120
alğışlamağaylar axpaş. Da arakellər də tanıxlıx bitiki bilə ye-
berirlər edi aşağerdlərin.
2 türlüdür tanıxlıxnınq oxşaş, xaysı ki tiyəsidir tanıxlarğa ki,
heç etməgəylər körməkni ya işitməkni, yoxsa könülük bilə toxtatıp,
da sonqra tanıxlıx berilgəy. Ol türlü yarğucı da törə etkən vax-tın-
da, könüsün sorov etip, işitkəy tanıxlardan ki, nemə zavada bol-
mağay yarğu arasına”.
TƏRCÜMƏSİ:
“Məhkəmə şahidlərin işrirakı ilə keçirilməlidir, çünki hakim
tərəflər arasında hökm verərəkən, bunu onların yardımı ilə edir.
Onlar gərək müqəddəs həvarilərin “yalnız özünə deyil, yaxınlarına
da xeyir arzula” vəsiyyətini unutmasınlar.
Bu səbəbdən də şahidlər və mübahisə tərəfləri gəlmədən
hakim gərək heç nəyə inanmasın, çünki tərəflər adətən şahid-
lərin önündə barışa daha meyilli olurlar və qərar da ədalətli
təsir bağışlayır. Şahidlərin sözlərinin doğruluğu onların yaxşı
adam olmaları, satılmamaları, həqiqətdən başqa bir söz deməmələri
ilə ölçülür. Əgər şahidlərdən biri mübahisə edənlərin
biri ilə hətta
qohum da olsa belə, onun dürüst adam olması məlumdursa, həmin
şahidin şəhadətinə etibar etmək olar. Şahidlərin 2 və ya 3 nəfər ol-
ması zərurətini “Tanrının göydəki dürüst şahidləri olan” ay və
günəşlə müqayisə etmək olar. İkincisi, əminlik üçün şəhadət edən-
lərin həddi – büluğa çatmış və ya yaşlı adamlar olması vacibdir. Bu
baxımdan adamların yaşı və hər yaşın xüsusiyyətləri nəzərə
alınmalıdır: 3 yaşında uşaq danışmağa başlayır, 7 yaşında yazmağı
öyrənir, 14 yaşında kişilik xüsusiyyətləri özünü göstərməyə baş-
layır, 20 yaşında bəy yanında qulluğa hazır olur. 25 yaşnda isə
keşiş ola bilər. Mənə elə gəlir ki, 25 yaşına çatmış adamın şəhadəti
qəbulediləndir. Madam ki, Tanrı qarşısında 25 yaşlı keşişin
insanlar
barədəki şəhadəti qəbul edilir, deməli, 25 yaşlı gənc də dünyəvi
məhkəmədə şahidlik edə bilər.
Amma ola bilər ki, şahidlərdən
biri olğun yaşda, digəri isə yeniyetmə olsun, bunu da qəbul
etmək olar. Əgər şahidlərdən ikisi yeniyetmə, biri qocadırsa, bu
121
da qəbulediləndir. Şahidlrin üçü də yeniyetmə olsa, bununla da
razılaşmaq olar. Amma dinsizlərin xristianlara qarşı şəhadəti,
sayları çox olsa da, doğru söyləsələr də, qəbuledilməzdir.
Necə ki
Məsih Onun
Tanrı oğlu olduğuna şəhadət edən şeytanların şəha-
dətini qəbul etməmişdi. Bidətçilərin də xristianlara qarşı şəhadəti
yolverilməzdir, çünki onlar gerçək xristian deyillər, belə olan halda
biz onları necə gerçək şahidlər kimi qəbul edə bilərik?
Yox, əgər
mühakimə olunanlar bidətçilərdisə, onlar bir – birinə qarşı
şəhadət verə bilərlər.
Qadının da şahidliyinə yol vermək olmaz, amma onları din-
ləmək lazımdır. Necə ki, Məsihin təkrar dirilməsi zamanı olmuşdu;
müqəddəs qadınlar bunu gördülər və şad xəbəri həvvarilərə çat-
dırdılar, həvarilər isə dirilişin gerçəkliyini təsdiqlədilər.
Amma be-
lə də ola bilər ki, şahidlər yalnz qadınlar, özü də əməlisaleh qa-
dınlar olar, - kişi şahidlərin 2 – 3 nəfər olması yetərlidirsə,
qadınların bundan 2 dəfə çox, yəni 4 – 6 nəfər olması lazımdır,
- bu halda onlar məhkəməyə gəlmədən, evlərində şəhadət verə
bilərlər. Evlərindəki əməlisaleh kişilər onların əvəzinə məh-
kəməyə gəlməli və şəhadət verməlidir. Qadınların keşiş və əsgər
olması, üzüm suyu sıxması, piştaxta arxasında oturması, kişi ge-
yimi geyməsi yolverilməz olduğu kimi, məhkəməyə gəlmələri və
şəhadət vermələri də yolverilməzdir. Qoy kimsə buna etiraz etmə-
sin və bir çox qadınların qanlarını tökməsini, Məsihə şəhadət gətir-
məsini, cəfakeş olmasını,
Allah tərəfindən sevilməsini, insanlar
arasında hörmət sahibi olmasını bəhanə gətirməsin. Çünki qadın
təbiəti sirr saxlamağa yaramır və qadının şəhadəti prinsip etibariylə
yolverilməzdir. Bununla belə, qadının qadın barədə, eləcə də, yu-
xarıda yazdığımz kimi, 4 – 6 qadının kişi barədə şəhadəti qəbul-
ediləndir. Qoy kimsə bu cür şəhadəti özü üçün çətinlik hesab
etməsin, axı, Məsihə şəhadət edənlər təkcə həddi – büluğa çatan
kişilər deyil, həm Vifliyemli oğlanlar kimi uşaqlar, həm
də yeni-
yetmə müqəddəs Stefan və onun kimilər idilər.
Şahidlərin sayının nədən iki – üç nəfər olmalı olduğunu da
söyləyim. İki-üç daha böyük sayı istisna etmir, əksinə nə qədər
122
çox olarsa, bir o qədər yaxşı olacağını göstərir, amma 2-3 nə-
fərdən az olmaz, çünki bir nəfərə kiməsə şər yaxmaq asandır,
2-3 nəfərə isə çətindir, onlardan biri bunu istəsə, digəri
istəməyəcək. Hakim isə şahidlərə yaxşıca nəzarət etməlidir ki,
onların sözləri bir-birini tutsun, ziddiyyət olmasın, necə ki, Məsihin
yolunda qanını axıdanların şəhadətləri üst – üstə düşmüşdür, yalnız
bu halda 2-3 nəfərin şəhadətinin doğruluğuna əmin olmaq olar.
Əgər yazılanlarda çoxlarının yalanda birləşərək, öz yalanları ilə
şərin qələbəsinə yardım etdikləri
barədə məlumata, Əhdi-Ətiqdə
Navufeyin, Əhdi-Cədiddə isə müqəddəs Stefanın işləri barədəkinə
bənzər məlumatlara rast gəlirik, bu işlərin baiskarları yalançı şa-
hidlər idi. Amma insanlar hər zaman xəyanətkar ola bilməzlər.
Tanrının buyurduğu kimi, 2-3 nəfər haqqdır. Musaya Tövratı
Tanrının verdiyinə Or, Harun və İsa (Navin – B.T.) şahiddirlər.
Tanrının Sinay dağında təcəlli etdiyini isə zurna səsi, buludlar,
qaranlıq və od təsdiq etməkdədir. İsanın doğumuna isə mələk-
lər, üç xan və çobanlar şahid olmuşdular. Qırxgünlük İsanın
məbədə gəldiyinə Simeon və görücü Anna şahid idilər. İsanın
Misirə qaçmasını mələklər və körpələrin öldürülməsi təsdiqləyir.
Məsihin xaç suyuna salınmasının şahidləri isə Ata Tanrı, Ruhül –
Qüds və müqəddəs Yəhya idilər. Tabor dağında Onun İlahi Zatına
iki peyğəmbər və üç həvvari şahid olmuşlar. Məsih barədə bir çox
əlamətlər şəhadət ediblər. Məsih çarmıxdaykən
bunu həm günəşin
batması, həm zəlzələ, həm daşların parçalanması, həm də Məsihin
qabırğasından qan və suyun axması, eləcə də digər əlamətlər təs-
diqlədilər.
Məsihin möcüzəli şəkildə dirilməsinə həm mələklər,
həm qəbrin ağzından götürülmüş daş,.. həm də həvvarilər və
müqəddəs qadınlar, bundan öncə isə peyğəmbərlər şəhadət
vermişlər. Qeybə çəkilməsini isə mələklər də, həvvarilər də,
onlardan öncə isə peyğəmbərlər də təsdiqləyiblər.
Baxmayaraq ki, əməlisaleh bir adamın şəhadəti də doğ-
rudur, amma Məsihin yəhudilərə söylədiyi kimi, bir nəfərin
şəhadəti etibarlı deyil: “Siz Yəhyanın yanına adam göndərdiniz
və o da həqiqəti sizə söylədi, amma siz inanmadınız. Mənim