Microsoft Word pedaqogika tarixi proqram esas son doc



Yüklə 376,87 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix23.08.2018
ölçüsü376,87 Kb.
#63822
1   ...   4   5   6   7   8   9   10   11   12

__________Milli Kitabxana__________ 

30 


 

30

nəticəsində və tələbələrin də müstəqil işləməsi sayəsində tədricən bu proses inkişaf 



edir və tələbələr müstəqil və sərbəst şəkildə mənbələr üzərində  işləməyə alışırlar 

ki, bu da gələcəkdə onların elmi işlər yazmasına, buraxılış  işləri üzərində daha 

yaxşı işləmələrinə xeyli köməklik etmiş  olur.          

Tələbə mövzunu seçdikdən sonra   fənn müəllimi ilə birlikdə plan və 

ədəbiyyat siyahısını müəyyənləşdirməlidir. Mövzu ilə bağlı  ədəbiyyat oxunur, 

təhlil edilir, qeydlər götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır, 

ümumiləşdirmələr aparılaraq yazıya alınır.  

Sərbəst iş yaradıcı  şəkildə yerinə yetirilməlidir. Kitabların, qəzet və jurnal 

məqalələrinin üzü köçürülməməli, müəlliflərin fikirləri olduğu kimi 

götürülməməlidir. Bütün mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas 

məqamları aşkarlanmalı, oxunan materiala, müəllifin fikirlərinə yaradıcı münasibət 

göstərilməli, ümumiləşmiş fikirlər, lakonik ifadələr  yazılmalıdır.  

Əlbəttə, hər hansı bir  “Sərbəst iş” mövzusu  girişlə başlayır, sonra  

mövzunun  əsas hissəsi işlənilir, sonda isə mövzuya  nəticə vurulur, istifadə 

olunmuş ədəbiyyat siyahısı göstərilir.  

Tamamlanmış “Sərbəst iş” fənn müəlliminə  təhvil verilir. Müəllim onu 

oxuyur və qiymətləndirir. 

Bunu da xüsusi olaraq qeyd edək ki, təklif olunan “Sərbəst iş” 

mövzularından tələbələr elmi iş, kurs işi, referat,   yaxud hər hansı bir 

pedaqoji konfransda, Tələbə Elmi Cəmiyyətində  məruzə mövzusu kimi də 

götürüb işləyə bilər.      

        



__________Milli Kitabxana__________ 

31 


 

31

“SƏRBƏST İŞ” MÖVZULARI 



 

1.

 



Tərbiyənin meydana gəlməsi və  mənşəyi ilə bağlı konsepsiyalar 

(təkamül, bioloji, psixoloji). 

2.

 

 İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı müxtəlif nəzəriyyələr. 



3.

 

İbtidai icma quruluşunda tərbiyə və onun səciyyəvi cəhətləri.  



4.

 

Quldarlıq  dövründə  təlim-tərbiyə ocaqları, tərbiyə sistemi, pedaqoji 



fikirlər.  

5.

 



Antik filosoflar şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında. 

6.

 



Feodalizm dövründə məktəblər, pedaqoji fikir və nəzəriyyələr. 

7.

 



 Qədim Şərqdə tərbiyə. 

8.

 



 Qədim Şumerdə məktəb və tərbiyə. 

9.

 



 Qədim türklərdə - Hunlarda, Göytürklərdə tərbiyə. 

10.


 

 Orxon – Yenisey abidələri üzərində yazılar və onların pedaqoji 

əhəmiyyəti. 

11.


 

 Qədim türk dastanlarında tərbiyənin məqsəd və məzmunu. 

12.

 

Qədim Yunanıstanda tərbiyə  və  məktəb. Sparta və Afinada tərbiyə 



sistemi.  

13.


 

Sокrаt (b.е.ə. 469-399) şəxsiyyətin inkişafı və tərbiyəsi hаqqındа. 

14.

 

 Təlimdə Sокrаt mеtоdu.  



15.

 

Plаtоn (b.е.ə. 427-347) təlim və tərbiyə hаqqındа.  



16.

 

Аristоtеl (b.е.ə. 384-322) tarixdə “İlk müəllim” kimi. 

17.

 

 Аristоtеlin müəllimliк fəаliyyəti. 



18.

 

Аristоtеlin yaş dövrləri (0-7- bitкi dövrü; 7-14- hеyvаni dövr, 14-21- 



insani dövr).  

19.


 

Qədim Rоmаdа məкtəb və  pеdаqоji idеyаlаr. 

20.

 

Erkən orta əsrlərdə şərqdə tərbiyə, təhsil və pedaqoji fikir. 



21.

 

İslаmdа tərbiyə. 



22.

 

 İslam müqəddəslərinin tərbiyə haqqında fikirləri.  




__________Milli Kitabxana__________ 

32 


 

32

23.



 

Məhəmməd Peyğəmbərin (s) tərbiyə, təhsil, bilik və elm haqqında 

fikirləri. 

24.


 

İslamıyyətdə ilk məktəblər. Suffə, kuttab və məktəblər. 

25.

 

«Nizаmiyyə» mədrəsəsinin yaranması.(ХI əsr).  



26.

 

Nizаmiyyə mədrəsələrinin Şərqdə yаyılmаsı.  



27.

 

Mədrəsələrdə təhsilin məzmunu. 



28.

 

 Xətib Təbrizinin, Şihabəddin Suhrəverdinin  “Nizamiyyə” mədrəsəsində 



fəaliyyəti. 

29.


 

  İslamda elmin inkişafı və əsas istiqamətləri.  

30.

 

Dünya elm və mədəniyyətinin inkişafına  müsəlman alimlərinin töhfələri. 



31.

 

Erkən orta əsr şərq, türk mütəfəkkirlərinin pedaqoji  ideyaları. 



32.

 

Ümumislam və ümumşərq maarif və  mədəniyyətinin inkişafında erkən 



orta  əsr  şərq mütəfəkkirlərinin tərbiyə, təhsil və  şəxsiyyətin mənəvi,  əxlaqi 

keyfiyyətləri haqqında fikir və ideyaları. 

33.

 

Mahmud Kaşqarlının (XI əsr) “Divanü-Lüğət-it-türk” əsərində tərbiyəvi, 



əxlaqi fikirlər,  

34.


 

 Balasaqunlu Yusif xas Hacibin “Qutadqu - bilik”(“Xoşbəxtliyə aparan 

bilik”)əsərində tərbiyəvi, əxlaqi fikirlər. 

35.


 

  Ədib 


Əhməd Yüknəkinin “Atabətül-Həqayiq” (“Həqiqətlərin 

astanasında”; “Həqiqətlər heybəsi”)  əsərində  tərbiyəvi, əxlaqi fikirlər, şəxsiyyətin 

mənəvi aləmi məsələləri və bu əsərlərin  pedaqoji fikrin inkişafında əhəmiyyəti. 

36.


 

 Əbu Əli İbn Sinanın (980-1037) “Qanun-e–Tibb” və “Şəfa” əsərlərində 

tərbiyə məsələləri və didaktik fikirlər.  

37.


 

Biruninin, Qəzzalinin və başqa Şərq mütəfəkkirlərinin pedaqoji ideyaları. 

38.

 

Farabinin pedaqoji fikir tarixində yeri. 



39.

 

Cəlaləddin Ruminin “Məsnəvi”sində  şəxyyətin inkişafı  və  mənəvi 



zənginlikləri.  

40.


 

Y.A.Komenskinin pedaqoji görüşləri. 

41.

 

Y.A.Komenski (1592-1670) elmi pedaqogikanın banisidir. 



42.

 

 Y.A.Komenskinin “Böyük didaktika” əsərinin pedaqoji əhəmiyyəti.  




Yüklə 376,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə