Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

 
 
beşlərin gərdişi
162
—bunları bil, bunları bildikdən sonra öz 
sözünü de, onda verdiyin hökm düz çıxar. 
Hökmlərini e'tibarlı  təqvimlər üzrə ver. Bu təqvimlər 
ziclərə  əsasən görkəmli mütəxəssislər tərfindən düzəldilməli, 
dönə-dönə  sınaqdan çıxarılmalı, təkrar-təkrar yoxlanmalı  və 
dürüst hesablamalar nəticəsində  tərtib edilməlidir. Bütün 
bunlara baxmayaraq, səhvə yol verməmək üçün sən onlardan 
ehtiyatla istifadə et və  nəzərdən qaçmış  xətaları düzəltməyə 
çalış. 
Bütün bunlara arxayın olduqdan sonra, gərək deyəsən: 
"Mən nə deyirəmsə, o da olacaqdır". Sən öz dediyinə  əmin 
olmasan, hökmün də düz çıxmaz. 
Ürəkdə tutulan gizli sirlər haqqında səndən, sual etsələr, nə 
istəsən deyə bilərsən, çünki dediklərinin çoxu düz gələr. 
Doğulma məsələsinə  gəldikdə isə  mən müəllimlərdən 
eşitmişəm ki, insanın doğulan günü əslində ana bətnindən 
ayrılan gün deyil, bəlkə ana bətninə düşən gün, yə'ni kişilik 
mayasının ana rəhminə düşdüyü və onun tərəfindən qəbul 
edildiyi, nütfənin yarandığı gündür. Əsl tale də buradan 
başlayır, alına yaxşı, pis nə yazılarsa, bu anda yazılır. Ana 
bətnindən ayrılan saata böyük dəyişiklik taleyi deyilir, illər 
dəyişdikdə "orta tale" adlanır, aylar dəyişdikdə "kiçik tale". 
İnsanın başına nə gəlirsə, hamısı ana bətninə düşən an taleyi ilə 
bağlıdır və bunun həqiqətən belə olduğunu peyğəmbər s. və s. 
xəbər verərək, demişdir: "Xoşbəxt, ana bətnindən xoşbəxtdir, 
bədbəxt, ana bətnindən bədbəxt". Dünyanın ağası bu sözləri 
mən sənə dediyim səbəblərə görə belə demişdir, sənə ana 
bətnindəki taledən danışmaq lazım gəlməyəcəkdir, çünki o sənin 
kimi adamların boyuna biçilməmişdir. Lakin böyük 
dəyişikliklər taleyindən danışanda keçmiş alimlərin yolu ilə get
hər verdiyin hökmdə onların dediyinə riayət et. 
Qabaq dediyim kimi, əgər səndən bir sual etsələr,  əvvəl 
zamanın taleyinə bax, sonra onun sahibinə, bundan sonra aya, 
ay bürcünə, bürc hökmdarlarına, ayın yaxınlaşacağı ulduza, ayın 
uzaqlaşdığı ulduza daha sonra tale ulduzuna və onun olacağı 
birinci xanaya bax, orada birdən çox ulduz görsən, hansının 
hakim olduğuna, kimin daha xoşbəxt olacağına diqqət yetir, 
sonra həmin ulduz haqqında danış, düz çıxar. 
Ehkam (əvvəlcədən xəbər vermək-R. S.) şərtləri haqqında 
az da olsa dedim. İndi əgər mühəndis, ya yerölçən olsan, hesabı 
çox yaxşı öyrən, amandır, bir saat belə hesabı  təkrar etməmiş 
olma, çünki hesab elmi vəhşi elmdir. Əgər yer ölçsən, bucaqları 
148 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tə'yin et, müxtəlif tərəfli şəkillərə xor baxma və demə ki, bunu 
ölçərəm, qalanlarını  təxmini yazaram; sahədə böyük fərqlər 
əmələ  gələr. Bucaqları düzgün tə'yin etməkdə xüsusən sə'y 
göstər. Mənim müəllimim həmişə deyərdi: "Ayıq ol, sahə 
ölçərkən bucaqlara fikir verməyi unutma". Çoxüzlü cisimlərdə 
çox zaman qövs şəklində, məsələn, 
  və ya 
  şəkildə 
bucaq olar. Çox yerdə bunlar kor bucağa oxşarlar. Belə halda isə 
sahədə böyük fərq əmələ gəlir. Sənin üçün sahəsini hesablamaq 
çətin olan şəkil rast gəlsə, onu təxmini hesablama, yarısını 
üçbucaq və dördbucaqlara böl, heç elə bir şəkil ola bilməz ki, 
belə etmək mümkün olmasın, sonra hərəsini ayrı-ayrı hesabla, 
nəticə düz çıxar. Bu barədə danışmaq istəsəm, çox şey demək 
olar, lakin onda kitab əndazəsindən çıxar. Bu qədər demək isə 
zəruri idi, çünki nücum elmindən danışmışdım, bu barədə də bir 
neçə söz demək istədim ki, hər elmdən, ey oğul, feyzyab olasan. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Otuz beşinci fəsil 
ŞAİRLİK QAYDALARI HAQQINDA 
Ey oğul,  şair olsan, çalış  sənin sözün səhli-mümtəne
163
 
olsun, (yə'ni oxuyanda hamı asanlıqla başa düşsün, o cürə 
yazmaq istədikdə isə bacarmasın- R.S.), qəliz sözlərdən qaç, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
sənə mə'lum, lakin başqalarının bilmədiyi və şərhə ehtiyacı olan 
ibarələr işlətmə, çünki şe'ri xalq üçün yazarlar, özü üçün 
yazmazlar. Vəzn seçib, qafiyə tapmaqla kifayətlənmə, 
sənətkarlığı  və ahəngdarlığı olmayan şe'r demə, bayağı  şe'rlər 
xoşa gəlməz. Şe'rdə sənət və məharət, ahəngdarlıq və musiqilik 
lazımdır ki, xalqa xoş  gəlsin.  Şairlərin işlətdiyi qaydalardan
məsələn; 
 
Mücanis
164
 
Mütabiq
165
 
Mütəzad
165
Müşakil
167
Mütəşabah
168
  Müstəar
169
 
Mükərrər
170
Mürəddəf
171
Müzdəvəc
178
  Müvazənə
173
 
Müzmər
174
Müsəlsəl
175
Müsəccə
176
 
Müləvvən
177
 
Müstəvi
178
Müvəşşəh
179
Müvəssəl
180
 
Müqəttə
181
 
Müxəllə
182
Müstəhil
183
Zu-
qafiyəteyn
184
 
Rəcəz
185
 
Məqlub
186
 
 
və s.-dən istifadə etmək lazımdır.  İstəyirsən sənin sözün ali 
olsun və uzun müddət qala bilsin, müstəar
187
  şəklində yaz, 
mümkün olan istiarələrdən istifadə et, Mədhnamə
188
 yazdıqda 
da istiarələr işlət. Qəzəl
189
 ya mahnı yazsan, sadə və gözəl yaz. 
Yaxşı yadda qalan qafiyələr seç. Soyuq, sün'i söz oyuncağı 
işlətmə, aşiqlərin halına müvafiq lətif sözlər qoş, incə təşbihlər 
gətir, qoy həm zadəganların, həm adi adamların xoşuna gəlsin. 
Amandır, ağır şe'rlər yazıb əruzu
190
 formal tətbiq etmə. Əruzun 
ağır vəznləri dalınca yalnız o adam qaçar ki, onun təb'i ağır ola, 
xoş sözlər d eməyi, incə mə'nal'ar işlətməyi bacarmaya. Amma 
sifariş etsələr, yaza bilərsən. Lakin şer vəznlərini bil, şairlik 
elmini, ləqəbləri işlətməyirn yerini, bədi elminin qaydalarını 
öyrən,  şairlər arasında yarış baş versə, qoy sənə bata 
bilməsinlər, imtahan etmək istəsələr, aciz qalmayasan. Fars 
əruzunun on yeddi dairə
191
 və bəhrlərinin
192
 adları bunlardır: 
 
Həzəc
193
 
Rəcəz
194
 
Rəməl
195
 
Həzəci-
məkfuf
196
Həzəci-
əxrəb
197
 
Rəcəzi-
mətvi
198
 
Rəməli- 
Məxbun
199
 
Münsərih
200
 
Xəfif
201
 
Müzare
202
 
Müzarei- 
Əxrəb
203
 
Müqtəzəb
204
 
150 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Müctəs
205
 
Mutəqarib
206
  Səri
207
 
Qəribi-
əxrəb
204
 
    Münsərihi-kəbir
209
(ərəb vəznlərindən isə  məsələn, Bəsit
210
, Mədid
211
 Gamil
212

Vafir
213
, Təvil
214
  və bu kimi bəhrlər vardır). Bu on yeddi 
bəhrdə
1
  əlli üç əruz
215
  və  həştad iki zərb
216
 vardır ki, gərək 
onların hamısını öyrənəsən. Şe'r, mədh, qəzəl, həcv, mərsiyə
217

tərkidünya
218
  və s. yazdıqda o barədə  nə mümkünsə, hamısını 
de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma. Bir də ki, 
nəsrdə  işlənən sözləri  şe'rdə  işlətmə, nəsr rəiyyətdir,  şe'r  şah. 
                       
 
 
 
 
 
 
 
1
 
Бурада  истяр  орижинал  мятнинин  юзцндя,  истярся  Сяид 
Няфисинин  няшриндя  буна  гошулан  гейдлярдя  "он  йедди 
бящр"дян бящс едиляркян-мякфуф, ряъязи-мятви, щязяъи-яхряб, 
рямяли-мяхбун, мцзареи-яхряб, гяриби-яхряб, мцнсярищи-кябир 
дя  сящвян  бящр  сайылыр.  Щалбуки  бу  истилащларла  ярузда 
бящрляр  дейил,  о  бящрляря  дахил  олан  айры-айры  нювляри 
ифадя  олунур.  Беля  нювляр  бящр  сайылса,  о  заман  ярузда 
мцяййян вя мяшщур олан вя щяр кяс тяряфиндян гябул едилмиш 
олан  он  доггуз  бящр  дейил,  гат-гат  артыг  бящр  чыхарды.  Бу 
гайда  иля  "Габуснамя"нин  щямин  фяслиндя  изащ  едилян  фарс 
ярузунда  ики  йцздян  артыг  бящр  оларды.  Мясялян,  йалныз 
щязяъ бящриндя "Ял-Мю'ъям..." муяллифи Гейс Рази тяряфиндян 
гырх  бир  вязн  нювц  эюстярилир  ки,  щязяъи-мякфуф  онларын 
биридир;  щабеля  йалныз  мцзаре  бящриндя  "Ми'йар-цл-яш'ар" 
мцяллифи  Нясир  Туси  тяряфиндян  ийирми  доггуз  вязн  нювц 
эюстярилир ки, мцзареияхраб онларын биридир вя с. 
Бундан  ялавя,  китабда  эюстярилян  он  йедди  бящрин  бири 
мцнсярищ,  бири  дя  мцнсярищи-кябир  адландырылыр,  йя'ни 
бунлар  айры-айры  бящрляр  кими  гейд  олунур,  Беля  олса 
бунларын  гялибляри  дя  мцхтялиф  олмалыдыр.  Щалбуки  Сяид 
Няфиси юзц, фяргиня вармыш йа вармамыш, бунларын икисиня дя 
ейни  гялиби  вермишдир:  мцстяф'илцн  мяф'УлАтц  мцстяф'илцн 
мяф'УлАтц  (бах: 
  ص  ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ﺐﺨﺘﻨﻣ
212،213
 ) Беляликля, 
Сяид  Няфисинин  бу  ики  гейдиндян  бири  лузумсуз  галыр  вя 
эюстярилян он йедди бящрдян бири арадан чыхмыш олур. 
"Габуснамя"дя вя Сяид Няфисинин гейдляриндя бу нюгсан X- XI 
ясрлярин  фарс  ярузчуларынын  уйдурмаларындан  иряли  эялир. 
Бунлары  Шямсяддин  Мящяммяд  ибн  Гейс  Рази XIII ясрдя 
тянгид  вя  ислащ  етмишдир.  Сонракы  габагъыл  ярузчулар  да 
бу "иъадлары" гябул етмямишляр.-Редактор. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə