Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

2.6. Məntiqi proqramlaşdırma. 

 

1972-ci ildə Marseldə «məntiqi proqramlaşdırma» dilinin ilk variantı (versiyası) 



hazırlanmışdır.  O,  PROLOQ  adlanır.  Bu  dil  riyazi  məntiq  üzrə  mövcud  nəzəri 

işlərə əsaslanaraq yaradılmışdır. Onun istifadə sahələri uzun müddət süni intellekt 

üzrə  müəyyən  mütəxəssislərə  məlum  idi.  Ancaq    1982-ci  ildə  Yaponiyada  süni 

intellekt  üzrə  məşhur  konfransdan  sonra  dünyada  kifayət  qədər  məlum  oldu  və 

beşinci mərhələ EHM-lərin qurulmasının əsası kimi seçildi. Onun istifadə sahələri 

arasında təbii dildə mətnlərin işlənməsini, problem həlli, işarə hesablamalarını və 

habelə  idarəetmə  və  tənzimləmə  məsələlərini  qeyd  etmək  olar.  Proqramçı  üçün 

PROLOQ dilində yenilik, «mühakimələrin məntiqi» xüsusi ifadəsinin işlənməsidir. 

Onlar  proqramçıya  diqqətini  tamamilə  problem  üzərində  cəmləşdirməyə  imkan 

verir. O, məntiqi-mühakimə ifadələrinin işlənməsi üçün EHM-in hansı alqoritmlər 

istifadə etdiyi barədə praktiki olaraq fikirləşmir. 

Proloq proqram, fakt və qaydalardan ibarətdir ki, bu, ekspert sistemlər də daxil 

olmaqla bilik bazasına əsaslanan sistemlərlə işə uyğundur. Qayda- faktlar haqqnda 

fikir olub, PROLOQ dilində mühakimələr məntiqinin tam müəyyən edilmiş xüsusi 

formasında  yazılır.  Proloq  dilində  proqramı  təşkil  edən  fakt  və  qaydalar  çoxluğu 

bilik bazası adlanır. Bu dildə proqram  problemin həlli məqsədi daşıyır ki, buna da 

istifadəçinin proqrama və ya fakt və qaydaların köməyilə yazılmış biliklərə sualları 

nəticəsində  nail  olunur.  Bu  zaman  verilən  suallara  fərziyyə  kimi  baxılır.  Bu 

fərziyyələrin  bilik  bazasında  mövcud  olan  biliklər  əsasında  nəticə  kimi  alına 

bilməsi mümkünlüyü yoxlanılır. 

PROLOQ  dilində  proqramın  yararlılığının  təbii  şərti  ondan  ibarətdir  ki,  heç 

olmasa bir ədəd verilmiş problemə aid olan fakt və qaydaların qarşılıqlı əlaqəsini 

ə

ks  etdirən  quruluş  tapmaq  mümkün  olsun.  Bu  proqramlaşdırma  mühakimələrin 



məntiqi  ifadələri  əsasında  qeyri-alqoritmik  proqramlaşdırmaya  gətirib  çıxarır.  Bu 

fərq  həm  də  ondan  ibarətdir  ki,  «necə»  yazısı  daha  az  və  «nə»  yazısı  həlledici 

dərəcədə  çox  olur.  Bu,  PROLOQ  dilinin  PASKAL  və  BEYSIK  kimi  alqoritmik 



dillərdən prinsipial fərqidir. PASKAL dilində yazılmış proqram məsələnin həllinin 

EHM-də  başa  düşülən  alqoritmi  olub,  proqramlaşdırmadan  əvvəl  proqramçının 

beynində  mövcud  olur.  PROLOQ  dilində  isə  məsələ  tam  başqa  cür  qoyulur.  Bu 

dildə  yaradılmış  ekspert  sistemlər  problem  hadisəsinin  təsviri  əsasında  həll 

alqoritmi  formalaşdıra  bilər  və  sonra  onu  sınaqdan  çıxmış  həll  üsulu  kimi 

istifadəçiyə təqdim edər. 

Proloq  dili  mühakimələr  məntiqinə  əsaslanır.  Mühakimələr  məntiqi  dəqiq 

qramatika  əsasında  qurulmuşdur.  Bu  məntiqə  və  fikir-  təklif  hesablamaları 

məntiqinə qısaca baxaq.  

Terminin  özündən  göründüyü  kimi  təklif  hesablamaları  məntiqi  təkliflərlə 

(mühakimələrlə) əməliyyat aparır. Bu zaman formal olaraq məntiqi fikirlərə hərflər 

(adətən,p, q, r) uyğunlaşdırılır və təkliflərin özünün məntiqi işlənməsi bu hərflərin 

işlənməsi ilə əvəz edilir.  

Təkliflərin  interptetasiyası  zamanı  onlar  müəyyən  həqiqilik  dərəcəsinə  malik 

olur.  Əgər  fikir  formal  olaraq  düzdürsə,  onda  deyirlər ki,  o  «həqiqi»  qiymət  alır, 

ə

ks  halda  isə  qiymət  «yalan»  olur.  «H»  və  «Y»  işarələri  həqiqilik  qiymətləri 



adlanır. 

Mürəkkəb  təkliflərin  həqiqilik  dərəcəsi  formal  yolla  həqiqilik  cədvəlləri 

ə

sasında  müəyənləşdirilə  bilər.  Bu  zaman  konkret  olaraq  hansı  təkliflərin 



araşdırılması  tamamilə  əhəmiyyətsizdir.  Mürəkkəb  təklifin  həqiqilik  dərəcəsini 

müəyən  etmək  üçün  onun  tərkibində  olan  sadə  təkliflərin  həqiqilik  dərəcəsini 

bilmək kifayətdir. Məsələn, inkar məntiqi əlaqəsi üçün həqiqilik cədvəli ədalətlidir. 

R  təklifi  həqiqi  olarsa,  onda  onun  inkarı  yalandır  və  əksinə.  P  və  q  mürəkkəb 

təklifi, ancaq o halda həqiqidir ki, p və q təlkiflərinin hər ikisi doğru olsun. 

Q mürəkkəb təklifi ancaq o halda yalandır ki, z doğru q yalan olsun. 




Bir  sıra  həqiqi  təkliflər  əsasında  yeni  doğru  təklif  almaq  üçün  çıxarışların 

formalaşdırılmasının müəyyən qaydaları tərtib edilir. Belə qaydaya misal traditsion 

məntiqin konyunksiya əməliyyatı ola bilər. 

Başqa bir misal deduktiv çıxarış qaydası (modus ponens) ola bilər. Bu çıxarışa 

görə müəyyən təklif o halda doğrudur ki, o doğru təkliflərdən çıxarılmış olsun. 

Məntiqi  proqramlaşdırma  dili  PROLOQ  müxtəlif  ölkələrdə  sünii  intellekt  üzrə 

aparılan tədqiqatlarda daha da inkişaf etdirilmişdir. 

 

2.7. Dağınıq çoxluqlar nəzəriyyəsinin obyektlərin tanınmasına tətbiqi. 

 

Dağınıq  çoxluqlar  nəzəriyyəsi    çərçivəsində  obyektlərin  tanınması  [3] 

məsələsinə  qapalı  (məlum  olmayan)  tanıma  alqoritminin  açıq  (məlum  olan) 

alqoritmə  çevrilməsi  kimi  baxmaq  olar.  Bir  qədər  də  aydınlaşdırılmış  şəkildə 

desək,  tutaq  ki,  U

0   


-  mümkün  obyektlər,  R

op 


  -F  qeyri  səlis  alt  çoxluğunu  U

çoxluğunda təyin edən qapalı alqoritmdir. Onda obyektlərin tanınmasını R



op 

 qapalı 


tanıma  alqoritminin  R

tr 


  açıq  tanıma  alqoritminə  çevrilməsi  prosesi  kimi  təyin 

etmək olar (R

op 

– nin U


–da ancaq bir alt çoxluğu təyin etməsi sadəlik üçün qəbul 

edilir. Həqiqətdə belə coxluqlar çox F

F



,….,F


ola bilər və R

op 

p obyektinin bu alt 



çoxluqlardan hər birinə mənsubiyyət dərəcəsini verir). 

Aydınlıq üçün aşağıdakı tipik məsələyə baxaq. Tutaq ki, U

– əlyazma hərflərin 



bütün  mümkün  variantlarıdır  və  p  hərfi  P  şəxsinə  göstərildikdə  o,  R

op

  qapalı 



alqoritmini istifadə edərək, o hərfin p hərfinə mənsubiyyət dərəcəsini 

F

(p) təyin 



edə bilir. Bunu formal yazsaq alarıq. 

F



 (p) = Rop (p)  

U-dan olan p-üçün. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə