129
Həvvari (Pavel) öyrədir: “Təsdiqini tapan and insanlar arsın-
dakı hər cür mübahisəyə son qoyur” və Tanrı bunu xoş qarşılayır,
amma bununla yanaşı iki şeyə - öz canına içilən anda və Tanrıya
içilən anda diqqət yönəldir. Söyləniləni belə anlamaq lazımdır:
İnsanlarda, xüsusən də xanlarda mütləq
həqiqəti təsbit etmək üçün
and içmək adəti olduğu kimi, buna bənzər bir şeyi Tanrı da öz
üzərinə götürmüşdür, amma and içmək üçün yox, insanlara and
içməklə sözlərində və əmllərində düz olduqlarını sübut etmələrinin
mümkün olduğunu göstərmək üçün. “Onun andı yalandan xalidir”
Tanrı kəlamının mənası budur. Tanrı insanların qayda – qanun-
larına ona görə uymadı ki, onlara tabe olsun. Adətlərimizə əməl
etməklə bizə əməlisalehliyi öyrətdi. Eləcə də İbrahim qulunu and
içməyə məcbur edəndə qanuna uyğun davranmışdı. Eynən Tanrı da
Nuh zamanında bütün dünyaya mərhəmətli olduğunu göstərmək
üçün öz oxunu (göy qurşağını) göyə yerləşdirməyə boyun oldu.
İndi də keçirəm and içməyin qaydalarına.
Andın iki növü var: şəhadət və mürtədlik. Mürtədlik (dindən
çıxmaq) andı zamanı əllər xaçın və ya kilsənin divarları üzərinə qo-
yulur və kilsədən üz döndərilir və ya da deyilir: “Əgər filan iş filan
cür deyilsə, mən də gerçək xristian deyiləm”.
Bunu belə başa
düşmək lazımdır ki, bu cür and içənlər dinindən çıxırlar, halbuki,
gerçək xristianlar, onu öldürmək və evini başına uçurmaqla
hədələsələr də, bu cür and içməzlər. Şəhadət andı isə odur ki,
Tanrının hər şeyi gördüyünün fərqində olaraq, əli xaçın və ya
İncilin üzərinə qoyub deyirsən: “Bunun şərəfinə və qüdrətinə and
içirəm ki, yalan söyləmirəm”. Belə and şəhadət andıdır, çünki bu
zaman Tanrının qeyblərdən xəbərdar olduğu, İncilin Məsihin sözü,
kilsənin isə onun məbədi olduğu təsdiq edilir. And içmək istəyən,
qoy, şəhadət andı içsin, amma heç kəs heç vaxt mürtədlik andı
içməsin.
Bunu hökm kimi yox, tövsiyyə edərək söyləyirəm.
Əgər çəkişənlərin hər ikisi xristiandırsa və ortadakı ziddiyyət
mürdətlik andını gərəkli edirsə, qoy hakim onları hüzurundan qov-
sun və tövbə etməyənə qədər onlara and içməyə imkan verməsin,
yalnız bundan sonra şəhadət andı üçün vaxt təyin etsin. Hakim and
130
içmək üçün imkan verməyə tələsməməlidir, o öncə məsələni andsız
həll etməyə çalışmalıdır, yox, əgər andsız keçinmək mümkün de-
yilsə, onda hakim əvvəl andın necə içilməli olduğunu, bunun necə
ağır iş olduğunu izah etməli, yalnz bundan sonra and vaxtını təyin
etməlidir. Xırda – para
işlərə görə anda dəvət etmək, dünyanın
bütün nemətləri müqabilində olsa belə, and içmək məsləhət deyil.
Əgər kasıb olduqlarını bəhanə edib, andda israr etsələr, o za-
man borcun yarısının ödənilməsinə göstəriş verilməli və and
içilməsinə icazə verilməməlidir. Əgər yarısını da ödəmək im-
kanları olmadağını söyləyib yenə də israr etsələr və buna görə
məsuliyyəti öz üzərlərinə götürsələr, bu halda günah məh-
kəməyə aid deyil. Amma tərəflərə peşiman olmaları və borcu
ödəmələri üçün vaxt verilməlidir.
Andın kim tərəfindən təyin edilməli olduğunu da söyləyim.
Şahidləri olanlara bütün erməni məhkəmələrində and
yasaqdır. Şahidi olmayanlara isə and içmək vacibdir. Əgər
kimsə kimisə borcuna görə və ya hansısa
başqa məsələyə görə
məhkəməyə verərsə və nə onun, nə də qarşı tərəfin şahidi yoxdursa,
məhkəməyə müraciət edənin and içməsinə ehtiyac yoxdur, şikayət
edilən isə, əgər dürüst adamdırsa, and içməyə məcburdur. Əgər
kiminsə yalandan and içmək və ya kimisə yalandan and içməyə
məcbur etmək istədiyi hakimə məlum olarsa, o, yalanın təntənəsinə
mane olmaq üçün anda yol verməməlidir.
Amma əgər kimsə ya
oğruluğa, ya zinakarlığa, ya qətlə, ya da talana görə tutularsa,
amma bu cinayəti kimin törətdiyi dəqiq məlum deyilsə, sübut
yoxdursa, şikayətçinin də şahidi yoxdursa, şübhəliyə and təyin
edilməlidir, hərçənd ki, pis əməlli adamlar üçün andın heç bir
dəyəri yoxdur. Əgər müttəhim məhkəmədə hər kəsin qar-
şısında bu işdə əlinin olmadığını, söylənilənlərin şər olduğunu,
onu boş yerə ittiham etdiklərini və heç bir birbaşa və dolayı
sübutun olmadığını söylərsə və and tələb edərsə, hakim də
onların sübut olmadığı barədə söylədiklərinin doğru olduğunu
görərsə, o zaman and təyin etsin və onu ölümdən qurtarsın.
Daha sonra kimin and içməli olduğunu izah edək.