Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   2   3   4   5   6   7   8   9   ...   39

 

11

Xəstə Fərhadın dağ çapmaq əfsanəsi 



Dünyanın hər tərəfində məşhur oldu. 

Hər yerdən daş yonanlar gəlir. 

Onu görüb barmaqlarını dişləyirdilər (24). 

 

Başqa bir yerdə həmin jest belə göstərilir: 



 

«Çırağın (yəni Şirinin) barmağı (heyrətindən) dodağında qaldı» (25). 

 

Nuşirəvan haqqında deyilir: 



 

O, etdiyi zülmü görüb barmağını dişlədi. 

Dedi: «Gör zülm nə yerə yetib ki, quşların da (qulağına) çatıb» (26). 

 

Övliya Çələbi Təbriz səyahətindən danışanda söylədiyi şeirlərə məclisdəkilərin heyrətini 



bildirmək üçün əlavə edir ki, onların hamısının «barmaqları ağızlarında qaldı» (27). 

Tomas Arnold miniatür sənətindən danışanda yazır ki, çəkilən üzlərin emosional ifadə 

rəngarəngliyi bu sənət üçün xarakterik deyildi. Ona görə də Doğu rəssamı emotiv durumu anlatmaq 

üçün bəzi qəlibləşmiş formaları işlətməli olurdu. Müsəlman ölkələri miniatür sənətində belə 

formalardan geniş yayılmış heyrəti, heyranlığı göstərmək üçün barmağın dodağa aparılmış 

vəziyyətdə çəkilişi idi (28).  

Başqa çağlarda olduğu kimi, Orta yüzillərdə də jest dürlü və önəmli anlamları bildirirdi. 

«Dastani-Əhməd Hərami» poemasında bu baxımdan bir ilginc jestin təsviri var: 

 

Keçib Əhməd bıyıq burdu, oturdu (29). 

 

Ətəyi tutumaq, başını döyəcləmək Nizaminin yapıtlarında tez-tez rast gəlinən jestlərdir (30). 



«Sirlər xəzinəsi» əsərindən aşağıdakı iki jesti seçmək olar: 

 

Ey öz ətəyini çəkən xacə, 



Bir dəfə də (kürkünün) qolunu aləmin üstünə sal (31). 

 

İkinci misradakı jest himayə etmək, saə salmaq mənasını bildirir. 



Sözsüz, demək olmaz ki, şairin şeirlərindən bəlli olan jestlər Ortaçağ adamının baş, əl-qol 

hərəkətlərinin çoxunu əhatə edir. Jest tipləri Nizaminin əsərlərində plastik bildirici kimi insanı öz 

bədəni, öz əli ilə göstərməyə qulluq edir.  

Bir yandan, keçmişdən qalma yapıtlar (əsərlər) əsasında, o biri yandan isə, çağdaş 

azərbaycanlılar üçün tipik olan jestlərin kataloqunu hazırlayıb araşdırmaq sayəsində miniatür 

sənətinin uyğun qatını öyrənmək olar. Miniatürlərdəki adamların çoxu donub hansısa jestdə 

qalmışlar. Jestlər burada tez-tez ayrı-ayrı personajlar arasında bəlli bir ilişgini göstərən plastik 

bildirici kimi çıxış edir. Məsələn, miniatürlərdə düz perspektiv tələblərinə nadir hallarda əməl 

edildiyi üçün və başqa səbəblərə görə bir-birinin üzünə baxıb söhbət edən adamlar demək olar ki, 

çəkilmirdi. Danışığı göstərmək üçün ağızın formasından da bildirici kimi istifadə edilmirdi. Yan-

yana durmuş iki adamın danışdığını anlamaqdan ötrü rəssamlar onların bir və ya iki qolunu 

dirsəkdən bükülmüş çəkirdi. Beləliklə, bu jest söhəbətin bildiricisi olurdu. Ona görə də 

miniatürlərdə ritmik cizgi rəngarəngliyi törədən bildiricilərdən biri də şəklin ayrı-ayrı yerlərindən 

görünən qatlanmış qollar idi (ill. İ).  

 



 

12

 



 

İll. İ. 


 

Artıraq ki, miniatürlərə seçilmiş əl jestlərinin sayı az idi. Ortaçağ adamlarının bol jest 

bildiricilərindən çoxunun miniatürlərdə göstərilməməsindən belə sonuc çıxarmaq olar ki, burada da 

seçənək yasaqlarla cızığa salınırdı. Həmin yasaqlardan birini estetik tələblərlə bağlamaq olar. 

Miniatürün təsvir, görükdürmə sistemində fiqurun, paltarın yaraşığını sındıran, pozan jestlərə az 

hallarda icazə verilirdi. Belə jestlər daha çox sərxoşun, qocanın, zahidin, sufinin təsvirində çəkilirdi. 

Məsələn, əyilmiş bel ilə irəli uzanmış əl jesti «Soltan Səncər və qarı» miniatüründə (ill. İİ), Ə. 

Caminin «Subhat ər-əbrar» əsərində, Azərbaycanda çəkilmiş «Zahid və lovğa əslzadə» şəklində 

məzmunla sıx ilgili təbii plastik formalar idi.  



 

13

 



 

İll. İİ. 

 

Miniatürlər üçün hansı jestlərin seçilməsini göstərən yasaqlardan başqası texniki tələblərdən 



törəyirdi. Balaca olduğu üçün insan fiqurlarını da balaca verən miniatür sənətində barmaqların dürlü 

hərəkəti ilə əmələ gələn jestlərin göstərilməsi həddən artıq, özü də lazımsız yerə incə iş, zəhmət 

tələb etdiyinə görə bu sənətdə gərəksiz sayılırdı. Miniatürçü rəssam ancaq bəzəmə, bəzəkli 

göstərmək xatirinə incə, xırda işləmələrə razı olurdu. 

Miniatürlər insan pozalarının estetikasına və semiotikasına üz çevirmiş güzgüyə bənzəyir. 

Saray həyatına həsr olunmuş şəkillərdə ayrı-ayrı mərasim, ədəb pozalarına rast gəlmək olar. 

Ortaçağ müsəlman ölkələrinin təsviri sənətini ilk öyrənənlərdən sayılan T. Arnold bu problemlə 

ilgili yazır ki, üzün portret dəqiqliyi ilə göstərilməsində az yetənəkləri (nailiyyətləri) olan müsəlman 

rəssamlarının insan fiqurlarının cizgisini yaratmaqda bacarıqları xeyli yüksək idi. Miniatür sənəti 

zəriflik, nəfislik, nəzakət anlamlarını bildirən sənət idi. İslam dünyasında nəzakət əsasında 




 

14

birgəyaşayış idealı yan-yörədəkilərlə davranışda incəliyi önəmli prinsipə çevirmişdi. Ona görə də 



davranış idealı üçün xarakterik olan aydınlıq və ləyaqət, nəzakət miniatürdə məmnuniyyətlə təsvir 

edilirdi. Duyğunun qızğınlıqla birləşdirilməsi bu mədəniyyətdə fəzilət sayılmırdı və İslamın 

möminlərə buyurduğu intizam qaydalarında pislənirdi. Mömin adam rahim Allahın iradəsi, hətta 

gözlənməz dağıdıcı işləri qarşısında sakit qalmalıydı. T.Arnolda görə, miniatürlərdə emotiv üz 

görünüşlərinin yoxluğu İslam dünyagörüşünün bu prinsipi ilə şərtlənir (32). Qərb aliminin açımı 

miniatür ilə dünyagörüşü arasında ilişgiləri axtarmaq baxımından ilginc olsa da, konkret faktlarda 

təsdiqini tapmır. Yas və sufi rəqsi ilə bağlı miniatürlərdə emosional pozaların aydın göstərilərinə 

çox rast gəlmək olar. O biri yandan, Ortaçağ müsəlman aləmi həm də temperamentli cənub 

adamlarının dünyası idi. Davranış etiketləri emosional-impulsiv jest və pozalardan çəkinməyi tələb 

etsə də, gerçək münasibətlərdə əsəbi, öfkəli, kəskin hərəkətlərə çox rast gəlinirdi. Elə ona görə də 

tez-tez bunların pis hərəkət olmasını təkrar etməyə gərək yaranırdı (33). Ancaq hər halda sarayın 

törən (mərasim), jest və pozalarına maraq doğrudan da Ortaçağ miniatür sənətində aydın görünürdü. 

Nəsirəddin Tusi etiket üçün verdiyi məsləhətində yalnız hökmdar qarşısında diz üstə oturmağın 

düzgün olduğunu söyləyirdi (34). Sanki beləliklə bu oturuş çox işlənməkdən saxlanılırdı ki, onun 

adi deyil, xüsusi oturuş, ehtiram pozası olmasına vurğu qoyulsuün. Uyğun olaraq, saray həyatına 

həsr edilmiş Azərbaycan miniatürlərinin çoxunda hökmdarların qarşısında olanlar məhz həmin 

oturuşda təsvir edilirdi.  

Miniatürləri fiqur cürbəcürlüyü ilə təmin edən başqa oturuş-duruş növləri də var. Məsələn, 

əli belə qoymaq, əli dizə qoymaq, bardaşqurma pozaları tez-tez göstərilən plastik bildiricilər idi. 

Pozalardan məna çıxarıb anlamaq Klassik poeziyada ayrıca bədii təsvir araçı, vasitəsi kimi verilirdi: 

 

Öz ruhi mehrabımın qarşısında 

Çovgan qamətim (bükülüb) top kimi olmuşdu (35). 

 

Leyli qəmər (ay) kimi işıq saçırdı, 

Məcnun müqəvva kimi onun qarşısında qurumuşdu (hərəkətsiz idi) (36). 

 

Nizaminin «Leyli və Məcnun» poemasında Məcnunun psixoloji durumunu bildirən belə bir 



bildirici təsvir edilmişdir: 

 

Miskin (halda) palçıq kimi daş üstə sərilmiş, 



Başqa bir daşı (dərdi) da ürəyinin başına qoymuşdu (37). 

 

«Sirlər xəzinəsi»ndə rast gəlinən ən ilginc pozalardan biri bükülüb oturmadır: 



 

Əgər o, dizinin başını ürəyinin qədəmi etsə 

Hər iki cahana əli ilə həmail salar. 

Başını aəğının salamına əyib, 

Aəqla başını halqa kimi birləşdirər. 

O, halqanın çevik dairəsində 

Öz canını sındırıb, sonra yenə düzəldər, 

Gah o (başla) diz halqasından 

Fələyin qulağına min halqa taxar

Gah firuzə rəngli (dəyirmi) höqqənin (göyün) 

Qabağına bir möhrənin yerinə əlindən onunu çıxarar (38). 

 

Bu parçadan şairin bükülüb başını dizinin üstünə qoyaraq dərindən düşünməsi və əsər 



yaratması onu fələklərdən güclü edir. Poemanın başqa bir yerində Nizami yenə həmin plastik 

bildiricidən istifadə edir: 

 

Başım dizimin başı üstündə çox oturandan sonra 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə