Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

 
 
 
Otuz səkkizinci fəsil 
NƏDİMLİK QAYDALARI HAQQINDA 
Bil, ey oğul,  əgər bir padşah sənə  nədimlik versə, səndə 
nədimliyə xas olan xüsusiyyətlər yoxsa, qəbul etmə, çünki şaha 
nədimlik edən adamda bir neçə xüsusiyyət olmalıdır ki, o, 
ağasının məclisini ziynətləndirə bilməsə  də, heç olmasa, 
korlamasın. Əvvəl, gərək bütün beş hiss üzvü onun ixtiyarında 
olsun; ikincisi, görünüşü elə olmalıdır ki, adam ona baxanda 
ürəyi bulanmasın, beləliklə, ağasının da ona baxmaqdan zəhləsi 
getməsin; üçüncüsü, ərəbcə, farsca yazmağı yaxşı bilməlidir, 
əgər təklikdə  şaha bir şey yazıb oxumaq lazım gəlsə  və katib 
olmayanda, şah sənə bir məktub oxuyub-yazmağı əmr etsə, aciz 
qalmayasan; dördüncüsü, nədim şair olmasa, yaxşı-pis şe'r yaza 
bilməsə də, nəzm qaydaları ilə tanış olmalı, ərəbcə, farsca şe'rlər 
əzbərləməlidir, ağasına hərdənbir  şe'r lazım olanda şair 
çağırmağa ehtiyac qalmasın, ya özündən desin, ya başqasının 
şe'rini oxusun. 
Eləcə  də tibb və nücum elmindən mə'lumatı olmalıdır. 
Əgər bu barədə söhbət düşsə, ya bunlara ehtiyac olsa, həkim ya 
münəccim çağırmaq lazım gəlməsin, sən bildiklərindən danışıb 
nədimlik şərtini yerinə yetirəsən. Belə olduqda o padşahın sənə 
qarşı olan e'timadı artar, sənin xidmətindən istifadə etməyə daha 
çox rəğbət göstərər. 
Sonra, nədimin musiqidən də başı  çıxmalı  və bir şey 
çalmağı bacarmalıdır ki, xəlvətdə  şahın könlü musiqi istəsə  və 
çalğıçı yaxında olmasa, bildiyin ilə onun vaxtının xoş 
keçməsinə səbəb olasan, beləliklə, şahın sənə qarşı olan meylini 
artırasan. 
Bundan  əlavə, gərək yaxşı danışıq qabiliyyətin olsun. 
Çoxlu hekayətlər, lətifələr və  qəribə  rəvayətlər biləsən, çünki 
nadir hekayətlər bilməyən nədim yarımçıq hesab edilər. Bir də 
gərək nərd və  şahmat oynamağı biləsən, lakin qumarbaz 
olmamalısan. Qumarbaz təbiətli olsan, nədimliyə yaramazsan. 
 
Bütün bu dediklərimdən  əlavə Qur'anı  əzbərdən 
bilməlisən, onun təfsirindən xəbərdar olmalısan, fiqhdən 
mə'lumatın olmalıdır, peyğəmbərin hədislərindən bilməlisən, 
şəriət elmindən və  hər  şeydən bir az bilməlisən ki, şah 
məclisində bunlar haqqında söhbət düşsə, cavab verə biləsən, 
160 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
qazı  və  fəqih çağırmağa adam göndərilməsin. Bir də  şahların 
tarixini çox oxumalı, onları yadda saxlamalı və özündən keçmiş 
şahların xasiyyətləri haqqında elə  şeylər deməyi bacarmalısan 
ki, onlar hökmdarın qəlbinə  tə'sir edə bilsin, ondan Allah 
bəndələrinə xeyir və fərəh gəlsin. 
Bir də səndə həm ciddilik olmalıdır, həm zarafatçılıq, lakin 
gərək onları  işlətmək yerini və vaxtını biləsən, ciddilik lazım 
olan yerdə zarafat edib, zarafat yerində ciddilik göstərməyəsən. 
Bildiyin hər hansı bir elmi işlədə bilməsən, onu bilib-
bilməməyin hər ikisi eyni olar. 
Bütün bu dediklərimdən  əlavə, bir də  səndə  mərdlik və 
cəngavərlik iste'dadı olmalıdır, çünki şahlar həmişə eyş-işrətlə 
məşğul olmurlar. Qoçaqlıq vaxtı gələndə igidlik göstər. Səndə o 
qədər güc olmalıdır ki, bir və ya iki adamın öhdəsindən gələ 
biləsən. Allah eləməsin, əgər, xəlvətdə və ya kef məclisində biri 
şaha xəyanət fikrinə düşsə, ya hadisələrdən hadisə törəsə, sən 
insanpərvərlik və  mərdlik  şərtini yerinə yetirə biləsən ki
vəline'mətin sənin səbəbindən xilas ola bilsin. Əgər öldürülsən, 
onun ağalıq və ne'mət haqqını ödəmiş, yaxşı adla bu dünyadan 
getmiş olarsan. Sənin övladlarının həmin ağan boynunda böyük 
haqları olar, salamat qalsan, bütün ömrün boyu yaxşı ad və xoş 
güzəran qazanmış olarsan. 
Əgər bu dediyim xüsusiyyətlər səndə olmasa, gərək 
bunlardan daha çoxu olsun ki, şah nədimliyinə layiq görüləsən. 
Nədimlikdən yalnız çörək yemək,  şərab içmək və  lətifə 
danışmağı bacarırsansa, bu nədimlik üçün bəs deyildir. Nədim 
olmaq istəyirsənsə, tədbir gör ki, o vəzifə axırda başına bəla 
açmasın. 
Həmişə fikrin öz ağanda olsun, şah məclisində onun 
xidmətçilərinə nəzər salma, saqi sənə şey verdikdə, onün üzünə 
baxma, başın aşağı olsun, meyi içəndə üzünə baxmadan qədəhi 
saqiyə qaytar, qoy sənin haqqında  şahın ürəyinə bir şey 
gəlməsin. Özünü saxla, fəlakət baş verməsin. 
H e k a y ə t. Eşitmişəm, Mə'mun
247
 qazı  Əbdülməlik 
Ükbərini
248
 öz xüsusi nədimi edir. Əbdülməlik çox şərabiçən 
olduğundan qazılıqdan çıxarılmışdı. Bir gün məçlisdə bir qulam 
həman qazı Əbdülmalikə şərab verir, o şərab qədəhini alarkən, 
qulama nəzər salır və bir gözünü bir az qıyaraq ona göz vurur. 
Bunu Mə'mun görür. Əbdülməlik Mə'munün gördüyünü 
sezdiyindən gözünü həmin yarımyumulu halda saxlayır. Bir saat 
keçdikdən qonra Mə'mun qəsdən  Əbdülməlikdən sorüşur: "Ya 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
qazı, gözünüzə  nə olmuşdur?" Qazı  Əbdülməlik deyir: "heç 
bilmirəm nə oldu, bu saat gözüm belə qıyıldı". 
Ondan sonra nə  qədər ki, o sağ idi, səfərdə,  şəhərdə, 
gizlində, açıqda, evdə, məclisdə harada oldusa, heç vaxt gözünü 
açmadı. Beləliklə, Mə'munun ürəyində ona qarşı olan şübhə 
aradan qalxdı, 
Bax, Nədim belə olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
162 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Otuz doqquzuncu fəsil 
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA 
Bil, ey oğul, katib olsan, gərək qələmin qüdrətli xəttin 
qəşəng olsun. Xəttini daha gözəlləşdirməyə çalış, ona görə çox 
yazmağı adət et, xəttatlıqda mahir ol, çünki: 
Hekayət. Eşitmişəm, Sahib İsmail  Əbbad  şənbə günü 
divanxanada nə isə yazırmış. Üzünü katiblərə  tərəf çevirib 
deyir: "hər şənbə günü mən öz katibliyimdə bir nöqsan görürəm, 
çünki cümə günü divanxanaya gəlib bir şey yazmıram. Bir gün 
işləməməyin tə'sirini özümdə hiss edirəm". 
Ona görə  həmişə bir şey yazmaqla məşğul ol, xətlər iri, 
enli, aydın olmalı, yuxarıları bir-birinə bitişməlidir. Çox 
məsələdən danışılan, geniş mənalı məktublarda uzunçuluq etmə, 
necə ki, deyiblər: 
B e y t 
Hikmətə bax, gör nə demiş atalar:  
"Qısa sözdə olar dərin mə'nalar!" 
Öz məktubunu istiarələr, məsəllər, Qur'an ayələri, 
peyğəmbər hədisləri ilə  bəzə. Məktubu farsca yazsan, xalqın 
başa düşmədiyi  şəkildə yazma yaxşı deyil, xüsusilə  mə'lum 
olmayan söz işlətmə. Belə yazmaqdansa heç yazmamaq 
yaxşıdır. Ərəb məktublarının məziyyətləri və onu necə yazmaq 
qaydaları  mə'lumdur  Ərəb məktublarında səc
249
 böyük hünər 
sayılır və çox yaxşı xüsusiyyət hesab edilir, xoşa gəlir, farsca 
yazıda səc xoşa gəlməz, yazmasan daha yaxşıdır. Lakin hər nə 
yazsan ali, ifadəli,  şirin və gödək yaz. Katib gərək dərrakəli 
olsun, katiblik sirrini bilsin, rəmzli sözləri tez tapsın. 
H e k a y ə t. Belə  eşitmişəm ki, sənin baban Soltan 
Mahmud (Allah ona rəhmət eləsin), Bağdad xəlifəsinə bir 
məktub göndərib deyir: "Gərək Mavəraənnəhri mənə 
bağışlayasan və o barədə mənə mənşur
250
 göndərəsən, mən də o 
mənşuru camaata göstərəm, ya qılıncla ölkəni almalıyıq və ya 
əmrimlə rəiyyət mənə tabe olmalıdır". 
Bağdad xəlifəsi cavabında yazır: "Bütün islam ölkəsində 
onlardan daha dindar və daha müti olanı yoxdur, Allah eləməsin 
mən elə bir iş görəm.  Əgər sən mənim fərmanım olmadan 
onlara hücum etsən bütün dünyanı sənin əleyhinə qaldıraram". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə