Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

Dəmir  və  maqnezium  makro-  və  mikroelementlər  arasında  aralıq  mövqe  tutur. 

Mikroelementlərin  də  fizioloji  qiyməti  makroelementlər  qədər  vacibdir. 

Mikroelementlərin  kənd  təsərrüfatı  istehsalında  istifadəsi  onların  bitginin  həyat 

fəaliyyəti  prosesindəki  fizioloji  rolu  və  torpaqdakı  miqdarı  ılə  müəyyən  edilir. 

Onlar, bitgi orqanizmindəki bioximik proseslərdə iştirak edən bir çox fermentlərin, 

vıtaminlərin tərkibinə daxil olub, bu proseslərin aktvləşdiriciləridirlər. Tənəffüsün 

aktivliyinə,  turşu-  bərpa  reaksiyalarının  sürətinə  və  fotosintez  proseslərinə  aktiv 

təsir  edir.  Marqanis,  bor,  kobalt,  molibden  və  başqaları  bitginin  yarpaqlarında 

xlorofilin sintezinə əlverişli təsir edir. 

Azərbaycanın  müxtəlif  torpaqlarında  mikroelementlərin  miqdarı  bir-birindən 

kifayət  qədər  fərqlənir.  A.N.Güləhmədov  mikroelementlərin  miqdarına  görə 

azərbaycan  torpaqlarını  6  əsas  qrupa  bölür.  O,  müəyyən  etmişdir  ki,  pambıqçılıq 

zonalarında  sorula  bilən  mikroelementlərin  miqdarı  azdır.  Bir  kiloqram  torpaqda 

bor üçün bu miqdar əlamətlərdən 0,25 mq-a qədər, marqanis 0,6-dan 9,5 mq-a, mis 

0,02-dən  1,5  mq0a,  sink  əlamətlərdən  1,8  mq-a,  molibden  0,06-dan  1,85  mq-a 

qədərdir. 

Ə

lbəttə,  belə şəraitdə  yüksək  məhsul əldə  etmək  mümkün deyil.  Buna  görə də 



kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığının  yüksəldilməsi  üçün  diferensial 

qaydada  makro  və  mikro  gübrələr  tətbiq  etməklə  torpağın  məhsuldarlığını 

qaldırmaq lazımdır. Bitgilərin mineral qidalanması üzrə ədəbiyyatların məlumatları 

sübut  edir  ki,  fotosintetik  fəaliyyətin  yaxşılaşdırılmasında,  bitgilərə  mikro-  və 

makrogübrələrin verilməsinin optimal doza və vaxtının müəyyən edilməsi əsasında 

məhsuldarlığın artırlması metodlarının hazırlanması üçün böyük sahələrdə, istehsal 

və  qeyri  istehsal  şəraitində,  çoxsaylı  və  müxtəlif  variantlarda  eksperimentlər 

keçirilməsi vacibdir. 

Makro-  və  mikroelementlər  tətbiq  etməklə  bitgilərin  mineral  qidalanmasının 

öyrənilməsi  üçün  laboratoriya  və  çöl  şəraitində  Z.Məmmədovun  apardığı 

təcrübələr göstərir ki, bitgilərə əsas lazım olan elementlər (Azot, fosfor, kalium) və 

habelə bəzi mikroelementlər (bor, marqanis, mis, sink, kobalt, molibden) öyrənilən 




bitgilərin  fotosintetik  fəaliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Bu  elementlər, 

habelə,  fotosintez  proseslərinin  nizamlanması  üçün  də  lazımdır.  Digər  bərabər 

şə

raitlərdə,  bitgilərin  makro-  və  mikroelementlərlə  mineral  qidalanması 



məhsuldarlığın artırılması üçün vacib faktordur. 

 

3.3. Iqlim şəraitini xarakterizə edən parametrlər və onların məhsuldarlığ



təsiri. 

 

Kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığına  təsir  edən  əsas  amillərdən  biri  də 



iqlim  şəraitidir.  Bitgilərin əsas  mineral qida  mənbəyi  torpaq  hesab  edilsə də qida 

elementlərinin  mənimsənilməsi  iqlim  şəraitindən  (mühit,  temperatura,  nəmlik, 

torpağın hava buraxması) asılıdır. 

Iqlim şəraiti aşağıdakı göstəricilərlə xarakterizə olunur: 

1.

 

Ə



razinin işıqlanma şəraiti. 

2.

 



Havanın temperaturu. 

3.

 



Atmosfer yağıntıları və qar örtüyü. 

4.

 



Havanın rütubətlələyi. 

5.

 



Bəzi zəruri atmosfer hadisələri. 

Ə

razinin işıqlanma şəraiti 3 göstərici ilə xaraktkrizə edilir: 



1.

  Günəş şüalanması. 

2.

  Ümumi günəş radiasiyası. 



3.

  Fotosintetik aktiv radiasiya. 

Günəş  şüalanmasının  müddəti  buludluluq  rejimindən,  ərazi  səthinin 

xarakterindən  və  başqa  faktorlardan  asılıdır.  Buna  görə  həm  bütün  il  ərzində 




ümumi,  həm  də  bitginin  vegetasiya  (boy  atma,  göyərmə  və  yetişmə  dövrü) 

dövründə  günəş  şüalanması  Respublika  ərazisində  mürəkkəb  xarakter  daşıyır. 

Ə

razidən  asılı  olaraq  ümumi  günəş  şüalanmasının  qiyməti  1350-2350  saat 



intervalında dəyişirki, bunun 65- 80%- i vegetasiya dövrünə düşür. 

 Ümumi  günəş  radiasiyasının  illik  qiyməti  139-  174  kvt  saat/m

2

  intervalında 



dəyişir. Bunun 73- 79%-i ilin isti yarımhissəsinə düşür. 

Fotosintetik  aktiv  radiasiyanın  (FAR)  qiyməti  respublika  ərazisində  yerləşən 

aktinometrik stansiyaların (yeddi stansiya) məlumatları əsasında müəyyən edilir və 

aşağıdakı kımı hesablanır: 

Q

F

=0,42S+0,60D 



Burada, S- üfqi səthin birbaşa günəş radiasiyası, 

               D- səpələnmiş günəş radiasiyasıdır. 

Respublika  ərazisində  onun  illik  qiyməti  bir  kvadrat  metrə  65,9-  79  kvt  saat 

intervalında dəyişir. 

Havanın  temperaturu,    başqa  sözlə  termik  şərait  aşağıdakı  göstəricilərlə 

xarakterizə edilir: 

1.

  Havanın orta illik temperaturu. 



2.

  Ən soyuq ayın orta temperaturu. 

3.

  Ən isti ayın orta temperaturu. 



4.

  Yüksək temperaturlu (35 dərəcə selsidən çox) günlərin miqdarı və s. 

Atmosfer  yağıntılarının  miqdarı  aylıq,  illik  və  ayrı-ayrı  dövrlərdə  yağıntının 

miqdarı ilə xarakterizə edilir. 

Qar örtüyü – onun dərinliyi və qar örtüyü olan günlərin miqdarı kimi müəyyən 

edilir. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə