Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 
 
və  xəsis adamlar kefləndikdə, səxavətlənərlər, lakin sabahısı 
peşmanlıq çəkərlər. 
İşin rəzil adama düşsə, özünü yazıqlar cərgəsində hesab et. 
Deyiblər üç adam yazıq sayılar: axmağın  əli altında işləyən 
ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli. 
Bil, müqəddimədə dediyim sözlərdən və müxtəlif 
məsələlər haqqında yazdığım fəsillərdən məqsəd bacarığım 
daxilində sözün ləyaqətinə, onun qüdrətinə haqq verməkdən 
ibarət idi. 
İndi də peşələrdən danışmaq istəyirəm, onu da oxuyub 
biləsən, bəlkə lazım oldu. Ona görə istəyirəm ki, hər nə 
bilirəmsə,  əvvəlindən tutmuş axırına qədər hamısını  sənə 
öyrədəm. Bəlkə, ölərkən sənin tərəfindən arxayın olub bu 
dünyadan rahat gedəm. Hərçənd mən özüm də elmdə 
piyadayam, lakin bilsəm də, faydası yoxdur, çünki mən atamın 
sözünə necə baxmışamsa, sən də  mənim sözümə elə 
baxacaqsan. Deməli, səni danlamağına dəyməz, lakin mən öz 
vəzifəmi yerinə yetirirəm. 
İstəyirsən qulaq as, istəyirsən yox, mən hər peşədən bir az 
danışacağam ki, sözdə  də  xəsis olmayım, sinəmdə  nə varsa 
hamısını deyim. Yaxşısını Allah bilir. 
 
 
 
 
 
 
 
 
 
Otuz birinci fəsil  
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK
134
 HAQQINDA 
Ey oğul, bil və agah ol ki, sözün əvvəlində, "peşələrdən 
danışacağam"-deyərkən, mən dükan saxlamağı  nəzərdə 
tutmurdum. Peşə yalnız dükandarlıq deyildir. İnsan nə ilə 
məşğul olsa, o da onun peşəsi sayılar.İnsan öz sənətini yaxşı 
bilməlidir ki, ondan fayda götürə bilsin. İndi görürəm, elə bir iş 
və peşə tapmaq mümkün deyildir ki, onda nizam-intizam 
olmasın. Hər peşənin öz qayda-qanunu vardır. Peşələr isə 
128 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
müxtəlif və çoxdur, bunların hamısının da üsulunu bilmək 
lazımdır. Bunların hər birini ayrı şərh etmək mümkün deyildir, 
kitab böyüyüb şişər və əsas məqsəddən uzaq düşərik. 
Lakin hansı  sənət olur-olsun, üç yerə bölünür: ya peşəyə 
aid olan elmdir, ya elmə aid olan peşədir, ya ağıl işlətməklə 
əmələ gələn peşənin özüdür. 
Peşə ilə  əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yer 
ölçmək, poeziya və sairədir. Elmlə  əlaqədar olan peşələr: 
musiqişünaslıq, baytarlıq və bu kimilərdir. Bunların hərəsinin öz 
qaydası vardır. Sən bu qayda-qanunları bilməsən, usta olsan da, 
bu məsələdə  əli-qolu bağlı kimi qalarsan. Peşələrin özləri isə 
məşhurdur və onların  şərhə ehtiyacı yoxdur. Yeri gəldikcə, 
imkan daxilində, hərəsinin öz qaydasını  sənə göstərəcəyəm, 
çünki bu, iki haldan xaric deyil: ya ruzigarın təsadüfləri, 
zamanın hadisələri sənin özünü bunlara möhtac edəcək, heç 
olmazsa, o ehtiyac vaxtı bunların hərəsinin sirrindən istifadə 
edərsən, ya böyük olduğun üçün ehtiyacın olmayacaq. Lakin 
böyüklərin də sənət bilməsi zəruridir. 
 Ey  oğul, bil, axirət elmindən götürə biləcəyin qədər heç 
bir elmdən o qədər xeyir götürə bilməzsən. Dünya elmindən 
xeyir götürmək istəsən, gərək ona bir peşə qoşasan,  əks halda 
fayda görməzsən. Məsələn,  şəriət elmində: qazı, qəyyum, 
müdərris, vaiz olmasan, dünya malından bir şey  əldə edə 
bilməzsən. Nücum elmində: təqvimçilik. rəmmalçılıq, falçılıq, 
gözübağlayıcılıqla məşğul olmasan, istər ciddi, istərsə qeyri-
ciddi, münəccimə heç bir şey düşməz. Tibb elmində:  əliitilik, 
yalandan təsəlli, saxta dərman olmasa, həkim bir şey qazana 
bilməz. 
Buna görə  ən böyük elm din elmidir, çünki onun əsası 
tohid, törəməsi  şəriət ehkamları, səmərəsi isə dünya malıdır. 
Deməli, ey oğul, bacardıqca din elminə yiyələnməyə çalış ki, 
həm bu dünyanı, həm də axirəti  ələ  gətirmiş olasan. Müvəffəq 
olsan, əvvəlcə dinin əsaslarını öyrən, sonra isə törəmələrinə keç, 
çünki  əsası bilmədən törəməyə keçmək,  əsli bilmədən fər'ə 
keçmək təqlid hesab edilər. 
 H  a  ş i y ə.  Əgər dediyim peşələrdən elmi
135
 seçsən, 
pəhrizkar, qənaətkar, elm sevən ol, dünya malına aludə olma. 
Səbrli, incə ruhlu, gecyatan, tezduran ol, kitab hərisi ol, 
təvazö'karlığa adət et, işdə tez yorulan olma. Əzbərləmə  və 
təkrarlamada tənbəllik etmə ardıcıl olaraq keçmişin təcrübəsini 
öyrən, tədqiqatçı, sirləri açan, alimlərin dostu, hörmətcil, elm 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
öyrənməkdə  həris və utanmaq bilməyən, öz müəllimlərinin 
haqqını itirməyən, qədrini bilən ol. 
Elə etmək lazımdır ki, kitab, dəftər, qələm, davat, 
qələmdan, qələmyonan bıçaq və bunun kimi şeylər həmişə öz 
yanında olsun. Ürəyində bunlardan başqa heç bir şey 
olmamalıdır. Nə  eşitsən, yadında saxla, təkrar et, lakin 
azdanışan və uzaqgörən ol, təqlidçi olma. Hansı elm axtaran 
adamda bu sifətlər olsa, o, tezliklə öz əsrinin yeganə alimi olar. 
H a ş i y ə. Əgər müfti olsan, əzbərdən çox şey bilən, çox 
dərs oxumuş ol. Namaz qılıb oruc tutmaqda ifrata varma, 
ikiüzlü olma, təmizbədən, təmizpaltar və hazırcavab ol. Bir 
məsələni yaxşı öyrənməmiş fitva vermə. Öz ehtimalına və 
başqasını  təqlidə  əsasən iş görmə. Öz rə'yini ustün tut. İki 
adamın  şəhadəti və sözü ilə kifayətlənmə. E'tibarlı adamlardan 
başqa heç kəsin yazısını  qəbul etmə. Hər kitabda və risalədə 
yazılanı qanun hesab etmə. Rəvayətə qulaq asmaq istəyirsənsə, 
namə'lum adamların rəvayətlərinə yox, məşhur ravilərin
136
 
rəvayətlərinə qulaq as. Etibarlı olmasalar, tək-tək adamların 
gətirdiyi xəbərlərə inanma. Arası kəsilmədən gətirilən xəbərlərə 
qarşı soyuqqanlı olma. Deyilənlərə qulaq asmağa adət et, lakin 
qərəzanə cavab vermə. Mubahisə etməli olsan, rəqibinə fikir 
ver, onun sözünü rədd edib əksini sübut etmək iqtidarın varsa, 
məsələyə qarış, yoxsa sözü qısa et, bir misal gətirməklə 
kifayətlən. Eyni məsələ haqqında bir-birinə iki zidd fikir demə, 
əvvəl dediyin sözü yadında saxla ki, sonrakı sözünlə onu puç 
etməyəsən. Mübahisə din alimləri arasında gedirsə,  əvvəlcə 
hədisi de, sonra onu təmsil, təşbih və mümkün ola bilən həyati 
hadisələrlə müqayisə et. Üsul
137
 mübahisəsində vacibatdan 
olanları olmayanlarla bir yerdə izah etmək eyib sayılmaz. Hər 
şeydən  əvvəl məqsədi qarşıya qoy, sonra aydın, sərrast və 
yaraşıqlı danış, sözləri çeynəyib tüpürmə, qırıq-qırıq söyləmə, 
lakin uzunçuluq da etmə, mə'nasız danışma. 
H a ş i y ə. Ey oğul, əgər vaiz olsan. hafiz
138
 ol və əzbərdən 
çox  şey bil, xitabət kürsusünə qalxdıqda tez otur, rəqibinin 
zəifliyinə  əmin olmayınca mübahisəyə girişmə. Kürsüdə  nə 
istəyirsən de, onu da iddia et, sual verən olsa, qorxusu yoxdur, 
lakin sən fəsahətlə danış  və elə hesab et ki. sənin məclisində 
oturanların hamısı heyvandır. Nə istəyirsən de, lakin özünü 
çaşdırma. Paltarını  və canını  təmiz saxla. Müridlərin və  nə'rə 
çəkənlərin olsun, qoy onlar məclisində otursunlar, sən hər tə'sirli 
söz dedikdə  nə'rə  çəkib ah-fəryad qoparsınlar və  məclisi 
130 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
qızışdırsınlar. Camaat ağlayanda, sən də  hərdənbir ağlamsın, 
sözdə çaşsan qorxma, salavat çevitdirib dua oxu. Xitabət 
kursüsündə cansıxıcı olma, qaş-qabağını tökmə, onda məclisin 
də cansıxıcı  və  ağır olar. Ona görə deyiblər ki, "Ağırlığın 
nəticəsi ağırlıq olar". Danışarkən diribaş ol, qızışdığın vaxt 
birdən süstləşmə. Həmişə dinləyicilərə fikir ver, əhvalat 
istəsələr, əhvalat danış, rəvayət istəsələr rəvayət. Qara camaatın 
nədən xoşlandığını bilsən, onlar da səni qiymətləndirər. Elə ki, 
gördün bazarın tutub, qorxma, nəyin varsa, hamısını  fəsahətli 
söz və bəlağətli kəlam kimi işə ver getsin, bazar yaxşı gətirəndə 
hər  şeyi alarlar. Lakin müvəffəqiyyət qazandığın vaxtlar çox 
ehtiyatlı ol, çünki düşmən belə hallarda özünü buruzə verir. 
Bəyənilmədiyin yerlərdə qalma, xitabət kürsüsündə 
oturarkən verilən sualların cavabını bilirsənsə, de, bilmirsənsə, 
özünü itirmə, de ki, dua istəyiblər. Məclisdə dediyin sözləri 
yaxşı yadında saxla ki, təkrar etməyəsən. Həmişə xoşsifətli ol, 
şəhərlərdə çox qalma, rövzəxanlarla falçıların ruziləri 
ayaqlarında olar. İşin düz gətirdikdə, üzügülər ol, vaizlik 
şərəfini qoru, bədənini, paltarını  təmiz saxla, şər'i məsələlərə 
oruc, namaz və s. istər zahirdə, istərsə batində, könüllü riayət et. 
Dilin yağlı olsun, bazara çox getmə, camaat səni çox görməsin
beləliklə xalqın gözündə hörmətin olsun. 
Pis yaxın adamdan ehtiyatlı ol, xitabət kürsüsünün 
hörmətini saxla, bu barədə başqa yerdə  də xatırlamışam, 
təkəbburdən, yalançılıqdan, rüşvətxorluqdan uzaq ol. Xalqa nəyi 
məsləhət görürsənsə, özün də elə et, qoy xalq səni insaflı bilsin. 
Elmi yaxşı öyrən, öyrəndiyini isə yaxşı ibarələrlə ifadə et 
ki, mə'nasız müddəa, yersiz söz, yararsız mövizə üçün xəcalət 
çəkməyəsən. Hər nə desən xofla rica
139
 arasında de, bir dəfəliyə 
xalqı Allahla qorxudub, ümidini kəsmə, bir dəfəliyə  də hamını 
başdantutma savab etməmiş, behiştə göndərmə. Nədə 
mahirsənsə, nəyi yaxşı bilirsənsə, o barədə  də çox danış ki, 
sözündə əsassız müddəalar olmasın, əsassız müddəaların bəhrəsi 
həmişə rüsvayçılıq olar. 
Əgər alimlikdə böyük dərəcəyə çatıb qazılıq rütbəsinə 
qalxa bilsən, çalış  səbirli, təmkinli, diribaş, gözüaçıq, tədbirli, 
uzaqgörən, adamtanıyan siyasətbilən, din elmindən baxəbər, 
təriqət  şaxələrindən başıçıxan, hər tayfanın xasiyyətinə  bələd, 
hər məzhəbin mahiyyətinə vaqif, hər təbəqənin zövqündən 
xəbərdar adam olasan. Qazılığın bütün incəlikləri sənə  mə'lum 
olmalıdır ki, bir məzlum sənə müraciət etsə  və onun şahidi 
olmasa, lakin ona qarşı  ədalətsizlik edilib, haqqı tapdalanmış 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə