Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Prezident İlham Əliyev inşaatçılarla da görüşüb söhbət edir. Qəbələ rayonunda bundan 
sonra da tikinti işlərinin hələ çox olacağını bildirir və onlara uğurlar arzulayır… 
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün “Gilan Holdinq” Şirkətlər Qrupunun 
Qəbələ konserv zavodunda olur. 
Zavodun direktoru Rövşən Fərhadov Prezident İlham Əliyevə məlumat verir ki, 2005-
ci ilin avqust ayında dövlət başçısının xeyir-duası ilə  təməli qoyulmuş  və hazırda 
istifadəyə verilən zavod Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 
həyata keçirilməsinin bəhrəsidir. Respublika iqtisadiyyatında  əhəmiyyətli yer tutacaq 
müəssisənin istehsal gücü və texniki avadanlıq cəhətdən Qafqazda analoqu yoxdur. Ən 
müasir dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən 
quraşdırılaraq istifadəyə verilib. İllik istehsal gücü 70 min ton olan zavodda 150 nəfər 
işləyir, orta aylıq  əməkhaqqı 200 manatdır. Meyvə  tədarükü mövsümündə  işçilərin sayı 
300-350 nəfərə çatır. Məhsul istehsalında istifadə olunan meyvə  və giləmeyvənin 
tədarükü kənd əhalisinin məşğulluğuna kömək edir, pul gəlirlərinin artmasına əhəmiyyətli 
şəkildə təsir göstərir. Gələcəkdə zavodun xammala olan tələbatının ödənilməsi məqsədilə 
100 hektardan artıq sahədə meyvə bağları salınıb. Zavodda müxtəlif növ meyvə püreləri
konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir. 
Prezident  İlham  Əliyev müəssisənin istehsal sahələrini gəzir, məhsulun qəbulu, 
təmizlənməsi, emalı  və bankalara doldurulması prosesini izləyir, hazır məhsuldan dadır. 
Dövlətimizin başçısı istehsal olunan məhsulların sərgisinə də baxır. 
Sərgidə 40 çeşiddə  şirə, cem, mürəbbə, turşular nümayiş etdirilirdi və bildirildi ki, 
gələcəkdə yüz adda məhsul buraxılacaqdır. Bu məhsullar yerli və xarici bazarın 
tələblərinə cavab verir, HACCP və  İSO standartlar sertifikatına layiq görülmüşdür. 
İstehsal olunan məhsul nümunələri bir çox xarici ölkə nümayəndələri tərəfindən laborator 
analizindən keçirilərək, yüksək qiymət almış və böyük maraq doğurmuşdur. 
Bu da deməyə  əsas verir ki, müəssisə  məhsullarını bir çox xarici ölkələrdə  də sata 
biləcək, Azərbaycanın yüksək keyfiyyətli məhsullarını dünyaya tanıdacaqdır.  
Prezident İlham Əliyev “Gilan Holdinq” Şirkətlər Qrupuna məxsus “Aqro-Azərinvest” 
Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə lövhə ilə  də tanış olur, Şirkətlər 
Qrupunun fəaliyyətindən bəhs edən filmə baxır. Bildirilir ki, “Aqro-Azərinvest” MMC 
2004-cü ildə yaradılmışdır. Perspektiv plana müvafiq olaraq, yeni üzümlüklər salınır. 
Cəmiyyətin respublikanın müxtəlif rayonlarında 1200 hektardan artıq torpaq sahəsi var. 
Bunun 310 hektarı öz mülkiyyətidir, qalanı isə uzunmüddətli - 99 illiyə icarəyə 
götürülmüşdür. Xanlar, Qəbələ, Yevlax, Samux rayonlarında üzüm bağları salınmışdır.  
2006-cı ildə Qəbələ rayonunda istifadəyə verilmiş və istehsal gücü saatda 1,5 min qab 
olan sexdə müxtəlif ölçülü butulkalarda ağ  və  qırmızı  şərab istehsal olunur. Burada 3 
litrlik plastik qablara doldurulmuş şərablar da buraxılır. 2007-ci ildən isə üzüm şirəsinin 
istehsalı da nəzərdə tutulur. 2008-ci ilin yığım mövsümündə isə eyni vaxtda 1000 ton 
süfrə üzümünün saxlanması üçün soyuducu anbarın və kişmiş istehsal etmək üçün illik 
gücü 1000 ton olan sexin tikintisinə də başlanacaqdır. 
Prezident İlham Əliyev “Gilan Holdinq” şirkətlər qrupunun inşa etdiyi Qəbələ ticarət 
kompleksi ilə tanış olur. Prezidentə  məlumat verilir ki, 4,6 hektar ərazidə yerləşən 


kompleksin tikintisi 2005-ci ilin iyun ayında başlanıb, keçən ilin sonunda tamamlanıb. 
Ümumilikdə, 2 milyon 625 min manat vəsait xərclənib.  Əhaliyə nümunəvi xidmət 
göstərilən kompleksdə  ən müxtəlif mallar, habelə  kənd təsərrüfatı  məhsulları satılır. 
Burada 700 nəfər işlə təmin olunub.  
Prezident  İlham  Əliyev geyim dəstləri, kompleksin süd, meyvə-tərəvəz,  ət və  ət 
məhsulları satılan bölmələrini gəzir, malların çeşidləri, qiyməti, keyfiyyəti ilə maraqlanır.  
Satıcılar, fermerlər onlara yaradılan müasir şəraitə, regionların sosial-iqtisadi 
inkişafına, kəndli fermer təsərrüfatlarına göstərilən diqqət və qayğıya görə prezidentə 
minnətdarlıq edirlər. Əhaliyə satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətindən və bu 
cür müasir ticarət obyektlərinin fəaliyyətindən razılığını deyən dövlət başçısı satış 
mərkəzinin əhəmiyyətindən danışır… 
Martın ikisində  Qəbələ  şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım 
Əliyevanın adını daşıyan parkın açılışında iştirak edən prezident İlham  Əliyev rayon 
ictimaiyyətinin nümayəndələri ilə bir arada olur. 
6,5 hektar ərazini əhatə edən parkda milliliklə müasirlik çox uyarlı şəkildə uzlaşdırılıb. 
Burada kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar üçün çay evi, restoran
diskoteka, konsert və  əyləncəli proqramlar üçün gözəl səhnə yaradılıb. Göz oxşayan 
parkda 7 süni göl, fəvvarəli hovuzlar, yaraşıqlı bulaqlar vardır. Parkda 10 mindən çox gül 
kolu və  ağac  əkilib. Xüsusilə gecə vaxtları  əsrarəngiz görünən park zəngin təəssürat 
bağışlayır. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılan bu mədəniyyət və istirahət 
obyekti müasir standartlara cavab verir. Gənclərin asudə vaxtının səmərəli keçməsi üçün 
maraqlı proqramlar təşkil olunur, kiçik yaşlı  uşaqlar üçün də karusellər və yelləncəklər 
quraşdırılıb. Kompleksdə futbol, voleybol, basketbol meydançaları, idman salonları var. 
Burada gələcəkdə rayon əhəmiyyətli yarışlar keçiriləcəkdir.  
Prezident  İlham  Əliyev incəsənət ustalarının ifasını dinləyir, idman kompleksində 
balaca karateçilərin nümunəvi çıxışlarına, futbolçuların məşqlərinə tamaşa edir.  
Azərbaycan Prezidenti parkı gəzir, rayonun gənc rəssam-larının işlərinə baxır, parka 
gəzintiyə  çıxmış sakinlərlə görüşür. Prezident İlham  Əliyevə  gənc rəssamların adından 
rəsm əsəri hədiyyə olunur.  
Sakinlər ali qonağı  və xanımını salamlayır, istirahət üçün yaradılan  şəraitə görə 
təşəkkür edirlər, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.  
Prezident  İlham  Əliyev onlara təşəkkür edərək deyir ki, park çox gözəldir.  İstirahət 
üçün hər bir şərait var, çox gözəl abadlıq işləri görülmüşdür.  İnsanlar buradan səmərəli 
istifadə edəcəklər.  
Sakinlər və balaca uşaqlarla xatirə  şəkli çəkdirən Prezident İlham  Əliyev gənclərin 
asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan diskoteka ilə də tanış olur.  
Sonra Prezident İlham Əliyev parkda istirahət edən ağsaqqallarla söhbət edir, onlarla 
nərd oynayır, çay süfrəsi arxasında  əyləşir. Burada “Zopzopu” özfəaliyyət folklor 
ansamblının nümunəvi çıxışına maraqla tamaşa edir. Ona məlumat verirlər ki, ansamblın 
Fransada, Rusiyada və digər ölkələrdə keçirilən folklor musiqisi festivallarında uğurlu 
çıxışları olub…  


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə