Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

 
 
və Calinusun "On altı"sına daxil olmamış başqa  əsərlərindən 
öyrənmək lazımdır. 
Daxili xəstəliklərin  əlamətləri haqqında "On altı"da olan 
"Əsan  əkməh" fəslindən, böhranlar nəzəriyyəsi haqqında yenə 
də "On altı"da olan "Əl-Böhran" fəslindən, böhran müddətini 
yenə də "On altı-da olan "Əyyam-ül-böhran", qızdırma bəhsini 
"On altı"da olan "Əl-hümməyat" fəslindən, ağır xəstəliklər 
müalicəsini Bokratın əsərlərindən olan "Maüş-şə'ir" kitabından, 
daxili xəstəlikləri "Hilətül-bər" kitabından, dərman hazırlamağı 
isə Calinusun "Dərmanların tərkibi" kitabından öyrənmək 
lazımdır. 
Müalicə edən gərək çoxlu təcrübə etsin, lakin təcrübələrini 
məşhur və böyük adamlar üzərində aparmamalıdır. 
Xəstəxanalarda işləməli və çoxlu xəstə görməli, çoxlu müalicə 
etməlidir ki, nadir xəstəliklər rast gələndə  çətinlik çəkməsin, 
üzvlərdə baş verən nasazlıqlar ondan gizli qalmasın, kitabda 
oxuduğu  şeyləri gözü ilə görmüş olsun və müalicə vaxtı aciz 
qalmasın. Bokratın "Vəsiyyətləri"ni oxumalıdır ki, xəstələrin 
müalicəsində vicdanlı olub, düzlük göstərməyi bacara bilsin. 
Həmişə özünü və paltarını  təmiz saxlamalı, xoş qoxulu 
ətirlər vurmalıdır. Xəstələrə baxarkən üzügülər, mehriban 
olmalı, xoş sözlər deyib xəstənin könlünü almalı, ona ürək-dirək 
verməlidir. Həkimin ürək-dirəyi xəstənin fitri hərarətini artırar, 
ona qüvvət verər. 
H a ş i y ə. Xəstəni yatmış bilsən, çağıranda cavab versə 
lakin səni tanımasa, gözünü açmaq istədikdə, gözü qapansa, pis 
əlamətdir. Huşunu itirmiş adam çapalasa, yerini islatsa-pis 
əlamətdir. Huşunu itirmiş adam hey qışqırıb  əllərini və 
barmaqlarını tutub sıxsa bu da pis əlamətdir. Xəstənin gözünün 
ağı adi haldan daha ağ, ya qarası daha qara olsa, dilini ağzında 
dolandırsa, ağır nəfəs alsa-pis əlamətdir. Böyuk paxıllıqdan və 
ya kədərdən xəstələnsə, ya təngnəfəslik  əmələ  gəlsə-pis 
əlamətdir. Xəstə ara vermədən qırmızı, sarı, qara, ağ qussa ya 
qusmağı dayanmasa, bu da qorxuludur. 
Əgər xəstə çox arıqlayıbsa və öskürürsə, onun 
bəlğəmindən bir az köhnə bir parça üstə götürüb qurut, sonra 
həmin parçanı yu, yeri qalsa-pis əlamətdir. Bu dediyim xəstələri 
müalicə etmə. Bu əlamətlərin onlarda olduğu müddətdə 
müalicənin xeyri olmaz. 
Əgər xəstə üstünə getsən, bu əlamətlərin heç biri olmasa
sağalmaq ümidi daha çox olar. 
144 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
H a ş i y ə. Sonra nəbzini tut, döyunüb barmağın altında 
qalxırsa, qanı artıbdır; barmaqın altında zərif və tez-tez vurursa, 
səfrası artıbdır; barmağın altında zəif, zərif, yumşaq, yavaş 
vurursa, ödu artmışdır; barmağın altında gec, sərt, sust vurursa, 
rutubəti artmışdır. Nəbzin hansı  tərəfə çox meyl etməsini 
istəyirsənsə, müalicəni də  həmin istiqamətdə apar. Nəbzini 
aydınlaşdırdıqdan sonra sidiyinə bax. 
H a ş i y ə.  Əgər sidiyin rəngi ağ olsa, şəffaf olmasa, 
xəstəliyi qəmdəndir. Ağ şəffaf olsa, xəstəliyi yelin, rütubətin və 
həzm olunmamağın çoxluğundandır. Su kimi şəffaf olsa, 
əsəbilikdən və  işlərin düz gəlməməyindəndir. Burunc rəngində 
olsa və onda xırda-xırda zərrələr görünsə, ishaldandır. Yağ 
rəngində olsa, dibində  xətlər görünsə, vaxtın çatmış olduğunu 
bildirər. Zə'fəran rəngində olsa, bil ki, hərarəti var, səfra ilə qanı 
qarışmışdır. Sidiyin üstü sarımtıl, dibi qaramtıl olsa bu 
səfradandır. Müalicə etmə; üstü qaraya çalsa da ondandır. 
Sidiyin dibi sarıya ya yaşıla çalsa, o, tez əvvəlki vəziyyətinə 
qayıdar. Xəstə sayıqlayırsa, sidik qırmızı  və ya qaramtıl isə 
demək öd qanla qarışmış və onun köpüyü üzə çıxmışdır, bundan 
da ehtiyatlı ol; qara olsa və üzərində qan kimi bir şey durmuş 
olsa, xəstənin üstünə getmə; əgər qara olsa və onda kəpək kimi 
bir şey olsa, ya üzərində qan kimi bir şey dursa o xəstəyə əlvida 
de. Sidik sarı olsa, parlaq günəş  rəngində görünsə, ya 
qırmızımtıl sarıya çalsa, xəstəlik qandadır, əmr ver qan alsınlar, 
tezliklə sağalar, sarı olsa onda qırmızı  xətlər görünsə, onu 
Allaha tapşır. Sidik sarı olsa, onda ağ cizgilər görünsə, xəstəlik 
uzun çəkər, yaşıl olsa, xəstəlik damaqdadır, yaşıl-qara olsa, 
orada çox dayanma, yaşıl-ağ olsa və onda sirkə qurdu
159
 kimi 
bir şey görünsə, onda yel babasili var və xəstə taqətsiz olar. 
Nəbz və sidiyə baxdıqdan sonra xəstəliyin növünü öyrən, 
çünki xəstəliklərin növü bir cürə olmaz. 
H a ş i y ə. Yeməklə kifayətlənmək mümkünsə, dərman və 
yağ vermə, yaş  dəsmal, məlhəm və yağla kifayətlənmək 
mümkünsə, həb və toz vermə. Çalış  dərman verməkdə ifrata 
varma. Rahatlanmaq və sakitlik yaratmaqla iş düzələ bilərsə, 
qusdurmağa çox cəhd göstərmə. Vəziyyəti xarablaşdıqda xüsusi 
dərmanlarla müalicəyə başla, yalnız sakitlik yaratmaqla 
kifayətlənmə. Heç vaxt xəstəni danlama; öz qullarının hayına 
xəstədən daha çox qal, demə ki, o artıq yaxşı olmuşdur. 
Qarınqulu xəstəyə çox da bərk pəhriz qoyma, onsuz da pəhrizi 
yerinə yetirməyəcəkdir. Sən ,o yediyi xörəklərin zərərini aradan 
qaldırmağa çalış. Həkimin  ən yaxşı xüsusiyyəti dərdi və 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
dərmanı düzgün tə'yin edə bilməsidir. Bu barədə ona görə çox 
danışıram ki, mən bu tibb elmini həddindən artıq serirəm. Çünki 
faydalı elmdir. Ona görə bu barədə çox danışdım. İnsanlar çox 
sevdikləri haqqında çox danışmağı sevərlər. 
Həkimlik sənə qismət olmasa, nücum elmi çox şərafətlidir. 
Nücum elmini öyrənməyə çalış, çünki bu, çox böyük elmdir. 
Ona görə böyük elmdir ki, peyğəmbərlərin  ən  əzizi olan 
peyğəmbər 
əleyhissəlamın mö'cüzələrindəndir. Demək, 
şübhəsiz, bu elm peyğəmbərlik elmidir və bizim zəmanəmizdə 
şəriətin hökmünə görə qadağan edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
146 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Otuz dördüncü fəsil 
NÜCUM VƏ HƏNDƏSƏ ELMİ HAQQINDA 
Ey oğul, bil və  agah  ol  ki,  münəccim olsan, hər  şeydən 
əvvəl riyaziyyat elmi sahəsində çox zəhmət çəkməlisən, çünki 
ehkam
160
 elmi çox geniş bir elmdir və xətaya yol vermədən onu 
tam şəkildə bilmək çox çətindir, çünki heç kəsdə o dəqiqlik ola 
bilməz ki, səhv buraxmasın. Lakin hər halda nücum elminin 
xeyri qabaqcadan xəbər verə bilməkdədir, məsələn, təqvim 
düzəltməyin də faydası qabaqcadan bilməkdir.  İndi ki, 
qabaqcadan xəbər verməkdən boyun qaçırmaq mümkün 
olmayacaqdır, onun əsaslarını yaxşı öyrənməyə çalış, ulduzların 
cədvəlini düzəltməkdə mahir ol. Çünki qabaqcadan xəbər 
vermək yalnız o zaman doğru çıxar ki, ulduzların təqvimi dürüst 
olsun, rəml düz atılsın. Diqqətli ol, təxmini cədvəllərə inanma, 
müfəssəl təqvimlərdən istifadə et. Əvvəlcə düzgün hesabla, 
sonra cədvəllərlə yoxla, əgər hesabla cədvəl düz gəldi, onlara 
əsasən hökm ver, doğru çıxar. 
Bir  şeyi  əvvəlcədən xəbər vermək istərkən, dərhal nə 
doğulduğunu və  nələr olacağını demə, ulduzların vəziyyətini, 
rəml və  rəmlin xanalarını, ay və ayın bürcünü, ay bürcünün 
hakimini, bürclərin xüsusiyyətini, ulduzların xüsusiyyətini, 
onların hansı bürcdə  nə vaxt, nə  qədər və necə olacaqlarının 
zəruriyyət xanasını, ayın ondan uzaqlaşdığını, ayın 
yaxınlaşacağı ulduzların vəziyyətini, rəml xanasına hakim olan 
ulduzları, ulduzların gərdişi dərəcəsinə hakim olan ulduzların 
xanasını, bu ulduzlara yaxınlaşacaq sabit ulduzların vəziyyətini, 
onların xoşbəxtlik və  bədbəxtlik dərəcəsini, xeyir və  şər 
dərəcəsini, qaranlıq və parlaqlıq, yə'ni günəş dərəcəsini, aşağı və 
yuxarı  dərəcələrini heç vaxt nəzərdən qaçırma, onikilərin, 
ziclərin
161
, üçbucaqlar hökmdarlarının, hədd, surət və 
başlanğıcın kədər, hüzn, fərəh və  bəla xanasının zirvədə  və ya 
alçaqda olduğunu tə'yin et, sonra ay və ulduzların vəziyyətinə 
nəzər sal, xoşbəxtlik, bədbəxtlik, xeyir, şər, maillik, tarazlıq, 
yaxınlaşma, uzaqlaşma, uzaqdan işıltılıq, uzaqdan birləşmə
boşluqda hərəkət, yabançı hərəkətlər, cazibə və dəf etmə, işığın 
əks edilməsi, tədbirin rəf'i, qüvvətin dəf'i, təbii qüvvələrin dəf'i, 
parçalanma, e'tiraz, mükafat, qəbul, yüksəliş,  şöhrət, birləşmə, 
gələcək ruh və cisim, hədiyyə, ömrün qısalması  və uzanması, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə