Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   18   19   20   21   22   23   24   25   26

Torpaqdan  qida  elementlərinin  çıxması  vahid  sahədən  əsas  və  əlavə  məhsulla 

çıxan  qida  elementlərinin  miqdarı  ilə  təyin  edilir.  Qida  elementlərinin  torpağa 

qayıtması  toxumla,  torpaq-kök  çürüntüləri  ilə,  gübrələrlə  və  s.  torpağa  verilmiş 

qida elementlərinin miqdarı ilə təyin edilir. 

Kənd təsərrüfatı bitgiləri, qida elementlərinə tələbin və torpaqdan çıxardığı qida 

elementlərinin  miqdarının  müxtəlifliyi  ilə  fərqlənir.  3  t/ha  buğda  yetişdirilməsi 

üçün 110 kq N, 40 kq P

2

O



5

, 70 kq K

2

O tələb olunur. 30 t/ha kartofla 1ha-dan 150 



kq  N,  60  kq  P

2

O



5

,  270  kq  K

2

O  çıxarılır.  Gübrə  tətbiq  etmədikdə  bitgilər  torpağı 



zəiflədir və ildən ilə məhsul azalır. 

Bütün  dünyada  torpaqşünaslığın  təcrübəsi  sübut  edir  ki,  məhsuldarlığın 

səviyyəsi  tətbiq  edilən  gübrələrin  miqdarı  ilı  sıx  əlaqəlidir.  Mütəxəssislərin 

hesablamalarına  görə  məhsuldarlığın  artımının  50%-i  gübrə  tətbiqi  ilə,  təqribən 

50%-i isə başqa tədbirlərlə – aqrotexnika, sort, meliorasiya və s. əlaqədardır. ABŞ-

ın  elmi  tədqiqat  müəssisələrinin  məlumatına  görə  1945-ci  ildən  sonrakı  illərdə 

məhsuldarlığın  artımının  41%-i  mineral  gübrələrlə,  15-20%-i  herbisidlərlə  və 

bitgilərinmühafizəsinin  başqa  kimyəvi  vasitələri  ilə,  15%-i  təkmilləşdirilmiş 

aqrotexnika  ilə,  8%-i  hibrid  toxumlarla,  5%-i  irriqasiya  ilə,  11-18%-i  isə  başqa 

faktorlarla əlaqədardır. 

Lakin  məhsuldarlıq  artımı  ilə  gübrə  normaları  artımının  birbaşa  asılılığı 

müəyyən səviyyəyə qədər mümkündür. 

Gübrə  və  aqrotexnik  tədbirlərin  kartofun  məhsuldarlığına  təsiri  cəd.3.1-də 

verilmişdir. 

Payızda  şum  altına  verilmiş  gübrə  şəkər  çuğundurunun  məhsuldarlığını,  yazda 

kultivasiya altına verilmiş gübrəyə nisbətən 2 dəfə çox artırır. 

 

 

 




Cədvəl 3.1.    

Gübrə və aqrotexniki tədbirlərin kartof məhsuluna təsiri. 

 Təcrübə variantı.    

Məhsuldarlıq. 

(t/ha) 

Artım. 


(t/ha) 

1.Gübrəsiz, gecikən, xırda kartof, pis qulluq. 

2.Gübrə. 

3.Gübrəsiz aqrotexnikanın artması. 

4.Gübrə ilə aqrotexnikanın artması. 

9,1 


16,0 

15,4 


27,4 

6,9 



6,3 

18,3 


 

Ulmi tədqiqat müəssisələrinin məlumatlarına əsasən qeyri qaratorpaq zonalarda 

1  ha  sahəyə  20-30  t  peyin  verilməsi  dənli  bitgilərin  məhsuldarlığını  0,6-0,7  t, 

kökümeyvəlilərin 15 t-a qədər, yem bitgilərinin məhsuldarlığını isə 15-20 t artırır. 

Bundan əlavə onun təsiri 4-5 il davam edərək məhsul artımını təmin edir. 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

Fəsil 4. Torpaqların məhsuldarlığının ekspert sistemlə təyin edilməsi. 

4.1. Torpağın məhsuldarlığının qiymətləndirilməsi tarixi. 

 

Bitkiçilik  təsərrüfatları  fəaliyyətini  müqayisəli  təhlil  edərkən  torpaqların 

keyfiyyət  göstəriciləri  obyektiv  səbəb  kimi  nəticəyə  təsir  edir.  Obyektiv  səbəbin 

nəticəyə təsirini aradan qaldırmaq üçün onların bu xüsusiyətlərinin öyrənilməsi və 

təhlil  zamanı  nəzərə  alınması  vacibdir.  Buna  görə  də  torpağın  xüsusiyətlərindən 

asılı  olaraq  onun  məhsuldarlığının  öyrənilməsi  həmişə  diqqəti  cəlb  etmişdir. 

Torpaqların  keyfiyyətcə  qiymətləndirilməsi  məsələləri  ilə  Qərbi  Avropada  hələ 

XVIII-XIX əsrlərdə məşğul olmuşlar. 

Almaniyada  otlaq  torpaqlarının  bonitirovkası  zamanı  şumlanan  torpaqlar  üçün 

istifadə  olunan  torpaq  göstəricilərindən  əlavə  orta  illik  tempratura  və  rütubətlilik 

dərəcəsi istifadə edilirdi.  

Polşada  şumlanan  torpaqların,  biçənək  və  otlaqların,  meşə  massivlərinin 

bonitirovkası  aparılır.  Bonitirovka  zamanı  vacib  diaqnostik  göstəricilər  nəzərə 

alınır: qranulometrik tərkib, quruluş, turşuluq və s. torpağın bonitirovkası zamanı 

ş

umlanan  torpaqlarda  alınmış  məhsul  və  ya  yemlik  otun  miqdarı,  torpağın 



ziyanverici  bitkilərlə  korlanma  dərəcəsi  və  torpağın  yaxşı  istifadəsinə  maneçilik 

törədən digər səbəblər nəzərə alınır. 

Rusiyada  torpağın  bonitirovkası  üzrə  ilk  işlər  1951-ci  ildə  aparılmışdır.  Bu 

işlərdə torpaqların bonitirovkası “birbaşa təsərrüfat əhəmiyyətli olan və torpaqları 




bitkilərin  yaşayış  yeri  kimi  xarakterizə  edən  xüsusiyətlərin  təyin  edilməsi”  kimi 

qəbul edilir. 

Keçmiş SSRI-də torpaqların bonitirovkası üzrə aparılan tədqiqatları şərti olaraq 

iki qrupa bölmək olar: 

Ş

umlanan torpaqların və meşələrin bonitirovkası üzrə tədqiqatlar, 



Yemlik məhsul torpaqlarının bonitirovkası üzrə tədqiqatlar. 

Azərbaycanda torpaqların bonitirovkasının inkişafını 3 mərhələyə bölmək olar. 

I  mərhələ-  1965-ci  ilə  qədər  torpaqların  bonitirovkası  üzrə  tədqiqatların 

keçirildiyi  dövrü  əhatə  edir.  Bu  vaxt  respublikanın  torpaqşünas  alimləri  torpağın 

keyfiyyətini  aqrar-istehsal  qruplarının  genetik-istehsal  əsasları  əsasında    əks 

etdirirdilər. 

II mərhələdə (1966-1975) bir sıra dissertasiya işləri üzrə tədqiqatlar aparılmış və 

Azərbaycan  respublikasında  müxtəlif  bitkilər  üçün  torpaqların  bonitirovkası  üzrə 

metodik göstərişlər hazırlanmışdır. 

III  mərhələdə  Azərbaycan  respublikası  Elmlər  Akademiyasının  torpaqşünaslıq 

və  aqrokimya  institutunun  aqroekologiya  və  torpaqların  bonitirovkası 

labaratoriyasında  torpaqların  məhsuldarlıq  modellərinin  və  torpaq  örtüyü 

quruluşunun qiymətləndirilməsi, torpaqların aqroekoloji tədqiqatı və bonitirovkası 

üzrə geniş işlər aparılır. 

 

Azərbaycanda  torpaq  kadastrının  inkişafının  müəyyən  yekunları 



aparılmışdır.  Bu  yekunları  əhəmiyyətli  hesab  etmək  olar.  Çünki  onlar  artıq 

respublikanın  kənd  təsərrüfatı  istehsalına,  xalq  təsərrüfatının  planlaşdırılması, 

proqnozlaşdırılması, və təbiətin qorunması məsələlərinin qoyuluşuna təsir edir. Bu 

yekunlar nəzəri və tətbiqi kadastrın gələcək inkişafı və onun praktikada istifadəsi 

üçün əsaslar verir. 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə