Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 

63

onların eydetikliyini daha da gücləndirilmişdi. Güman etmək olar ki, Ortaçağ Azərbaycan türkünün 



estetik bilincində izafət forması səs düzümü qatında həmin eydetikliyi canlandıran sintaktik 

formalardan biri idi (88). Klassik şeiri oxuyan çağdaş azərbaycanlının bilincində izafət formasının 

ornamental keçidlə assosiasiya etməsini hər birimiz özümüzdə yoxlaya bilərik. İzafət birləşməsində 

təyin edilənlə təyin arasına artırılan və azərbaycanlının musiqili sait kimi eşitdiyi e/ye səsi poetik 

tekstdə bir söz «naxışından» o biri söz «naxışına» aparıb çıxaran cizgini andırırdı.  

Poetik dilin öz sintaksisi kimi əruz vəznini də göstərmək olar. Əruz formaları (qəlibləri) bir 

sözdən sonra fonoloji quruluşuna, tərkibinə görə hansı növə aid olan sözlərin gəlməsini 

şərtləndirirdi. Deməli, poetik sözləri əlaqələndirmək qaydası idi ki, bu da sintaksisə aiddir. O biri 

yandan, əruz bəhrləri uzun və qısa saitli sözlərin ilişgilərini tələb etməklə bu səs keyfiyyətlərinə 

malik ərəb-fars sözlərini də Azərbaycan şeir dilinə çəkirdi və beləcə, Dədə Qorqudda, aşıq 

poeziyasında olmayan dalğavarı ornamental intonativ cizgiləri yaradırdı. Sonucda Klassik 

Azərbaycan şeirinin intonativ strukturu yazı-ornament cizgiləri ilə paralellər əmələ gətirirdi.  

Semiotikada işlədilən semantik sintaksis anlayışı, yəni bildiricinin məna və ya mənalarının 

şərtləndirdiyi bağlantı tipləri poetik kodun sintaksis fondunu yetərincə zənginlikdə görməyə imkan 

verir. Hər şeydən öncə deyək ki, semantik sentaksis xeyli universal olub incəsənətin başqa 

növlərinin dilində və deməli, bu dillər əsasında qurulmuş tekstlərdə də özünü göstərir. Məsələn, 

miniatür tekstlərinin məkanında mərkəz və ya mərkəzəyaxın yerlərdə başlıca persanajın çəkilməsi 

kompozisiya planında semantik sintaksisin işidir. Eləcə də rəssam döyüş səhnələrini təsvir edəndə 

vuruşan tərəflərdən özününkü saydığını qılıncla, nizə ilə ölümcül zərbələr vuran dəstə kimi 

çəkirdisə, bu zaman yenə semantik sintaksis fiqurlar arasındakı ilişgini (məsələn, birinin qılıncının o 

birisini ikiyə bölməsini) şərtləndirirdi. Semantik sintaksisin bu işini qızılbaşlarla türklərin Çaldıran 

döyüşünü görükdürən miniatürdə və Xan Məhəmməd Ustaclının həbəş qulları ilə vuruşunun 

təsvirində izləmək olar. Hər iki miniatürdə ölümcül zərbəni vuran qızılbaşlardır. Şəkillərin ikisində 

də qızılbaşlar sağ tərəfdə çəkilmişlər. Kompozisiyanın sağ tərəfində qızılbaşların verilməsini həm 

sağ tərəfin miflərdən başlayaraq semantik baxımdan müsbət məna qazanması ilə, həm də sağdan 

sola gedən ərəb yazısında sağın başlanğıc olması ilə bağlamaq olar.  

 O ki qaldı poetik dilə, burada semantik sintaksisin işini aşağıdakı əski bayatıda görmək olar: 

 

Qurban, mənzil ox alı, 



Döşənibdir o xalı, 

                     Zülfün əcəb xaindir (kursiv mənimdir - N. M.). 

Gizləyibdir o xalı (89) 

 

Və ya Fizuli qəzəlindən belə bir beytə baxaq: 



 

Aciz olmuş yıxmağa ah ilə kuhi Kuhikən (kursiv mənmidir, - N. M.). 

Neyləsin miskin, onun eşqi həm ol miqdar imiş. 

 

 



Kursivlə göstərdiyimiz hər deyim poetik çoxmənalılığın semantik sintaksisinə görə 

birləşibdir. Gerçəkliyin öz məntiqinnə qalsa (bu məntiq dilin qeyri-metaforik semantik sintaksisində 

öz əksini tapır), nə zülfə xain demək olar, nə də ah ilə dağ yarılar. Poetik dilin metaforaları qatında 

isə sözün çoxmənalılığı ilə ilgili ənənə semantika səyəsində sözlərin bağlanmasını mümkün edir.  

Bu mənada təsəvvüfün batini simvollarına sözün semantik sintaksisindəki imkanların 

artırılması kimi baxmaq olar. Məsələn, Quran, Şəriət buyuruqları «üzü» Quranla əlaqələndirməyi 

ağılasığmaz edirdi. Mahmud Şəbüstərinin lüğətindən isə bilinir ki, təsəvvüfün batini dilində o, 

Quranın sinoniminə çevrilmişdir: 

  

«Məgər onun üzü (rüxsarı) Quranın birinci surəsidir ki, hər hərfi məna dənizidir (bəhridir)?! (91) 



 


 

64

 Məhz ona görə də Mahmud Şəbüstərinin «Gülşəni-raz» əsəri sufizm baxımından semantik 



sintaksisin geniş imkanlarını anlamaq və açmaqla məşğul olurdu. Yəni aydın edirdi ki, təsəvvüfdə 

sözlər qazandıqları fəlsəfi-mistik mənalar sayəsində dini ehkamlar tərəfindən küfr hesab edilən 

hansı əlaqələrdən açılır: necə qadının saçı təcəllini bildirir, necə gözəl qadın qibləgah olur və s.  

 

 



Orta əsrlərdə bədii dillərin mərtəbələnməsi 

 

Orta yüzillər Azərbaycan estetik mədəniyyətinin dürlü bildiricilər sistemində kod, dil və 

tekst ilişgilərini aydınlaşdırarkən üstündən keçdiyimiz bəzi incəlikləri indi açaq. Qabaqca yada 

salaq ki, koda aid olan hər bir vahid, yəni bildirici və sintaksis qaydası invariantdır, ümumidir. Bu 

dil əsasında qurulmuş tekstlərə isə həmin invariantların variantları paylanmışdır. «İnsan canlıdır» 

mühakiməsində insan haqqında hansısa bilgini onu «canlı» ümumisinə aid etmək sayəsində 

aldığımız kimi, tekstin hər bir elementini dildə olan ümumi vahidə, invarianta aid etməklə anlayırıq, 

tanıyırıq. 

  

O biri yandan, davranış sahəsinin, miniatür sənətinin, poeziyanın hərəsində çoxlu tekstlərin 



bir koddan törədildiyini söyləyəndə biz dolaşıqlıq olmasın deyə abstraksiyaya yol vermişdik. 

Əslində miniatür sənətində dürlü kodlar (dillər) vardı. Hətta demək olar ki, hər məktəbin öz bədii 

dili mövcud idi, hərçənd bu dillər arasında qarşılıqlı təsir gücü olurdu. Poeziyanı götürəndə yenə biz 

ayrı-ayrı janrların, məktəblərin sıx qarşılıqlı təsirdə olan kodlarına rast gəlirik.  

Ortaçağ estetik mədəniyyətində fəal işləməkdə olan kodlar sistemi dürlü əlaqələrə girərək 

estetik mədəniyyət sistemini əmələ gətirmişdi və bu ilişgiləri öyrənmək həm də həmin sistemi 

öyrənməkdir. Məsələyə bir az konkret baxaq. Fəlsəfədən ümumi, xüsusi, təkcə ilişgiləri yaxşı 

bəllidir. Ümumi geniş, əhatəli olaylar qrupunun içində təkrarlanan substansional əlaməti (mahiyyət 

əlamətini) özündə göstərir. Xüsusi ümumi daxilində nisbətən kiçik qrupun substansional əlamətini 

bildirir. Özü də bir, məsələn, «canlı» ümumisi «insan» və «heyvan» xüsusilərini əhatə edir. Hər bir 

xüsusinin içində daha kiçik olan çoxlu qruplar var ki, həmin quplarla münasibətdə birinci ümumi 

kimi, kiçik qruplar isə xüsusi kimi çıxış edirlər. Təkcə isə xüsusinin içindəki ayrı-ayrı fərdi 

nüsxələridir. Ortaçağ Azərbaycan incəsənəti bu baxımdan daha geniş qrupdur, həmin incəsənətin 

növləri (miniatür sənəti, dekorativ-tətbiqi sənət və s.) nisbətən kiçik qrupları törədir. Bu qrupların 

özləri isə içlərindəki kiçik qruplara baxanda daha əhatəli idilər. Məsələn, «bədii ədəbiyyat» 

adlandırılan sənət növündə qəzəl, qitə janrları ilə yanaşı poema da vardı. O biri yandan, bir şairin 

əsərləri də ümumi cəhətlərinə görə müəyyən qrup təşkil edirdilər və deməli, bədii ədəbiyyat xüsusi 

kimi mövcud olurdu. Ən nəhayət, ayrı-ayrı bədii tekstlər (qəzəl, miniatür) təkcə kimi çıxış edirdi. 

İndi biz deyə bilərik ki, saydığımız hər qrup öz dili əsasında təşkil olunurdu. İncəsənətdə biz, 

ümumiyyətlə, bədii koddan danışa bilərik. Bu dədii kod ümumi kimi Ortaçağ Azərbaycan sənət 

növlərinin hamısını əhatə etdiyi üçün onların hamısında, ya da çoxunda olan simvolları və sintaksisi 

özünə yığıb saxlayırdı. Örnək göstərək. Tekst bildiricilərinin ritmik (deməli, sintaktik) düzümü 

Ortaçağ ədəbiyyatına, miniatür sənətinə, memarlığına, dekorativ-tətbiqi sənətinə eyni dərəcədə aid 

idi. Deməli, ritmik düzülmə sxemi Ortaçağ Azərbaycan incəsənətinin bədii dilində invariant kimi 

mövcud olan sintaksis qaydalarından biri idi.  

Gül-çiçək, bağ-bağat, isti fəsil simvolları Ortaçağ Azərbaycan incəsənətinin hər növündə ən 

təkrarlanan bildiriciləri verirdi. Bu simvollar bədii tekstləri gur, parlaq boyalarla təmin edirdi. 

Onların özəlliklərindən sonuc çıxarıb deyə bilərik ki, Ortaçağ azərbaycanlısı üçün gözəl nəsnənin 

və bədii tekstin ala-bəzək boyalar sıxlığında olması müsbət estetikliyin başlıca göstəricilərindəndi. 

Gözəl olmaq ala-bəzək boya gurluğunda olmaq demək idi. Xoş qoxulu gül-çiçək, bağ-bağat Orta 

əsrlər Azərbaycan bədii tekstlərini xüsusi cismaniliklə, plastikliklə təmin edirdi. Bu cismanilik, 

birincisi, bədən qabalığından istifadə edilən gülüş mədəniyyətindən fərqli olaraq zəriflik, incəlik, 

nəfislik kimi formadüzəldici prinsiplərdən doğan cismanilik idi. İkincisi isə, qaranlığın ağırlığını 

dağıdan, işıq parıltısını göstərən bildirici kompleksinə geniş yer açırdı. Sonucda məhz incə və işıqlı 

cismanilik yaranırdı. Dediklərimizi yoxlayaq.  



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə