Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 

65

Ortaçağ Azərbaycan miniatür tekstlərinin müstəvisində görünən geyimlər, binalar, mənzərə 



işarələrinin hamısı gündüz işığına, yayın havasına, gül-çiçəklərin zərifliyinə, bağ-bağatın boyalarına 

əsaslanır. Miniatürün verdiyi dünya modelində, dünya şəklində qışa, payıza yer yoxdur. Kontrast 

üçün bunu demək yetər ki, Ortaçağ Çin rəssamlığında qış mənzərələrinin və atributlarının 

göstərilməsi bəzi sənətçilər tərəfindən estetik və fəlsəfi baxımdan daha ifadəli, ilginc sayılırdı (92). 

Miniatür haqqında bu dediklərimiz eyni dolğunluqla özünü Ortaçağ dekorativ-tətbiqi 

sənətində də göstərirdi. Şah İsmayılın qızıl kəməri, oymalı məzar daşları, XVİİİ yüzildə Bakının 

Xilə kəndində hazırlanmış xalça, Ortaçağ Azərbaycan pulları bitki formalarının incəliklərində, 

strukturunda bəzədilmişdi. Özü də bu universal bədii kodun təklif etdiyi bitki, bağ-bağat simvolları 

çağın miniatür, dekorativ-tətbiqi sənətinə yalnız ikonik bildirici tiplərini deyil, eləcə də onları bir-

birinə bağlayan gül-çiçək cizgilərindən törəmiş əlaqələndirici strukturları və deməli, hansısa 

sintaksis prinsiplərini verirdi.  

Bu simvolları Ortaçağ memarlıq abidələrində də geniş şəkildə izləmək olar. Gül-çiçək, bağ-

bağat simvol və sintaksisində daş, dəmir kimi bərk materialların incələnməsi Ortaçağ estetik 

nəsnələrindəki cismaniliyin, plastikliyin özəllikləri ilə ilgili dediklərimizi yaxşı göstərir. Bitki 

incəlikləri materialın kobudluğunu görünməz edirdi (93), o biri yandan isə, öz zəriflikləri ilə 

materialın müqavimətini quran sənətkarın dühasını, heç kimin bacarmadığını düzəldə bilməsini 

simvollaşdırırdı (94). (Nizamidə Simnarın daşı muma çevirməsini xatırlayın). 

Univesal bədii dilin haqqında danışdığımız simvollarını və bu simvollardan doğan 

sintaksisini Ortaçağ Azərbaycan bədii ədəbiyyatına da aid etmək olar. Nizaminin «Xəmsə»sində 

qış, payız təsviri çox nadir bədii lövhədir. «Yeddi gözəl»in, «Leyli və Məcnu»nun, «Xosrof və 

Şirin»in hərəsində qış, yay, payız fəsllərinin təsviri bir dəfə verilir, özü də təsvir baxımından şairin 

həvəslə yanaşdığı lövhələrə heç cürə oxşamır (95). Əvəzində güllük, çiçəklik, otluq bağ-bağat 

təsvirləri «Xəmsə»də ən çox təkrarlanan bədii hadisələrdir. «Şirinlə Xosrovun yaz vaxtı gəzməyə 

çıxması» fəslindən aşağıdakı seçmələrə baxaq: 

 

Bənövşə tovuz qanadı çıxarar. 

Səfalı bahardan güllər şad sevgililər kimi 

                      Sevincdən pərdəsini yırtırdı: 

Gül sevincdən bağda bayraq qaldırmışdı. 

Qumru qoşunu qarğanın üstünə hücuma keçirdi. 

Yasəmən saqi olub, nərgiz əldə qədəh tutub, 

Bənövşə xumarlanıb, qızılgül məstdir. 

Yer üzü lalədən paltar geymiş, 

Lalə mərzəyə beşik olubdur. 

Azad sərv çəməndə qamətini düzəldib

Lalə onun eşqindən köynəyini cırmışdı. 

Bənövşə burulmuş saçını çiyninə salmış, 

Külək nəsrinin (zülfünü qaldırıb) qulağını göstərmişdi. 

Güllərin gəlinləri əlini üzünə tutmuş, 

Çiçək açmış güllər saçına daraq vurmuşdu, 

Torpağın göbəyi hamilə olub 

Göbəyindən çoxlu bitkilər doğmuşdu. 

 

 Buradan duymaq olar ki, gül-çiçəyin görükdürülməsində insan plastikasından açqlayıcı, 



izahedici simvollar kimi istifadə edilməsi Doğu poeziyası üçün az xarakterik deyildi. Məsələn, 

Xətainin «Dəhnamə»sində nəbatət aləmi tez-tez insan davranışlarında göstərilir: 

 

Neylufər açıldı, suyə girdi

Pirahənin başına burdi. 

Çinar əlini üç rəksə açdı, 

Gül xırda zərin şəbaşə saçdı. 



 

66

Nərgiz oturub gözündə xabi. 



Hər qönçədə verdi-ərğavani. 

Yüzündə niqabın örtüb qönçə, 

Yaşıl çəmən üstə lalə çin-çin. 

 

Bu göstərilən parçalardan Ortaçağ Azərbaycan incəsənətinin Universal bədii dilində gül-



çiçək, bağ-bağat simvollarının geniş bildirici sırasında açılıb gözəl mənzərə lövhələrini yaratdığını 

gördük. Ancaq həmin simvollar yığcam bildirici kimi işlədib insan gözəlliyinin xüsusiyyətlərinin 

anladan işarələr də olurdu: 

 

Mən o bağam ki, meyvəsini kimsə dərməmiş



Qapısı görünür, açarı gizlidir. 

 

Və ya: 



 

Şəkər kimi südə meyl etdiyinə görə, 

Süd və şəkərlə bəsləyirdilər. 

Həmişə onu şahın sarayına gətirir, 

Gül dəstəsi kimi əldən-ələ gəzdirirdilər. 

 

Demiş qönçəyə aşiqlikim razın səba derlər, 



El ağzın tutmaq olmaz, qorxuram, ey gül sana derlər. 

 

Ey gül, nə əcəb silsiləyi-müşki-tərin var

Vey sərv, nə xoş can alıcı işvələrin var. 

 

 

İsti fəsillərlə və deməli, fəsillərdəki mənzərə, gül-çiçəklə bağlı olan işıq simvolları Ortaçağ 



poeziyasında dürlü qiyafələrdə özünü göstərirdi. Gözəlin üzünün günəşə, aə bənzədilməsi, gözəlin 

üzündən işığın ələnməsi, qaranlıq gecədə ulduzların sayrışması, qaranlıqda şamın işığı kimi 

obrazlar buna örnəkdir. 

İşıq öz antitezi qaranlığı da güclü simvola çevirmişdi. İşığın peyda olması qaranlıqla təzad 

nəticəsində ifadəli olur. Nizami fələyin fırlanması sayəsində gecədən gündüzün, işıqlı al-əlvan 

mənzərələrin peydə olmasını güclü duyğularla yaşayırdı və göstərirdi. «Xosrov və Şirin»də gecə-

gündüz təzadı dəfələrlə verilən qoşa antitetik bildiricilərdir:  

 

Səhər dünyanı işıqlandıran günəş 



Gecənin başını gündüzün bədənindən ayıran 

Qara qanadlı qarğa sinəsindən (çıxarıb) 

Tutunun qanadının altına qızıl yumurta qoyub. 

 

Səhərin şahənşahı taxta çıxan kimi, 



Ruh qoşunu zənci qoşununun üzərinə hücum çəkdi 

  

Nizaminin «Xəmsə»sində belə örnəklər çoxdur. Onlar Ortaçağ Azərbaycan poeziyasında 



olan qaranlıqdan işığın parıldayıb çıxması ilə ilgili zəngin işarə konpleksində iştirak edirdi. Həmin 

işarə konpleksinə üzdən niqabın çıxarılması və ya düşməsi sayəsində gözəlliyin parıldaması, yəni 

görünməsi də daxil idi: 

     


Sən üzündən aləmi rövşən qılıb saldın niqab, 

Yaziyə salsın bu gündən böylə nurin afitab. 

 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə