Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 

27

İstisna kimi Azərbaycanda Firdovsinin «Şahnamə»sinə çəkilmiş «İsgəndərin cənazəsi üzərində 



ağlaşma» miniatürünü göstərmək olar. Burada birinin əllərini yuxarı qaldırması, o birinin sinəsinə 

vurması, başqa birisinin irəliyə uzatması elə bil ayrı-ayrı kadrları qurur. Qavrayışda onları ard-arda 

düzəndə sanki ağlaən bir adamın hərəkətinin ardıcıl mərhələlərini görürsən, yəni əllər yuxarı 

qaldırılıb sinəyə vurulur, irəli uzadılıb sinəyə vurulur. 

Təkrar edirik, miniatürlərdəki jest və pozalar əsasında personajların nə etdiklərini canlandıra 

bilərik və bu mənada miniatürlər Ortaçağ adamının davranışını bizə göstərə bilir. Ancaq bu 

miniatürlər az hallarda (döyüş, oyun səhnələrini çıxmaq şərti ilə) hərəkətin öz simvolları vasitəsi ilə 

məna bildirməyə yönəlir. Sözsüz, hərəkətin özünü miniatür göstərə bilməz, ancaq rəssamlıqda 

hərəkətin görüntüsünü vermək üçün dürlü yollar var, məsələn, düşüb indi-indi yerə dəyəcək qab və 

s. Ortaçağ Azərbaycan miniatürləri belə formalara çox az əl atırdı. Bunun estetik səbəblərini sonra 

görəcəyik, indi isə demək olar ki, Orta yüzillərdə Azərbaycan incəsənətini saxlaənlar yüksək 

semiotik duyğunluqla, həssaslıqla insan davranışlarına gözlərini zilləmişdilər. Kimlərinsə nələrisə 

etməsi sənətçiləra «igidliyi», «qorxaqlığı», «sevgini», «fədailiyi» və s. bildirən bildiricilər idi. İnsan 

etdiyindən açılırdı və anlanılırdı. İnsan – etdiklərinin verdiyi mənaların yığıldığı düyün olurdu. 

İnsan etdiklərinə açılıb-düzülürdü, paylanırdı, etdikləri isə bükülübyığılıb «insan» deyilən varlığa 

çəkilirdi. 

Bildirici kimi qavranılan insan davranışı Ortaçağda mədəniyyətin bir çox önəmli olaylarını, 

qatlarını özündə görükdürürdü: Qurana, Şəriətə əməl etmək və ya etməmək, əxlaqlılıq və ya 

əxlaqsızlıq, ağıl ilə dolanmaq və ya ağılsız hərəkət. 

 

Olacaqları bildirən işarələr 

 

Orta yüzillər Azərbaycan mədəniyyəti bildirici kimi qavranılan olaylar siyahısına astral 



(«astrologiya» - «nücum» sözündəndir) faktları da qatırdı. Bu çağda bəzi düşünərlər (Fərabi, Biruni, 

Rəşidəddin) tərəfindən (97) astrologiya (nücum) nə qədər əsassız sayılsa da, adamların çoxu 

ulduzlar, planetlər vasitəsi ilə olacağı anlamağa inanırdı. Sonucda ulduzların, planetlərin durumuna 

məhz bildirici kimi baxılırdı, münəccimin işi isə bu bildiricilərin anlamını tapıb açmaq olurdu. 

Ortaçağda Göy işarələrinin, bildiricilərinin insan yaşamı ilə ilgili simvollar kimi qavranılmasının 

təbiətin uzaq, əlçatmaz hadisələrinin «insaniləşdirilməsində» (K.Marks) rolu böyük idi. 

Nücumda belə bir dünyaduyumu doğrulanırdı ki, varlıqda heç nə insan taleyinə biganə deyil. 

İnsan üçün önəmli olan, gələcəkdə baş verəsi olay dünyanın Göy hissəsində hansı nöqtədəsə 

şifrələnibdir. Bütün dünyada insanın əks-sədası var və bütün dünya insanda əks olunubdur. Bu 

dünyaduyumu Avropa və Doğunun Ortaçağ mədəniyyətində (Şərqdə, xüsusilə, təsəvvüf

ismayıllılar hərəkatında) özünə yer tapmış makrokosmla mikrokosmun, yəni böyük dünya ilə 

insanın bir-birinə uyğun olması, bir-birini bildirməsi ideyasına gətirib çıxarırdı (98). Nücum isə 

makrokosmla mikrokosmun bir-birindən bilinməsi haqqında geniş fəlsəfi düşüncələrə vaxt sərf 

etmədən daha konkret işlər görür, Zühəl (Saturn), Günəş, Ay, Mərrix (Mars), Zöhrə (Venera) kimi 

Göy cisimlərinin Yerdəkilərə «anlatdığı» mənaları səliqə ilə yığıb düzürdü (kodifikasiya edirdi). 

Əyanilik üçün Əbri Xacə ibn Adilin «İxtiyari-qəvaidi-külliyyə» yapıtında bir astroloji-semiotik 

açıqlamaə baxaq: «Dər bəyani-sifəti-Mərrix. Bu Mərrix yılduzı beşinci qat Kögdə toğar. Nəhsdür. 

Zalimlər, ətraklar, tatarlar yılduzıdur. Təbiətdə atəşi və badidür. Mizacda gərm, xoşkdur. 

Keyfiyyətdə erkəkdür..., ləvndə qızıldur... 

Ruzi-çəharşənbə güni tanla Ütarid hökmindədür. Quşluğın Qəmər, gün zavalı Züxəl və 

öyləyin Müştəri, iki namaz ortası mərrixdür. İkindüyin Şəms hökm edər. Gün axırında Zöhrədür. 

Ancaq bu gün Ütaridə məxsusdur: Pəs bu gündə yazu yazmaq və oqumaq və oğlan məktəbə vermək 

və ulu işlərə ibtidai eyləmək və bünyad bıraqmaq və padşahlar yüzin görmək və bunların əmsalı 

işlərə eyüdür. Aviyəti-qəsdi-hərb etmək və müsalihə etmək və ot içmək və qan aldurmaq və dəxi 

bunlarun kibi işə şüru olunmaə yaramazdur» (99). 

Bu tekst ot biçmək, padşahları görmək kimi konkret hadisələrin nə ilə qurtaracağını belə, 

qabaqcadan bilməyi iddia edir. 



 

28

Ortaçağ adamı dünya ilə bağlı tez-tez kitab simvollarından işlədirdi. Ona elə gəlirdi ki, 



müdrik olan – bu kitabın bildiricilərini anlayıb onlardan istifadə edəndir (100). 

Yuxuların simvolik xəbər olub gələcəyi bildirməsinə inam Ortaçağ adamının bildirici 

duyğusunu xeyli həssaslaşdırırdı. Freydin psixoanalizi yuxudakı təkrarlanan formaları simvol sayıb, 

mif və s. əsasında yuxularda məna axtarır (101). Ancaq psixoanalizdə bu simvollar bilincaltında 

(şüuraltında) gedən psixi prosesləri bildirən şifrələnmiş bildiricilər sayılır. Orta yüzillərdə yuxunu 

yozanlar isə daha ürəkli idilər, yuxulara olacaqlardan soraq kimi baxırdılar və toplumda, demək 

olar ki, hamı buna inanırdı. Ona görə də Azərbaycan folklorunda, yazılı ədəbiyyatında yuxu 

simvollarına tez-tez əl atılır. Sevgi dastanlarında qəhrəman yuxuda ona verilən butanın sayəsində 

aşiq olur və onun sonrakı davranışlarını bu sevgisi şərtləndirir. Nizami ilə Füzulinin «Leyli və 

Məcnun»unda Zeydin yuxusu oxucuları ovundurmaq üçün hər iki aşiqin cənnətə düşdüyünü soraq 

verir. 

Marağalı Əvhədi dünya hadisələrini yuxu simvollarının güzgüsaəğı görüntüsü kimi açır. Bu 



zaman həm yuxunu və yuxu simvollarını adilikdən çıxarır, həm də özü də bilmədən bizə əski 

mifoloji strukturların yuxu yozumu ilə ilgili xalq ənənələrində necə qalmasını çatdırır: 

 

Əzəldən nə varsa viran dünyada, 

Tərsinə görürsən əksini suda… 

Ya da ki, görürsən ancaq yuxuda. 

Yuxuda yas görmək şadlıq deməkdir. 

Gülmək ağlamaqdır, kədər gülməkdir (102). 

 

Tekstdə yuxu ikinci gerçəıklik kimi duyulur və yuxuda olanlar özlərinin ayıq həyatda olacaq 



tərs üzlərini qabaqcadan soraq verirlər. Burada ölməyi sayəsində dirilən, dirilməyi sayəsində ölən 

Tanrılar (Dionis, Osiris və b.) haqqında olan miflərdən dövrilik prinsipinin analogiyasını sezmək 

olar. «Zidd tərəflər bir-birinə keçir» - fəlsəfədən qabaq bunu miflər demişdi (103). Miflərdə bir 

tərəfin öz tərsini nəzərdə tutması yetərincə universal prinsipdir. O.M. Freydenberq göstərir ki, 

Tanrıların parodiyası ən arxaik mifoloji aktlardandır. Tanrının parodiyası Tanrının oxşarı kimi çıxış 

edir və sağlam gülüş doğurmaq vasitəsi ilə Tanrılığı doğrulayır. Yalnız tarixin sonrakı 

dönəmlərində parodiyalar başqalarının yaxşı, üstün, ciddi saydıqlarını ələ salmaq, araə qoymaq kimi 

özünü göstərir (104).  

Arxaik miflərdə isə ciddi Tanrının öz parodik oxşarı ilə beləcə qoşa durması yenə də tərs 

tərəflərin miflərdə bir-birini nəzərdə tutmasından törəyir. 

Yenidən Ortaçağda yuxu simvollarına münasibət probleminə qayıtsaq, burada parodiya ilə 

bağlı bir məsələni görmək olar. Orta yüzillərdə çoxları yuxu simvollarına doğru olanın bildiricisi 

kimi baxırdı. Ancaq, o biri yandan, bu dönəmdə elə bir müqəddəs, üstün təsəvvür, ideya, dəyər yox 

idi ki, Molla Nəsirəddin lətifələrində onlar aşağı salınmasın, parodiya edilməsin. Parodiyanın 

hədəfindən yuxulara inam da yayına bilməmişdi. «Qazacağam» (105), «Yuxu» (106) lətifələrində 

yuxunun «doğrunu bildirən» simvollarına inamı araə qoymaq üçün Molla xüsusi heç nə etmir

yalnız yuxuya inamın məntiqinə uyğun davranır və sonucda … məntiqsizlik alınır. Gedib 

Teymurləngin saray divarının dibini qazır ki, yuxuda görmüşəm dədəm burada yeddi küp qızıl 

basdırıb. 

Ortaçağ Azərbaycan mədəniyyəti üçün böyük sonucları olan bildiricilərdən açdığımız bu 

söhbət semiotikada edilən bir ümumiləşdirmənin nə qədər düzgün olduğunu konkret materialda 

göstərir. Həmin ümumiləşdirməyə görə, Orta yüzillər mədəniyyətində yüksək semiotiklik vardı, 

çünki yalnız özlüyündə qalan, özündən başqa heç nəyi bildirməyən nəsnələr, adamlar bu 

mədəniyyətdə özündən başqasını (hakimiyyəti, möminliyi, alicənablığı, bir sözlə, dürlü mənaları) 

bildirən nəsnə və olaylara baxanda aşağı dəyərdə idilər. Belə aşağı dəyərli nəsnələr Ortaçağ 

mədəniyyətində heç bir əks-səda doğurmurdu, verimli, bəhrəli olmurdu və hətta mədəniyyət 

tərəfindən nəzərə alınmırdı. Cisim və hadisələrin bildirici kimi dəyərləndirilməsinin mədəniyyət 

üçün yeganə yol olmamasını və Ortaçağ toplumunda bildiriciyə hədsiz və bəzən yersiz aludəçiliyi 

başqa bir mədəniyyət tipi aydın göstərir. Avropada Maarifçilik təbiiliyə qarşı qondarmaçılığı 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə