izləmək olar. Bu mənada Ortaçağ poeziyası bütünlükdə bədii dil və danışıq dili ilişgilərini 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə