Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   31   32   33   34   35   36   37   38   39

 

71

Oğluna bəylik vergil, 



Taxt vergil - ərdəmlidir. 

Boyun uzun bədöy at vegil (bu oğlana) 

Minəd olsun – hünərlidir. 

Ağayıldan tümən qoyun vergil bu oğlana 

Şişlik olsun - ərdəmlidir. 

Qaytabandan qızıl dəvə vergil bu oğlana 

Yüklət olsun – hünərlidir. 

 

  



Görmək çətin deyil ki, bu parçanın cümlələri qrammatik quruluş baxımından eynidirlər. Ona 

görə də birinci cümlənin quruluşuna baxıb sonrakıları güm anlamaq olar. Bu isə falda təkrar olunan 

prinsipdir. Beləliklə, əski oğuz tekstlərində özünü göstərən paralelizmlərlə əski ouz və ya ümumitük 

şifahi dil sintaksisi arasında prinsip eyniliyindən danışmaq heç də əsassız olmaz. 

Adətən, əski insan fallar, yuxular, paralelizmlər, qafiyələr, ritimlər, simmetriya və nəhayət

əqli nəticələr vasitəsi ilə dünya, yaşama tekstinin sonrasını qabaqcadan təyin, praqnoz edəndə 

sevmədiyi, ehtiyat etdiyi zamanla bu şəkildə mübarizə aparırdı. O, gələcəyi indidə olanların 

təkrarına çevirəndə özünü daha rahat duyurdu.  

Yenidən Y. Lotmanın formulə etdiyi paradoksa qayıdaq. İncəsənətdə hər hansı bir tekst 

başqalarının başa düşəcəyi tekst olmaq istəyirsə, onların bildiyi bədii dilə, koda söykənməlidir. O 

biri yandan, belə koda söykənəndə başqaları üçün az yeniliyi, informativliyi olan və deməli, az 

maraq doğuran tekstə çevrilir. Bəs incəsənət bu çətin durumdan necə çıxır? Y. Lotman göstərir ki, 

bədii tekstinin informativliyi belə əldə edilir: tekst qabaqca bir kodun qanunauyğunluqlarının (lüğət 

və sintaksisin) əsasında qurulur. Onu qavraən bu dili tapanda düşünür ki, nəyin gələcəyini, necə 

olacağını indi, öncədən deyə bilər. Beləliklə, bədii tekst dürlü kodların dialoqundan, bir-birini əvəz 

etməsindən düzəlir. Bu isə onun qavranılmasını dinamik edir. Teksti qavraən həmişə «bu» 

fraqmentin hansı dil və ya dillərin sintezi vasitəsi ilə qurulduğunu tapmaqla məşğul olur. Əgər 

şəxsiyyət mənsub olduğu mədəniyyətin bir çox bədii, incəsənət dillərini bilirsə, bu axtarışlar onun 

bilincində baş verir və hər tapıntı yüksək estetik həzzə səbəb olur. Tekstə ciddi yanaşan, ancaq onun 

hansısa parçasının söykəndiyi dili biləməyən adam bu fraqmenti pis saymır, tərsinə, onu öyrənməyə 

çalışır. 

Ayrı-ayrı kodların sintezi sayəsində yaradılmış tekstlərin başqa dürü, növü də var. Bu növə 

aid yapıtlarda ard-arda gələn kəsimlər bir koda söykənirlər, ancaq tekstin dərindəki qatları dürlü 

dillər vasitəsi ilə qurulurlar. Məsələn, bir çox sufi erotik (sevgi) qəzəlləri janrın poetik 

qanunauyğunluqları ilə yaradılırdı. Bu zaman forma və formadan sonra gələn ilk məzmun planı 

sevgi qəzəllərinin janr dilindən törəyirdi. Daha altda olan mənalar qatı isə sufi dünyagörüşünü 

bildirən semantik kodun məhsulu olurdu. Ona görə də bu semantik kodu bilməyən, sadəcə, sevgi 

qəzəli oxuyurdu, bilən isə sevgi motivlərinin araçılığı ilə sufi şairin mistik mənalarla dolu aləminə 

düşürdü.  

Miniatür tekstlərində görülən plan, məsələn, «mərkəzdə oturmuş fiqur» və bu planın ilkin 

mənalərı «mötəbər şəxs» və ya «hökmdar» həmin sənətin öz dili əsasında qurulurdu. Daha dərində 

olan və ya əlavə anlamlar isə şəklin həsr edildiyi söz mətninindən doğurdu. Sonucda mətn miniatürə 

semantik kod kimi üz tuturdu və bu kodu bilməyən adam şəkildəki məzmunun illüstrasiya edilən 

əsərlə ilgili tərəflərini nə görür, nə də anlayırdı. Miniatürün yaradılışında, qavranılmasında, estetik 

baxımdan yaşanılmasında, hər iki kodun, yəni miniatür dili ilə mətn məzmununun sintezi məraqlı 

nəticələrə gətirib çıxarırdı. Mətn olayların gedişini, dəyişkənliyini canlandırmaqla zaman xəttində 

prosessual obrazlar yaradırdı. Miniatür dili isə öz bildirici və sintaksisi ilə həmin prosessuallığı 

«stop kadra», donmuş səhnələrə, jestlərə, pozalara çevirməklə onları eydetikləşdirirdi, baxımlı 

görünüşlərdə göstərirdi. Ona görə də miniatür dili ilə mətndən alınmış semantik kodu sintez edərkən 

şəkli estetik qavrayışla mənimsəyən Ortaçağ adamında dəyişkənliklə, prosessuallıqla, gözəl 

görünüşdə donub qalmağın, özünü görümlü etməyin ritmik növbələşməsi baş verirndi. Güman ki, 

bunu çağdaş kinematoqrafda hərəkətdən «stop kadra» keçməyin effekti ilə tutuşdurmaq olar. 

«Muncuq kimi düzülən» yazını Şərqdə xüsusi estetik intensivliklə yaşaərdılar. Qələmin ücü 



 

72

kağızdan aralananda və ya hərf yazılıb qurtaranda zaman boyu davam edənin məkanda donub 



qalması baş verirdi. Bu donub qalma zamansızlığa keçidi andırırdı. Zaman axınınında açılanlar 

hərəkət qurtarıb daənanda zamanda olmaən varlıqlar kimi duyulurdular. Miniatür, bax, belənçi 

bitkinlik effekti ilə özünü göstərmək istəyirdi. Hərəkət addım-addım hələ olmamışları və deməli, 

görünməyənləri, artıq, olmuşlara, deməli, görünənlərə çevirir.  

Mminiatür dilinin sintaksisi üçün xarakterik olan dürlü baxma nöqtələrinin verilməsinin 

özünü dinamika ilə şəklin statikasının sintezi kimi anlamaq olar. Götürək Füzulinin bir qəzəlini: 

   

Ey müsəvvir, yar timsalinə surət vermədin 

Zülfü rüx çəkdin, ey naseh, babü təravət vermədin. 

Eşq sevdasından, ey naseh, məni mən eylədin, 

Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin. 

Dün ki, fürsət düşdü xaki-dərgahindən kam alam, 

Noldu, ey göz yaşi, göz açmağa fürsət vermədin. 

Göz yumub aləmdən, istərdim açam rüxsarinə

Canım aldın, göz yumub-açınca möhlət vermədin. 

Bumudur rəhmin ki, xalin elər ikən qəsdi-can, 

Çıxdı xəttin kim, onu mən edə, rüxsət vermədin. 

Vermə hüsn əhlinə, ya Rəb, qüdrəti-rəsmi-cəfa, 

Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin. 

Ey Fizuli, öldün, əfqan etmədin rəhmət sənə, 

Rəhm qıldın xəlqə, əfğanınla zəhmət vermədin (127). 

  

Burada demək olar ki, hər beyt dürlü baxma nöqtələrindən doğur. Yalnız dördüncü, beşinci 



beytdə baxım nöqtəsi dəyişir, lirik qəhraman sevgilisinə müraciət edir. O biri beytlərdə isə hər 

baxım nöqtəsinin qarşısında ayrı-ayrı personaj və hadisə peyda olur (rəssam naseh, göz yaşı, Allah 

və lirik qəhrəmanın özü), hamısı da ön tərəfdən görünür. Qəzəlin bu strukturu ilə tərs perspektiv 

arasında oxşarlığı izləmək çətin deyil. Qəzəldə rədiflərin dəyişməzliyi ilə dəyişgən baxm nöqtələri 

sintez olunduğu kimi, miniatürlərdə də şəkillərin dəyişilməzliyi ilə baxma nöqtələrinin dəyişməsi 

birləşir.  

Beləliklə, görmək çətin deyil ki, məlumatın informativliyi xatirinə, dünyanı dürlü biçimli, 

strukturlu görklərdə açmağın xatirinə Ortaçağ Azərbaycan incəsənətində bədii dillər, kodlar 

arasında dürlü mübadilələr gedirdi. Ona görə də ayrı-ayrı sənət növləri, tekst tipləri semiotikanın 

«böyüdücü şüşəsindən» baxanda bir-birindən seçilir. Ortaçağ incəsənətinin kanonikliyi, eteketliliyi 

onun strukturlarını bilinməz edir. Ancaq su damcısı da adi gözə bəsit görünür. Ona mikraskopla 

baxanda isə… zəngin bir aləm açılır. Çağımızda estetikada tətbiq edilən elmi metodların qarşısında 

duran başlıca vəzifə Ortaçağ incəsənətinin dərin qatlarında gizlənmiş zərrəciklər aləmini üzə 

çıxarmaqdır.    

  

 

 



  

                          

 

 

 



 

 

 



 

 

 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə