Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   13   14   15   16   17   18   19   20   ...   119

 

55

ziddiyət  yaranır. Bədəl Bakı komissarlığına  şikayət  verir ki, Saday 



bəy bizi çapıb talıyır. Saday bəy o vaxtdan qaçaq düşür. Bu qaçaq-

lıq  üç  il  davam  elədi.  Bədəli  öldürdü,  çoxlu  nahaq  qanlar  tökdü. 

Kimin  kimdən  xoşu  gəlmirdi,  gedif  Saday  bəyə  deyirdi  filankəs 

səni öldürmək istiyir, o da onu öldürürdü. Çox nahaq qanlar tökül-

dü.  Saday  bəyin  kəndini  də  sürgün  elədilər  Qazaxıstana.  1972-ci 

ildə  Qazaxıstanda  əsgərlikdə  olanda  bir  dostum  məni  İliski  rayo-

nuna  toya  dəvət  elədi.  Gəldi  məni  hərbi  hissədən  götürdü  apardı 

evlərinə.  Üzüm  çardağının  altında  ağsakqallar  oturmuşdu.  Mən  də 

bilmirəm bular kimdi. Toyda oynadım, çıxanda ağsakqallar çağırdı-

lar  ki,  saldat,  bura  gəl.  Gəldim.  Mənə  sual  verdilər  ki,  a  bala,  sən 

hardansan? Dedim, Azərbaycandan. Dedilər, Azərbaycanın harasın-

dansan?  Dedim  İmişlidən.  Bular  bir-birinin  üzünə  baxdılar.  Bular 

sürgün  olanda  İmşili  rayonu  olmuyuf  axı.  O  vaxdı  rayon  mərkəzi 

Qaradonnu kəndində  yerləşirdi. Dedilər, a bala, İmişlinin əvvəl adı 

nə olub? Dedim, əvvəl Qaradonnu olub. Dedilər, ə, bunu əvvəldən 

de da. Mənnən soruşdular ki, sən hansı tayfadansan? Dedim ki, mu-

ğannıdan. Buların sifətində bir ifadə yarandı, mən az qaldım çığırıf 

qaçam  ki,  bular  məni  öldürəjəh.  Dedi,  a  bala,  muğannıdan  kimin 

oğlusan? Dedim, Mayıl kişinin. Dedilər, Pənahov Mayılın? Dedim, 

hə. Dedim, ay  bala, Pənahov Mayıl  muğannı döyül axı,  tomarxan-

nıdı.  Çünki  atam  o  vaxdı  Tomarxannıda  oluf,  olar  da  onu  tomar-

xannı kimi tanıyıb. Buların üzündə xoş bir təbəssüm yarandı, bir az 

sakitləşdim. Dedilər, bala, biz Garıs kəndinnənik. Demək, bu  dava 

muğannıynan kürqırağlının qannıçılığı idi.   

Atam  söhbət  eliyirdi  ki,  Saday  bəy  bizim  yeznə  Seyid  Rəsulu 

öldürənnən  soora  onunla  bizim  aramızda  düşmənçilik  yaranır.  Qa-

çaqların da gəliş-gediş yerlərini bilirəm. Saldatları düzdüm, bir dənə 

yer  qaldı.  Həmin  yer  də  oların  keçid  yeri  idi.  Gəldim  atriyadın  ko-

mandiri  Gülməmmədova  dedim  ki,  orda  bir  yer  qaldı,  oların  giriş 

yeridi.  Deyir,  üç  dənə  saldat  verdi:  biri  plamyotçu,  ikisi  adi  saldat. 

Aparıb buları həmin yerdə yerləşdirdim. Aradan bir saat keçməmişdi 

onda gördüm atışma oldu. Plamyotçu yaşlı rus idi, sərrast atıcı idi. O 

dedi ki, qaçaqlardan ikisini öldürmüşəm, hündür bir adam vardı, onu 



 

56

da yaralamışam. Ölənlərdən biri Saday bəyin bacısı oğlu Musa olur, 



biri  də  başqası.  Saday  bəy  yaralı-yaralı  mühasirədən  çıxır,  gedir 

Məmməd addı bir qonaxçısı vardı onun öyünə. O da aparıb Mehman 

qamışında  onu  gizləyir.  Orda  da  onu  Ağcabədinin  atriyadı  tapır. 

Gülməmmədov  deyib  mən  vurmuşam,  olar  deyib  mən  vurmuşam. 

Soora  yoxluyuflar,  məlum  oluf  ki,  olar  gülləni  meyidə  vuruflar. 

Məmmədi aparıblar, deyiflər ki, sənin günahınnan keçəjeyih, həqiqəti 

bizə deginən. Demək, Saday bəy yaralananda gəlir Məmmədin evinə. 

Deyir, məni vur, sovet hökuməti sənə kalan pul verəjək. Vurmuyuf. 

Lötkəynən aparıb Mehman qamışdığına qoyuf. Saday bəy orda ölüb, 

Ağcabədi atriyadı da gəlib onun meyidinə güllə atıb. 

Onun  meyidini  qoyullar  arabaya,  gətirillər  Qaradonnu  baza-

rına. Divara söyküyüf camaata nümayiş elətdiriflər. Onun meyidini 

görənlər deyir, o qədər uzun  idi ki, ayaqları dizdən aşağı arabadan 

çölə çıxmışdı. 

 

70. 

Bədəlin adamları Saday bəyi Hasanalının damına qonaq çağı-

rır ki, gəl sənnən Bədəli barışdırax. Qabaqcadan da pusqu qurullar, 

rusdarı gətirif ətrafa düzüllər ki, Saday bəy gələndə onun dəstəsini 

qırsınlar.  Saday  bəy  gəlir.  Elə  atdan  düşəndə  Musa  deyif  ki,  hara 

düşürsən  bəy,  görmürsən  rus  iyi  gəlir.  Əmim  arvadı  and  içirdi  ki, 

şar atıflar, şarın işığına ağcabədili oğlanı vurdular. Saday bəy qaçıb 

aradan çıxır.  

 

71. 

Yaylaxdan gələndə Həbib Bədələ deyir ki, gəl Kürün o tayın-

nan gedək, yoxsa Saday bəy səni vurajax. Deyir, ə, o üzbəüz mənə 

güllə ata bilməz. Bağır dayım atnan getdiyi yerdə gözünün altıynan 

görüf  ki,  qamışın  içindən  onlara  sarı  tüfəng  tuşlanıf.  Bədəl  kişi  də 

arxadan  arabaynan  gəlif  çatıf.  Bağır  dayım  görüf  yönünü  çöyürsə 

bunu  vurajaxlar.  Elə  başını  qaşıya-qaşıya  deyir,  Bədəl  əmi,  Bədəl 

əmi. İş işdən keçif. Bədəl arabanın boynunda ikən Saday bəy onu vuruf, 

yerə düşənnən soora da gəlir qarnın yarıf bir ovuc da qanınnan içif.  



 

57

Düşmən kəsilənnən soora Bədəl Saday bəyə demişdi ki, sənin 



yurdunu  yulğunlux  eliyəjəm.  Saday  bəy  də  buna  deyir  ki,  sənin 

qarnını  balıx  kimi  cırajam.  İkisi  də  dediyini  elədi.  Saday  bəy  Bə-

dəlin qarnını balıx kimi cırdı, o da Saday bəyin yurdunu yulğunluğa 

çevirdi.  

 

72. 

Saday bəy deyif mənim üstümə nə qədər saldat, nə qədər qoşun 

gəlir gəlsin, qorxum  yoxdu. Bircə Carrı Qüdrətin gülləsi mənə açıl-

masın. 


 

73-77. HACI QULU 

 

Bizim kökümüz Şüşəlidi. Maşad İslam, onun oğlu Hacı Şükür, 

onun oğlu Hacı Nəbi, onu oğlu Hacı Qurban, onun oğlu Hacı Qulu. 

Hacı Şükür yun almax məqsədilə gəlif. Görüf ki, bura yiyəsizdihdi, 

heyvan  saxlamalı  yerdi. Buların əsas bünövrəsi  Kurapatkində oluf, 

Qarakəndin  altında.  Orda  buların  damları  oluf,  öyləri  oluf,  kəhriz 

çəkdiriflər. Orda taxıl  əkirdik, bağlarımız olufdu. Ora oturacaq  ye-

rimiz oluf, mal-qaranı qışlağa bura gətirərdik. Soora bizi ordan kö-

çürdülər, erməniləri yerləşdirdilər.  

1918-ci  ildə  bizim  yaylağa  gedən  camaatın  qabağın  erməni 

kəser.  Şuşaynan  da  Çanaxçının  arasında  dərə  var.  18-ci  ildə  burda 

qabağın  kəsillər,  tay  qalır  iyun  ayınatan.  Qoyun  qırıler.  Hajı  Qulu 

bajısı  oğlun  götürör  deyir  ki,  Çanaxçıda  Şəmil  bəy  var,  deyillər 

sürünün  qabağını  o  kəsir.  Gedək  onun  yanına.  İkisi  gedif  burdan. 

Özüynən çörək də götürmüşmüş. Namaz qılanmış da, erməni çörəyi 

yemirmiş.  Bajısı  oğluna  deyif  ki,  üç  günnük,  dörd  günnük  çörəyi-

mizi götür, bəlkə gej gəldik.  

Erməni dığaları post quruflarmış. Bulara deyir ki, gedin Şəmil 

bəyə  deyin  Hajı  Quludu  gələn,  bəlkə  məni  qəbul  elədi.  İyun  ayıy-

mış. Çox heyvan da qızdırmadan qırıler. Şəmil bəy deyir, mən sənə 

icazə  verəjəm,  elini  gətir  addat,  amma  mənim  dığalarım  nə  qədər 

qoyun tutsa, çox da bənd olma, qoy aparsınnar. Hajı Qulu 18-ci ildə 

sürünü heylə dağa aparmışdı.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə