44
onlarla düşmən əsgərini məhv etmişdir. Bu, Azərbaycan cəmiyyətinin ümumi mövqeyini əks etdirir və xalqın müharibəyə
hazır olduğunu göstərir.
Son dövrdə bəzi tendensiyalar müşahidə olunur. Rusiya regionda təsirini gücləndirməyə, Azərbaycanla münasibətləri
istiləşdirməyə çalışır. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin regiona ilk səfərini (13 avqust 2013)
Azərbaycana etməsi bundan xəbər verir. Lakin səfərin gedişində Qarabağla bağlı yeni və konkret mövqe nümayiş
etdirilmədi. ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti artıq heçə enib. Həmsədr ölkələrin - ABŞ, Rusiya, Fransa
dövlət başçıları Barak Obama, Vladimir Putin, Fransua Olland “Böyük İyirmiliy”in (G-20)Meksikanın Los-Kabos
şəhərində keçirilən sammiti (19 iyun 2012), həmçinin “Böyük Səkkizliy”in İrlandiyanın paytaxtı Belfast şəhəri
yaxınlığında keçirilən sammiti (18 iyun 2013) zamanı Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatlarla çıxış etdilər,
lakin konkret heç bir təklif vermədilər. Onların bu bəyanatları daha çox Minsk Qrupu çərçivəsində vasitəçilik missiyasının
iflasına mane olmaq cəhdi kimi dəyərləndirilə bilər. Minsk qrupu həmsədrlərinin təkidləri nəticəsində Azərbaycan və
Ermənistan prezidentləri iki illik fasilədən sonra Vyana şəhərində (19 noyabr 2013-cü il), daha sonra Nüvə
Təhlükəsizliliyi Sammiti çərçivəsində Haaqa şəhərində (25 mart 2014) görüşdülər. Lakin bu görüşlərin heç bir müsbət
nəticəsi olmadı.
Bəzi türkdilli dövlətlərin fəallaşma meyli hiss olunur. 2011-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan
prezidentlərinin təşəbbüsü ilə yaradılan Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası Dağlıq Qarabağ məsələsində daha
kəskin mövqe qoyur. Əlaqələndirmə Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən III Zirvə toplantısında (14-16
avqust 2013) Qarabağ məsələsinə türk dünyasının ümumi problemi kimi yanaşıldı, Türkiyənin prezidenti Abdulla Gül isə
konkret olaraq bildirdi ki, türk dünyasının bütün önəmli məsələlələrinin başında Dağlıq Qarabağ problemi dayanır.Bu
yöndə digər uğur bir sıra dost ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsidir. 2014-cü ilin ilk ayları ərzində Türkiyə,
İran, Pakistan, Gürcüstan, Qazaxıstan kimi dövlətlərlə yeni və daha ciddi hərbi müqavilələr imzalanıb. Digər bir meyl
vasitəçilik missiyasının formatının dəyişdirilməsi ideyası ilə bağlıdır. Türkiyənin vasitəçilərdən biri olmasına dair təkilflər
səslənir. İran vasitəçi kimi öz xidmətini təklif edir və münaqişənin həllinə dair konkret planının olduğunu bildirir.
Fransanın həmsədrlikdən uzaqlaşdırılması və onun əvəzinə Avropa Birliyinin danışıqlar prosesinə cəlb olunmasını da
təklif edənlər var.
Nəzərə çarpan başqa bir meyl dünya birliyinin Azərbaycanın haqlı mövqeyinə bir qədər obyektiv yanaşma əlamətləri ilə
bağlıdır. ABŞ-ın Massaçusets (25 fevral 2010), Texas (21 fevral 2012), Nyu-Cersi (28 fevral 2012), Corciya (28 fevral
2012), Rod-Aylend (17 may 2012), Nyu-Meksika (30yanvar 2013), Arkanzas (9 fevral 2013), Oklahoma (5 mart 2013),
Tennesi (18 mart 2013), Pensilvaniya (21 mart 2013), Qərbi Virciniya (4 aprel 2013), Konnektikut (9 may 2013), Arizona
(31 yanvar 2014), Arkanzas (2-ci dəfə, 21 fevral 2014), İndiana (4 mart 2014), Havay (31 mart 2014) ştatları, həmçinin
Meksika (20 dekabr 2011), Kolumbiya (23 aprel 2012), Bosniya və Hersoqovina (26 fevral 2013), Peru (13 iyun 2013),
Honduras (22 fevral 2014) parlamentləri, Çexiya parlamentinin Xarici əlaqələr komitəsi (19 fevral 2013) Azərbaycana
qarşı Ermənistanın təcavüzü və Xocalı soyqırımı barəsində qətnamə və qərarlar qəbul ediblər. Bunlardan başqa Nyu-Cersi
(26 mart 2013) və Ayova (4 aprel 2013) ştatları 1918-1920-ci illərdə erməni silahlı bölmələri tərəfindən azərbaycanlılara
qarşı törədilən soyqırıma, kütləvi qırğınlara dair qətnamələr qəbul ediblər. Türkiyənin Ankara, Uşaq, Qızılcahamam
şəhərlərində Xocalı soqırımına həsr olunmuş abidələr ucaldılıb. Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Rumıniya,
Moldova, Türkiyə, İran, Pakistan və digər ölkələrin parlamentlərinin ayrı-ayrı üzvləri dəfələrlə Ermənistanın işğalçı
siaysətini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış ediblər.
45
2014-cü il fevralın sonu-martın əvvəlində Ukraynada vətəndaş qarşıdurması nəticəsində prezident Viktor Yanukoviç
ölkəsini tərk edib, Ukrayna Qərblə Rusiya arasında çəkişmə meydanına çevrilib, Ukraynanın Krım bölgəsi
Rusiyaya
birləşmək haqda referendumla qərar qəbul edib və Rusiya Krımı ilhaq edib. Bundan sonra Ukraynanın Donestk, Xarkov
və digər cənub-şərq bölgələrində federativləşmə və ya Rusiyaya birləşmək uğrunda hərəkat başlayıb. Bu hadisələrin
arxasında Rusiya dayanıb və Kremlinin işğalçı, ilhaqçı siyasəti, o cümlədən Dağlıq Qarabağda yeritdiyi mürtəce siyasət
hamı üçün aydın olub.
Azərbaycan tərəfi də bəzi müsbət addımlar ata bilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş
Assembleyasının 66-cı sessiyasında (27 sentyabr 2011) Qarabağ danışıqları ilə bağlı rəsmi Bakının konkret mövqeyini
səsləndirdi: “Qarabağ nizamlanması Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması ilə başlanılmalıdır”. Bu
mövqe bu günə qədər Azərbaycanın prezidenti və xarici işlər naziri tərəfindən bir neçə dəfə səsləndirilib və artıq konkret
şərt və tələb kimi qəbul oluna bilər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik üzv seçilməsi də (25 oktyabr
2011) ciddi hadisə kimi dəyərləndirliməlidir. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstan həbsxanasından
ekstradisiya olunması və prezidentin fərmanı ilə əfv edilməsi (31 avqust 2012) uğurlu addım hesab edilməlidir. Daha bir
uğur 2013-cü ilin fevral ayı ərzində Xocalı soyqırımının ildönümü ərəfəsində ABŞ administrasiyasının veb səhifəsində
Xocalı soyqırımı və erməni təcavüzü ilə bağlı 200 mindən artıq imzanın toplanması oldu. Azərbaycan höküməti 2014-cü
ilin aprel-may ayları ərzində üzdəniraq “xalq diplomatiyası”nın qarşısının alınması istiqamətində ciddi addımlar atmağa
başlayıb. Bütün bunların fonunda Ermənistan danışıqlar prosesini pozmaq üçün xırda şıltaqlıqlarını davam etdirir,
məsələn, Xocalı (Xankəndi) hava limanı ilə bağlı hokkabazlıqlar edir və işğal etdiyi əraziləri hələ də nəzarət altında
saxlayır. Hadisələrin gedişi hərbi əməliyyatları bir daha zəruri edir.
Nəticə
Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik sərhəddini pozmuş, Füzuli rayonundakı
Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhəddini nəzarət altına almışdır. Erməni işğalı
nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub
çıxarılmışdır. Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilmişdir. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ
və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə
çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai
binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 23000
km-lik su kəmərini, 156 min ha əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan
başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə
fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3
yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları
həcmində zərər dəymişdir.
Ermənistan atəşkəsdən istifadə edərək, Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı rejimi gücləndirməyə çalışır,
bölgənin sərvətlərini vəhşicəsinə talayır. Rəsmi statistikaya görə, 1989-cu ildə Dağlıq Qarabağda 189 min nəfər, o
cümlədən, 145,5 min nəfər (76,9%) erməni, 40,6 min nəfər (21,5%) azərbaycanlı və digər millətlərin nümayəndələri
yaşayırdı. 2011-ci ilin əvvəlinə olan erməni məlumatlarına görə isə, orada 137 min nəfər əhali yaşayır. Ekspertlər bu
rəqəmin xeyli şişirdildiyi, keçmiş vilayətin ərazisində 50-60 min nəfərdən artıq adamın yaşamadığı qənaətindədirlər.