Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə10/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   6   7   8   9   10   11   12   13   ...   119

 

32

41. 

Loğmana şikayət eliyillər ki, ay Loğman, sənin oğlun ədəbsiz 

iş gördü. Deyir: 

– Nədi?  

Deyir: 


– Atlı gəldi yığıncağın içinə. Tez atdan düşdü, yüngül pəşoya 

getdi.  


Deyir:  

– Bah, bah, bah.  

Deyir:  

– Nədi? 


Deyir: 

–  O  mənim  oğlum  deyil.  Mənim  oğlum  olsaydı,  atdan  düş-

məzdi, gərək atın belində eliyərdi.  

Yəni  pəşo  elə  bir  şeydi  ki,  onu  saxladıxda  insanı  yandırır.  O 

gəldisə, gərək çölə gedəsən, qalsa ziyandı.   

 

42.  

Bir xəstəni gətirillər Loğmanın yanına. Deyillər: 

–  Ay  Loğman,  qadan  alım,  bu  yara  çıxardıfdı,  gecə-gündüz 

dincələ bilmir.  

Belə açıb baxır. Deyir ki, ana, mən buna heç zad eliyə bilmi-

yəjəm. Bunun özünün vaxdı var. Deyir: 

– Bəs dedin gətir axı.  

Deyir: 

– Mən elə bildim ki, qara  yaradı. Üstünə  ya  toyux nəcisi qo-



yajaxdım,  ya  qurbağanı  kəsif  qoyajaxdım,  onnan  qutarajaxdı.  Mən 

nə bilim bu sümük yara-yara çiban çıxardır.  

Çiban həmişə sümükdən çıxar.    

 

43-46. HACI QARAMAN 



 

Hajı Qaraman Türkiyənin Qaraman vilayətinnən gəlif. Əsl adı 

Əhməd,  dədəsinin  adı  Əzizdi.  Əziz  oğlu  Əhməddən  bəri  on  bir 



 

33

nəsil  eliyir.  Birinci  Tiflisdən  Qazağa  gəlif.  Qazaxda  bir  çevirməsi 



(daşdan qalaq – top.) var. Əsası hara gedərmişsə, Hajı Qaraman ora 

gedərmiş.  Qazaxdan  bir  nəfər  Bakıda  sürücü  işdiyirdi.  O  da  Hajı 

Qaramana  and  içirdi,  biz  də.  Soruşduq  ki,  Hajı  Qaramanı  hardan 

tanıyırsan?  Dedi,  bizdə  bir  çevirmədi.  Bilmirik  üş  gün  qalıb,  beş 

gün  qalıb,  o  məlum  deyil,  amma  bir  çevirməsi  var.  Əsa  Qazaxdan 

tərpənif gəlif Cəbrayıl rayonunun Quru dərə deyilən sahəsinə. Nif-

talılar kəndinin arxasında, Quru dərədə bir  müddət qalıf, ordan əsa 

tərpənif  gedif  indi  Çələbilər  deyilən  yerdə  dayanıf.  Orda  məskun-

naşıb.  Hajı  Qaramanın  qaynatası  Əhmətdi.  Əhmədin  torpağı  oluf  o 

yerlər.  Yetər  nənə  şikəst  oluf,  gözləri  görmürmüş.  Orda  o  torpaqda 

məskunnaşannan soora görüf ki, bucaxda kor bir qız oturuf. Nə qədər 

soruşuf, buna heş nə demiyiflər. Deyif, bunun qarnının dərdin deyin 

görək nədi bu. Allaha üz tutur, qıza şəfa diləyir.  

Qızın anası səhər duruf deyir, a kişi, qarnın  yansın, bəs qapı-

baja süpürülüfdü. Deyir, arvad, nə danışırsan?  Qapı-bajanı kim sü-

pürəsidi? Sən süpürmüsən də. Deyir, yox, vallah.  

Bir dəfə, iki dəfə. Bir də helə olanda deyif, bu Əhmədin işidi. 

Nə  şəlbə  keçifsə  onnan  keçif.  Onnan  soora  biliflər  ki,  bu  belə 

adamdı. Qız şikəstlikdən azad olur, onunnan evlənir.  

Əhməd kişi bir gün deyir, gedim qızı yoxluyum, görüm bu qız 

nejoldu.  Gedif  görür  ki,  maral  gəlif  tökülüf  Hajı  Qaramanın  oja-

ğına,  maral  sağıllar.  Kişi  orda  dəhşətə  gəlir,  deyir,  bu  möcuzadı. 

Onnan da Hajı Qaraman binələşir qalır orda.  

 

44.  

Buların şıxı  olur,  müridləri  ayırır  ölkələrə, hərəsin  bir  yerə  tə-

yin edir. Bizim Hajı Qaramanı hamısından axıra saxlıyır. Hajı Qara-

mana deyir, Hajı Qaraman, sənin yolun çox uzaqdı. Deyir: 

– Neynək, qismətdi, haraya deyirsən gedim.  

Şıxın əlində bir çəlik  varmış. Çəliyi tulluyur, Allaha üz tutub 

deyir: 


– Ya rəbbim, ya rəsulallah, bu çəliyi sür getsin.  

Tapşırıx verir ki, çəlik haraya düşsə məskənin oradı.  




 

34

Çəlik getdikcə bu da gedir. Hajı Qaraman çəliyin altıynan gə-



lir, gəlir, gəlir, gejə Quru dərədə çəlik düşür yerə. Deyir, hə, sən öl, 

mənim  məskənim  bura  olajax.  Burda  bir  tut  ağacı  varmış,  bunun 

divində gejəliyəndə bir kişi yolnan gəlir. Deyir: 

– Ay qonax, kimsən, nəçisən?  

Deyir: 

– Yol adamıyam.  



Deyir: 

– Gəlsənəmi gedəsən bizdə qalasan? 

Deyir: 

– Yox, mənim yurdum buradı.  



Nəysə,  bunu  aparır  evinə  qonax.  Qapıdan  içəri  girəndə  görür 

küşdə  bir  yumax  var,  bir  adam  səsdənir  ordan.  Kişidən  soruşur  ki, 

bu kimdi? Deyir: 

– Ay qonax, neynirsən, sən allah, bir istəkan çayını iç, çıx get.  

Deyir: 

– Yox, bilim da bu kimdi.  



Deyir: 

–  O  bir  qız  uşağıdı,  çoxdandı  gözü-başı  tutuluf,  qıçı  tutuluf, 

müstərdi, tərpənə bilmir.  

Hajı  Qaramanın  üstündə  bir  pəsəsi  varmış.  Bunu  atır,  bunun 

başın-zadın sığallıyır ki, görüm bunun canı var, yoxdu. O əlini ora-

ya çəkəndə o kadın ayılır. Səhər oyanıllar görüllər ki, vallah, qapını-

bajanı bir qız uşağı süpürür. – “Ay aman, ay dad, siz allah, bu nədi?” 

Kişi deyir ki, vallah, bu kişidə bir möcüzə var.  

Görüllər  qızları  anadangəlmə  bir  qızdı,  and  olsun  Allaha,  işığı 

düşür.  Kişi  tutur  qolunnan  gətirir.  Deyir  ki,  Hajı  Qaraman,  sən  bir 

möcüzə göstərmisən, bu qızı verirəm sənə. And verirəm Allaha, bunu 

da götür çıx get. Onnan bir yerdə gəlillər. Hajı Qaramanda çəlik düşür.  

Vaxt gəlir qızın atası, anası deyir: 

– Ay balam, bizim qızı apardı, gedək görək noldu.  

Dağdağan var, onnan keçənnən soora görüllər qız əlində bar-

daq  marallardan  süd  sağır.  O  zonada  nəxəntərə  adam  varsa  həmən 

möcüzəyə inanır. 



 

35

45.  

Pir  Avırdı,  Qara  Pirim,  Hajı  Qaraman  –  üçü  gedir  Məkkəyə 

namaz  qılır.  Orda  birinin  atı  ölür,  gələ  bilmir.  Mağduru

7

 da  yoxdu 



ala. Buna deyirlər: 

– Ə, nə axtarırsan?  

Deyir: 

– Belə-belə.  



Buna deyillər: 

– Gözlə, cuma günü bura bir nəfər gələjək. Sənə kömək eləsə 

o eliyəjək.  

Gözdüyür. Cuma günü gələndə deyir: 

– Kimdi?  

Hajı Qaramanı buna göstərillər ki, o adamdı. Gələndə tut ətə-

yinnən, yalvar-yapış. Deyir, yaxşı.  

Gözdüyür.  Namazı  qılıllar.  Qayıdanda  tutur  Hajı  Qaramanın 

ətəyinnən.  Hajı  Qaraman  deyir  ki,  Qara  Pirim,  mənim  atım  tərk 

götürmür, bunu al tərkinə. Alır tərkinə, deyir: 

– Gözdəri yum.  

Bu da ata minəndə gözün yumur. Gətirir burda yerə qoyur, deyir: 

– Gözünü aç.  

Açır  görür  Qarabağlardadı.  Bu  da  bunu  tərkinə  alan  adamın 

adını  yadında  saxlıyır.  Bir  gün  deyir  ki,  mən  gedim  şıxımı  tapım. 

Qara Pirimin adı  yadında qalıf, o birilərinin adın bilmir. Qara Piri-

mi soraxlıya-soraxlıya gedir çıxır Ağdama. Ağdamda atı ilxıda gö-

rür, atı tanıyır. Deyir: 

– Bu atın sahibi? 

Deyillər: 

– Filankəsdi, get kənddən soruş.  

Deyir: 


– Yox ey, at hara getsə, mən ora gedəjəm.  

Axşam  atın  dalınca  gəlir  Qara  Pirimin  yanına.  Görür  həmin 

adamdı. Görüşür, ziyarat eliyir şıxı. Qara Pirim deyir ki, dur ayağa, 

                                                

7

 Mağdur – pulu  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə