Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 

47

sayılırdı və nağıllarda sehirbaz davranışının bu əcayib sintaksisi bir çox süjet gedişlərinə təkan 



verirdi.  

Dini rəvayətlər peyğəmbərləri, müqəddəsləri çox vaxt oxşar davranış sintaksisi ilə təsvir edir 

(14). Məhəmmədin gerçək tarixi şəxsiyyət olması İslamın erkən çağında onun hərəkətlərini heç cürə 

sehirli davranış sintaksisində təsəvvür etməyə qoymurdu. Peyğəmbərin çevrəsindəki əshabələri onu 

özlərinə xas olan davranışda görürdü. Yalnız, Məhənmmədin meracı, Göy qatlarından keçib Allaha 

doğru qalxması qeyri-real davranış sintaksisinə olan inamın törəməsi idi. Dini kitab belə 

davranışları möcüzə adlandırırdı.  

Davranış sintaksisini şərtləndirən prinsiplərin arasında kültür yasaqları, «olmazları»  

önəmli yer tutur. Məsələn, belə yasaqlara görə sayğılarla qonağı qapıda qarşılayanda əl verib, 

görüşəndən sonra nifrəti bildirən hər hansı bir hərəkəti, bildiricini etmək olmaz. Göründüyü kimi, 

davranışın sintaksisi bildiricilər arasında elə bağlantı formalarıdır ki, bir plastik bildiricidən sonra 

başqasının gəlməsinə «olar!», ayrı birisinin gəlməsinə isə «olmaz!» deyir. Oxşar vəziyyət danışıq 

dilinin qrammatikasında da özünü göstərir. Burada sintaksis qaydaları, məsələn, «mən» sözünü 

«gəlmək» feli ilə bağlayanda «mən gəldi», «mən gəlirsən» kimi birləşməni düzgün saymır, 

əvəzində «mən gəlirəm» kimi bildirici ardıcıllığına icazə verir.  

Yenidən davranışa qayıtsaq, deyə bilərik ki, burada sintaksis qaydaları «olar-olmaz» 

prinsipi ilə müəyyən plastik bildiricilərdən sonra hansı bildiricilərinsə mümkünlüyünü, hansılarınsa 

qeyri mümkünlüyünün anladır. «Dərin sayğı bildirəndə sayğı mənalarını göstərən bildiricilərdən 

sonra nifrət bildirən gəlməz» sözləri bu baxımdan etiketli davranışın sintaksis qaydasıdır.  

Davranış sahəsində plastik bildiricilər fondunun, lüğətinin və sintaksis qaydalanının 

olmasını görəndən sonra burada dil sistemini ayırmaq tam məntiqi olar. Davranış dilinə yığılmış 

bildirici fondu deyəndə bu fondu maddi sahə kimi başa düşmək gərək deyil. Göstərilən fond 

davranışın lüğətidir və orada davranış bildiricilərinin invariant, ümumi cizgilərdə «yazılmış» 

görkləri yığılmışdır. Həmin görklərin dişarı planı bildiricinin formasını, içəri planı isə mənasını 

invariant biçimdə özünə yığır. Gerçək davranış tekstlərində olan bildiricilər həmin invariantlar 

əsasında edilmiş variantlardır. Bu variantların konkret özəllikləri onları gerçəkləşdirən adamın 

görünüşü, paltarı və s., ilə şərtləinr.  

Davranış dilində invariant «təmizliyində», abstraktlığında sintaksis qaydaları da yığılır. 

Danışıq dilində olduğu kimi, burada da başqalarına nəyisə bildirmək üçün nəyisə edən həmin dildən 

bildiriciləri alır, sintaksis qaydalarını götürür, bunun əsasında davranış tekstini qurur. Həmin teksti 

görən isə onun məzmununu anlamaq üçün davranış dilini işlədirdi. Bu dil onun uşaqlıqdan 

mənimsədiyi və mənsub olduğu toplumda davranış üçün vacib sayılan dildir (15).  

İndi bir əlavə etmək olar. Mədəniyyətdə dürlü davranış dilləri var. Bununla bağlı, yadımıza 

salmalıyıq ki, ümumxalq dili içində də ədəbi dil, rəsmi dil, dəftərxana dili, dialektlər və s. var. 

Uyğun olaraq, bir ümumi davranışın dili içində dürlü alt sistemlərə rast gəlmək olar. Ortaçağ 

Azərbaycan toplumunda hökümdar və rəiyyətlər çox vaxt bir-birlərindən kəskin ayrılan davranış 

dillərinə söykənirdilər. Ortaçağ azərbaycanlısı sosial təbəqələrlə bəğlı fərqli davranış dillərindən 

istifadə etdiyi kimi, yaşından aslı olaraq ya yaşlılara, ya da gənclərə aid davranış dili əsasında öz 

hərəkətlərinə plastik bildirici cizgiləri verirdi. Qadınlar və kişilər dünyası arasındakı fərqlərə 

gələndə yenə ayrı-ayrı davranış dillərindən danışa bilərik (16). Bəzən hansı dilləri isə öz davranışı 

üçün seçmək adamın ixtiyarına buraxılırdı, bəzənsə hansı dili seçmək adamın cinsi, sosial vəziyyəti, 

olduğu yer ilə şərtlənirdi. Bu baxımdan, saray həyatını xoşlamayan Nizami kimi şairlərin 

münasibətini öz davranışları üçün dil seçməkdə azad qalmaq arzusu ilə bağlaya bilirik. Eləcə də 

başqalarından qıraqda yaşamağa çalışan təsəvvüf müdrikləri bu yolla davranış dilini seçməklə ilgili 

qoyulmuş ictimai yasaqlardan özlərini xilas edirdilər. Marağalı Əvhədi «Cami-cəm» poemasında 

sufi mürşidinin sifətlərindən yazanda yüksək biliyi, Allahla bağlılığı, dünya ehtiraslarından 

arınmışlığı belə asılısızlığın başlıca şərtləri sayır:  

 

 



Din elmi lazımdır şeyxə, Şəriət, 

Bir də ki, düz, sağlam, mətin bir hikmət. 


 

48

Cəsur, qorxmaz olsun deyəndə sözü. 



Nəfsin öhdəsindən o, gəlmiş olsun… 

O, məna yolilə addımlaəraq, 

Həm nur aləminə yaxın olsun, bax… 

Nə alçaq rədd etsə, qəlbi inciyər, 

Nə qəbul etsələr, özünü öyər… 

Bədəni zindanda, ruhu göydədir, 

Üzündə-gözündə gülüş rəqs edir. 

Malı az olsa da, o, şad olacaq, 

Çox olsa, yanında bir yeldir ancaq. 

Onunla oturan şaha toy olur, 

Kim ona yetişdi, parlaq ay oldu (17). 

 

Şəxsiyyətini dünyaya deyil, yalnız Allaha bağlamış sayan sufi(18) öz davranışı üçün dilləri 



də dünyadakıların basqısı ilə deyil, Allaha olan sevgisi ilə seçirdi. Sonucda sufi özünə qarşı belə bir 

münasibət tələb edirdi: «Əhli-zahirin gözünə ən yersiz görünən hərəkəti belə, Allah üçün düzgün 

seçilən ola bilər və bu düzgünlüyün hikmətini, sirrini əhli-zahir bilməz». Ortaçağda bir çoxları sufi 

hərəkətlərinə bu baxışdan yanaşıb onu ən əcayib davranış üstündə belə, suçlamaqdan çəkinirdilər. 

 

Bəzi sufilərsə heç Allaha da (daha doğrusu, bixəbər saydıqları əhli-zahir üçün doğru olan 



Allah görkünə də) məhəl qoymurdular və onun üçün də çox qəribə davranışları törədən dillərdən 

çıxış edirdilər. Ünlü sufi Təbrizli Şəms, deyilənlərə görə, tanınmış kəsləri saymazmış. Bağdadda 

Əvhadəddin Kirmani ilə (1237-də ölüb) görüşəndə soruşur ki, nə aləmdəsən? Əvhadəddin dünya 

gözəllərinə baxıb Allahın mütləq gözəlliyini seyr etdiyini bildirmək üçün cavab verir ki, ayın 

teştdəki surətini seyr etməkdəyəm. Bunun üstünə Şəms kinayə ilə qayıdır ki, boynunda çiban 

yoxdursa, niyə başını qaldırıb göyə baxmırsan ki, elə ayı öz yerində seyr edəsən?  

Əvhadəddin bu hikmətdən bərk təsirlənir, onun müridi olmaq istədiyini bildirir. Şəms şərt 

qoyur: özünü xalqa qarşı qoyub bazarda xurma çaxırı içərsənmi? Əvhadəddin bunu edə 

bilməyəcəyini bildirəndə Şəms ikinci şərti qoyur: mənə şərab gətirə bilərsənmi? Əvhadəddin 

bundan da boyun qaçıranda Şəms onun üstünə qışqırır: rədd ol ərənlərin (gerçəyi bilən kişilərin) 

arasından(19)!  

Əvhadəddin Kirmaniyə Təbrizli Şəmsin təklif etdiyi bu davranış tipi Şəriətə görə böyük küfr 

olsa da, təsəvvüf ənənəsi onu önəmli batini mənası olan əhvalat kimi saxlamışdı.  

Ortaçağda dürlü ictimai mənsəblərə, ziddiyətli vəziyyətlərə vecsizlik, saymazyanalıq 

bildirən davranış dili də vardı. Molla Nəsrəddin və Bəhlul Danəndənin etdikləri başqalarını 

şaşırdan, rəsmi münasibətlərdə, rəsmi yerlərdə «yersiz davranan» adam görkünü yaradırdı. 

Nəsrəddin necə gəldi, yerli-yersiz bir davranış dilindən başqasına keçirdi, sarayda qəbul edilməmiş 

hərəkətlər edirdi, qızına elçi gələndə isə özünü bazarda heyvan satan alverçi kimi aparırdı. Onun 

davranış sərbəstliyini, bəzən də davranış dağınıqlığını əsaslandırmaq üçün Molla Nəsrəddin görkü 

özündə müdrikliklə hətta mənasızlığa gətirib çıxaran sadəlövhlüyü, ehtiyatla ehtiyatsızlığı, savadla 

savadsızlığı birləşdirir. Dürlü lətifələri bir yerdə götürəndə Molla Nəsrəddin bu ziddiyyətləri bir 

yerə toplayır, ayrı-ayrı lətifələrdə isə, tutalım, ya sadəlövh, ya müdrik, ya savadlı, ya da savadsız 

səpgi özünü göstərir. Eyni səbəblər Bəhlulun şəxsiyyətində iki zid cəhəti -ağıllılığın və dəliliyin 

(Bəhlul Danəndə, Divanə Bəhlul) birləşməsinə gətirib çıxarır. Molla Nəsrəddində Ortaçağ adamının 

davranış sərbəstliyinə heyranlığı, qiptəsi görünürdü. Lətifələrdə Mollanın davranış teksti ilə söz 

teksti gözlənilməz biçimdə bir-birinə hörülüb heterogen (yəni müxtəlif mənşəli) bildiricilər əmələ 

gətirir. Cürətli söz ilə cürətsiz hərəkətin, ağıllı sözlə pis anlayan adamın hərəkətlərinin təzadı bu 

lətifələr üçün çox xarakterikdir. Belə bir örnək: bir dəfə Teymur Mollaya şəftəli verib deyir ki

otağıma apar. Bunun cavabında Mollanın hərəkəti üzdə sözü düz başa düşməyən adamın hərəkəti 

üçün səciyyəvi olan dil əsasında qurulur. O, şəftəliləri qəbirə qoyur. Teymur qəzəblənəndə isə deyir 

ki, saraydakı otaqda sən qonaqsan, əsl otağınsa qəbirdir (20). Axrıncı müdrik cavab Mollanın 

öncəki hərəkətinin gizli anlamını açır. Yada salaq ki, bir çox sufilərin əcayib davranışının gizli 

mənası da beləcə sonradan açılır.  



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə