Microsoft Word orta-esir-estet doc



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix23.08.2018
ölçüsü2,13 Mb.
#63933
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 

41

ayırmladır ki, təbiəti öyrənə bilsin və kateqoriyalar bu ayırma eyləmini yüksək formada 



gerçəkləşdirir. 

Gerçəkliyi bilmək eyləmində olan şüuru, eləcə də bütünlükdə, mədəniyyəti təbiətdən ayıran 

vasitələrdən biri də işarə, bildiricidir. İşarə obyektin özü deyil, onu «qıraqda durub» bildirəndir. 

Şüur işarənin bu özəlliyiinə görə təbiətdən, obyektlərdən qıraqda durub onlara tamaşa erməyi 

bacarır. Kənardan baxmaq isə kinokameranın işini andırır. Optimal hüdudacan kamera nə qədər 

uzaqdan baxırsa, görmə sahəsinə o qədər çox obyekt düşür, deməli, daha çox nəsnələr arasında 

ortaq plan içində ilişgilər axtarmaq mümkün olur. Və tərsinə, kamera obyektlərə doğru 

yaxınlaşdıqca onlardan bəziləri görmə sahəsindən çıxır və axırda obyektiv qarşısında bir nəsnə, 

sonra isə onun bir detalı qalır. Eyni vəziyyət işarə və onun bildirdiyi hadisə arasında da var. 

Bildirici öz anlamı ilə ən əhatəli ümumi cəhətləri bildirdikcə konkret olaylar gerçəkliyindən yuxarı 

qalxıb daha çox olayları əhatə sahəsində saxlayır. Ortaçağ sufi çevrəsində həm qadını sevəni, həm 

də Allaha vurğun olanı saxlayırdı. Çunki «aşiq» sözü sufi poeziyasında lüğətdəkindən daha geniş 

anlamı bildirirdi: aşiqlik subyekt və obyekt vəhdətinə deyilirdi. 

Obyektlərdən istənilən qədər uzaqlaşıb sonra da mənasını konkretləşdirmək sonucunda 

onlara istənilən qədər yaxınlaşmağı bacaran ən çevik bildirici növü konvensional işarədir. Obyektə 

görünüşcə oxşamaması ona böyük çeviklik verir. Şərti işarə bir nəsnənin cazibəsindən çıxıb 

başqalarına sarı asanlıqla yönəlir, ona görə də nəsnələr arasında ən müxtəlif ilişgilər axtara bilir. 

Bütün bu cəhətləri Ortaçağ Azərbaycan estetik mədəniyyətində müşahidə etmək olar. Şərti 

bildiricilər, xüsusi ilə, sözlər obyektlərin məngənəsindən azad olmağın sayəsində sərbəst hərəkət 

edərək ədəbiyyatda nəsnə və olaylar arasında ən müxtəlif əlaqələrin üzə çıxarılmasına, yəni sistem 

tapmaq işinə qulluq edirdi. Söz gerçəkliyi dürlü konfiqurasiyada modelləşdirirdi. Söz olaylardan 

abstraksiya olduqca onun mənasında hadisənin konkret görünüşü itirdi. Bundan isə konkret cismi, 

hadisəni deyil, nəsə başqa nəsnələri bildirən sözə, yəni batini mənası olan, hər adama açılmayan 

sözə bir addım qalırdı və Orta yüzillər bədii ədəbiyyatı həmin addımı tez-tez atırdı. Nəticədə

konkret görünüşlü nəsnələrdən ayrı düşmüş söz, xüsusi, özu də zəngin duyğu törədən və düşüncə 

yaradan qaynaq kimi duyulurdu. Söz batini varlığın sonsuz ümmanına, qaranlıq dərinliklərinə açılan 

pəncərə kimi idi. Sözdən sonsuzluğa yol açılırdı. Söz gizlədirdi ki, profanlar bilməsin. Söz 

gizlədirdi ki, arifi başqalarından ayırmaq olsun. Söz lazım gələndə görünüşləri itirirdi ki, insan 

zahirə aludə olmasın. Bu yolda sərbəstlik qazanmış sözün sayəsində Ortaçağ şüuru nəsnə və 

olayların arası ilə asanca davranıb bilik üçün önəmi olan əlaqələr axtarırdı. Şüur, bilinc bir nəsnənin 

maddiliyinə tutulub onun maddi sınırlarından qırağa çıxmayanda, müxtəliflikləri sintez edə bilmir. 

Ancaq bildiricinin mənasından cismə tamaş etməsi yetərliditr ki, şüur asudələşsin. Çünki məna 

sferası əqli nəticələr, metaforlar sferasıdır və onların hər ikisi dürlü əlaqələri tapmağa qulluq edir. 

 

 



Ortaçağ Azərbaycan estetik mədəniyyətində gözəgörünməz ilişgilələr, sirlər dərinliyinə 

aparıb çıxaran şərti bildiricilərdə dünyanın itən görünüşü ikonik bildiricilərdə bərpa olunurdu: bir 

işarə tipinin görünməz etdiyini başqası görünən edirdi, birinin əhəmiyyətsiz saydığını o birisi 

önəmli sayırdı.  Görünüşləri  bərpa edən miniatürçü təsvirləri yaxşı göstərmək üçün bir-birinin 

qabağını tutmuş  nəsnələri belə yan-yana düzürdü ki, hamısı görünsün. Məkanın dərinliyini 

öldürürdü ki, hər şey üzdə olsun. Miniatür elementləri batini mənaları, sirləri bilməyən bildiricilər 

idi. Bizans ikonaları sirr ilə vəhdətdə qavranılırdı. Buna iki amil qulluq edirdi. Bir yandan, onların 

ikonaqrafiyasında müəyyən boyaların, müəyyən pozaların, ayrıca mənası vardı (167). Bu isə gizli 

simvolik mənaları ikonalarda çoxaldırdı. Biri yandan isə, ikonaya dini-emosional münasibət ondakı 

sirliyi gücləndirirdi, çünki dini-emosional münasibət mistikasız mümkün deyildi (168). 

Bu deyilənlərin tərsi olaraq, Ortaçağ müsəlman Şərqinin miniatür sənəti üçün nə belənçi 

simvollar xarakterik idi, nə də miniatür əsərlərinə dini münasibət vardı (169). 

Mədəniyyət yetərincə mürəkkəb olanda tapdığı heç bir hadisəni, əlaməti mənaca, dəyərcə 

olduğu kimi saxlamır, onları sökür ki, dəyişdirsin, yenidən qursun, bərpa etsin. Bu qanunauyğunluq 

Orta yüzillər Azərbaycan estetik mədəniyyətinin bildirici fonunda özünü yaxşı göstərirdi. 

Dərinliklərə, batinə can atan, dünyanın görünüşünü arxada qoyan söz, bu itki fayda verməyəndə 

özündə görünərliyi bərpa etməyə başlayırdı. Bu zaman sözü qulağın deyil, gözün önündə peyda 



 

42

edən yazı, xəttatlıq işə başlayırdı. Sözün səsləri hərflərin bəzəyində, naxışında maddiləşirdi. Söz 



hərflərin əyri və düz cizgilərində gözəgəlimli görünüşünü qazanırdı. Ortaçağdə isə gözəgəlimli, 

görklü, baxımlı görünüşlərə aludəçilik önəmli estetik münasibət idi. Əbu ər-Rəşid əl-Bakuvinin bizə 

çatmış əlyazmasında bu münasibəti dəfələrlə görmək olar: «Saymur əl-Sinddən uzaq olmayan əl-

Hind torpağında şəhərdir. Onun sakinləri çox gözəldir və xoş görünüşləri (kursiv mənimdir.- N.M.) 

var» (170). Başqa yerdə isə əl-Bakuvi Dəməşqdəki bir məscidin döşəməsini təsvir edəndə yazır: 

«ona xoş görünüşü bitki və heyvanların təsviri verir, müxtəlif meyvə növlərinin şəkilləri göz 

oxşayır (kursiv mənimdir.-N.M.)» (171). Bu əlyazmada, ümumiyyətlə, müxtəlif məscid və 

tikililərin görünüşündən zövq alanın obrazı tez-tez duyulur. 

Xəttatlıq sözə gözoxşayan naxışvari strukturlar verməklə sözün səsini görünüşündən, məhz 

bu gözəllik sayəsində ayrılmaz edirdi: Quranda söz, yazısı ilə birlikdə müqəddas idi və xəttatın hər 

yazısı müqəddəs söz olmasa da, Quran yazısının müqəddəsliyi ona ehtiramı saxlayırdı. Bu, nəfis 

işlənmiş kitablara Ortaçağ həvəsində özünü yaxşı göstərir. 

Batinlikdən aşkarlığa can atan sözlə görüşmək üçün ikonik bildiricilər də hərəkətə gəlirdi. 

Şəkillərin kanonik sxemləşməsi yəni onlarda ikonikliyin azalması, konvensionallığın çoxalması 

onları dekora, naxışa yaxınlaşdırırdı. Sözsüz, bu zaman şəkil sirlilik, batinilik keyfiyyətini almırdı, 

ancaq hər halda ornamentləşməsi onu yazıya yaxınlaşdırırdı. Beləliklə, Orta yüzillər müsəlman 

Doğusunda səsdə yaşayan loqos ilə toposda, məkanda yaşayan görünüşlər, naxışlar qələm, incə 

fırça ucu ilə dalğalanan, burum-burum əyilib-düzələn cizgilərdə görüşüb bir-birində əriyirdi. 

Onların ziddiyəti sintezlə əvəz olunurdu. 

   


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə