Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 

57

işıqlılığı, boyaların tonal dəyişmələrə uğramaması, deməli, aydınlığı fəlsəfi mənalarla ilgili idi. Onu 



da deyək ki, miniatür tekstlərində kölgədən qaçmaq üçün paltar qırışlarından nadir hallarda istifadə 

edilirdi. Əgər rəssam oturan adamın paltarının qırışını çəkməli olurdusa, bunu kölgə vasitəsi ilə 

etmirdi. Paltar qırışında kölgə yox, cizgi ön plana çıxırdı və görünür, eydetik cizgilər sırasına 

qatılırdı. Hər halda qırışlar paltarın üstünün görünməsinə kölgə salıb pozuntu törədirdi. 

Yenə Ortaçağ miniatür sənəti ilə xəttatlıq arasındakı ilişgi probleminə qayıdıb bir məsələni 

da işıqlandırmaq olar. «Hansı parametrlər əsasında miniatür sənətinin dili müəyyən cizgiləri ən 

eydetik, yaraşıqlı, baxımlı sayıb məhz onları kanonik örnək kimi özündə saxlayırdı?» sualına cavab 

vermək üçün ərəb hərflərinin strukturunu, yəni cizgilərinin düz, dalğalı, girdə xəttlərini nəzərdə 

tutmaq gərəkdir. Ortaçağ xəttatları, artıq, nəzəriyyə qatında ərəb hərflərinin strukturlarına diqqət 

edib onları xüsusi seçmişdilər. Ərəb xəttatı Cəmaləddin Yaqutun həmin strukturlar haqqında belə 

bir şeir formulu vardı: «üsulun və tərkibin, kurrasun və nisbətun, suudun və təşmiri, nüzulun və 

irsalun (tərcüməsi: «elementlər və hərf kəsimlərinin birləşməsi, paralellik və nisbət, qalxma və 

ucların bükülməsi, eniş və uzanma») (56). Sultan Əli Məşhədi həmin formulu açanda göstərirdi ki, 

ustadın yazdığı hərflərdə qələmin basılmasından alınan qalınlığa və qələmin incə toxunuşundan 

doğan nazikliyə diqqət edib xətti öyrənmək gərəkdir (57). O, yüksək səviyyəli xəttatlıq üçün ruhun 

təmizliyini, əlin möhkəmliyini, etibarlığını tələb edəndə (58) hərfin yazlışında təmiz ruhun 

dinamikası ilə bu dinamikaya uyğun hərəkətə düşməyi bacaran əlin vəhdətini nəzərdə tuturdu. 

Təbrizli Mir Əli qüvvə (qələmin basılması), zəf (naziltmə), səth (hərfin düz cizgiləri), dövr (həflərin 

əyri elementləri) (59) kimi əlamətləri xətt üçün önəmli sayırdı. Özü də ruhun əl ilə ritmik birgəliyi 

olanda, yəni məharət, ustalıq sayəsində bu keyfiyyətlər alınırdı. Məharət və ustalıq isə Azərbaycan 

təsviri, dekorativ-tətbiqi sənət növlərində nümayiş etdirilən ən başlıca əlamətlər idi. Qavrayış vaxtı 

xəttin eydetik ritminə Ortaçağ adamının diqqət yetirməsini bizə aydın edən başqa örnək də var. O 

çağın rəvayətinə görə, şiələrin birinci imamı Əli xəttat Təbrizli Əlinin yuxusuna girib deyir ki, «Ey 

Allahın qulu, düz və diqqətlə ördəyi müşahidə et, bu müşahidənin əsasında bir xətt yarat». Mir Əli 

soruşanda ki, «Allahın belə ləyaqətsiz heyvanının görünüşündən xətt necə yaratmaq olar?» Əli 

gülüb qayıdır: «Onun gözlərinə, dimdiyinə, boynuna bax, gör onlar necə dəyirmi, qabarıq, 

çökəkdir» (60).  

Bu münasibətlə Çin kalliqrafiyasından bir məsələyə diqqət etmək yerinə düşər. Çin 

xəttatlığında fırça işlədiləndə ortaya çıxan nöqsan kimi aşağıdakılar göstərilirdi: «ke»-fırça ilə 

inamsız hərəkət etməkdir, bu zaman düşüncə ilə əl arasında narazılıq olur. Sonucda cizgidə çoxlu 

künclər törəyir, xətlər köntöyləşir. «Tsze»-fırçanı hərəkətə gətirmək istəyəndə onun hərəkətə 

gəlməməsidir, tuşu yaymaq istəyəndə, yaya bilməməkdir, tuşu sərbəst, sakit yayılmağa 

qoymamaqdır. 

Çin estetikasında bu nöqsanlara qarşı üstün cəhət kimi fırçanın etdiklərinin üzdə asan 

görünməsi, eyhamlılıq, yəni axıracan bildirməmək və əlavə düzəlişə yer qoymayan texnika 

göstərilir (61). Non-finito prinsipini, yəni axıracan bildirməməyi heç cürə Azərbaycan təsviri, 

dekorativ-tətbiqi sənət növlərinə aid etmək olmaz. Miniatür sənəti və eləcə də Azərbaycan 

dekorativ-tətbiqi sənəti üçün məkanı axıracan bildiricilərlə doldurmaq xarakterikdir. Buna isə vacib 

şərt kimi məhz əlavə düzəlişə yer qoymayan texnika götürülürdü. Təsviri və dekorativ-tətbiqi sənət 

növləri başdan-ayağa belənçi texnikanın nümayişi idi. 

Çin estetikasında yazı ılə boyakarlığın soykökü kimi quş aəqlarının izləri, yer çatlaqları, 

tısbağanın üstündəki naxışlar götürülürdü (62). Belə cizgiləri təkrar edən əlin yüngüllüyü, fırça 

ucunun müstəviyə vurduğu zərbələrin dəqiqliyi miniatür sənəti üçün də önəmli cəhət idi. Çin təsviri 

sənət estetikası ilə bağlı deyilənlərdən çıxış edib söyləmək olar ki, Ortaçağ müsəlman Doğusunda 

həm xəttatlığın, həm təsviri, həm dekorativ-tətbiqi sənət tekstlərinin estetik qavranışında Sənətçi 

əlinin etdiklərinə heyranlıq, bu əldən müstəviyə düzülən əyri, burum-burum, düz cizgilərin 

ritmindən Sənətçi əlinin, ruhunun ritmini duymaq güclü, aparıcı emosional hal idi. Rəssam əlinin bu 

keyfiyyəti Nizamidə aydın deyilmişdi: 

 

Daşı muma çevirən zirək bir (memardır) 

O, çox çevik, əli iti, zərif işli Sənətçi, 



 

58

Samın nəslindəndir, adı isə Simnardır (63). 

 

Beləliklə, müsəlman aləmi üçün xəttatlıq hərfin, yazı cizgilərinin strukturu ilə əlin, ruhun 



ritmini birləşdirmək sayəsində xətlərdəki incə əyrilərin, səlis düzlərin eydetikliyini tapmışdı. Bu 

eydetiklik isə öz növbəsində miniatür sənətində ikonik bildiricilərin oxşar cizgilərdə çəkilməsinə 

gətirib çıxarmışdı (64).  

Xəttatlıqda hərflərdən təcrid edilmiş struktur elementlər miniatürdə minimal elementləri 

ayırmağa imkan verir. Bunu açaq. Struktur dilçilikdə sözlər minimal elementlərə, yəni səslərin 

invariantı olan fonemlərə xırdalanır. Struktur dilçilik sübut edir ki, səslər variant kimi danışıq 

faktıdır, fonemlər isə invariant kimi dil sistemi vahidləridir. Özü də dilin fonoloji aparatının ən 

önəmli vəzifəsi odur ki, dildə sayca çox az olan fonemlər dürlü biçimdə birləşib dilin minlərlə 

sözlərini əmələ gətirirlər.  

Struktur dilçiliyin bu modelinə söykənərək semiotiklər öyrəndikləri bildiricilər sistemində 

bildiricini törədən minimal vahidləri axtarırlar. Təsviri sənətin ikonik bildiricilərini yığan minimal 

vahidlərə semiotikada fiqurlar deyilir. Fonemlərə oxşar fiqurlara semiotikada maraq onunla bağlıdır 

ki, az sayda yığılmış fiqurlar özlərinin dürlü kombinasiyaları ilə bütöv təsvirləri törədirlər (65).  

Miniatürlərdə minimal fiqurların üzə çıxarılması üçün ərəb hərflərinin strukturları gözəl 

örnək ola bilər. Miniatür görükdürücülərinin fonemlərə analoq olan fiqurlarını aydınlaşdırmaq üçün 

düz və əyri cizgilərin dama-dama dəftərdəki kvadratlardan ən tipik formalarını göstərmək gərəkdir 

(ill. İ

X

). Bu zaman kvadratın öz forması cizgilərdə əyriliyi və düzü göstərən araç olacaqdır. Son 



nəticədə hər kvadratda verilmiş cizgi tipini minimal fiqur adlandırmaq olar. Biz aşağıda belə tiplər 

üzrə yalnız örnəkləri gətiririk. Ayrıca olaraq bu problemi öyrənməyə yönəlmiş araşdırmalarsa, ola 

bilər ki, kvadratın həcmini genişləndirməyi və ya daha da azaltmağı gərək bilib nəticə etibarı ilə 

daha düzgün tapılmış cizgi tiplərinin kataloqunu hazırlasın. İndi isə biz yalnız problemi anladan 

örnəklərlə yetərlənək: 

 

 



 

İll. İX. 

 

Görmək çətin deyil ki, bu kvadratlar bir şəklin üzünü çıxarmaq istəyəndə bizim istifadə 



etdiyimiz damalardandır. Üz çıxarmaq üçün şəkli kvadratlar toruna bölürük. Eyni kvadratlar torunu 

başqa bir kağızda da çəkirik və sonra çalışırıq ki, hər kvadratdan keçən cizgi formasını surət üçün 

götürdüyümüz kağızın uyğun damasında təkrar edək. Sonucda, biz yalnız orjinaldakı kvadratlara 

düşən cizgi formalarını yamsılasaq da və şəkil çəkmək bacarığımız xeyli zəif olsa da, öz 

imkanlarımızdan yüksək görünən dəqiqliklə şəkilin bütövlüyünün üzünü çıxarmış oluruq. Şəkildəki 

xırda cizgiləri (minimal fiqurları) təkrar etdiyimiz halda bütöv şəklin təkrarını alırıq (66). Bu, 

yabançı dildə eşidilən sözün səslərini təkrar etməklə həmin sözü əldə etməyə bənziyir.  

Biz indi miniatür görükdürücülərini quran minimal fiqurlara diqqət etsək, onlarla ərəb 

hərflərini törədən cizgilər arasında böyük oxşarlıqlar görərik. Məhz minimal fiqurlar qatında 

hərflərə bu oxşarlıq hansısa cizgi formalarını miniatürlər üçün eydetik etmişdi. Genetik planda, 

hərçənd, ola bilər ki, ən öncə şəklin eydetikliyi bəzi hərflərin eydetik cizgilərinin əsasında 

durmuşdu (bu, piktoqramlarda yaxşı izlənilir). O biri yandan, bəzi ikonik bildirici formalarının 

eydetik sayılmasına ornament simvollarının forması da təsir edirdi. Məsələn, bizə elə gəlir ki, 

miniatürlərdə, bəzi portret şəkillərdə boynu yana əyilmiş fiqurların eydetikliyinin əsasında ucu yana 

əyilmiş butanın cizgi strukturu durur (67).  

Miniatür ikonik bildiricilərinin hansı prinsiplə minimal fiqurlara bölünməsini tapandan sonra 

bir məsələ ilə qarşılaşırıq. Dildə fonemlərin birləşməsi hansısa sözü əmələ gətirdiyi kimi, 

miniatürdə də minimal fiqurların birləşməsi alın, qol, papaq, masanın küncü kimi mənası aydın olan 

formalar törədir. Ancaq yaddan çıxmayıbsa, biz yuxarıda miniatür dilinin sözlüyünün, lüğətinin 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə