Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə13/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   9   10   11   12   13   14   15   16   ...   119

 

43

də var, dəyirmanı da var, bağı, evi də olub. Hajı Qulu bunnarın ha-



mısını  qoyur,  çıxır.  Camaatın  bir  hissəsi  narazılıq  eliyir.  Belə  olur 

Qaçaq Kazımın qardaşın aparıllar Şuşa quberniyasına, orda asıllar. 

Kalbay Kazım deyir, mən buna dözə bilmərəm. Başına dəstə toplu-

yur, qaçaxçılıq eliyir.  

Onun  gizləndiyi  yerlər  Dəli  dağdı,  bir  də  Qara  dağ.  Onun  da 

ölümü  belə  olur  ki,  yaz  vaxtı  camaat  dağa  köçəndə  Örənqaladan 

keçillər.  Şıpartıynan  Qara  suyun  arasında  Yorğan  dərəsinin  aşağı-

sında  elat  camaatının  bir  hissəsi  düşübmüş.  Kazımın  qızı  da  orda 

imiş, adı Qızxanım imiş. Bir uşağa tüfəyi verillər, deyillər qızı vur. 

Uşaq da qızı vurur. Burdan bir neçə atdı Kürə gedillər, Kazıma xəbər 

verillər ki, qızı vurdular. Kazım deyir: “Bala, bilirəm nədi. Biz oraya 

gedəndə Nikalayın yasovulları hamısı gələjək”.  

Mən aşıq baxt dolaşıb, 

Qan yerdə laxtalaşıb. 

Qızxanımı kim vurub, 

Köynək qana bulaşıb. 

Orda belə bir bayatı deyir. Oğlanları da qaçaq idi: Şiraslannan 

Babakişi.  Lakortaj  addı  nəçəlnik  bir  dəstə  yasovulnan  (Hindarxda 

oların  dayancaq  yeri  varmış)  Hindarxdan  gəlir  kəndin  hər  tərəfini 

mühasirəyə  alır.  Oğlu  Şiraslan  atını  yatırdır,  səngər  kimi  qayırır. 

Qaçax Kazım da qızının meyidinin üsdədi. Lakortaj deyir: 

– Kimdi Kazım?  

Deyir: 

– Kazım mənəm.  



Lakortaj buna atanda Kazım da onu vurur. Lakortaj ölür o saat

amma  Kazım  yaralanır.  Yerli  camaat  da,  qaçax  dəstələri  də  gəlir, 

atışma başlayır. Kazım deyir: 

– Şiraslan, məni buların əlinə vermə. Məni tüfəynən vur, get.  

Deyilənə  görə,  atası  ələ  düşməsin  deyə  onu  oğlu  Şiraslan 

vurur.  Oğlanları  da  qaçıb,  Kəbirli  kəndinin  yanında  Örənqalanın 

xarabalığı var, orda gizlənirlər. Sabah açılıf, ata süvar oluflar, Araz-

dan  keçiflər  İrana.  Xeyli  müddət  orda  qalıblar.  Qaçax  Kazımnan 

Lakortajı bir dəvəyə  yüklüyüblər, buları aparıflar Xonaşen çayınnan 



 

44

o  tərəfdə  qəlbi  təpə  var,  orda  dəfn  eliyiblər.  Yasovullar  gedib  ara-



baynan ağ daş gətirib qəbirin üstə qoyuflar.  

Oğlannarı  İranda  bir  müddət  qalannan  soora  Xalac  kəndində 

onnarın  Hasanqulu  bəy  addı  bir  kirvəsi  varmış,  gəlif  olara  sığınıf-

lar. Gejə oğlannarın ikisin də kirvəsi öldürür. 

 

55-58. QAÇAQ MƏHƏMMƏD 

 

Qaçağ  Məhəmməd  o  vaxtı  komsomol  təşkilat  komitəsinin 

sədri  idi.  Onun  malı,  qoyunu-zadı  oluf.  Bir  nəfəri  gətirib  malına, 

heyvanına sərkər qoyur. Nökərrərinə də tapşırır ki, mən bir az ayna-

bayna  gedən  adamam,  bı  nə  desə  ona  əməl  eliyin.  Məhəmmədin 

kadını  da  həmin  nökərnən  görüşürmüş.  Məhəmmədin  də  Həşim 

adlı  bir  əmisi  oğlu  vardı,  kəndin  yuxarısında  bir  yaxşı  kişinin  qızı 

ilə  evlənmişdi.  Bir  gün  kadınnar  səhər-səhər  oturub  mal  sağdığı 

yerdə,  bunun  yoldaşı  görür  kü,  sərkər  Məhəmmədin  arvadının  yat-

dığı otaxdan çıxır. Arvada deyir ki, ay xala, o kopoğlu sənin evindən 

niyə çıxır? Deyəndə bı deyir ki, aaz, kəs səsini, səy-səy danışma.  

Arvad görür kü, gəlin başa düşüf. Məhəmməd evə gələn kimi 

deyir  ki,  bu  nə  fahişədi  gətirmisən  bura.  Deyir,  nədi?  Deyir,  bəs 

sərkərnən  bir  yerdə  tutdum  bını.  –  “Elə  şey  olmaz?”  Deyir,  hə.  Bı 

arvad  qurğunu  qurur,  sərkərə  deyir,  sən  qaç.  Sərkər  qaşmaxda, 

Məhəmməd də bərk şüphələnir. Məhəmməd gəlin yiyəsinə deyir ki, 

gəlin qızınızı aparın. Gəlinin atası qızı çəkiv aparır.  

Məhəmməd bir gün gözdüyür, iki gün gözdüyür, gedir sərkərin 

dalıncan.  Buna  deyir  ki,  a  bala,  bütün  varı-dövləti  sənə  tapşırmı-

şam,  bu  hökümətin  də  qurhaqur  vaxtında  niyə  qaçıfsan?  Sərkərin 

atası  deyir  ki,  ay  Məhəmməd,  indiyənə  kimi  saa  nə  nökərriy  eliyiv 

eliyif, bəsdi. Day innən soora getməsin. Sən allah, aparmaginan. De-

yəndə, deyif ki, day indi ki, heylədi, heylədi. Birdən məni tutallar, ya 

bir  şey  eliyəllər,  boşdu  qalaram  sizə.  Onda  gəlin  haqqınızı  verim, 

aparın. Bular da deyir, yaxşı.  

Bular çuvalı götürüllər, gəlillər bunun evinə. Gəliv evdə oturul-

lar. Məhəmməd deyir ki, kəntdə atriyad var, indi çölə çıxa bilmərəm. 

Qoyun axşam olsun, axşam gedəh kəndin başında dəyirman var, – o 




 

45

da Məhəmmədin dəyirmanıdı, taxıl dəyirmandadı, – haqqınızı verim, 



götürün gedin. Burda da  müəyyən  adamlar  varmış  da.  Bu  adamlara 

xəbər verir ki, bular gələjək dəyirmana, buların başını əkməh lazım-

dı. Bular dəyirmana gedəndə ata-bala ikisin də öldürüllər, aparıb bas-

dırıllar. Onnan soora Məhəmməd olur qaçax. Bayannan da Məhəm-

məd tələb eliyir, qohumları aparıf qızı da öldürüllər.  

 

56. 

Məhəmmədin xalası oğlu mənim atam oluf. O vaxdı atriyadın 

naçalniki erməni oluf. Deyif ki, Məhəmmədi kim tuta bilər? Deyif-

lər ki,  Məhəmmədi heş kim tuta bilməz. – “Bəs kimə  yaxınnaşır?” 

Deyiflər ki, bircə öz xalası oğluna, bir də xalasının əri Söyün müəl-

limə yaxınnaşır. Söyün bəynən mənim atamı tutuv aparıllar. Aparıb 

beş  ay,  altı  ay  saxlıyıflar.  Buraxıllar  ki,  gedin  onu  tutun.  Bunu  da 

heş cürə  tutmax  mümkün döyül.  Axırı atam Məhəmmədə deyir ki, 

öyün  yıxılsın,  günahsız  yerə  bizi  də  öldürəjəhlər.  Sən  bu  ölkədən 

çıx  get  da.  Bunu  keçirillər  İrana.  Orda  da  xata  qarışdırır,  bir  də 

qayıdıf  gəlir.  Qayıdıf  gələndə  həmən  atriyadın  naçalniyi  Petrasyan 

Qrişa bunu eşidir. Gənə gəlir, kəsir Seyidnən Söyün bəyin üstünü. – 

“Bəs  niyə  onu  tutmursuz,  sizə  nə  dedim?”  Bular  gənə  and-aman 

eliyir ki, onun başının dəstəsi var, biz onu nətəər tutağ, neyniyək? 

Buları  çəkir  Məhəmmədin  məhləsinə,  ordan  aparıb  ikisini  də 

güllələtdirir.  Bular  da  begünah  yerə  getdimi?  Məhəmmədin  həyə-

tində  dərin  quyu  varmış,  buzxana  qayırıfmış.  Mənim  atamnan  Sö-

yün  bəyin  meyitlərini  ora  töküf  üstünə  də  iki-üç  maşın  sal  daş 

töküflər.  Onnan  soorasına  hak-hesaf  qarışır.  Bu  tərəfdə  Qaçaxlar 

qırılan yer var, atriyad Məhəmmədin dəstəsin orda mühasirəyə alır, 

amma ora girə bilmillərmiş. Həmən o gəlinin atası da qızını begü-

nah  yerə  öldürtdüyü  üçün  Məhəmməddən  narazı  idi.  Yolu  nişan 

verir, heylə olur Məhəmmədin dəstəsini qıra bilirlər. Ordan iki nəfər

üç  nəfər  sağ  çıxa  bilir,  qalan  hamısı  qırılır.  Orda  oğlannar  varımış 

rusdar bombanı tulluyurmuş, o, papağıynan tutuf qaytarıf  tulluyur-

muş  atriyadın  içinə.  Rusdar  deyirmiş,  hayıf,  hayıf,  napornı  iyiddər 

var orda. Hayıf olardan ki, qırılajax. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə