Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   18   19   20   21   22   23   24   25   26

4.2. Torpağın məhsuldarlığının qiymətləndirilməsinin metodoloji cəhətləri. 

 

  Bu istiqamətin vacib məsələləri aşağıdakılardır: 

1)

 Ərazilərin meşələrin, kənd təsərrüfatı bitkilərinin və torpağın məhsuldarlığına 



təsir edən aqroekoloji  xüsusiyətlərinin aydınlaşdırılması. 

2)

 Zonalar üzrə torpaq fondunun, tərkib və quruluşunun növlərinin və fitosenoz 



sahəsinin xarakterizə edilməsi. 

3)

 Məsələnin öyrənilməsinin nəzəri və metodoloji cəhətlərinin öyrənilməsi. 



4)

 Torpaq  kadastrı  məqsədləri  üçün  respublika  meşələrinin  və  kənd  təsərrüfatı 

bitkiləri torpaqlarının məhsuldarlığının qiymətləndirilməsi. 

5)

 Torpaq  örtüyü  quruluşunu  nəzərə  almaqla  əsas  landşaft  komplekslərinin 



qiymətləndirilməsi. 

6)

 Meşələrin  və  kənd  təsərrüfatı  bitkilərinin  torpaqlarının  aqraristehsal  



qruplaşdırılması. 

7)

 Respublikanın təbii-iqtisadi rayonları, administrativ və landşaft zonaları üzrə 



torpaqların bonitet ballarının və müqayisəli üstünlük əmsallarının təyin edilməsi. 

Təbiət-hər  bir  elementi  bütövlükdə  inkişaf  edənlə  sıx  əlaqədə  olan  yüksək 

səviyyədə  təşkil  olunmuş  sistemdir.  Bu  həm  bütövlükdə  təbiət  aləminə,  həm  də 

insanın təbiətlə qarşılıqlı təsirinə və ümumiyətlə dərk etmə prosesinə aiddir. 

 

Komponentlərin  çevrilməsinin  qarşılıqlı  şərtliliyinin  öyrənilməsi  coğrafi 



komponentlərin  obyektiv  və  qanunauyğun  formalaşmasının  dərk  etmə  metodu, 

vasitəsidir. Bu qarşılıqlı təsir və dəyişikliklər nəticəsində meydana gələn material 

cisimlər;  yer  səthi  təbiətinin  bütöv,  inteqral  və  konkret  ifadələri,  o  cümlədən 

torpağın məhsuldarlığının qiymətləndirilməsi coğrafi proses adlandırıla bilər. 

 

Müasir  təbiətşünaslığın  metodoloji  əsasları  təbiətin  bütövlükdə  inkişafının 



ümumi  qanunlarının  nəzərə  alınması,  cəmiyyətlə  təbiətin  qarşılıqlı  münasibəti 


məsələlərinə kompleks yanaşma əsasında insanın çevirici, dəyişdirici fəaliyyətinin 

qurulmasının tələb edir. 

 

Torpağın 



məhsuldarlığının 

qiymətləndirilməsi 

üçün 

eksperimental 



tədqiqatlar  aparılmalı,  bu  tədqiqatlar  zamanı torpaq örtüyünün quruluşunu  nəzərə 

almaqla  ayrı-ayrı  landşaft  kompleksləri  üzrə  aqroekoloji  xüsusiyətlər 

öyrənilməlidir.  Müxtəlif  meşə  və  yem  bitkilərinin  aqrosenozlarının  məhsuldarlığı 

nəzərə alınmalıdır. Bu məqsədlə nisbətən geniş yayılmış torpaq tipləri üzrə onların 

örtüyü  quruluşunu,  şorlaşmasını  hidromorfluğunu,  qranulometrik  tərkibini  və  s 

nəzərə  almaqla  çöl  tədqiqatları  aparılmalıdır.  Əsas  sahələrdə  torpaq  kəsimləri 

qoyulmalı, labaratoriyada öyrənmək üçün bitki və torpaq nümunələri seçilməlidir. 

Torpaqların  aşağıdakı  analizləri  aparılmalıdır:  hidroskopik  nəmlik-qurutma  üsulu 

ilə;  qranulometrik  tərkib  –  pirofosfat  natriumun  pipet  metodu  ilə  işləməklə; 

Humus–Tyurin üsulu ilə; ümumi azot-Keldal üsulu ilə; ümumi fosfor-Qinzburq və 

Ş

eqlov  üsulu  ilə;  udulmuş  kalium  və  maqnezium-Ivanov  üsulu  ilə;  CO



2

  –


kalsimetrlə; PH (sulu) potensimetrlə. 

 

Ə



razinin  bitkiçiliyinin  öyrənilməsi  üçün  geniş  yayılmış  fotosenozların 

xarakteristikası  və  yem  bitkilərinin  məhsuldarlığı  üzrə  ədəbiyyatlar  istifadə 

edilməlidir. 

 

Stasionar  tədqiqat  zamanı  məhsuldarlığın  uçotu  aparılır  və  bu  uçotun 



metodikası  konkret  bitki  növünə  uyğunlaşdırılır.  Lazım  gəldikdə  3-5  dəfə 

təkrarlana  bilər.  Alınmış  məhsulun  tərkibinin  öyrənilməsi  üçün  kimyəvi  analizlər 

aparılır. 

 

Torpaqların  keyfiyyətcə  qiymətləndirilməsinin  əsas  kriteriyası  onların 



genetik  və  aqraristehsal  xüsusiyətləri  olmalıdır  ki,  bunlar  nisbətən  obyektiv 

göstəricilər olub yerli şəraitdə torpağın məhsuldarlığınatəsir edir. Belə göstəricilərə 

Humus, azot və fosforun ümumi ehtiyatları 0-20, 0-50, 0-100 sm qatlarda udulmuş 

ə

sasların həcmi aiddir. 




 

Seçilmiş  əsas  aqrokimyəvi  göstəricilər  mövcud  instruksiyalar  əsasında  və 

riyazi statistik metodlarla işlənir. 

 

Ümumi iqlim göstəricisinin nəzərə alınması üçün respublika rayonlarındakı 



meteroloji stansiyaların  göstəricilərinə əsasən bioklimatik potensial hesablanır. 

 

Torpaqşünaslığın  inkişafının  müasir  mərhələsində  başqa  bioloji  elmlərdə 



olduğu  kimi  riyaziyyatla  əlaqə  genişlənir  və  dərinləşir.  Riyazi  metodların  tətbiqi 

toplanmış  böyük  həcmli  faktiki  materialların  ümumiləşdirilib  mənimsənilməsinə 

imkan verir. 

 

Torpağın  məhsuldarlıq  səviyyəsini  kəmiyyətcə  tyin  etməyə  imkan  verən 



bonitirovka  tədqiqatlarında  da  riyazi  metodların  tətbiqi  zəruridir.  Riyazi  işləmə 

sayəsində  məhsuldarlığı  müəyyən  edən  konkret  torpaq  xüsusiyəti  göstəriciləri 

kompleks nisbi kəmiyyət olan qiymətləndirmə balına çevrilir. 

 

4.3. Kənd təsərrüfatı torpaqlarının və meşə ərazilərinin bonitirovkası. 

 

Torpağın  kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığı,  meşə  və  yem  sahələrinin 



məhsul verimi  ilə  əlaqədar  müqayisəli keyfiyyət  xarakteristikası bonitirovka  yolu 

ilə  aydınlaşdırılır.  Bonitirovkanın  məqsədi  torpağın  məhsuldarlığınınmiqdar 

xarakteristikalarının vahid sisteminin hazırlanmasından ibarətdir. 

Torpaqların  bonitirovkasının  metodik  məsələlərigeniş  müzakirə  obyektidir. 

Qiymətləndirmə şkalasının göstəricilər sistemi müxtəlifdir. 

Bonitirovkanın  məqsədi  əkinçiliyin  intensivliyi  və  aqrotexnik  səviyyənin 

müqayisəli qiymətlərilə, verilmiş kənd təsərrüfatı zonasında bütün bitqilər və bitgi 

qrupları 

üzrə 

torpaqların 



məhsuldarlıq 

fərqlərinin 

miqdar 

ifadəsinin 



aydınlaşdırılmasından ibarətdir. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə