Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   2   3   4   5   6   7   8   9   ...   39

 

7

Qələndərin işarə-niqaba, bildirici-niqaba çevrilmiş üzünü dünya mədəniyyəti kontekstində 



götürəndə bu maskanın başlıca məna qatları bilinir. Hər şeydən öncə güman etmək olar ki, 

qələndərlər öz maskalarını çirkinlik estetikasından çıxış edib seçmişdilər (8). Artıq, yunan 

kiniklərinin görünüş və davranışlarında özünü göstərən, sonralarsa Ortaçağ Avropa karnaval dünya 

duyumunda, Doğunun Molla Nəsirəddin lətifələrində üzə çıxan çirkinlik estetikası bu dönəmlərin 

daşlaşmış, canlı duyğulara yadlaşmış rəsmi mədəniyyətinin tərsi – danılması kimi döyüşkən amilə 

çevrilirdi. Şərqdə təsəvvüfün bir çox qolları da Şəriətlə düzümlənmiş rəsmi, ciddi, bəzəkli 

mədəniyyətin döyüşkən antipodu kimi özlərini bilirdilər. 

Üzdə önəmsiz görünən maska simvolunun nə qədər fəlsəfi, əxlaqi anlamlarla ilgili olduğunu 

bilmək üçün və deməli, qələndərlərirn üz bildiricilərini dünyagörüşü kontekstində anlamaq üçün 

başqa faktlara da baxaq. Bilginlər maska ilə aparılan önəmli əməliyyat haqqında buddizmlə bağlı da 

danışırlar. Buddizmin batini (ezoterik) təlimləri adeptlərdən (təlimi yeni mənimsəyən şagirdlərdən) 

özlərinin «mən»ini dəyişdirməyi tələb edirdi. «Mən»inin dəyişdirilməsinin semiotik tərəfi adeptin 

toplumda olan hər hansı üz-maska tipini ayrıca məntiqdən, amacdan çıxış etməyərək seçməsi 

doğururdu. Bu zaman maskanın olmaması deyil, maskanın necə gəldi seçilməsi buddisti öz 

üzündən, öz şəxsindən azad edirdi. Yəni yeni buddist (adept) başqasının maskasında üzünü və 

özünü unutmaq üçün əlləşirdi. Çünki həmin təlimlərə görə, uşaqlıqdan formalaşmış şəxsi 

keyfiyyətlər buddist olmağa əngəllər törədən güclü amillər idi. O biri yandan, başqasının üzünü 

özünə maska seçmiş adept bunu içiylə də başqasına oxşamaqdan ötrü etmirdi. Ona görə də adept 

özündən arınırdı, ancaq başqasına da çevrilmirdi və sonucda yeni təlimi, öyrətisi mənimsəmək 

üçün gərəkli olan təmizlyi qazanırdı (9). 

Maska ilə bağlı bir əlavəni də verək. Adətən, niqab adama özünün aydın cizgiləndirilmiş 

görkünü yaratmaq üçün gərəkir. Daənıqlı, «qurumuş» formasının sayəsində niqab şəxsiyyətin 

«mən»ində gedən davamlı dəyişmələri gizlədir, onu zamanın axarında dəyişməyən, zamandan 

düşmüş varlıq kimi göstərir. 

Qələndərlərə qayıtsaq, deyə bilərik ki, onlara sayğı göstərən Ortaçağ adamının qavrayışı 

üçün dünyəvi ehtirasların güzgüsü olan üzlərlə dolu ictimai məkanda bəlkə də qələndər niqabı, 

qaşsız, bığ-saqqalsız qələndər üzü zamanlı dünyadan Allahın zamansız varlığına açılmış pəncərə 

kimi görünürdü. Ona görə də Orta yüzillərdə bir çoxları qələndər üzlərindən ikrah etmirdi, onlara 

batini anlamların əcayib bildiricisi kimi baxırdı. Nəsimidən qələndər niqabının bu anlamlarını açan 

beytlər bizə qalmışdır: 

 

Qələndər ilə tədric, fəna – üçü birdir, 



Nə qəm bu üçünə, aləm olursa, zirü-zəbər (10) 

 

Başqa beytdə isə deyilir: 



 

Hələ mən qələndər surətəm, fərdəm mücərrəd tərcidəm, 

Oldun fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm (11). 

 

Axırıncı beytdə qələndərin fərd olmasına baxmaəraq, fərdilikdən çıxması göstərilir. 



Orta yüzillər müsəlman mədəniyyətində üzün bəlirti (bildirici) kimi bilinməsi, yaşanılması 

fizioqnomik təlimlərlə də yaxşı doğrulanır. Doğuda «elmi-fərasət» adlanan fizioqnomika üz 

bildiricilərinin arasında gizlənmiş əsl xasiyyəti, psixoloji durumu açmağa qulluq edirdi. Ona görə də 

«Qabusnamə»də fizioqnomik məsləhətlər önəmli yer tutur. 

İnsan görünüşü haqqında aşağıdakı təsəvvürlər tipik fizioqnomik anlanışlardır və görünüşü 

bildirici kimi yozub onu mənfi, ya müsbət olan sabit bir məna ilə bağlayır: 

 

Başı daz olanın ağlı da çox olar – deyirlər. 

Burnu böyük olanlar nankor sayılır. 

Qaşı düz olan adamın da ağlı çox olar – deyirlər. 

Qulağı uzun olanın ömrü də uzun olar – deyirlər. 



 

8

Yaşılgöz xain, insafsız olar – deyirlər. 



Göz ağı çox olan paxıldır – deyirlər. 

Mavi gözlü adamın baxdığı hər şeydə gözü qalar – deyirlər. 

Çənəsi qara ət xallı qadın evdar sayılır. 

Çuxur gözlər xain, mərhəmətsiz olar – deyirlər (12). 

 

Sadaladığımız fizioqnomik təsəvvürlərdə nəyə görə müəyyən görünüşlü üz elementinin 



«bu» mənaların bildiricisi sayılması ciddi araşdırma tələb edir və öyrənmə zamanı ən gözlənməz 

sahələrdən alınmış biliklər problemi açmağa yardım edə bilər. «Göz ağı çox olan paxıldır» 

deyimində paxıllıq bildiricisinin motivi, görünür, müəyyən üz ifadəsi qəlibindən gəlir. Yəni göz 

ağının çox olması sayəsində kiçik görünən göz qarasının üzə verdiyi ifadədən keçmiş 

azərbaycanlılara nə üçünsə xəsislik yağırdı. Ancaq niyə qulağın uzunluğu ömrün uzunluğunu, qaşın 

düzlüyü isə ağlın çoxluğunu bildirir? Birbaşa cavab vermək çətindir. Belə suallara cavab tapmaqdan 

ötrü semiotika bildiricinin tarixi yaranışını, nəyə görə məhz «bu» anlamı verməsini araşdırır.  

Ortaçağ mədəniyyətində fizioqnomik təsəvvürlərlə o dövrün poemalarındakı portret 

təsvirləri arasında ilişgini xüsusi problem kimi ayırmaq olar. Məsələn, Nizami Gəncəvi Şiruyənin 

portretini verəndə, sözsüz, fizioqnomik qəlibdən çıxış edir: 

 

Xosrov hikmət dərsi öyrənəndən sonra 

Azadlıqla dünyanın (əlini) taxtaə bağladı. 

Məryəmdən bir kal oğlu olmuşdu, 

Adı Şiruyə idi, şirlər kimi ağzı iyli idi. 

Beyni xərçənglə dolu, eşşək beyinli bir eşşək idi. 

Qaşqabaqlı, göygöz, tükü qırmızı (13). 

 

Fizioqnomika çox vaxt üz bildirciləri ilə heyvanat görünüşləri, ayrı-ayrı təbiət olayları 



arasında oxşarlığa diqqət edib heyvana verdiyi mənanı (igidlik, hiyləgərlik və s.) həmin heyvana 

bənzər saydığı insan üzünə də aid edir. Bu baxımdan Ortaçağ ədəbiyyatında portret təsviri, 

fizioqnomika və təmsillər arasında ilişgi problemini qoymaq olar. Güman ki, Klassik poeziyada 

gözəlin maral, ceyran, sərv, gül ilə olan bənzətmələrdə verilən qəlibləşmiş təsvirləri müəyyən 

dərəcədə fizioqnomik simalarla bağlı olmuşdur.  

Ortaçağ Azərbaycan poemaları ayrı-ayrı üz tiplərini göstərməkdə bolluq yaratmır. Ona görə 

də fizioqnomik düşüncələrin poemaə gətirdiyi üz tipləri maraq doğurmaə bilməz. Marağalı 

Əvhədinin poemasından seçdiyimiz parçada həm Orta yüzillər mədəniyyətində olan fizioqnomik 

təsəvvürlərə, həm də fizioqnomika ilə ilgili güclü bildirici duyğusuna rast gəlmək olar: 

 

Qulaq as nə deyir vaqif olanlar, 



Onlar gah danışar, gah qulaq asar

Dilsiz sənin üçün çox sirlər açar. 

Burda səhv etsən də sən varaq-varaq, 

Onlar səhv etməzlər heç zaman ancaq. 

Hər bədən üzvünün bir haləti var, 

Bilənlər onlarla çox sirlər açar. 

Əyri burun ilə, xallı göz, inan, 

Hiyləgər olmağı göstərir haman. 

Burun öz şəklilə dik olsa əgər, 

Adam məğrur olar, ucalıq sevər (14). 

 

Fizioqnomik təsəvvürlər Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri» kitabında da özünə yer 



tapmışdır: «Əksər halda adamın xasiyyəti necədirsə, özü də elə olar. Xəbərdə…deyilmişdir: 

«Yaxşılığı gözəllərdən və gözəl üzlərdən tələb ediniz» (15). 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə