Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   2   3   4   5   6   7   8   9   ...   39

 

9

Fizioqnomika probleminə semiotik baxımdan diqqət Orta yüzillər Azərbaycan 



mədəniyyətində gözəllik təsəvvürü ilə ilgili bir önəmli məsələni aydınlaşdırmağa kömək edir. 

Estetikadan bəlli olduğu kimi, gözəllik forma ilə məzmunun, bildirənlə bildirilənin elə birgəliyidir 

ki, bu zaman bildirən tərəf bildirilən tərəfi maksimal şəkildə göstərir. Özü də bildirilən tərəf mütləq 

toplumda, mədəniyyətdə önəmli olan məna və ya mənalar olmalıdır (16). Fizioqnomik təsəvvürlər 

üz elementlərinin (qaşın, gözün, burunun və s.) dürlü biçimlərinə hansısa anlamlar verdiyi üçün 

insan gözəlliyinə aid olan formalara da uyğun mənalar bağlayırdı. Gözəllikdə bunlar müsbət

yaxşılarla ilgili anlamlar idi. Ona görə də estetika belə bir problemi öyrənə bilər. Ortaçağ 

Azərbaycan mədəniyyətində «sərv boylu», «nərgiz gözlü», «yaqut dodaqlı» və s. bildiricilərindən 

görünən gözələ bu bildiricilər hansı önəmli mənaları verirdi ki, o zamanın adamı həmin formaları, 

yəni boyun sərv kimi olmasını, gözlərin nərgizə bənzəməsini, dodağın yaquta oxşamasını insan 

gözəlliyinin göstəriciləri sayırdı? Bu haqda ilkin bilgi kimi aşağıdakıları söyləmək olar: Orta 

yüzillər adamının estetik qavrayışına gözəlin bitki, daş-qaş əlamətlərində görünməsi ona gətirib 

çıxarırdı ki, təbiətdə yaranışın, törənişin ən heyrətamiz incəliklərini, dəqiq işləmələrini anladan 

mənalar gözəlin görünüşündən saçılırdı. Ortaçağ adamı varlığın zənginliyinə, ən zərif ilişgilərlə 

hörülməsinə bir daha gözələ baxanda valeh olurdu. Varlığın bu zənginliyini Allahın iradəsinə, 

qüdrətinə tanıq, şəhadət saənlar isə bir daha Tanrını duyub riqqətə gəlirdilər. Ortaçağ adamı gül-

çiçəkdəki zərif forma dəqiqliyinə heyran idi. Zərgərlərin əlləşib-vuruşub etdiklərini təbiət asanlıqla, 

ritmik oynaqlıqla, döyüntülərlə törədirdi. Sözsüz, Ortaçağ müsəlmanları üçün yaranışdakı bu 

naxışsaəğı incəlmələrin arxasında Allah iradəsi dururdu. İslaamı qoruyan fəlsəfə (kəlam) Qurandan, 

Məhəmməddən gələn bu dini inamı fəlsəfi sübutlarla möhkəmləndirməyə çalışırdı. Aristotelə, 

neoplatonizmə arxalanan İbn Sina, Bəhmənyar, Nəsirəddin Tusi kimi filosoflar isə yaranmışlar 

(xilqət), təbii proseslər ilə yaradan (xaliq) arasındakı məsafəni xeyli artırırdılar. Onlar Allahla təbiət 

arasına Tanrıdan dünyaə keçid pillələrini düzüb həmin pillələrin sayını artıra-artıra yaradan ilə 

yaranmışları bir-birindən uzaqlaşdırırdılar (17). 

Varlığın ierarxik qatlarda modelləşdirilməsi işraqilik, sufizim kimi fəlsəfi məktəblər üçün də 

xarakterik idi. Bütün bu fəlsəfi məktəblər bir çox məsələlərdə bir-birindən nə qədər ayrılsalar da, 

göstərilən aspektdə birləşib təbiətə müəyyən müstəqillik verirdilər (18). Sonucda təbiət öz ritmində, 

öz naxışlarında açılıb pardaqlanan gerçəklik kimi duyulurdu və hətta Allahı həmişə zikr edən sufilər 

belə, bu «naxışlara» göz yuma bilmirdilər. 

Bir sözlə, hər iki halda Ortaçağ adamı gözəlin simasından üzvi aləmin yaranış incəliklərini 

anladan mənalara keçirdi. Birinci halda gözəllik haqqında duyğular, düşüncələr sonra aparıb Allah 

qatına çıxarırdı və bu zaman hər bir əsl gözəllik tez-gec Allahın ayəti, onun qüdrətinin nişanı kimi 

qavranılırdı. İkinci halda isə düşüncə təbiət qatında qalıb təbiətin özünə heyranlıqla yetərlənə 

bilirdi. Bizim dediklərimizin qurama olmadığını və gerçək dəlillərə söykəndiyini Ortaçağ müsəlman 

ölkələrindəki dekorativ-tətbiqi sənət örnəkləri aydın göstərir. Zərgərlər, nəqqaşlar, oymaçılar 

kövrək və bərk material üzərinə zərif naxışlar salanda bitki aləminin incəliklərini, ritmik 

strukturlarını yamsılayırdılar. Sonucda isə burada da gözəllikdən Orta yüzillər estetik şüuruna üzvi 

aləm açılırdı. 

Nəhayət, belə bir düşüncəyə gəlmək olar: Orta yüzillər Azərbaycan estetik mədəniyyətində 

bildiricitapma, bildiricini anlama, bildirici hesabetmə duyğusu güclü idi və bu bir çox mədəniyyət 

olayları ilə ilişgidə öz sonuclarını ortaə atırdı. Təkcə üz cizgilərini götürsək, onlar metafizik 

mənalar bildirib həm sufi ordeni olan qələndərləri anladırdı, həm heyvanatla, nəbatatla insan 

arasında ayrıca paralellərə haqq qazandırırdı, həm kimlər üçünsə Allaha yol açırdı, ya da kimləri isə 

Allahdan, əxlaqdan uzaq göstərirdi.  

Klassik poeziyanı üzün ovsunladığı, şaşırtdığı, viran etdiyi aşiq ürəyindən asılılısız göz 

qabağına gətirmək mümkün deyil. Orta yüzillər mədəniyyətində üz simvolları hər şeydən öncə 

qadın, sevgili motivini ortaə atırdı. Bu motivin verdiyi süjet, ziddiyyət, duyğu zənginliyi isə elə bir 

zənginlik idi ki, çoxlarına varlığın bütün önəmli məsələləri yalnız onun içində mənalı görünürdü.  

 

 

Mənalar bildirən bədən 



 

10

 



Jest və poza semiotikanın bir qolu olan etnosemiotikanın ən önəmli bölgələrindən biridir. 

Onların semiotik hadisə, yəni bildirici olmasını anlamaq üçün belə bir müşahidəni yada salmaq 

yetərlidir ki, avropalılar görüşəndə bir-birinin əlini sıxdığı halda, vaxtilə çinlilər, yaponlar, hindlilər 

bu jestdən diksinirdilər. Və ya başqa fərq: çinli özü üçün ən pis xəbəri verəndə belə, milli «etiket» 

tələb edirdi ki, gülümsəsin (19).  

Bu müşahidələr göstərir ki, jestlər də qatılmaqla bir çox etnik faktlar bildiricinin başlıca 

parametrinə cavab verir: onlar özlərinin maddi çərçivəsindən qıraqda olan anlamları bildirirlər, 

hansısa duyğuları, hansısa münasibətləri ifadə edirlər.  

Semiotika hər hansı bir etnosun tipik poza və jestlərini öyrənməklə çox önəmli bilgi əldə 

edir. Məsələn, bardaşqurmanın hind dini ritualı üçün səciyyəvi olan tipi Samoa adasındakı əhalinin 

pozalar sistemində də var. Buradan belə bir güman yaranır ki, qədimdə hindlilərlə onlar arasında 

ilişgi olmuşdur.  

Etnos üçün tipik sayılan jest və pozaların, davranışların açıqlanması həmin etnik qrup içində 

nəsnələrlə davranışın, məkan təşkilinin, paltar biçimlərinin özəlliyi haqqında önəmli sonuclara 

gətirib çıxarır. Götürək məkanın semiotik aspektini. E.T. Holl adında bir amerikan alimi yazırdı ki, 

Yaxın Şərqin iş və yaşayış məkanı içində özünü çox pis duyurdu. Ev, idarə otaqları Amerika üçün 

xarakterik olanlardan o qədər fərqlənirdi ki, həmyerliləri orada həmişə narahatlıq keçirirdilər, 

şikayət edirdilər ki, burada yer ya darısqaldır, ya da böyükdür. 

Başqa bir fakt. Amerikalı üçün söhbət edənlər arasında xarakterik məsafə, orta hesabla, 

yetmiş beş santimetrdir, meksikalı üçünsə bu, çox uzaqdır (20) 

Göstərilən örnəklərdən bir sonuc çıxır: eyni nəsnələr dürlü dillərdə başqa-başqa sözlərlə 

bildirildiyi kimi, eyni olaylar (iş, məişət, görüş və s.) hər etnosda başqalarına baxanda ayrı jestlərdə, 

davranışlarda, kompozisyalarda göstərilir. Jest və pozanın yaşayış yeri ilə sıx ilişgisinə görədir ki

onları öyrənən semiotika bir ulus (xalq) üçün tipik jest və pozalardan çıxış edib onun üçün əlverişli 

otaq quruluşlarını, mebel formalarını layihələşdirməyə yardım edə bilər (21). 

Jest və pozaların semiotikasından keçmiş kültür formalarını araşdırmaqdan ötrü də istifadə 

etmək olar. Məsələn, Orta yüzillər mədəniyyətində poza tiplərini öyrənməklə o çağ adamının 

«rahatlıq-rahatsızlıq» təsəvvürlərini müəyyən məkanda yer tutmaqla ilişgidə götürüb anlamaq olar. 

Ortaçağ paltarı ilə jesti arasındakı ilişginin aydınlaşdırılması isə paltarın hansı jestlərə və pozalara 

imkan verməsinə, hansını isə çətinləşdirməsinə düşüncəni yönəldir. Bununla bağlı nəzərə almaq 

gərəkdir ki, insan bədəninin ala biləcəyi daənıqlı vəziyyətlərin sayı minəcəndir (22). Hər hansı bir 

dil mümkün səslərdən özü üçün yalnız məhdud qrupu seçib onlardan sözlər düzəltdiyi kimi, hər 

hansı bir ulusda da poza və jestlər düzəldə biləcək çoxlu bədən, qol, aəq, baş hərəkətlərindən yalnız 

bəziləri seçilir. Bu seçməni daraldan göstərişlər kimi dürlü yasaqlar özünü göstərir. Məsələn, 

Nəsirəddin Tusi davranış qaydalarından danışanda əxlaqi sistemdən çıxış edərək «eyibdir» və ya 

«sayğısızlıqdır» yasaqları ilə aşağıdakı poza və jestləri yaramaz saırdı: cammatın qabağında 

uzanmağı, danışanda əl-qol ölçməyi, barmaqları və bədən üzvlərini şaqqıldatmağı. 

Poza, jest, davranış bildiricisini anlatdığı mənanın yersizliyinə görə də yasaqlamaq olar. 

Nəsirəddin Tusi göstərirdi ki, ədəbli olmaq istəyən adam «çox yüngül yeriyib tələsməməlidir: bu, 

yüngüllüyə və yelbeyinliyə dəlalət edər; çox ağır yeriyib ləngiməməlidir: bu, kəsalət və tənbəlliyə 

dəlalət edər…arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməlidir. Yeriyəndə çox o 

yan-bu yana baxmamalıdır, bu gözü dağınıq, huşu yerində olmaənın işidir; həmişə başını aşağı 

salmamalıdır, bu, qəmli, kədərli və fikri yerində olmaənların işidir» (23). 

Nəsirəddin Tusidən gətirdiyimiz yasaqlar aydın göstərir ki, Ortaçağ adamı üçün poza, jest və 

davranış formaları tam işarə, bildirici idi. O, bildiriciləri bildirdiyi anlama görə «yaxşı-pis», 

«ədəbli-ədəbsiz» göstəriciləri əsasında bölgüləndirirdi. 

Bədən bildiricilərinə duyğunluq, həssaslıq Ortaçağ poemalarında hansısa jest və pozaların 

görükdürülməsinin, təsvirinin, illüstrasiya edilməsinin əsasında duran amillərdən idi. Bu çağda 

təəccüb mənasını bildirmək üçün barmağı dişləmək ən xarakterik jestlərdən olmuşdu. Nizami 

dəfələrlə bu jesti göstərir: 

 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə