Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   7   8   9   10   11   12   13   14   ...   119

 

36

sənin  şıxın  mən  deyiləm.  Düzdü,  mənim  atıma  mindin,  amma  ha-



mımızın  şıxı  odu.  Get  Hajı  Qaramana.  Ordan  qayıdır  gəlir  Hajı 

Qaramana.  

Bizdə  cuma  günü  ojağa  gedilmir  ki,  ojax  sahibləri  hamısı 

ziyarata  gedir.  Belə  bir  inam  var  ki,  cüma  günü  ziyarat  sahibləri 

gedir Məkkəyə namaz qılmağa. Bir də hər pirin öz günü varı. Hajı 

Qaramanın üstünə duz günü gedilirdi. 

 

46. 

Hajı Qaraman bir gün deyifdi ki, bir Şıx ata var. Gedif görüm 

bu həqiqi şıxdımı. Gəlif Şıx ataya. Şıx ata da Havısdı kəndinin qaba-

ğında idi. Gəlif görür ki, Şıx ata kök alağı eliyir. Salam verir.  

– Əleykisalam.  

Deyir 


– Əşi, nağarırsan?  

Deyir: 


– Kök alağı eliyirəm.  

Deyir: 


– Ay şıx, niyə özünə əziyyət verirsən? Alağ, Allahın izniynən 

sahəni tərk elə!  

Alağ  Allahın  köməkliyinnən  təmizlənir.  Bu  da  tanımır  ki,  bu 

Hajı Qaramandı. Qayıdır tutur yaxasınnan, deyir: 

– Nağardın?  

Deyir: 


– Əşi, sənə kömək elədim da.  

Deyir: 


– Ə, kömək nədi. Mənim evimi yıxdın sən.  

Deyif:  


– Niyə? 

Deyif: 


– Ə, mən onun hər birin qopardanda “Allah” deyirəm. Mənim 

evimi niyə yıxdın, qaytar qoy yerinə.  

Deyir: 

– Hə, indi bildim ki, həqiqi şıxsan. Mən filankəsəm.  




 

37

Orda  tanış  olurlar.  Şıx  ataya  ən  çox  yağış  üçün  gedirdilər. 



Kalxozçulux dövründə kalxoz sədrləri yağış yağdırmaq üçün aparıf 

orda qoyun kəsirdilər.  

 

47-48. SEYİD İSMAYIL 

 

Seyid İsmayıl oluf. Çox inamlı ojaxdı. Bir dəfə onun öküzdəri 

itibbiş. Bunu bir nəfər  tülüngü adam tapıb, bilmiyib Seyid  İsmayı-

lındı. Gətirib içəri salıf ki, gecə bunu aparsın xəlvətcə satsın. Gecə-

yarı  öküzdəri  satmaq  məqsədiynən  aparmaq  istiyəndə  baxıb  ki, 

qapının üstündən iki dənə ilan sallandı, qapını kəsdi. O saat bu başa 

düşür  ki,  demək  öküzdər  Seyid  İsmayılındı.  Təzdənnən  ona  xəbər 

göndərir ki, öküzdər burdadı. 

 

48.  

Aşağıda  Dilənçilər  kəndi  var,  keçən  il  adını  dəyişdilər,  Çə-

mənni qoydular. Bir dəfə Seyid İsmayıl hüzür yerində imiş. O vaxtı 

da belə imkan  yoxuydu mal kəsələr, heyvan kəsələr. Süd aşı  verir-

dilər,  halva  verirdilər.  Bu  süd  aşı  çalırmış  çömçəynən.  Bir  nəfər 

gəlir ki, mən seyidəm, mənə pay verin. Seyid İsmayıl da ocağın ba-

şında çömçəynən süd aşını qarışdırırmış. Deyir, seyidsən? Deyir ki, 

hə, mən əsl seyidəm. Seyid İsmayıl deyir ki, buraya gəl. Bunu çəkə-

çəkə  gətirir.  Öz  qolunu  çırmalıyır,  lüt  qaynar  qazanın  içinə  salır, 

fırrıyır. Deyir, seyidsən sən də sal. O birisi qaçır ki, mən  onu eliyə 

bilmərəm. 

 

49-50. İSGƏNDƏRİN ÖLÜMÜ 

 

İsgəndər Zülqərnəni anası o qədər istiyirmiş ki, bu tələf olsa, 



arvad da ölməlidi. İsgəndər başa düşür ki, bunun başına bir iş gəlsə, 

anası onsuz qala bilmiyəjək. Deyir: 

– Ana.  

Deyir: 


– Hə.  

Deyir: 



 

38

–  Ana,  mən  münəccimə  baxdırmışam,  mən  suyun  içində  də-



mirin  üstündə  öləjəm.  –  Güclü  sürüləri  varmış:  toğlu  sürüsü,  öyəc 

sürüsü, şişək sürüsü. – Amma mənə ehsanı dərdi olmuyan qoyunun 

ətinnən ver.  

Vaxt olur. Qoşun hesab elə buranı alır, gedir Haramıda çadır-

rarı qurdurur,  yemək-içmək. Gejə bir  yağış başdıyır. Elə bir leysan 

başdıyır  ki,  çadırın  içi  dizətən  su  olur.  Bu  orda  can  verir.  Can  ve-

rəndə xançalı, qılıncı üst-üstə yığıllar suyun üstünə, İsgəndəri onun 

üstünə  qoyullar,  orda  can  verir.  Meyidi  gətirillər.  Anasının  yadına 

düşür ki, oğlunun vəsiyyəsi var. Gedir erkək çobanının yanına.  

– Ay oğul, maa dərdsiz heyvan.  

Çoban deyir: 

–  Bax,  bunun  anası  qarayelli  oluf  ölüf,  onun  anasın  canavar 

yaralıyıf ölüf, onun anası palçığa batıf, onun anasın su aparıf...  

Sürü qutarır. Arvad barmağın dişdiyir ki, hə, heyvanın da dərdi 

var. Dərd bir insana gəlmiyif.    

 

50.  

Uzax olsun, birinin oğlu xəsdeymiş. Deyif: 

– Nənə, mənim halvamı çalarsan, düşərsən kəndbəkənd, kimin 

dərdi yoxdu, ona verərsən. 

Hə, bu da heylə eliyif, gətirif halvanı çalıf kəndbəkənd gəzif. 

Heş kim səmt durmuyuf. Biri deyif, mənim filan dərdim var, bəhmən 

dərdim var. Biri deyif, oğlum belədi, biri deyif, ərim belədi, biri deyif, 

qızım belədi. Xülasey ki, heş kəs buna səmt durmuyuf dana.  

Deyif: 


– Hə, onda gedim toyuğa deyim. Bəlkə, heş toyuğun dərdi yoxdu.  

Gəlif toyuğa deyəndə, toyux deyif: 

– Mənim dərdim hamınızınkınnan çoxdu. 

Deyif: 


– Niyə? 

Deyif: 


– Bəs balamın xoruzu ərimdi, fərəsi də günümdü. Mənim dər-

dim hamısınnan çoxdu. 




 

39

51. İSGƏNDƏR VƏ DİLƏNÇİ 

 

Deyir, İsgəndər Zülqərneyə vəh gəldi ki, zulmatda dirilik suyu 



çıxır, ildə bir dəfə qaynıyır. Həmin yer zulmat olur.  

Bunu götdülər, getdilər həmin əraziyə. Bir dənə  yaşdı dilənçi 

olur. Bu dilənçi o qədər o qapıya, bu qapıya gedir ki, axırda bezir. 

Deyir ki, yox ey, mən gedirəm özümü öldürəm. Qayalıq bir yer tap-

sam  özümü  tulluyuf  məhv  eliyəjəm.  Bu  gələndə  şir,  pələng  bunun 

qabağına  çıxır.  Bu  deyir,  Allaha  şükür,  bunlar  məni  dağıdıf  yeyər. 

Şir,  pələng  üzünü  çevirib  ayana  gedir,  buna  toxunmurlar.  Bu  gəlir 

çıxır  İsgəndər  Zülqərneyin  yanına.  İsgəndərin  adamları  çadırlar 

qurmuşdular. Gennən baxıllar, deyillər: 

–  Ə,  bizim  bura  gəldiyimizi  heş  kim  bilmir.  Biz  gözdüyürük 

ki,  bulud  gələjəh,  yenəjək  o  çökəkliyə,  ora  zulmat  qaranlıx  olajax. 

O  qaranlıxda  su  qaynıyajax,  İsgəndər  gedif  ordan  su  içəjəh,  cavan 

oğlan olajaxdı. Bu hardan gəlif çıxıf buraya? 

Nəysə, bunu tutuf gətirillər İsgəndərin  yanına.  İsgəndər deyir 

ki, sən kimsən, nə gəzirsən? Deyir: 

– Əşi, mən dilənçiyəm.  

Deyir: 

– Bə nə gəzirsən bu səhrada?  



Deyir: 

– Vallah, bezmişəm, daha  yaşıya bilmirəm, özümü öldürmək 

istiyirəm.  

Deyir: 


– Ey dili-qafil. Bu, özünü öldürmək istiyir, mən Allahdan ömür 

istiyirəm.  İşin  tərsliyinə  bax.  Deyir,  bu  nə  olan  işdi  ki,  sən  özünü 

öldürmək istiyirsən?  

Deyir: 


– Dolanışığım  yox, ayləm  yox, uşağım  yox. Gedif o qapıdan 

çörək alıram, biri verir, biri məni qapıdan qovur. Belə yaşamaxdansa, 

ölmək yaxşıdı.  

İsgəndər deyir: 

– Otur burda.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə