Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   31   32   33   34   35   36   37   38   39

 

73

 



 

 

 



 

 

 



 

Açıqlamalar və qaynaqlar 

 

I fəsil üzrə 



 

1. «İşarə» terminini tez-tez «bildirici» sözü ilə əvəz etməyimizin səbəbini açaq. Bəllidir ki, alınma 

sözə baxanda doğma sözlərin törədici, anladıcı gücü daha çoxdur. Sonucda onlar gerçəkliyi 

öyrənmək, anlatmaq baxımından xeyli verimli olurlar: doğma söz qohum sözlərlə birlikdə sistem 

əmələ gətirir. Görün «bildirici» sözü işarələri sistemli anlamaq üçün nə qədər önəmli sözləri «bil 

(mək)» söz yuvası əsasında öz həndəvərinə toplayır: bilmək, bildirmək, bildirilən, bilik, biligi, 

bəlirtili, bilgə (müdrik), bilici və s.  

2. Nizami Gəncəvi. Xosrov və Şirin. B., 1981, s. 282. 

3. Nəsimi. Seçilmiş əsərləri. B., 1973, s. 43. 

4. Şah İsmayıl Xətai. Əsərləri, I c. B., 1975, s. 61. 

5. Yeni orada, s. 87. 

6. Olanların deyil, olmayanların bildiriciyə çevrilməsinə ilginc materialları Qaravəlli gülməcələri 

verir. “Hadı, Hudu, Koroğlu, Kosa, bir də mən” adlı qaravəllidə çaxmağı yox tüfəngdən atəşin 

açılması, tiyəsi yox bıçaqla dovşanın soyulması, altıyox qazanda dovşan ətinin qovrulması odla 

bağlı vəziyyətləri lağa qoyur (bax: “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” I c., B., 1983, s. 

261-262). Olmalının olmaması, olmayanın guya olan kimi iş görməsi bu qaravəllinin başlıca 

xəttidir.  

 7. Bax: “İslam Ansiklapedisi.” 6 c. İstanbul, 1955, s. 129. 

 8. Bəlkə də belə demək düz olar: qələndər maskasının soykökündə günəş simvolu və deməli, işıqla, 

parıltı ilə bağlı olan gözəllik durur. Maskanın sonrakı yaşamında isə bu gözəllik əlamətləri 

unudulur. Oxşar yolu kosa və keçəl də keçirlər. Qabaqlar Günəşi simvolizə edən tamam qırxılmış 

baş və üz sonralar kosanın, keçəlin çirkinliyi kimi qavranılır (bax: Elçin Rəssam. Kosa, keçəl və 

qırx lotular.- “Qobustan”, № 2. 1979, s. 56-59.) 

9.Bax: A. M. Pətiqorskiy, B. A. Uspenskiy. Personaloqiçeskaə klassifikaüiə kak semiotiçeskaə 

problema. - «Trudı po znakovım sistemam», - № 3, Tartu, 1967, s. 20, 23.  

10. Nəsimi. Seçilmiş əsərləri, s. 20. 

11. Yenə orada, s. 335. 

12. Azərbaycan Klassik ədəbiyyatı…. I c., s. 1-2, 4-7. 

13. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 316. 

14. Marağalı Əvhədi. Cami-cəm. B., 1970, s. 57. 

15. Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nəsiri. B., 1980, s. 196. 

16. Gözəlliyin semiotik aspekti haqqında bax: L. N. Stoloviç. Priroda gstetiçeskoy üennosti. M., 

1972, s. 93-132.  

17. Azərbaycan peripatetiklərində varlığın qatları haqqında bax: Z. C. Məmmədov. Azərbaycanda 

XI-XIII yüzillərdə fəlsəfi fikir. B., 1978, s. 101-103 və sonrakı səhifələr. Dünya işləri ilə Allah 

arasında keçid pillələrinin qoyulması poeziyada özünü, məsələn, insan taleyinin fələklə 

bağlanmasında göstərirdi. Əbd ər-Rəşid Bakuvi isə etnosların, şəhərlilərin görünüş və 

pisixalogiyasını həm də coğrafi şəraitdən aslı edirdi (bax: Abd ar Raşid al-Bakuvi. Kitab talxis al-

asar va adja’ib al-malik al-kaxxar. M., 1971, s. 92-93).  

18. İşraqilikdə varlığın pilləli quruluşu haqqında bax: M.M. Sharif. A History of Muslim 

Phylosophy, vol. 1, Wesbaden, 1963, p. 387-390. 



 

74

19. İ. Grenburq. Lödi, qodı jizn…- «Novıy mir», №4, 1961, 35. 



20. Bax: E.T. Hall. The Language of space. – “Journal of the AmericanInstitute of the Arckitects”, 

19612, February.  

21. Bax: Ö.S. Stepanov. Semiotika. M., 1971, s. 33. 

22. Yenə orada. 

23. Xacə Nəsirəddin Tusi. Əxlaqi… s. 163. 

24. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 195.  

25. Yenə orada, s. 233. 

26. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. B. 1981. S. 90. 

27. Gvliə Çelebi. Kiniqa putehestivaə. Vıp. Z. M., 1983, sö 133. 

28. Bax: Thomas W. Arnold. Painting in Islam. New York. 1965, p. 134. 

29. Dastani-Əhməd Hərami. B. 1978, s. 29. 

30. Nizami Gəncəvi. Xosrov və Şirin, s. 56, 95, 272. 

31. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. s. 93. 

32. Bax: Thomas W. Arnold. Painting… 

33. Böyüyə sayğı göstəricisi olaraq onun yanında özünü yığışdırmaq, eləcə də özünü gizlətmək 

indiki azərbaycanlılar arasında da qalır. Sonucda belə sayğı jestləri, üz ifadələri müəyyən statikliyə, 

təmkinə, dəyişkənlikdən çəkinməyə gətirib çıxarır. Ancaq Ortaçağda “özünü yığışdırmaq” anlamını 

verən bədən, üz bildiricilərinin antitezi də vardı. Həmin bildiricilərə qarşı özünü boş buraxmış 

adamlar dururdu. Teymurləngin yanında Molla Nəsrəddin özünü yığışdırmağı bacarmayan adam 

idi. Bəzi gülməcələrdə bu sərbəstliyin səbəbi kimi onun sadədilliyi verilir. Ancaq bir çox 

əhvalatlarda səbəb Nəsrəddinin ağlı, ədalətsevərliyi və qorxmazlığıdır. Oxşar şəkildə sufi 

plastikasında da sərbəstlik önəmli yer tuturdu. Vəcdli rəqsində o heç bir gözəllik ölçüsünə fikir 

vermirdi. Spontan, ritmik, ən əcayib bədən, əl, baş oynatmaları bu rəqsin başlıca plastik formaları 

idi. Bir çox sufilər sarayda, dini törənlərdə eyni sərbəstliyi göstərirdilər. Bütün bu deyilənlər Molla 

Nəsrəddin və sufi davranışının tipoloji yaxınlığını ortaya çıxarır. 

34. Bax: Xacə Nəsrəddin Tusi. Əxlaqi… s. 163. 

35. Nizami Gəncəvi. Sirlər Xəzinəsi, s. 61. 

36. Nizami Gəncəvi. Leyli və Məcnun. B. 1981, s. 70. 

37. Yenə orada, s. 75. 

38. Nizami Gəncəvi. Sirlər Xəzinəsi, s. 53. 

39. Yenə orada, s. 70. 

40. Yenə orada, s. 42.  

41. Bax: S. S. Averintsev Poetika rannevizantiyskoy literaturı. M., 1977, s. 52. 

42. Bax: İ. P. Petruşevskiy. İslam v İrane v VII-XV vekax. L, 1966, s. 52. 

43. Şəriət oğruluğun cəzası kimi barmağın, qolun kəsilməsini, qamçı ilə döyməyi düz sayırdı (bax: 

Q. K. Kerimov. Şariat i eqo soüialğnaə suhnostğ. M., 1978 s. 146-147). 

44. A. Meü. Musulğmanskiy Renessans. M., 1966, s. 20-22. 

45. Bax: Şaraf-xan Badlisi. Şaraf-name, II t. M., 1976, s. 156.  

46. Bax: Oktay Gfendiev. Azerbaydjanskoe qosudarstvo sefevidov. B., 1981, s. 120-123.  

47. Bax: A. Gölpınarlı. 100 soruda tasavvuf. İstanbul, 1969, s. 40, 60.  

48. Haqqında danışdığımız məsələdə sufizmlə hürufizmin fərqini görməyə gərək olmadığı üçün 

örnəyi Nəsimidən gətiririk.  

49. Nəsimi. Seçilmiş əsərləri, s. 335. 

50. Fəxriyyə Ortaçağdan sonra da hansısa imkanlarını saxlayır. Romantizmdə “dahi - kütlə” antitezi 

fəxriyyə tipologiyasına uyğun idi. Ancaq ən qabarıq örnəyi Nitsşe vermişdi. Onun 

«Avtobioqrafiya» əsəri başdan-ayğa fəxriyyə tipinə söykənir. Kitabdakı fəsillərin adlarına baxın: 

«Mən niyə belə müdrikəm?», «Mən niyə belə ağıllıyam?» və s. XIX əsrin zirvəsindən baxanda 

Nitsşe təkəbbürlü duruşun gülünc olduğunu yaxşı bilirdi (bax: Fridrix Nitüşe. Avtobioqrafiə (Esse 

homo).SPb N.N. Mixaylova, s. 45). Ancaq paradoks ondadır ki, Nitsşe «mən»ini mərkəzdə 

saxlamaq üçün elə deyiş tərzindən, kredo formasından istifadə edirdi ki, sonucda başqalarının 

alçalmış, təhqiramiz görünüşləri qarşısında onun təkəbbürlü duruşu, amiranə jesti peydə olurdu.  



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə