Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə103/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   99   100   101   102   103   104   105   106   107

 
344 
götürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. 
Menqü  (əbədi)  Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların 
ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə 
dedi: 
-Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm 
Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin.  
O onlara belə buyurdu”. 
Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türk-
cəsinə çevirmiş Əlisa Şükürlü Bibliyanın son tərcümələrindən çıxış 
edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan 
onu “cadugər” kimi tərcümə etmişlər. Halbuki, Radlovun “Qədim 
türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim oldu-
ğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları 
olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə  də 
eynən antik və  ərəb müəlliflərində olduğu kimi, maqlardan 
(moğoçlardan) oda tapınan xalq kimi söz açılır. 
Həmin üç nəfərin qurumuş  cəsədlərinin qalığı bugünə  qədər 
qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədir. 
Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya 
camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstan-
tinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı 
oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur 
Köln kilsəsində qorunub saxlanılır. Daha dəqiq desək, xristian və 
dünya mədəniyyətinin ən gözəl memarlıq incilərindən hesab edilən 
Köln kilsəsi həmin üç azərbaycanlının  şərəfinə tikilmişdir və 
onların qalıqları bu gün dünya xristianlarının  əsas ziyarət ob-
yektlərindən biridir. 
İşin  ən qəribə  tərəfi budur ki, alban (qarqar – qıpçaq) dilində 
dövrümüzədək yetişən mətnlərdə bu üç midiyalı ya “tatar”, ya da 
“tatar xanları” adlanırlar, yəni onların türk olduqları söylənilir. 
Məsələn;  “Xaçan kördi Herodes ki, aldadılar anı tatarlar, yürək-
ləndi”. Və ya; “Okosdos xannınq xanlıxına Rımadan mununq vax-
tına endi Can Mariamğa. Mariam toğurdu Krisdosnu Petğehemdə. 
Da tatar xanları keldilər da başxışladılar Krisdosnu”. 


 
345
Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalq-
lar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu 
faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer 
almaqdadır. Sözügedən bölümün II fəslininin 1 – 13–cü ayələrində 
oxuyuruq: 
“Pentikost günü gəldikdə, onların hamısı  (həvvarilər, Həzrət 
İsanın (ə) 11 tələbəsi. 12–ci o zaman özünü asmışdı) bir yerə top-
laşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və 
oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir 
şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə 
qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) 
doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinə 
uyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar.  
Yerusəlimdə (Qüdsdə)  yəhudilər, göy altında olan dindar 
adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəc-
cüblənirdi; çünki hər biri onun dilində danışdıqlarını  eşidirdi. 
Hamı çaşqınlıq və heyrət içində idi və (aralarında) deyirdilər: 
-Bu danışanların hamısı qalileyalı (Qalileya qədim yəhudi 
şəhərlərindən birinin adıdır) deyillərmi? Bəs, necə olur ki, hər 
birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, 
elamlılar, Messopatamiyada, Yəhudeyada və Kappadokiyada ....ya-
şayanlar....kritlilər və  ərəblər, onların öz dillərimizdə Allahın 
möhtəşəm işləri barədə danışdıqlarını eşidirik. 
Və hamı heyran – heyran bir – birinə “Bu nə olan işdir?” – 
deyərək təəccüblənirdi.” 
İncilin bu hissəsinə inansaq, belə  çıxır ki, Allah öz mələyi 
Həzrət Cəbrayıl vasitəsi ilə, o da Həzrət İsanın həvvariləri vasitəsi 
ilə müxtəlif xalqlara, o cümlədən türk mənşəli midiyalı (madaylara) 
və parfiyalılara (saklara) öz ana dillərində müraciət etmiş və həmin 
şəxslər də xristian olmuşdular. Sözügedən siyahıda ermənilərin iyi 
– tozu belə yoxdur. Bu məlumatdan belə aydın olur ki, ilk xris-
tianlar içərisində midiyalılar və parfiyalılar da, yəni türklər də 
olmuşlar. Təsadüfi deyil ki, Musa Kağankatlı öz yazısı olan, yəni 
ana dilində yazılmış müqəddəs kitablara (Bibliyaya) sahib olan 


 
346 
xalqların adını  çəkərkən, albanlarla yanaşı midiyalıların da adını 
qeyd etmişdir. 
Əsərində bu mövzuya da yer ayıran Oruc bəy Bayatın (Don 
Juanın) Perion və Avdiyə istinadən yazdığına görə, təqribən həmin 
dövrdə Yəhuda Taddeus və müqəddəs Yaqubun qardaşı müqəddəs 
Simon (Şimon) xristianlığı  təbliğ etmək üçün Fars və Madaya 
(Persiya və Midiyaya) ezam edilmişdilər və onların apardıqları 
təbliğat nəticəsində 70 min insan xristianlığı qəbul etmişdi. Xatır-
ladaq ki, sözügedən dövrdə həm Fars, həm də Maday Parfiya - türk 
imperatorluğunun tərkibində idilər.  
Ermənilər özlərini dünyanın  ən qədim xristan xalqı adlandır-
salar da, tarixi faktlar onların xristianlığı albanlardan, yəni azərbay-
canlılardan çox – çox sonralar, daha dəqiq desək, 270 il sonra qəbul 
etdiyini sübut edir. Bu barədə Ziya Bünyadov yazır: 
“...Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327–ci ildə 
qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix 
eramızın 54–cü ilinə müvafiqdir. Xaçpərəstliyi  İsanın  şagirdləri – 
həvvariləri Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün 
Albaniya kilsəsi birinci həvvari kilsəsidir (pervo – apostolskaya)”. 
Şübhəsiz ki, alim bu sözləri əski alban və erməni mənbələrinə 
istinadən yazmışdır.  
Oruc bəy Bayatın isə yazdqlarından belə məlum olur ki, təkcə 
albanlar deyil, madaylar (midiyalılar) da xristianlığı bilavasitə 
Həzrət İsanın (ə) şagirdlərinin təbliğ və təşviqi ilə qəbul etmişdilər. 
Körpə  Həzrət  İsaya (ə) ilk səcdə edən və onun peyğəmbərliyini 
təsdiq edən üç azərbaycanlıya, yəni midiyalı maqa gəlincə isə, 
onlar ümumiyyətlə, dünyanın ilk xristianları hesab olunmalıdırlar 
və bu məsələdə onlar həvvariləri belə qabaqlamışdılar. 
Albanların xristianlıqdan öncəki dinlərinə gəlincə isə, Strabon 
(I əsr) yazır ki, Albaniyada Heliya (günəş tanrısı, yerlilərin dilində 
“Gün tenqri” –B.T.), Zevs (baş tanrı, yerlilərin dilində “Biy 
Tenqri” – B.A) və Selenaya (ay tanrısı, yerlilərin dilində “Ay 
tenqri” – B.A.) sitayiş edirdilər. Bu vilayətdə kahin hökmdardan 
sonra ən nüfuzlu şəxs hesab edilirdi. Əlbəttə, xristianlıq ölkənin hər 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə