Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 

23

 



İll. İV 

 

 



İll. V. 

Oyunun həyat situasiyasının modeli olması haqqında yuxarıdakı düşüncələri miniatürlər 

şəkil dili vasitəslə aydın edir. Çovgan oyununa həsr edilmiş Azərbaycan miniatürlərində döyüş 

kompozisiyasından istifadə (qarşı-qarşıya durub mübarizə aparan atlılar, zərbə üçün üz-üzə qalxmış 

əllər və s.) çovganin döyüş modeli kimi qavranıldığını göstərir. Oyun gerçəklik situasiyalarının 

modeli olduğu üçün ova baxanda həyatdan xeyli uzaq görünür. Ov canlını tutub, oxlayıb 

öldürməklə bağlı olduğu üçün daha realdır, hərçənd, oyunu da xeyli andırır (76). Oyunda plastik 

simvollarla bildirilən mənalar ovda fəal şəkildə ovçu tərəfindən bəzən başqalarına, bəzənsə onun 

özünə davranış vasitəsi ilə bəlli olur. Nizami Gəncəvinin «Yeddi gözəl» poemasında Bəhram Gurun 



 

24

Fitnəyə belə plastik bildiricilər nümayiş etdirməsi və bu bildiriciləri hünəri bildirən formalar kimi 



qəbul etmədiyinə görə Fitnənin cəzalandırması yaxşı bəllidir (77). 

Davranış bildiricilərinə duyğunluq Orta yüzillərdə özünü güclü şəkildə siyasi-diplomatik 

münasibətlərdə də göstərirdi. Plastik davranış bildiriciləri siyasi hərəkətin ayrılmaz kəsimi olurdu. 

Məsələn, Sultan Mahmud özünü Səncərdən asılı saymadığını göstərmək üçün davranış 

simvolikasına əl atmışdı: Səncərin elçiləri ilə onun soyuq rəftarı həmin elçilərə Mahmudun Səncərə 

hansı münasibət bəslədiyini anladan bildirici olmuşdu (78). 

Sultanlıq mənsəbi formal şəkildə Arslanda idi. Ancaq atabəy İldəgiz bütün hərəkətlərilə real 

hakimiyyətin onda olduğunu bildirici edib hamıya göstərirdi. Uyğun olaraq, çevrədəkilər də bu 

davranış bildiricilərinin hansı mənanı bildirdiyini yaxşı anlayırdılar (79). 

Əgər biz Səfəvilərin fəaliyyətindən danışan Şərəf xan Bidlisinin «Şərəfnamə» kitabına 

baxsaq, görərik ki, burada «quru» dil ilə şahların, əyanların siyasi önəm daşıyan davranışları, yəni 

nə və necə etmələri yazıya alınır (80). Bir çox hallarda tarixçi bu davranışların hansı məna 

verdiyini açıqlamağı gərək bilmir. Nəzərdə tutur ki, onun mənasını oxucuya çatdırmaq üçün 

müəyyən davranışın olmasını yazıya almaq yetərlidir. Bu zaman davranış siyasi eyləm vahidi

bildiricisi kimi çıxış edir. 

Övliya Çələbinin Azərbaycana səyahətindən verdiyi bilgilərdən Ortaçağ azərbaycanlılarının 

törən, mərasim davranışlarında işlətdikləri bildiricilərdən soraq almaq olar. O, elçinin məktubvermə 

və elçidən məktubalma törəninin bildiricilərini belə göstərir: «Təbillərin səsi kəsiləndən sonra 

mən… aəğa durdum… Ərzurum vəzirinin məktubunu cibimdən çıxardıb, öpüb xana verdim. O 

durub məktubu aldı. Öpərək alnına qoyandan sonra öz münşisinə (katibinə – N.M) verdi. Eşik ağası 

mənə yer göstərdi və mən orada… oturdum. Münşi sayğı ilə aəğa durdu, məktubu öpüb hündürdən 

oxumağa başladı» (81). 

Təbrizli kişilərin davranış özəlliklərini isə Övliya Çələbi belə göstərir: «Onlar lovğa, 

təşəxxüslü olsalar da, dilləri nəzakətli və şirindir» (82). 

Ortaçağ müsəlman ölkələrində davranış üçün hansı plastik bildiricilərə icazə verilib-

verilməməsində Şəriət önəmli rol oynayırdı. Şəriətə müsəlmanlıq bildiricilərini verən qaydalar 

sistemi kimi baxmaq olar. Onun bu funksiyası dini ayinlərlə bağlı daha aydın görünür. Məsələn, 

həcc üçün Şəriətin gərəkcəli bildiyi davranış bildiriciləri ihram geyməkdən, yeddi dəfə Kəbənin 

başına dolanmaqdan (təvaf), Səfa ilə Mərv təpələrinin arası ilə törənsəl qaçış yapmaqdan toplanır 

(83). Bütün dünya dinləri kimi, İslam da davranış simvollarına biganə qalmırdı. İnsanın təkcə 

mənəviyyatını deyil, bədən hərəkətlərini belə çevrəsinə salmağa çalışırdı. Müsəlmanın dinə 

maksimal bağlılığı həm də davranış bildiricilərinin hansısa qrupuna icazə verilməsi, digərlərinə isə 

yasaqlar qoyulması ilə əldə edilirdi. 

Bildirilən forma ilə bilinən məna arasında fərqin və deməli, boşluğun, aranın, distansiyanın 

olması din, əxlaq və praktiki yaşama üçün bir problem törədirdi. İslam dünyasında istənilən qədər 

adam vardı ki, əxlaqın, dinin davranış bildiricilərini gerçəkləşdirirdilər, ancaq həmin bildiricilər heç 

də onların əsl düşüncə və istəklərindən doğmurdu. Bu vaxt davranış işarəsi riya, aldatma araçına 

çevrilirdi. Məsələn, Əməvilər dönəmindən fərqli olaraq, Abbasilər çağında bəzi sufilər zahidanə 

davranış bildiricilərinin populyarlığından istifadə edib onlarla «bəzənərək» ictimai imtiyazlar 

qazanırdılar. Zahidlik, beləcə, yaxşı satılan «mala» çevrilmişdi. Ona görə də yüksək imtiyazlar 

arzusunda olan adamlar sufi davranış simvollarını mənimsəyirdilər ki, öz məqsədlərinə çatsınlar 

(84). Başqa bir örnək. Şiəliyin, ismaililərin tərəfdarları təqiblər qarşısında öz təriqət 

mənsubiyyətlərini bildirməyib başqalarının davranış simvolları arxasında gizlənirdilər (85). Buna 

təriqət icazə verirdi. Aldadıcı bildiricilərdən məzhəblərdə də istifadə olunurdu. Övliya Çələbiyə 

görə, Naxçıvan əhli cəfərilər olduğu halda, bunu gizlədir, özlərini şəfiilər adlandırırdılar (86).  

Davranış simvollarını aldatmaq üçün işlədildiyindən Ortaçağ mədəniyyətində onlara 

inanmamağı, adama davranış görüntülərinə, əməlinə görə etibar etməməyi məsləhət verənlər az 

deyildi. Ona görə də bəzi əxlaqilik, möminlik hərəkət simvolları dəyərdən düşürdü, əvəzində yaxşı 

görünmək bildiricilərindən imtina edən eyləmlər təsəvvüfdə yayılmağa başlayırdı. Əxlaqda bu 

hərəkatın təsiri «niya» (niyyət) anlayışı ilə ilgili dartışmalarda özünü göstərirdi. Əl-Qəzali deyirdi 

ki, niyyət əməldən üstündür (87). Y.E. Bertelsə görə, əl-Mühasibin məktəbindən başlaəraq, 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə