Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   2   3   4   5   6   7   8   9   ...   39

 

4

materiallarını da mənimsəyə bilər. Ortaçağ Azərbaycan estetik mədəniyyətində fəlsəfənin



estetikanın öyrəndiyi faktlarla yanaşı, yalnız semiotik həssaslıqla, duyğunluqla ayırd ediləsi 

strukturlar da var. Bu kitabda həmin strukturlara ayrıca diqqət verilmişdir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

5

I Fəsl. Bildiricilərə düzülmüş estetik mədəniyyət 

 

Bildirici həssaslığı ilə duyulan üz (sifət) 

 

«Semiotika» işarə, bildirici, əlamət mənasını verən yunan sözündən yaranmış termindir və 



bildiricilər, işarələr sistemini öyrənən elmin adıdır. Bu elm bildiricilərin özəlliklərini, 

əlaqələndirilməsini və onların işlənmə, alınma mexanizmini öyrənir. Semiotikaə görə, öz 

maddiliyindən başqa nəyisə bildirən hər hansı duyulan nəsnə həm də işarədir. İşarə bildirən olduğu 

üçün ona bildirici də deyə bilərik. Biz «işarə», «bildirici» sözlərini sinonim kimi işlədəcəyik (1) 

Necə olur ki, işarə özündən başqa nəyisə, bildirir? Bu ona görə baş verir ki, bildiricinin 

mənası, anlamı var. Məsələn, Azərbaycan dilinin sözlüyündə «göz» səs cərgəsi insanların görmə 

üzvlərinin ümumiləşdirildiyi məna ilə bağlı şəkildə verilir. Ona görə də bu səs sırası ilə hər bir 

azərbaycanlı öz həmsöhbətinin şüurunda həmin ümumi mənanı canlandırır və eyni zamanda - yeri 

düşəndə bu məna hər hansı bir adamın konkret gözlərini də özündə göstərir.  

Bəs bu necə olur? Əgər mən bir kəsi tanıyıramsa, həmsöhbətim onun görmə üzvünü 

bildirmək üçün «gözləri» sözünü işlədirsə, bilincində (şüurumda) «gözlər» səs cərgəsinin sayəsində 

«görmə üzvü» mücərrəd təsəvvürü yaranır. Həmsöhbətimin danışığından söhbətin mənim tanıdığım 

həmin adamdan getdiyini bildiyim üçün o an yaddaşımda bu adamın gözlərinin forması, rəngi, 

ifadəsi canlanır. Beləliklə, üçpilləli proses baş verir: a) səs forması; b) səs formasının assosiativ 

şəkildə şüurda canlandırdığı ümumi məna; v) yaddaşda qalmış konkret adamın gözləri haqqında 

təsəvvürün oyanması. Bu üç pillənin bir-birini çəkməsi sayəsində tanıdığım adam gözləri ilə mənə 

anladılır.  

Bəzən «göz» sözü tanımadığım adamın da gözlərinin görüntüsünü bilincimdə canlandıra 

bilər. Məsələn, həmsöhbətim öncələr heç vaxt görmədiyim adamı göstərib «gözlərinə bax» deyəndə 

sözün mücərrəd mənası ilə gördüyüm konkret gözlər bilincimdə sintez olunur. 

Üzünü heç vaxt görmədiyim və mənə göstərilməmiş adamın gözlərini uyğun sözlə konkret 

şəkildə anlatmaq üçün «göz» sözü başqa sözlərlə bağlantıda verilir. Məsələn, Nizami Gəncəvi 

poemasında işlədilən «türk gözləri» konkret göz tipini, Orta Asiya türklərinin irqi özəlliklərindən 

birini verən göz biçimini bildirir: 

 

Əgər gözlərim türklükdən daraldısa, 

Cavanmərd hindu kimi üzr istəməyə gəlmişdir (2). 

 

Şirinin dilindən qəzəl oxuyan Nəkisanın bu beytindən aydın olur ki, Ortaçağda türk 



gözəlinin gözləri həm «göyçəklik», həm «məğrurluq», həm də «özünü üstün saymaq» anlamlarını 

«dalğalandırırdı». Ona göbrə də Şirin gözlərindən «axan» bu ədasına görə Xosrovdan üzr istəyirdi. 

Beləliklə, Nizami həmin mənalar sayəsində konkret göz görüntüsünü yaradırdı. Ortaçağ 

poeziyasında geniş yayılmış bənzətmələr sözün ümumi lüğəti mənasından nisbətən konkret görklərə 

(obrazlara) gətirib çıxarırdı (o başqadır ki, XIX-XX yüzillər ədəbiyyatının görklərinə baxanda bu 

poeziyanın konkretliyi xeyli az idi). 

Semiotikada bildiricilərin düzülməsindən törəyən və başqalarına məlumat, bilgi «axıdan» 

sıraə tekst deyilir. Bunu yadda saxlamaq gərəkdir ki, semiotika üçün tekst yalnız sözlərdən 

düzülmüş yazılı mətn deyil (beləsinə «diskurs» da deyirlər). Davranış bildiricilərinin hansısa bilgi 

verən ardıcıllığı da, miniatür əsəri də, memarlıq tikilisi də tekstdir. 

Onu da deyək ki, semiotika danışıq dili (nitq) və bu dildən qıraq bildiricilər sistemini 

öyrənir. Semiotikaə görə insan üzü, insan bədəni, davranışı, paltar, eləcə də şəkillər, naxışlar, təbiət 

olayları, memarlıq abidələri və s. onları qavraən adama bu və ya başqa sıxlıqda yığılmış, düzülmüş 

bildiricilər sırası kimi bəlli olur. Yəni hamısı öz formaları ilə adamlara hansısa mənalar bildirir. 

Orta əsr şairlərinin qəzəllərindən aydın olur ki, onlar sevgililərinin gözlərini çox vaxt qəmzənin, 

hiylənin, ovsunun və s. bildiricisi kimi qavrayırdı:  

 

Al ilə ala gözlərin aldadı aldı könlümü, 



 

6

Alını gör nə al edər, kimsə irişməz alinə (3). 

 

Nəsimidən gətirdiyimiz bu beytdə gözəlin ala gözləri hiylə (al) bildirərək aşiqin bilincində 



güclü duyğular törədir. Çox maraqlıdır ki, Klassik poeziyada belə anlamların işarəsi, bildiricisi kimi 

göstərilən gözəl qız Şəriətin qadın «konsepsiyasından» doğan ismətli, həyalı, başıaşağı qadın 

mənalarını bildirməyə qulluq edən bildiricilər toplusuna tam qarşı çıxırdı. Gözləri ilə ovsunlaən, 

baxışlarından hiylə, oynaqlıq, şuxluq yağan gözəl Quranın, Şəriətin dediyi qadın olmasa da, şairi 

özünə möhkəmcə bağlmış qadın tipi idi. Belə qadın Şəriətin qoyduğu cızıqdan çıxıb Şəriətlə 

düzgünləşdirilmiş ictimai ilişgilərin içində deyil, sınırında dururdu. Ona görə də bu qadının aşiqi 

hər an davranış normalarından düşüb normasızlıq pərakəndəliyində qala bilən və Şəriət əhli üçün 

etibarsız sayılan adam idi. Belə qadından əlahiddə varlığa (yəni Tanrıya) keçməyə bir addım 

qalırdı və sonralar, doğrudan da, sufi poeziyasında Allah məşuqə (və ya məşuq), dost əlamətlərində, 

bildiricilərində peyda oldu. Sufinin Allaha vurğunluğu isə gözlərindən naz, qəmzə yağan məşuqəyə 

aşiq olanın sevgisi şiddətində anladıldı. 

Biz gözlərin bildiriciyə çevrilib özündən anlamlar saçmasından danışdıq. Bu deyilənləri 

Ortaçağda üzün qavranılması ilə bağlı da söyləmək olar. Gözəlin üzünün yazılı səhifəyə (müshəfə), 

Qurana və ya hərflər düzümünə bənzədilməsi bu mədəniyyətdə üzün bildirici kimi anlanılmasına, 

yaşanılmasına aydın tutarqadır. Üzün yazıya bənzədilməsi həm Nəsimi kimi hürufi şairlərdə, həm 

də hürufilikdən uzaq olan sənətçilərda tez-tez rast gəldiyimiz simvollardır. Xətainin bir qəzəlində 

deyilir: 

 

Cəmalın səhfəsində xəttü xalın, 



Yüzündə ayəti-Qurandır, ey düst! (4). 

 

Başqa bir qəzəlindən beyt: 



 

Rüxlərin müshəf, nigara, qaşların mehrablər, 

Baxdım, ol yüzdən mana fəth oldu min bablər (5). 

 

Bu beytlərdə üzün bildiricilər düzümü kimi informativliyi, yəni yeni mənalar bildirməsi ən 

yüksək bədii şəkildə təqdim olunur. Orta yüzillər mədəniyyətində üzün bildirici və ya bildirici 

sistemi kimi qavranılması yalnız üzə aid olanlara və ya üzə artırılanlara söykənmirdi (üzə artırılan 

bildiricilərə örnək kimi kəkili, birçəyi, gözün, qaşın, dodaqların tərpənişindən törəyən bildiriciləri, 

ifadələri göstərmək olar). Bəzən üz minus-bildiricilərlə, yəni olmaq ilə deyilolmamaqla 

xarakterizə edilən bildiricilərlə öz anlatmaq vəzifəsini yerinə yetirirdi (6). Məsələn, təsəvvüfün bir 

qolunu törədən qələndərlər üzlərini, hətta qaşlarını da qırxırdılar (7). Bu, əhli-zahir (dinin gizli 

mənaları ilə yaşamaənlar, profanlar) üçün təbii və aktiv olan bildiricilərdən arınmağa bərabər idi. 

Qələndərlər, beləliklə, üzlərini onların fərdi fərqlərini başqalarının qavrayışında azaldan maskaə 

çevirirdilər. Bəllidir ki, zənciləri az görmüş adamın gözündə onların hamısı bir-birinə elə oxşayır ki, 

qara afrikalıların fərdi özəlliklərini həmin şəxs, demək olar ki, görmür. Bu zaman bir neçə 

xarakterik irqi əlamət belə, qavrayışda fərdi cizgiləri görünməz edir. Eləcə də qələndərlərin 

tüksüzlük kimi diqqəti maksimal dərəcədə çəkən minus-bildiriciləri onların üzləri arasındakı fərdi 

ayrıntıları xeyli zəiflədirdi. 

Maskanı üzdən fərqləndirən cəhət onun statikliyidir. Düzdür, niqaba çevrilmiş üz tamam 

statikləşə bilmir, ancaq onun statikliyə meyli göz qabağında olur. Məsələn, sirk klounlarının boya 

şırımları ilə örtülmüş üzü tamaşaçılara bilinməsi gərəkməyən mənaları görünməz edir. Yəni 

klounun görkünün deyil, şəxsiyyətinin fərdi dünyasını bildirən dəyişgilərini, üz ifadələrinin üstünü 

xeyli donuqlaşmış boya şırımları örtür. Sonucda tamaşaçı klounun şəxsiyyətinə deyil, niqabın üzünə 

gülür. İnsana deyil, niqaba gülmək sirk humanizminin başlıca şərtlərindəndir: aəğı dolaşıb üzü 

üstə yerə dəyən adama gülmək pisdir, ancaq maskaə gülmək olar, çünki belə gülüş üçün münasibəti 

niqab özü təklif edir.  



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə