Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 

45

az da aydın deyək. Dil sistemində invariant halında dil bildiriciləri (sözlər və s.) toplanmışdır. 



Burada sözün həm səs forması, həm də mənası invariant görk şəklindədir. İnvariantlar toplusu olan 

dili danışan da bilir, dinləyən də. Danışan bir mənanı bildirmək istəyəndə dil fondunda axtarış 

aparır, həmin mənanın səs bildiricisinin invariantını tapır, öyrənir ki, bu mənanı bu invariantın 

verdiyi fonemlər sırası ilə bildirmək olar. Ona görə də həmin invariantı yamsılayan konkret səs 

cərgəsini səsləndirir. Dinləyən isə ilk öncə məna ilə deyil, müəyyən səs sırası ilə rastlaşır. Sonra 

bildiyi dildə onun hansı bildiricinin invariant formasına uyğun gəldiyini tapır, axırda isə həmin 

formanın arxasındakı mənaya «baxıb» eşitdiyi səs cərgəsinin hansı mənanın bildirdiyini anlayır. 

Nitq zamanı belə bir aldanış olur ki, danışandan dinləyənə təkcə səs sırası deyil, həm də anlamlar 

axır. Ancaq əslində məna, anlam maddi deyil ki, daşınılsın. O, hansısa hadisənin, duyğunun mənəvi, 

psixi görkü, obrazı kimi bilinclərdə qalır. Ortada «gedib-gələnlər» isə məna oyadıcı stimullar, səslər 

olur (10). Məna danışanın, dinləyənin bilincində həkk olunmuş qeyri-cismani təsəvəvvürdür. Onu 

bildirən forma invariant biçimdə, ona bağlanmış halda yaddaşda saxlanılır. Danışanların arasında 

isə konkret səslər gedib–gəlir. Doğma dildəki danışığa qulaq asan eşitdiyi variativ səs cərgəsinin 

dildə uyğun gəldiyi invariantı ani tapır və ani də ondan mənaya keçir. Yabançı dildə yazılmış mətni 

həmin dili təzə-təzə öyrənən anlamaq istəyəndə isə yuxarıdakı prosesin yavaşıdılmış gedişi baş 

verir. O, hərflər vasitəsi ilə sözün formasını tapır, sonra sözlüyü (lüğəti) açıb həmin hərf 

düzümünün eynisini tapır, sonra isə lüğətdə həmin hərf düzümünün hansı mənanı (və ya mənaları) 

bildirdiyini öyrənir. Doğma dildə bu proses ani baş verir və sözlük kitabını sistem şəklində 

toplanmış sözlərin invariant görkləri əvəz edir. Dildə sözlərin «sistem şəklində toplanmasını» 

təsadüfən demədik. Sistemlə toplanmaq burada hansısa prinsip və ya prinsiplər əsasında yığılmaq 

deməkdir. Lüğət kitabında sözlər əlifba sırası ilə toplanmaqla sistem əmələ gətirir. Dildə söz 

invariantlarının sistemini əmələ gətirən prinsiplərsə başqadır. Dildə bildiricilər paradiqmatik şəkildə 

yığılırlar. Paradiqmatik prinsiplərdə yığılmaq önəmli tərəfdən oxşar, ekvivalent olan bildiricilərin 

bir qrupda toplanmasıdır. Məsələn, dilin bütün sinonimləri, hal şəkilçiləri hərəsi bir paradiqmatik 

qrup əmələ gətirir. Nitq qurulanda paradiqmatik qruplardan hansısa vahidlər seçilib bir-birinə 

qoşulur.  

Əgər poetik dil sistemini götürsək, burada da paradiqmatik qrupları ayırmaq olar. Məsələn, 

Klassik poeziyada gözəl sevgilini bildirən «büt», «sənəm», «nigar», «afət», «dilarə», «cəmilə» kimi 

sözlər paradiqmatik qrup əmələ gətirirlər. İlkin dil mənaları baxımında bu sözlərin çoxu sinonim 

deyillər. Deməli, danışıq dilində paradiqmatik qrup verməyən sözlər poetik sistemdə belə bir qrup 

doğururlar. Ona görə də poetik dil təbii dil ilə eyniləşmir, danışıq dilinin üstündə qurularaq ayrıca 

bildiricilər sistemini törədən dil kimi cıxış edir. Dil bildiriciləri nitq prosesində zaman ardıcıllığı ilə 

bir-birinə qoşulur söz birləşmələri, cümlə əmələ gətirir. Hamı yaxşı bilir ki, nitq zamanı sözlərin 

zəncirsayağı düzülüşdə birləşməsi necə gəldi olmur, sözlər bəlli qrammatik qaydalarla bir-birinə 

bağlanırlar. Buna sintaksis deyilir. Sintaksis qaydalarını da nitq dil sistemindən alır. Onlar invariant 

şəklində, qrammatik mənaları ilə birlikdə dil sisteminin hansısa Paradiqmatik qruplarını törədirlər. 

Danışıq qrammatik formalardan gərəkəni dildən tapır və onun əsasında bildiriciləri birləşdirir. 

Dinləyən isə bu sinaktik əlaqələndirmənin nəyi bildirdiyini yenə dil sistemindəki sintaktik invariant 

əsasında anlayır. Dil sistemi ilə nitq arasındakı fərq həm də paradiqmatik yığma ilə sintaqmatik 

açılmanın fərqidir. Dil sistemi bildirici qruplarını yığmış cədvələ, nitq isə zəncir kimi açılıb uzanan 



cərgəyə bənzəyir.  

Struktur dilçiliyin dil - nitq ilişgiləri ilə bağlı bütün bu taptıqlarını semiotika başqa 

bildiricilər sistemlərinə də aid edir. Biz, artıq, birinci fəsildən bilirik ki, jest, poza, davranış, 

incəsənət ayrı-ayrı bildirici bölgələrini, alanlarını (sahələrini) yaradır. İndi isə Ortaçağ adamının 

düşüncəni, duyğunu anlatmaq və anlamaq üçün bildiricini necə qurmasından, necə başa 

düşməsindən, bildiriciləri necə yan-yana düzməsindən danışaq. Semiotikanın başlıca 

prinsiplərindən biri odur ki, danışıq dilindəki kimi bütün başqa bildirici bölgələrində də dil sistemi 

və nitqin analoqu olan tekst var. Başqa semiotik sistemlərdə də bildiricilər sırası nitq təki kimlərəsə 

nəsə deyir, bildirir. Biz, artiq, bunu aydın gördük ki, davranış həm nəyisə etməkdir, həm də etmək 

sürəsində nəyisə kimin üçünsə bildirməkdir. Sənətçi əsərində başqalarına nələr isə ya sözlə, ya 

şəkillərlə duydurur, anladır, bildirir. Danışıqda olduğu kimi, başqa bildirici sahələrində də tekst 



 

46

(nitqin analoqdur) müəyyən dil sistemi əsasında qurulur. Bu mənada biz «davranışın dili», 



«miniatür sənətinin dili», «memarlığın dili» deyimlərini məcazi mənada işlətmirik. Götürək 

davranış sahəsini və görək «dil» termini burada nəyi bildirir.  

 

Orta əsrlərdə davranış dilləri, davranış tekstləri 

 

Ortaçağ Azərbaycan toplumunun davranış sahəsində dürlü anlamlar bildirən çoxlu plastik 

bildiriciləri vardı. Belə anlamlara örnək üçün aşağıdakı mənaları saymaq olar: «biganələr», 

«maraqlanmaq», «qorxaqlıq», «igidlik», «mömünlük» və s. Bu mənaların hərəsinin öz bildiricisi 

vardı. Həm də əgər bəzi mənalar nisbətən durğun, dayanıqlı işarə ilə bildirilirdisə, başqalarını 

anladan plastik bildirici hansısa hovur sürəsində açılıb bitirdi (tutuşdurun: sözün də deyilişinə, 

oxunuşuna vaxt gərəkdir). Məsələn, təəccübü bildirmək üçün barmağı dişləyib durmaq bəs edirdi. 

Bu, nisbətən dayanıqlı bildirici idi. Ancaq cəsarəti bildirən plastik bildirici daha uzunmüddətli ola 

bilərdi. Bunun üçün təhlükəli vəziyyət gərəkirdi və bu vəziyyətdə, məsələn, «sakitcə qalxıb 

yeriyərək nəyisə götürmək» cəsarətin bütöv bir bildiricisi olurdu. Eyni zamanda mümkün idi ki, tək 

davranış bildiricisi bir neçə plastik bildiricidən qurulsun. Belə bildiricilər danışıq dilində də var. 

Məsələn, mürəkkəb sözlər ən azı iki sözdən yığılır. Biz davranış tekstində bir plastik bildiricinin 

məna bildirməsindən danışdıq. Ancaq olar ki, tək plastik bildirici ilə bildirilən məna dürlü davranış 

bildiricilərinin düzülməsindən əmələ gəlmiş bütün davranış teksti (yəni bildiricilər sırası) ilə 

verilsin. Məsələn, «cəsarət» mənası Nizaminin «Yeddi gözəl»ində Bəhramın iki yırtıcı şir arasında 

qoyulmuş tacı götürüb, onları öldürməsinəcən çəkən hərəkətləri ilə bildirilmişdi. Uyğun olaraq 

poemanın özündə bu davranış tekstinin təsviri yetərincə çoxlu poetik dil bildiriciləri ilə verilir 

(təxminən bir fəsl boyu) (11). Bunun da danışıq dilində oxşarını görə bilərik. Nizami ilə Fizulinin 

«Leyli və Məcnun» əsərlərini «sevgi» mənasını verən bir tekst kimi götürmək olar. Hərçənd, bu 

əngəl olmur ki, həmin poemaları, tutalım, «fədakarlıq» və ya «faciə» mənalarının da bildiriciləri 

sayaq. Sonucda tekst çoxmənalı bildiriciləri andırır. Əsərin ideyasını axtaran araşdırıcılar, əslində, 

teksti elə bir bildiriciyə çevirmək istəyirlər ki, sonra bu bildiricinin bir sözlə və ya bir neçə cümlə ilə 

deyilməsi mümkün olan mənasını formulə etsinlər. Ancaq bədii əsəri anlamaq üçün belə 

yığcamlığın önəmi azdır. «Leyli və Məcnunu»u «sevgi» mənasının bildiricisi adlandırmaq demək 

olar ki, heç nə vermir. Bəlkə də Ortaçağ Azərbaycan, bütünlükdə isə, Doğu ədəbiyyatından xəbəri 

olmayan papuas öz dilində «Leyli və Məcnun» poemasının adını oxuyub soruşanda ki, bu nədəndir, 

«sevgidəndir» cavabı ona hansısa ilkin bilgini verər. Ancaq azərbaycanlıların özünə belə bir cavab 

heç cürə bəs edə bilməz (12).  

Davranış dili dürlü insan hərəkətlərində düzülən bildiricilərin invariantlarını özünün 

«lüğəti»nə toplayır. Tekst kimi çıxış edən davranışda plastik bildiricilər hansısa prinsiplərlə bir-

birinə bağlanırlar. Həmin prinsiplər (bərabərdir davranışın sintaksisinə), məsələn, bədəni hansısa 

hərəkətdən sonra nəyisə etməyə qoymur. Bunu açaq. Bədən üçün müəyyən hərəkət aktından (plastik 

bildiricidən) sonra edilə bilməsi fiziki baxımdan mümkün olmayan hərəkətlər var. Məsələn, 

Nizaminin bu beytinə baxaq.  

    

Başımı ayağımın altına alıb, 

  Dizimin başı ilə bir qədəm atdım (13). 

 

Biz bu beytdə bükülmə aktından sonra normal adam üçün fiziki baxımdan mümkün 

olamayan hərəkətin baş verdiyini oxuyuruq. Gerçək davranış sintaksisi üçün belə əyilmədən sonrakı 

yerimə aktı (başı ayağının altına qoymaq, sonra dizlə addım atmaq) qeyri-mümkündir. Ona görə də 

demək olar ki, Nizaminin bu beyti gerçək davranışı göstərmir, söz vasitəsi ilə qrotesk əmələ gətirib, 

sadəcə, təsəvvürdə ifadəli şəkil yaradır.  

Davranış sintaksisinin fiziki imkansızlıqla bağlı olan başqa prinsipləri məkan və zaman 

çətinliklərindən doğur. Bir an içində şaha təzim edib, elə həmin anda da saraydan bayırda peyda 

olmaq mümkün deyil. Hərçənd belə davranış sintaksisi Orta yüzillərdə sehirbaz üçün xarakterik 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə