Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə15/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   11   12   13   14   15   16   17   18   ...   119

 

49

bunu mənim gözümün qabağında gülləliyərsiz, onnan soora bu kənd-



dən  mən  əl  çəkəjəm.  Onu  çağırıllar  Məçit  daşına.  Əşrəf  Zülfüqar 

kişiyə  deyir  ki,  mən  əşədənimi  oxuyum,  barmağımı  aşağı  salanda 

məni  vurun.  Gedir  əşədənini  oxuyur,  qutarannan  soora  əlini  salır 

aşağı. Saldatdara əmr eliyirlər ki, vurun. Heç biri vurmur. Dərgahov 

familyalı biri vardı. O deyir ki, mən onu vura bilərəm. Götürüf afto-

matı kürəyinnən vurur. Rusun arvadı əmr eliyir ki, bir də vur. Vuran-

da yıxılır. Yıxılannan soora o kadın gedir qulağın belə qoyur, görür 

hələ  nəfəsi  var.  Deyir  ki,  bu  ölmüyüf,  gəlin  bir  güllə  də  bunun 

təpəsinə  vurun.  O  bir  gülləni  onun  təpəsinə  vurur.  Bular  qutarma-

mış qaçaxların dəstəsi Məçit daşınnan çıxır ağzı bəri. Qaçaxların atı 

o  yannan  bəri  gələndə  həmən  qadın  deyir,  ərimin  atı  gəlir.  At  ona 

yaxın  gəlir,  kadın  da  onun  üzünnən  öpür.  Deyir,  atımı  aparajam. 

Rayonatan aparır, ordan ayana bilmirəm.  

 

62.  

Bağırov  Sirik  qaçaqlarını  çağırıb  deyir  ki,  silahı  təhvil  verif 

təslim olun, sizin hərənizi bir rayona başçı qoyajam. Bağırov ermə-

nidən  bir  öküz  gətirir,  kəsir  bizim  kənddə.  Qaçaqlar  da  Sultanın 

evinnən  yuxarıda  yığışıb  gözdüyürmüşdər.  Bağırov  öz  adamlarına 

deyir  ki,  çıxın  biriniz  əmr  verin  ki,  bir-bir  gəlin,  barışıq  eliyirik. 

Bəs,  Bağırov  gəlif,  öküz  kəsif,  tutulmuyajaxsız.  Olar  gəlməmişdən 

qabax Bağırov qoşuna əmr verir ki, bir yer hazırrayın, bir-bir gəldik-

cən aparın oları salın Məcidin evinə. Ora da saldat qoyur. Buna da 

deyiflər ki, bular içəri girdikcən bir-bir qolların bağla. Bir-bir hamı-

sın  qolların  bağlıyıf,  bir  Kor  Abdulla  qalıf.  Kor  Abdullanı  axırda 

çağırıllar.  O,  rusca  bilirmiş.  Saldatlar  danışanda  eşidib  ki,  buların 

məqsədi  başqadı.  Qayıdıb  deyir,  ayıb  olmasın,  su  başına  çıxıram, 

maa icazə verin, gəlirəm. Ayax götürür ki, evdə həjət var, onu götürə, 

qayıda  bu  qoşuna  ata,  içəridəkiləri  xilas  edə.  Bir  ayağı  çərçivədən 

içəri,  bir  ayağı  çöldə  daldan  vurullar.  Hamısın  içəri  salannan  soora 

qolların  bağlıyıllar  qatıllar  saldatın  qabağına,  aparıllar  rayona.  O 

gedən hələ də gedir, genə də gedir. Tutulan adamların içində Qaçaq 

Süleyman olur, Nazar olur. 1932-ci ildə tutulullar.  




 

50

63. 

Həcət  nənəm  Səlim  kişinin  ayləsi  olufdu.  Səlim  babam  da 

qaçax  olufdu.  Həcət  nənəm  Yasin  çələbi  yaşıyan  damda  olurmuş. 

Qaçaqları Məcidin evinə yığıflar. Şəminin tutunun divində də dövlət 

adamları olufdu. Kor Abdulla deyəndə ki, maa icazə verin ayaqyo-

luna gedim, bilirmiş ki, Səlim babamın evində tüfəy var. İcazə alıb 

gedir ki, silahı götürə ruslarnan atışa. Elə bir ayağı çərçivədən içəri 

girəndə  arxadan  vurullar.  Deyillər,  bu  elə-belə  ora  girmir.  Bu  ev 

kimindi? Deyillər Səlimin evidi. Deyillər, o evdə silah var, bu onun 

üçün ora girir. Gəlif tüfəyi götürüflər, patronların da tələb eliyiflər. 

Həcət nənəm deyir ki,  apardıq patronları  verdik. Babangil o gedən 

getdi. Abdullanı da götdülər xəstəxanaya apardılar, ondan da xəbər 

olmadı. Amma Səlim babam qayıtdı gəldi, tut qızaranda öldü.  

Nənəm Səlim babama çörək apardığın nağıl eliyərdi. Deyirdi 

kirişdə  yağ  aparardıx,  ət  qovuruf  aparardıx.  Vədə  yeri  vardı.  Orda 

gejə verif qayıdardıx ki, heç kəs bilməsin.  

 

64. 

30-cu  ildə  Haramıda  ruslarnan  qaçaxlar  arasında  döyüş  olur, 

orda  Mərcannıdan  yeddi  nəfər  adamı  öldürüflər.  Orda  oluf  Hacı 

Fərhad, Qolay, Əvəz, Hajı Göyüş, İsib.  

Bizim kirvə Məmməd deyirdi ki, günüzdən rusun atdı dəstəsi 

İmamverdili  Qara  Hüsöynün  dalına  düşüb  qavıf.  Qara  Hüsöyn 

özünü verif Şuşaya, onu tuta bilmiyiflər. Həm bu işə görə də nara-

hatam, həm də gejə  yuxu görmüşdüm. Yuxuda gördüm kü, qoz al-

mışam.  Məmmədxan  dedi  ki,  gətir  o  qozu  yeyək.  Dedim,  yox  ey, 

evə  almışam.  Məmmədxan  süpürrədi  əlimdən  aldı  qozu.  Yuxudan 

durdum, dedim, qoz çətinnikdi.  

Hajı  Fərhadgil  də  axşamdan  gəliflər,  Qolaygilin  evindədilər. 

Deyir, durdum, çölə çıxanda baxdım gördüm ki... Üzdən irax, Sarala 

it var, çox tutucu itdi. Rus bu iti bir-iki dəfə gülləynən vurufdu, ona 

görə güllə səsinnən qorxur. Baxdım gördüm ki, it güllə səsini, barıt 

səsini  alıfdı,  girif  çətənnən  qənşərin  arasına,  orda  gizdənif.  Deyir, 

gəldim  Qolay  əmigilə.  Dedim,  Qolay  əmi,  belə  yuxu  görmüşəm, 



 

51

amma  Sarala  it  də  gizdənif.  Yəqin  rus  yaxındadı.  Dedi,  sən  qor-



xursan,  rus  bura  gələ  bilməz.  Molla  İsmayıl  dedi  ki,  yox,  durmax 

lazımdı. Dərənin içindəyik. İki bir, iki bir dörd tərəfə adam getdi ki, 

görək  hansı  tərəfdən  gələn  var.  Aydınnıx  gejədi.  Elə  biz  təpəyə 

çıxanda gördük ordu dayanıb orda. Geri qaçanda bular gülə atdılar. 

Biz də obanın üstünnən güllə atdıx ki, yoldaşlarımız xəbər tutsunlar 

ki,  rus  burdadı.  Mən  istiyirdim  dərə  aşağı  qaçam.  Molla  İsmayıl 

məni  tutdu,  qaytardı  dərə  yuxarı.  Biz  salamat  qaldıx,  kim  ki  dərə 

aşağı  qaçmışdı  oları  qırdılar.  Hajı  Fərhadı  orda  öldürüllər.  Hajı 

Fərhadın  oğlu  Süleymannan  qardaşı  Molla  İsmayıl,  bir  də  qardaşı 

oğlu Məmmədhüsöyn o davadan sağ çıxırlar, həmin ilin yayı qaçax 

hərrənirlər. El arana gələndə Hajı Qaraman ojağının yanında bolşe-

viknən  qarşılaşırlar,  burda  döyüşüllər.  Molla  İsmayılın  arvadı  da 

qoşulur  bulara.  Dilli  arvadı  da  orda  gülləynən  vurullar.  Süleyman, 

Məmmədhüsöyn  addıyır  İrana,  Molla  İsmayıl  atı  Araza  vuranda 

Araza  qədər  çapılan  at,  sudan  içib  partdıyır.  Molla  İsmayıl  keçə 

bilmir, gejə Xudafərində qalır bir evdə. Orda gejeynən Molla İsma-

yılı  tutullar.  Bir  neçə  ildən  sonra  Süleymanı  da  tutullar.  Sooradan 

qərar çıxır ki, kim silahı yerə qoysa ona toxunmuyajaxlar. Məmməd-

hüsöyn onnan soora qayıdıf gəlir. Gələndən sonra onu da tutullar, on 

il iş verillər. 

 

65. ƏTCƏ QAÇAQLAR 

 

İmişli  rayonunda  Ətcə  qaçaqları  olub.  Burda  Rəfi  kişi  olub, 

yüz səkkiz yaşında ölüf. O söhbət eliyirdi ki, Ətcə qaçaqların İmran 

addı  başçısı  vardı.  Mən  çar  hökumətinin  polisi  idim,  İmrannan  da 

dost  idim.  İmişliynən  bizim  aramızda  dərin  çökəklik  vardı,  adına 

Quytul deyirdilər. Dərin dərədi, yovşannığın arasınnan keçəndə heç 

at da görükmürdü. Ordan keçəndə gördük qaçaqlar burdadı. Nəçəlnik 

dedi  ki,  girəvə  düşüb  əlimizə,  buları  qıraq.  Qalmışam  qırıla-qırıla. 

İmran  mənim  dostumdu.  Biz  yüksəkdəyik,  bular  çökəkdə.  Amma 

bular  mahir  atıcıdı. Bilirəm  ki,  atışma olsa,  bizi qırajaxlar.  Naçalni-

yin yanında tulası vardı. Naçalnik çox dedi, silahı qoyun yerə, təslim 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə