Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 
 
Rəiyyətə yaraşmayan  şey  şaha heç yaraşmaz. Qəzəl və  təranə 
yazarkən, incə  və duzlu yaz, mədhnamələrin təntənəli və 
gurultulu olsun. Söz söylədikdə, alicənab ol, hər kəsin öz yerini 
bil, hərəyə özünə layiq mədh de. Məsələn, ömründə belinə bıçaq 
bağlamamış adam haqqında demə ki, "qılıncın arslan parçalayar, 
nizən Bistun
219
 dağını qaldırar, oxla tükü vurarsan". Ömründə 
eşşəyə minməmiş adamın atını Düldül, Büraq
220
, Rəxş
221
  və 
Şəbdizə
222
 oxşatma, kimə nə demək lazım olduğunu bil. 
Şair mədh edəcəyi adamın təbiətindən xəbərdar olmalıdır 
bilməlidir ki, o nəyi xoşlayır, sonra elə mədh etməlidir ki, onun 
xoşuna gəlsin. Sən onun xoşuna gələn  şeyi deməyincə, o da 
sənin xoşuna gələn şeyi sənə verməyəcəkdir. 
Alçaq təbiətli olma, mədh etdiyin adamın ləyaqəti olmasa, 
heç vaxt özünü qəsidədə
223
 qul adlandırma, Həcv yazmağı peşə 
etmə, həmişə kuzə su ilə dolu qayıtmaz. Zöhd
224
  və Tövhid
225
 
haqqında yazmağa qadir olsan, kahıllıq etmə, hər iki dünya üçün 
yaxşıdır, hərçənd  şe'rdə mübaliğə  məharət sayılır, lakin sən 
yalanı həddindən artıq şişirtmə. 
Dostlar və böyük adamlar haqqında mərsiyə yazmaq 
vacibdir, lakin qəzəl və mərsiyəni bir üslubla, həcv və mədhi isə 
başqa üslubla yaz. Həcv yazmaq istəsən, bil: necə mədhdə birini 
tə'rifləyirsən, elə  də  həmin mədhin  əksinə yaz. Mədhin  əksinə 
hər nə yazılsa, həcv olar, qəzəl ilə mərsiyə də bunun kimidir. 
Lakin hər nə yazsan, özündən yaz, başqalarının sözünü 
təkrar etmə,  əks halda təb'in inkişaf etməz  şe'r, meydanın 
genişlənməz, ilk şe'rə başlarkən necə idinsə, elə də qalarsan. 
Lakin  şe'r yazmağa qüdrətin olsa, təb'in inkişaf etsə, 
məharət qazansan, bir yerdə nadir bir sözə rast gəlib bəyənsən 
və onu başqa yerdə  işlətmək istəsən, inad edib yarışa girmə, 
həmin  şe'r növündə  işlətmə, mədhdə rast gəlibsənsə, həcvdə 
işlət, qəzəldə təsadüf edibsənsə, mərsiyədə istifadə et, mərsiyədə 
eşidibsənsə, qəzəldə  işə ver, Qoy heç kəs bilməsin ki, hardan 
götürübsən. 
Əgər mədh yazdıran tapıb bu yolla güzəran keçirmək 
istəyirsənsə, qaşqabaqlı, çirkpaltarlı və turşsurətli olma, həmişə 
xoşsifət və üzügülər ol. Nadir hekayətlər, maraqlı  rəvayətlər, 
gülməli məsəllər, məzəli lətifələri  əzbərdən çox bil, bunları 
mədh etdiyin adama və onunla bir yerdə olanlara danış,  şair 
bunlarsız keçinə bilməz. 
Deyiləsi söz çoxdur, lakin bununla kifayətlənirəm. 
Qalanına Allah kömək edər. 
152 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Otuz altıncı fəsil  
MUSİQİŞÜNASLIQ QAYDALARI HAQQINDA 
Ey oğul, bil, əgər çalğıçı olsan, xoştəbiət,  şənxasiyyət ol, 
imkanına görə həmişə təmiz geyin, xoşiyli ətir vur, şirindilli ol. 
Bir evə mütrib
226
 kimi də'vət olunsan, üzünü turşudub, 
qaşqabağını tökmə, həmişə  ağır havalar və ya yüngül havalar 
çalma, eyni cür hava çalmaq qayda deyildir. Adamların təbiəti 
eyni olmaz. Məclislər də müxtəlifdir. Ona görə musiqidə usta və 
hal əhli olanlar bu sənətdə müəyyən qayda düzəltmişlər: əvvəlcə 
Xosrovani
227
  dəstgahını
228
 çalarlar-bu, şah məclisləri üçün 
düzəlmişdir. Ondan sonra ağır havalar gəlir. Bu havalarda 
avazla oxumaq olar, onlara "rah"
229
 adı vermişlər. Bu "rah"lar 
qocaların və arır təbiətli adamların ruhuna yaxın olar. Deməli, 
bu ağır havaları onlar üçün yaratmışlar. Lakin insanların yalnız 
qocalardan və  ağır təbiətli adamlardan ibarət olmadığını 
gördükdə demişlər ki: "yaxşı, bunları qocalar üçün yazdıq, indi 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
də  gəlin cavanlar üçün bir şey düzəldək". Sonra axtarmağa 
başladılar, yüngül səpgidə yazılmış  şe'rlərə havalar düzəltdilər 
və onları "xəfif" adlandırdılar ki, hər ağır "rah"dan sonra bir 
yüngül "xəfif" çalınsın. Dedilər: "Qoy hər çalğı məclisində həm 
qocalara, həm də cavanlara bir şey nəsib olsun". Sonra uşaqlar
qadınlar və zərif qəlbli kişilər bəhrəsiz qalmasın deyə, təranələr 
yaranmağa başlandı. Təranələri bu cür adamlara həsr etdilər ki, 
onlar da zövq alıb ləzzət çəksinlər. Odur ki, təranə  vəznindən 
daha incə  və ruhoxşayan ahəng yoxdur. Deməli, həmişə eyni 
növlü hava çalma və oxuma. Mən deyən kimi et ki, hamı sənə 
qulaq asmaqdan razı qalsın. 
 Hansı məclisdə otursan fikir ver. Dinləyicilər qırmızıüz və 
pörtmüş olsalar, əksərən bəmdə çal, sarı üz və solğun olsalar, 
zilə keç, qarayağız, arıq və göyərmiş kimi görünsələr, orta 
pərdəyə vur, ağbəniz,  şişman və  tərləyən olsa, bəmə tut, çünki 
rum alimləri və musiqi mütəxəssisləri bu sənəti dörd cür təbiətli 
adamlar üçün yaratdıqları kimi, bu dörd pərdəni də həmin dörd 
cür təbiətli adamlar üçün düzəltmişlər. 
Doğrudur, mənim indi dediklərimin mütriblik qayda-
qanununa dəxli yoxdur, lakin istədim onlardan da xəbərin olsun. 
 Bir də harada olsan, çalış çoxlu əhvalatlar danış, zarafatlar 
edib lətifələr söylə, qoy mütriblik işin bir az yüngülləşsin. Əgər 
xanəndəlik etsən və  şe'r yazmaq bacarsan, öz şe'rinə  məftun 
olub onu həryerdə oxuma. Sənin öz şe'rindən xoşun gəldiyi 
kimi, başqalarının xoşu gəlməyə bilər. Bir də ki, xanəndələr 
şairlər ravisidir
230
, öz şe'rlərinin ravisi deyildir. Əgər nərdbaz 
olsan, mütribliyə getdikdə iki nərd oynayan görsən, mütribliyi 
buraxıb nərd öyrətməyə başlama,  şahmata da qurşanma, bil ki, 
səni mütribliyə çağırıblar, qumarbazlığa yox. Bir də öyrəndiyin 
havanı yaxşı yadda saxla, qəzəl və  təranənin ahəngini pozma, 
elə etmə ki, hava bir yerdə oxunsun, mizrab başqa yerə 
vurulsun.  
Birinə  aşiq olsan, həmişə öz halına müvafiq oxuma, bu 
sənin xoşuna gələ bilər, başqalarına yox. Hər havanı müxtəlif 
mənalarda oxu, məsələn, fəraq, vüsal, məzəmmət, məlamət, 
rədd, narazılıq, razılıq, vəfa, cəfa, hədiyyə, bəxşiş. xələt, şadlıq 
və şikayətə aid çoxlu şe'r və qəzəl əzbərlə, vaxta, fəslə münasib
məsələn, bahar, payız, qış, yay kimi şe'rlər öyrən. Nə vaxt necə 
oxumaq lazım olduğunu bil. Baharda xəzan, payızda bahar, 
yayda qış," qışda yaya aid oxuma, hər qəzəlin öz yerini bil. 
Misilsiz musiqi ustadı olsan da, yenə  məclisdə oturanların kim 
olduğuna diqqət yetir. Onlar mütribliyin (musiqinin) 
154 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
incəliklərinə  bələd olan ə'yan,  əşraf və dünya görmüş 
qocalardan ibarətdirsə, mütriblik et, yaxşı "rah"lar çal, gözəl 
havalar oxu, lakin əsasən qocalığa aid və dünyadan şikayət edən 
qəzəllər de. Əgər cavanlar və  uşaqlar olsa, əsasən, yüngül 
havalar çal, elə qəzəllər oxu ki, o qadın və ya şərabı tərənnüm 
etsin. Ordu başçıları, cəngavərlər olsa, müharibə etməyi, qan 
tökməyi və 
cəngavərliyi tə'rifləyən Mavəraənnəhr
231
 
dübeytlərini oxu. Ürəkçəkən olma, həmişə Xosrovani havaları 
çalıb oxuma, Bir də mütriblik şərti o deyil ki, hökmən əvvəlcə 
rast pərdəsində bir şey çalasan, sonra qayda üzrə bütün 
pərdələrdə, məsələn, Badə
232
,  İrak
233
, Üşşaq
234
, Zirəfkəndə
235

Busəlik
236
,  İsfahani
237
, Nəva
238
  və  Bəstə
239
  pərdələrində çalıb 
mütriblik  şərtini yerinə yetirmiş olasan, sonra təranələrə 
keçəsən. Sən, beləliklə, mütriblik şərtlərini yerinə yetirənə qədər 
camaat məst olub dağılışar. 
Fikir ver, gör kim hansı "rah"ı istəyir, hansı "havanı" sevir, 
qədəh ona çatanda sən də onun istədiyini çal ki, o da sənə sən 
istədiyini versin. Musiqişünaslıqda  ən böyük məharət 
dinləyicinin arzu və istəyini, zövq və diləyini tə'min etməkdir. 
Məclislərdə olduğun zaman şərab içməkdə, badənin 
böyüyündən yapışmaqda  əliuzunluq etmə.  Şərab az iç ki, çox 
pul qazanasan. Elə ki, pul qazandın, özünü vur şəraba. Hava 
üstündə məstlərlə öcəşmə, çətin olsa da, oxu, narahat olma, qoy 
nə deyirlər desinlər, Elə ki, şərab içdiniz, çamaat kefləndi, öz 
həmkarlarınla yarışa başlama, deyişmədən pul çıxmaz. Çalış 
davakar mütrib olma, sənin davakarlığın mütriblik haqqını 
batırar, baş-gözün  əzişdirilər, çörək ağacın sındırılar, paltarın 
cırılmış halda evə getməli olarsan. Çalğıçılar məstlərin 
muzdurudurlar, bilirsən ki, davakar muzdura da muzd 
verməzlər. Əgər məclisdə biri səni tə'rifləsə, ona minnətdarlıq et 
ki, başqaları da tə'rifləsinlər.  Əvvəlcə, hələ  nə  qədər ki, 
keflənməyiblər, pulsuz tə'riflə, elə ki, kefləndilər, tə'rifdən sonra 
pul da verərlər. 
 Evə dağılışanda, məstlərə xas olan adətə görə, sərxoşlar 
səndən əl çəkməyib bir "rah" və ya "təranə" çaldırmaq istəsələr, 
əsəbiləşmə, məqsədinə çatana qədər yorulmadan çal və oxu. 
Mütriblərin ən yaxşı xeyirxahi məstlərlə rəftarlarındakı səbrdir, 
səbr olmasa, gəliri də olmaz. Bir də deyiblər ki, çalğıçı  gərək 
kar və lal olsun, yə'ni eşitmək lazım olmayan şeyi eşitməsin, 
görmək lazım olmayan şeyi görməsin. Bir yerdə olarkən, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə