114
üstündür, məhkəməni ədalətlə gerçəkləşdirmək lazımdr, ağaya
yaltaqlanmaq, kasıba
rəhm etməmək yolverilməzdir, necə ki bu-
yurulmuşdur: “Kasıba məhkəmədə mərhəmətsizlik etmə”. Və qoy,
hakim tərəflər üz-üzə gəlməyincə, haqlı və ya haqsız, tərəflərdən
yalnız birinə qulaq verməsin. Qoy söylənilənlərin doğruluğunu
yaxşıca yoxlasın, qanun əsasında, iki və ya üç şahidin önündə
ədalətlə hökm versin, çünki qanunda bildirilir ki, hər bir iş iki və ya
üç şahid önündə görülməlidir. Kimin ki şahidi yoxdur,
qoy hökm
çıxararkən məhkumun önündə and içsin.
Hakim təkbaşına deyil, bir neçə nəfərlə birlikdə mühakimə
etməlidir. Bu olmazsa, bunu iki ya üç yaxşı və təcrübəli adamla et-
sin. Çünki məhkəməyə müraciət edənlərə ik-üç şahid lazım olduğu
kimi, hakimlərin də şahidlərə ehtiyacı var, məhkəmə yalnız bu
halda etibarlı olar. Bu adət əvvəllər romalılarda olub, onlarda bütün
qərarlar 72 nəfər daimi nümayəndənin iştirakı ilə verilərdi. Bu 72
nəfər 72 milləti təmsil etdiyindən onların verdiyi qərar bütün xalqın
verdiyi qərar kimi idi. İndi isə 12 həvvarinin şərəfinə bu iş üçün 12
nəfər təyin edilib, özü də yalnız ona görə yox ki, məhkəmə çox
hakimin tədqiqatı nəticəsində düz qərar verə bilər, həm də ona görə
ki, yalnız çoxluğun verdiyi qərar insanlarda qorxu yaradır.
Xaqanlıqda (Qarkavets
və Saparqaliyevin fikrincə, Bizansda)
üç hakim təyin edərdilər. Eləcə də xaqanlıqda olduğu kimi, Vras-
dunda (Qarkavets və Saparqaliyevin fikrincə, Gürcüstanda) üç
üqnum eşqinə və şahidlərin sayından çıxış edərək belə edərdilər.
Biz də ölkəmizdə üç hakimin olmasına tərəfdarıq, çünki daha
artığını tapmaq çətin məsələdir. Eləcə də hakimlərdən əvvəlincisi
kimi yepiskop qoy yanında iki-üç müdrik adam saxlasın və beləcə
hökm çıxarsın, təkcə ona görə yox ki, onlar ədalət naminə şahidlik
etsinlər, həm də ona görə ki, onlardan mühakimə etməyi öyrənsin.
Hakimlər gərək gecə - gündüz Əhdi - Ətiq və Əhdi - Cədidi və
Törə bitikini oxusunlar və bütün xalqlar
və müdriklər tərəfindən
yazılanları dərk etsinlər. Hakimlər hər baxımdan tərbiyəli adamlar
olmalı, qanunlara hörmət etməli, ən əsası isə heç vaxt, əsasən də
məhkəmə zamanı əsəbiləşməməli, həsəd etməməlidirlər, yoxsa
çıxarılan hökmün əsəb və ya həsəd üzündən çxarıldığı təəssüratı
115
yarana bilər.
Hakimlər dözümlü və təmkinli olmalıdırlar, çünki
çox vaxt düzgün qərarı tapmaq çox çətin olur. Əgər tərəflər
məhkəmədə mübahisə edərlərsə, qoy onlara bir-birinə hücuma
keçməyə imkan verməsinlər, çox sərt cəza tətbiq etsinlər ki,
məhkəmə zamanı dərəbəylik düşməsin və bu, məhkəmənin
təxirə salınmasına səbəb olmasın. Tərəflər bilməlidirlər ki,
məhkəməyə mübahisə etmək üçün yox, ədaləti bərqərar etməyə
gəliblər. Çəkişənlərin hər birinə növbə ilə söz verilməlidir, biri
danışmalı, digəri susmalıdır ki, onları dinləyən hakim kimin
haqlı, kimin haqsız olduğunu anlaya bilsin və yalnız bundan
sonra qərar çıxarsın.
Bundan başqa, hakim gərək öz xidmətçilərindən ehtiyat
etsin, çünki elə adamlar var ki, rüşvət qarşılığında məhkəmədə
çıxış etməyə razı olurlar, haqsız tərəf adətən pul qarşılığında
yalançı şahidlər kirayələyir ki, məhkmədə onun xeyrinə ifadə
versinlər. Hakim
belələlərinin hiyləsinə aldanmamalı və yanlış
qərar verməməlidir. Səhv etmək imkanı olmayan məhkəmə
yalnız Tanrıya aiddir, çünki O, gizli olanı da, açıq olan da gö-
rür, insanlara isə səhv etmək xasdır. Odur ki, qoy heç kəs
bilmədən səhvə yol verənləri məzəmmət etməsin. Bilə - bilə səhv
hökm verənlərə gəlincə isə, onların özləri səmavi hakimin önündə
cavab verməli olacaqlar. Qoy hakim qürrələnməsin və özünü heç
kimdən üstün tutmasın, daim yadında saxlasın ki, yeganə hakim
Tanrıdır və o özü də onun məhkəməsi önündə duracaq.
Hakim zindana sahib olmalıdır ki, günahkarları cəzalandır-
maq məqsədiylə ora sala bilsin, necə ki Məsih İncildə buyurur:
Məhkəmə icraçısı borcunu ödəməyənədək borcunu zindana
salır. İki nəfər adam arasında mübahisə və çətinlik yarandığı halda,
Məsihin öyrətdiyi kimi, məhkəməyə çatmamış yolda barışmaları
məsləhətdir ki, aralarında qarşıdurma yaranmasın. Məsihin qullarına
yalan danışmaq yaramaz, çünki yalan danışanları iblisin övladları
adlandırırlar. Məsih demişkən: “yalan danışan öz adından danışır,
çünki bu yalandır və onun atası iblisdir”. Və “Tanrı yalan danışanları
məhvə sürükləyir” və “bir-birinizə yalan söyləməyin, bütün qar-
116
daşlarınzla Tanrı naminə səmimi olun”. Xristianlara qazanmaq üçün
yaxınına qarşı məhkəmədə səfsəfədən istifadə etmək, onun sözlə-
rindəki uyumsuzluqdan yararlanmaq yaraşmaz, çünki yazılmışdır:
“başqasına quyu qazan özü düşər”.
Tanrıya inanan xristianlara
məhkəməni yalanla qazanmaq şərəf gətirməz, beləsi qələbə qa-
zansa, günaha batacaq, uduzsa isə biabır olacaq. Qoy heç kəs ya-
xınının mülkünü ələ keçirmək məqsədi ilə yalançı şahidlər tutmasın,
çünki fırıldaqçılar Tanrı qarşısında rəzil olacaqlar. Heç kim yalanla
doğruya qalib gələ bilmək üçün məhkəmədə çıxış etmək üçün
natiqlər kirayələməməlidirlər. Qoy heç kəs məhkəməyə rüşvət ver-
məsin və hərisliyi üzündən yaxınının mülkünü qarət etməsin, çünki
bütün bəlalar hərislikdən qaynaqlanır. Məhkəmədə hakim buyur-
madıqca, küçədə və insanların önündə and içmək yaxşı iş deyil.
Məsih buyurur ki, insanlar
boş yerə and içməməlidirlər, çünki “bü-
tün boş və mənasız sözlərinə görə məşhər günü cavab verəcəklər”.
Məhkəməyə müraciət etmək istəyənlər öncə ürəklərində Tanrıya
dua etsinlər, əgər Onun rizası olarsa və haqq yolu ilə qalib gəlib,
qazanclı çıxarlarsa, Tanrya şükür etsinlər, çünki müdrikliyin qaynağı
Tanrıdır. İşdir, qeybdən xəbərdar olan Tanrının gözü önündə əda-
lətsizliyə uğrayarsa və o haqlı olmasına rəğmən, yenilirsə, qoy ruh-
dan düşməsin, Tanrıya olan ümidini kəsməsin və daha yaxşısına
ümid etsin, Tanrıya təvəkkül edərək intiqamını Ona həvalə etsin.”
***
Oksent oğlu Xaçeresin qoyduğu növbəti başlıq:
“7. Dağı da tanıxlar üçün ki, ne türlüdür alarnınq könülükləri
ya ne üçün eki ya üç kerək”
“7. Şahidlər, onların xüsusiyyətləri və nə üçün iki və ya üç
olmaları gərəkdiyi barədə”
Mətnin davamı ( redaktəyə məruz qalmış və ya əlavə ediliş his-
sələr kursivlə verilir):
“Tiyəsidir ki, tanıxlar bilə bolğay yarğu, zera yarğuğa kel-
gənlərninq köp sözləgənlərin tanıxlar bilə uç etər yarğucı. Egər ki