Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 

69

 



 

İll. X. 


 

Beləliklə, biz Ortaçağ Azərbaycan incəsənətinin ümumi, uneversal dilinin, kodunun bir neçə 

paradiqmatik bildirici qrupunu və sintaksis qaydalarını göstərməklə həmin dilin boş abstraksiya 

olmadığını və incəsənətdə gerçək güc oluban işlədiyini göstərməyə çalışdıq Bu universal bədii kod 

öz bildirici və sintaksisinin geniş yayılması, əhatəliliyi sayəsində incəsənətin bütün növlərini idarə 

edirdi. Onun vahidlərinin hamısını öyrənmək ayrıca araşdırmanın işidir. Hələliksə deyə bilərik ki, 

bu universal bədii dilin iç sistemini üzə çıxarmaq, həm də Ortaçağ Azərbaycan incəsənətinin ən 

xarakterik, tipoloji strukturlarını aydınlaşdırmaqdır.  

Biz incəsənətdə miniatür, bədii ədəbiyyat kimi növlərin hərəsinin öz bədii kodunun 

olduğunu göstərmişdik. Sonra isə artırmışdıq ki, hər növ ilə ilgili bir koddan danışmaq anlaşıqlıq 

üçün edilən abstraksiyadır. Əslində hər növdə ayrı-ayrı dillərin işindən danışmaq gərəkdir ki, 

onların da hamısı incəsənətin Universal bədii kodunun elementlərindən istifadə etməklə ona tabe 

olurdu. Miniatür sənətində hər janrın, hər milli məktəbin öz dilinin olması buna örnəkdir. 

Dekorativ-tətbiqi sənətdə, özəlliklə xalçaçılıqda coğrafi prinsiplə bölgü (Qarabağ xalıları, Təbriz 

xalıları və s.) əslində ayrı-ayrı kodlarda, təsvir-ifadə sisteminə, yəni bildiricilər kompleksinə, 

sintaksisə söykənən tekst qruplarının ayrımlanmasıdır.  

Ancaq sənət növləri içində dürlü dillər problemi daha bir məsələ ilə bağlı çözümünü tapır. 

Söhbət semiotikada bədii bilginin (məlumatın) informativliyi məsələsindən gedir. İncəsənət əsəri 

bildirici sırası kimi dinləyiciyə, tamaşaçıya, oxucuya bədii bilgi verir. Tekstin hər bildiricisinin özü 

məlumat ötürəndir və onlar birlikdə yapıtın məzmunu ilə formasının əhatə etdiyi informasıya 

toplusunu əmələ gətirir. Semiotika informasiya nəzəriyyəsinə söykənib tekstin verdiyi bilginin 

informativliyini ondakı yeniliyin dərəcəsindən aslı edir. Bəs məlumat nə zaman yeni ola bilər? 

Əgər, tutalım, «A»dan sonra «B»-nin gəlməsi qaçılmazdırsa, «B» gözlənməz olmadığı üçün yenilik 

verməyəcək. Aşiqin məşuqəsindən ötrü darıxması təbiidir, yəni maksimum gözlənəndir, ona görə də 

şairin tekstdə bu haqda verdiyi bilgi heç bir ynilik daşımır. Ancaq əgər «A»dan sonra «B» və ya 

«C» eyni dərəcədə gələ bilərsə, onda onların hər hansı birisinin gəlməsi eyni miqdarda yenilik 

verəcək. O biri yandan, «C» daha az gözlənirsə, onun baş verməsi «B»-yə baxanda daha çox 

informativ olacaq. «Leyli və Məcnun» poemalarında axırda Məcnunun Leylidən imtina etməsi, 

Leyliyə evlənməsi variantına görə daha az gözlənilir, ona görə də daha çox informativ olur. 

Göründüyü kimi, informasiya nəzəriyyəsi baxımından, məlumatın gözlənməzliyi artdıqca, yeniliyi, 

inıormativliyi də artır.  



 

70

«A»-dan sonra mümkün olan faktların sayı çoxalanda bu zaman ortaə çıxan elementin 



yenilik dərəcəsi də artır. Çünki biri var iki elementdən hansının gələcəyini bilməyəsən, biri də var 

on elementdən hansının olacağını bilməyəsmən. Orijinallığa söykənən incəsənət öz soraqlarını bu 

baxımdan informativ etməyə çalışır. Bədiliyin yenilik, gözlənməzik həddinə çərçivə qoyan yalnız o 

olur ki, məlumatın gözlənməzliyi onu qavraənı çaşdırmasın, çünki bu, məlumatı almaq üçün ən 

əlverişsiz vəziyyətdir. 

İnformativliyin başqa ölçüsü də var. Onu qavraənın biliyində, duyğularında aldığı bilgi nə 

qədər çox önəmli tərpənişlər, əks-sədalar oyadırsa, bilgi bir o qədər çox informativ olur. Eləcə də 

mədəniyyətdə peydə olan tekstin yenilik dərəcəsi onun bu mədəniyyətdə törətdiyi önəmli 

dəyişmələrin dərəcəsi ilə ölçülür. Quran, Şəriət buyuruqlarına söykənən toplumda «ən əl-Həqq» 

deyən sufinin bu sözlərinin camaat üçün çox yüksək informtivliyi vardı və adamlardan özlərini ən 

prinsipial şəkildə dəyişdirməyi tələb edirdi. Ona görə də mədəniyyətdə mövcud vəziyyəti dəyişməz 

saxlamaq istəyən kəslər üçün yenilik (Doğuda bu, «bidət», Avropada isə «novatorluq» adlanırdı) 

çox mənfi olay idi. Avropada novatorluq Dirçəliş çağından başlaəraq müsbət içtimai məna qazanır. 

İndi yendən incəsənətdə bədii tekstin kod əsasında qurulması və açılması probleminə 

qayıtsaq, J. Lotmanın formulə etdiyi belə bir paradoksla rastlaşarıq: hər hansı bir kod, dil sistemi öz 

tekstlərinin qurulma prinsiplərini, deməli, qanunauyğunluqlarını verir. Qanunauyğunluq anlamaqla 

bağlıdır. Deməli, kodun bu funksiyasını bilməklə biz ona aid tekstləri anlayırıq. Bu 

qanunauyğunluqların bir önəmi də var: tekstin bildirici sırasında zamanın və ya başqa səbəblərin 

törətdiyi pozuntular olanda həmin qanunauyğunluqlar əsasında nəyin pozulduğunu tapmaq olur. 

Məsələn, Azərbaycan türkcəsinin ahəng qanunu və qramatikası əsasında biz tapa bilərik ki, «Mən 

ev… gedirəm» cümləsində «ev» sözündən ya «-dən», yada «-ə» şəkilçisi düşüb.  

Poeziyada əruzun qafiyə sistemində, bəhr modellərində və semantik sintaksisdə özünü 

göstərən qanunauyğunluqlar pozulmuş söz kəsimini və bəzən hətta pozulmuş sözün özünü üzə 

çıxarmağa yardım edtr. Bu onun sayəsində mümkün olur ki, kodda, dil sistemində toplanmış 

bildiricilərin mənası, semantik və formal sintaksis qaydaları «A»-dan sonra «B»-nin gəlməsini bu 

və ya başqa dərəcədə, uyğun məktəb, jənr və s. üçün qanunauyğun edir. Məsələn, Klasik 

Azərbaycan poemalarının sujet ardıcıllığını vermiş sintaksisdən çıxış edib qabaqcadan demək olar 

ki, sevgi romanlarında aşiq və məşuqə heç cür poemanın kulminasiya nöqtəsindən öncə ölə 

bilməzlər. Təkrar edirik. Bu ona görə belə olur ki, bədii kod tekstə süjet, kompozisiya qatlarında 

qanunauyğunluqla təşkil olunma prinsiplərini verir. Qanunauyğun prosesin isə başlanğıcı əsasında 

sonrasını qabaqcadan praqnoz etmək, gümanlamaq olur. Ancaq bu zaman belə bir soru ortaə çıxır: 

dil sistemi məlumatın ardıcıllığını bu və ya başqa dərəcədə praqnoz etməyə imkan verirsə, deməli, 

onun əsasında düzəldilmiş tekst yetərincə gözlənməz olmur, ona görə də yetərincə yeni bilgi vermir. 

Bu zaman belə bir sual ortaə çıxır: əgər bədii tekst doğrudan da kod əsasında qurulmuşsa, onda bu 

tekstin yenilik dərəcəsi aşağı düşməlidir və əgər belədirsə, necə olur ki, bədii tekst yeniliklə, 

informativliklə əlamətləndirilir? Cavabında biz deyə bilərik ki, doğrudan da Ortaçağ bədii 

tekstlərinin hansısa qatları məhz bir koda əsaslandıqlaarı üçün praqnoz edilə bilir. Məsələn, həndəsi 

sintaksis olan simmetriya ilə qurulmuş dekorativ-tətbiqi sənət tekstlərində (xalçalarda, parçalarda) 

xarab olub pozulmuş, cırılmış kəstmləri biz həmin simmetriya vasitəsi ilə bərpa edə bilərik 

(restavrasiya zamanı bu prinsipdən geniş istifadə olunur). Bu mənada sənətşünaslıq doktoru R. 

Əfəndiyev XVİ yüzil Təbris xalçasının bizə gəlib çıxmış kəsiyi əsasında onun bütün kompozisiyası 

və bəzəyi haqqında tam təsəvvür əldə etməyin mümkünlüyündən danışanda onun bu inamı 

semiotikada kod və tekst ilişgiləri ilə yaxşıca möhkəmlənir. Çin memarlığının şəhərsalma 

prinsipində (məsələn, Pekinin qurluşunda) özünü göstərən simmetriyanı Y.V. Zavadskaə həndəsi 

sistemlə, eləcə də yer cizgilərinə söykənən fal ilə bağlayır. Mantika, fal nədir? İndi, bu gün bəlli 

olan faktların sintaksisini nəzərdə tutub gələcəyi qabaqcadan xəbər verməkdir. Fal sistemi nə qədər 

gumanvari olsa da, yenə hansısa kodun sintaksisinə əsaslanırdı. Bu baxımdan, əski söz tekstlərində 

özünü göstərən paralelizmlər ilginc yöndən açılırlar. Paralelizmlərə örnək kimi «Kitabi-Dədə 

Qorqud»dan aşağıdakıları göstərmək olar: 

 

Hey Dirsə xan! 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə