Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   18   19   20   21   22   23   24   25   26

Qoyulmuş  məsələnin  həlli  üçün  konkret  torpağın  morfoloji  əlamətləri 

xüsusiyyətləri  haqqında  ölçülə  bilən,ədədlərlə  ifadə  edilmiş  kütləvi  məlumatlar 

istifadə  edilir.  Torpaq  layları  üzrə  humus,  azot,  fosfor,udulmuş  əsaslar,  torpaq 

zonaları  üzrə  iqlim  şəraiti  (bioklimatik  potensial  şəklində-  BKP)  və  s.  torpağın 

nisbətən  dayanıqlı,  az  dəyişən  xüsusiyyətlərinixarakterizə  edir.  Bu  göstəricilər 

torpaq  tədqiqatı  materiallarında  mövcuddur.  Bundan  əlavə  əsas  kənd  təsərrüfatı 

bitgilərinin məhsuldarlığı, yem və meşə sahələrinin məhsul verimibarədə ayrı-ayrı 

sahələr, təsərrüfatlar üzrə çox illik göstəricilər istifadə edilir. 

Torpağın  bonitirovkası  yuxarıdakı  məlumatların  eyni  zamanda,  birlikdə 

istifadəsi  əsasında  qurulur.  Lakin  bu  məqsəd  üçün  məhsuldarlıq  və  torpağın 

xüsusiyyətlərini  xarakterizə  edən  bütün  göstəricilər  eyni  dərəcədə  əhəmiyyətli 

deyil.  Torpağın  elə  xüsusiyyət  və  əlamət  göstəriciləriniseçmək  lazımdır  ki,  onlar 

məhsuldarlıq  göstəriciləri  ilə  korrelyasiya  olunsun.  Buu  zaman  məhsuldarlıq 

göstəriciləri də elə seçilməli və ya hesablanmalıdır ki,birincisi, keyfiyyətcə yaxın 

olan  torpaq  və  ya  torpaq  qrupları  ilə  əlaqədar  olsun.  Ikincisi,  əkinçiliyin 

intensivliyi  və  aqrotexnikanın  səviyyəsi  ilə  əlaqədar  fərqlər  aradan  qaldırılmış 

olsun. 

Torpağın əlamət və xüsusiyyətlərinin məhsuldarlıqla korrelyativ əlaqəsi torpağın 



tip və alt tipləri, təbii zona və rayonlar üzrə fərqlənir. Aqrotexnikanın səviyyəsi və 

ə

kinçiliyin  intensivliyi  təsərrüfatın  ixtisaslaşması  və  istehsal  resursları  ilə 



təminatından  asılıdır.  Buna  görə  də  bonitirovka  zamanı    torpağın  xüsusyyət  və 

ə

lamətlərinin  seçilməsi,  yerli  təbii  və  təsərrüfat  xüsusiyyətləri  maksimum  dəqiq 



nəzərə alınmaqla aparılmalıdır. 

Torpağın məhsuldarlığı onun su-istilik, hava və qidalanma rejimləri ilə, habelə 

torpaq məhlulunun tərkibi və reaksiyası ilə, başqa sözlə iqlim və başqa şəraitlərdən 

asılı olan dinamik faktorlardan da asılıdır. 

Torpağın  yuxarıda  göstərilən  xüsusiyyətləri  ancaq  müəyyən  həddə  qədər 

məhsuldarlığın indikatoru kimi çıxış edə bilər. Onlar arasında asılılıq: 




1.

  Həmişə düz mütənasib olmur, 

2.

  hər  bir  xüsusiyyətin  ədədi  ifadəsi  hesablama  və  ölçmə  sisteminin 



kənarlaşmaları ilə əlaqədar fərqlənir, 

3.

  yxarıda  deyildiyi  kimi,  onlar  hər  torpaq  tipi,  təbii  zona  və  ərazi  üzrə 



fərqlənir, 

4.

  bitgilərin torpaq şəraitinə tələbindəki ümumi cəhətlərlə yanaşı, hər bitginin 



torpağa öz tələbləri mövcuddur və torpağın müxtəlif xüsusyyətlərinə özünə uyğun 

reaksiya verir. 

Müxtəlif  bitgilərin  xarici  mühitə  tələbi  də  eyni  deyil.  Buna  görə  də  torpağı 

becərilən  məhsuldan  ayrılıqda  bonitirovka  etmək  olmaz.  Müəyyən  xüsusiyyətlərə 

malik olan torpaq bir bitgi üçün yüksək, başqası üçün aşağı qiymətləndirilə bilər. 

Beləliklə,  məhsulun  indikatoru  və  keyfiyyət  göstəricisi  kimi  torpağın 

morfogenetik  xüsusiyyətlərinin  qiymətini  azaltmadan  qeyd  etmək  lazımdır  ki,  bu 

rolu həddən artıq qaldırmaq da olmaz. 

Bonitirovka 

üçün 


kriteriya 

kimi 


torpaq 

xüsusiyyətlərinin 

ə

dədi 


göstəricilərininistifadəsi  zamanı  belə  istifadənin  imkanlarının  məh  dudluğu  ilə  də 

hesablaşmaq  lazımdır.  Torpağın  elə  xüsusiyyətlərini  tapmaq  mümkündür  ki, 

onların  ədədi  qiymətləri  müəyyən  məhdudiyyətlərdə  (eyni  tip  və  ya  növ,  eyni 

zonada eyni tip və ya növ və s.) məhsuldarlıqla əlaqəlidir. 

Torpağın bonitirovkası zamanı məhsuldarlığın çöl şəraitində, konkret torpaqda, 

müəyyən  qaydaları  nəzərə  almaqla  birbaşa  uçotu  zəruridir.  Bu  qaydalar  ondan 

ibarətdir ki, müəyyən məhsuldarlıq faktorununöyrənilməsinin müxtəlif variantları, 

bütün  başqa  şərtlərin  hökmən  bərabərliyi  şərtində  bir-biri  ilə  müqayisəyə  qoyula 

bilər. Həm də təcrübə müəyyən miqdarda təkrarlanmalıdır. 

Beləliklə,  torpağın  bonitetinin  təyini  üzrə  işlər  aşağıdakı  mərhələlərdən 

ibarətdir: 



1.

  Torpaqların  əsas  diaqnostik  əlamətlərin  riyazi  məlumatları  ilə  sistematik 

siyahısının tərtibi. 

2.

  Kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığı,  yem  və  meşə  ərazilərinin 



məhsulu ilə korrelyasiya olunan diaqnostik əlamətlərin seçilməsi. 

3.

  mərkəzi statistika idarəsinin və qabaqcıl təsərrüfatların məlumatları əsasında 



texniki  bitgilərin  (pambıq,  şəkər  çuğunduru,  tütün,  çay  və  s.)  meyvələrin  (alma, 

armud  və  s.),  üzümün  məhsuldarlığı,  yem  və  meşə  ərazilərinin  məhsulu  üzrə 

məlumatların yığılması. 

4.

  BKP  nəzərə  alınmaqla  torpağın  xüsusiyyətləri  ilə  əsas  bitgilərin 



məhsuldarlığı arasında korrelyasiya asılılığının müəyyən edilməsi. 

5.

  Qiymətləndirmə  şkalalarının  müqayisəsi  (suvarılan,  qismən  suvarılan  və 



dəmyə torpaqlarının, yem və meşə ərazilərinin). 

6.

  Məhsuldarlığa  mənfi  və  müsbət  təsir  edən  xüsusiyyətlər  hesabına  torpağın 



qiymətinin azaldılması və artırılması. 

7.

  Bütün 



respublika 

üzrə 


təsərrüfatların 

ə

razilərinə 



torpaqların 

qiymətləndirilmə şkalasının qoyulması. 

Mövcud bonitet şkalasının tərtibində torpaqların bir-biri ilə müqayisəsi dayanıqlı 

ə

lamətlər  üzrə  (humus,  ümumi  azot,  fosfor,  udulmuş  əsaslar(100  qr  torpaqda  mq 



ekv.)) 0-100 sm (bir illik bitgilər) və 0-200 sm (çox illik bitgilər) dərinlikdə A və B 

layları  üzrə  aparılır.  Bu  məlumatlar  bonitet  balını,  torpağın  xüsusiyyətləri  üzrə 

BKP- ni nəzərə almaqla xarakterizə edir. 

Seçilmiş kriteriyaların (humus, azot, fosfor, udulmuş əsasların cəmi, iqlim və s.) 

etibarlılığı riyazi statistikanın köməyilə müəyyən edilmişdir. 

Respublikanın  ayrı-  ayrı  bitgi  torpaqlarında  hesablama  nəticəsində  orta  hesabi 

xəta  (m),  dəqiqlik  göstəricisi  (p)  və  etibarlılıq  səviyyəsi  (t)  aydınlaşdırılmışdır. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə