Microsoft Word Qebele-Son variant


AZƏRBAYCAN İNCİSİ – QƏBƏLƏ MÖCÜZƏSİ



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   2   3   4   5   6   7   8   9   ...   43

 
AZƏRBAYCAN İNCİSİ – QƏBƏLƏ MÖCÜZƏSİ  
və ya   
TARİXLƏŞƏN ANLARIN HEKAYƏTİ 
 
 
ətənin tarixi bir evin, bir ailənin, bir küçənin, bir kəndin tarixindən 
başlayır. Bəzən mütəxəssislərin illərlə arxivlərdə axtardığı ələdüşməz bir faktı 
hər hansı bir bölgənin yaşlı adamlarından asanlıqla öyrənmək olur. Sinədəftər 
ağsaqqallar, ağzıdualı  ağbirçəklər heç gözlənilmədən elə  məqamlardan söz açır, elə 
mətləbləri çözələyirlər ki, əsrlər boyunca qaranlıq qalan gizlinlərin sirri bir andaca 
açılır, qatı zülmətlərə nur çilənir. Ona görə də dünya təcrübəsində şifahi tarixlə yazılı 
tarix qoşa qanad kimi həmişə paralel öyrənilir.  
Bu baxımdan son zamanlar Azərbaycanın ayrı-ayrı bölgələri ilə bağlı tarixçilərlə 
yanaşı müxtəlif  peşə adamlarının yazıb nəşr etdirdikləri kitablar mühüm əhəmiyyət 
kəsb edir. Öz zəngin tarixi keçmişi, misilsiz təbii gözəllikləri,  əlverişli coğrafi 
mövqeyi ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Qəbələdir. 
Arxeoloqlar Qəbələ xarabalıqlarında apardıqları qazıntılar zamanı çoxlu yaşayış 
evləri, məbədlər, mühafizə divarları üzə  çıxarmışlar. Qədim  şəhərin küçələrinə daş 
döşənməsi, evlərin damının kirəmitlə örtülməsi kimi maraqlı faktların aşkarlanması isə 
antik dövr alimi Plininin “Kabala Albaniyanın  ən üstün şəhəridir” fikrini bir daha 
əyani  şəkildə sübuta yetirmişdir. Bununla yanaşı, zaman-zaman üst-üstə qalanmış 
torpaq laylarının altından boy göstərən çiy kərpicdən tikili evlər, sütunlu binalardan 
ibarət saray kompleksi, ellinizm dövrünə məxsus iri pul dəfinəsi, böyük taxıl anbarları 
da qədim Qəbələnin şöhrətli tarixinin açılmamış qatlarına işıq salır. 
Bu gün sahəsi 1548,6 kvadrat kilometr olan, əhalisinin sayı isə 93 min nəfəri ötən 
müasir Qəbələ Böyük Qafqaz dağlarının cənub yamacına sığınmış al-əlvan təbiət 
xalısına bənzəyir. Bazardüzü, Bazaryurd, Tufan zirvələrində qanad çalan qartalların 
məğrurluqla süzdüyü bu bənzərsiz yurdun qoynu ana Azərbaycana dünyanın hər 
yerində başucalığı gətirən nadir incilər, təbii sərvətlər, tükənməz xəzinələr saxlancıdır. 
Onların arasında, tarixi qalaların, mədəniyyət abidələrinin,  füsunkar mənzərələrin, 
lacivərd meşələrin, bir sözlə, flora və fauna aləminin hər birinin özünəxas üstünlüyü 
var.  
Qəbələni şərəfləndirən şair Molla Gülü, general və yazıçı İsmayıl bəy Qutqaşınlı, 
yazıçı-pedaqoq  İbrahim bəy Musabəyov kimi görkəmli  şəxsiyyətlər hər bir 
azərbaycanlının qəlbini qürurla doldurub. Onların varisləri olan dünya şöhrətli alimlər 
– Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri,  əməkdar elm xadimləri, 
professorlar Umnisə Musabəyova,  Yusif Musabəyov, Məcid Mərdanov, Xəlil 
Əlimirzəyev, Cahangir Qəhrəmanov, Dursun Hüseynov, Firudin Haşımzadə, Qara 
Əhmədov və neçə-neçə başqa ziyalılar milli elmimizin beynəlxalq miqyasda tanınması 
naminə çoxlu uğurlara imza atıblar. Bu yurdcanlı insanların sırasında maarifpərvərlər, 
V


müəllimlər, söz adamları, həkimlər, kənd təsərrüfatı mütəxəssisləri, sənətkarlar, 
incəsənət ustaları  və digərləri də havasını udub, çörəyini yeyib, suyunu içdikləri, 
doğma qoynunda boya-başa çatdıqları  Qəbələyə bir ömür boyunca öz övladlıq 
borclarını verməyə çalışırlar.  
Bu baxımdan istedadlı jurnalist Şəlalə Məhyəddinqızının oxuculara ünvanladığı bu 
kitab da doğma yurda dəyərli mənəvi borclardan biri kimi qəbul edilə bilər. Bəri 
başdan deyim ki, hələ Bakı Dövlət Universitetində  təhsil aldığımız illərdən 
vətənpərvər bir qız kimi yaxşı tanıdığım, o zamandan bəri Azərbaycan radiosunda 
səsini və sözünü ardıcıl olaraq rəğbətlə dinlədiyim  Şəlalə xanımın ustalıqla qələmə 
aldığı  vətən duyğulu toplu Azərbaycanın  əsrarəngiz bölgələrindən olan Qəbələ 
haqqında publisistik simfoniya təsiri bağışlayır.  
Kitab son zamanlar Azərbaycan dövlətinin qayğısı sayəsində sözün həqiqi 
anlamında sürətlə inkişaf edən, öz zahiri görkəmini gündən-günə yaxşılığa doğru 
dəyişən, kəndə məxsusluğunu qorumaqla müəyyən qədər şəhərləşən Qəbələnin çağdaş 
tarixinə ayna tutur. Müəllif haqlı olaraq öz əsərində bu ulu yurd barədə məlumatı az və 
ya yanlış olan oxucuları da nəzərə alaraq Qəbələnin  şanlı-şöhrətli keçmişinə  də 
vüqarla üz tutur. O, minilliklərin o üzündən bəri zamanın keşməkeşlərindən alnıaçıq-
üzüağ  çıxan qədim vətən torpağının yaddaşına hopmuş köhnə yazıların tozunu alır, 
ürəyində Azərbaycan sevgisi yaşadan hər bir vətəndaşın iftixarına çevrilə biləcək tarixi 
faktları yığcam şəkildə bircə-bircə yenidən xatırladır.  
Şəlalə  Məhyəddinqızının kitabında Qəbələ rayonunun sosial-iqtisadi inkişafı 
müstəqil Azərbaycan Respublikasının hərtərəfli tərəqqisi fonunda aydınca 
işıqlandırılır. Xüsusilə ümummilli lider Heydər  Əliyevin, ölkə prezidenti İlham 
Əliyevin bölgəyə  səfərlərinin  ətraflı  işıqlandırılması maraq doğurur. Müəllif onların 
yerli sakinlərlə görüşlərini, səmimi  şəkildə söhbətləşmələrini, qarşıya çıxan müxtəlif 
səpkili problemlərin həlli yönümündə yerindəcə düzgün qərarlar çıxarıb tapşırıqlar 
vermələrini anbaan izləyir. O, bu görüşlərin nəticə baxımından bir sıra çətinliklərin 
üstündən qələm çəkdiyini, camaatın dövlət başçısına inamını artırdığını görülmüş işləri 
sadalamaqla, konkret örnəklər gətirməklə təsdiqləyir. 
Qəbələdən millət vəkili seçilmiş Fəttah Heydərovun son zamanlar bu bölgənin daha 
da çiçəklənməsi naminə  səmərəli xidmət göstərdiyi də kitabın səhifələrində aydın 
boyalarla verilmişdir. Sözün həqiqi mənasında el ağsaqqalına çevrilmiş bu görkəmli 
ziyalının xüsusi qayğısı sayəsində həyata keçirilmiş tədbirləri minnətdarlıqla sadalayan 
müəllif haqlı olaraq Milli Məclisin başqa üzvlərini də bu cəhətdən ondan nümunə 
götürməyə, başqa sözlə, seçicilərə verdikləri şirin vədlərə əməl etməyə çağırır. 
Kitabda Qəbələ rayonunda təhsilin və səhiyyənin vəziyyəti, mədəniyyət və idman 
həyatı haqqında da geniş söhbət açılır, bu mühüm sahələrdə qazanılan uğurların 
səbəbləri açıqlanır. Qəbələnin kəndləri, müqəddəs türbələri, inanc yerləri, abidələri, 
tarixi  şəxsiyyətləri və s. haqqında məlumatlar da oxucuların marağına səbəb olacaq 
amillərdəndir. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə