Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   2   3   4   5   6   7   8   9   ...   43

sənaye potensialı bir neçə  dəfə, mənzil fondu iki dəfə, elmi potensialı bir neçə  dəfə, 
qabaqcıl texnologiyalarla təchizatı bir neçə on dəfə artırıldı.” 
Tarixi abidələrin bərpası, mühafizə olunması istiqamətində Heydər Əliyevin gördüyü 
işlər də təqdirəlayiqdir. O vaxtlar Qəbələ rayonunda Radiolokasiya Stansiyasının tikintisi 
üçün bölgəyə  gələn Rusiya mütəxəssislərinin  əsrlərə  şahidlik edən tarixi abidələrdən 
birinə, Qədim Albaniyanın nişanəsini bildirən bu məkana laqeyd münasibəti cavabsız 
qalmır. Belə ki, həmin stansiyaya Mingəçevirdən çəkilən yüksək gərginlikli elektrik xətti 
qalanın cənub darvazasının üstündən keçməli idi. İş o qədər sürətlə gedirdi ki, artıq xəttin 
özülləri də (bu dirəklər indi də qalmaqdadır) basdırılmışdı. Təbii ki, bu layihə reallaşsa 
idi, onda arxeoloqların qazıntıları da yarımçıq qala bilərdi. Elektrik xətti çəkildiyi zaman 
mərhum alimimiz, tarix elmləri namizədi Firudin Qədirov vəziyyətlə bağlı Heydər 
Əliyevə teleqram vurur. Məsələdən hali olan Heydər Əliyev təcili Dövlət Komissiyasına 
tapşırıq verir ki, işi araşdırsın.  Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri 
Qurban Xəlilovun  rəhbərliyi ilə  işə başlayan komissiya üzvləri  Əliş  Lənbəranski,  İqrar 
Əliyev və Həsən Abdullayev doğrudan da bu tarixi ərazinin təhlükə qarşısında olduğunu 
bildirirlər. 17 yanvar 1978-ci ildə Azərbaycan KP MK “Qutqaşın rayonunda tarix və 
mədəniyyət abidələrinə  səhlənkar münasibət haqqında” qərar qəbul edir. Qərara müvafiq 
olaraq elektrik xətti cənub darvazasından uzaqlaşdırılır,  ətrafdakı çayın kənarına bənd 
çəkilir, arxeoloji tədqiqatlar genişləndirilir. Qəbələdən bəhs edən dissertasiyaların  əhatə 
dairəsi artırılır, ən başlıcası isə Qəbələ Dövlət-Tarix Mədəniyyət Qoruğu yaradılır... 
Elə o zaman sözünün dəyəri olan Heydər Əliyevin qəti iradəsi ilə layihə dəyişdirilərək 
başqa istiqamətə  çəkilir. Halbuki həmin layihə daha ucuz başa gəlirdi və elektrik 
dirəklərinin basdırılmasına xeyli maliyyə  vəsaiti xərclənmişdi. Ancaq buna baxmayaraq 
Heydər  Əliyevin ciddi narazılığına səbəb olduğundan layihə  dəyişdirilir. Beləliklə, daha 
bir mənəvi sərvətimiz, möhtəşəm tarixi abidəmiz mühafizə olunaraq diqqətdən kənarda 
qalmadı. Qədim məskəndə aparılan qazıntılarla bağlı alimlərimizin, arxeoloqlarımızın son 
yenilikləri bu gün də elmi ictimaiyyət tərəfindən maraqla izlənilir. 
Heydər  Əliyevin rayonlarda əhali ilə görüşü maraqlı hadisələrlə  zəngin olduğu üçün 
heç vaxt unudulmur. Özü ilə bölgəyə yenilik aparan, hansısa müəssisənin təməlini qoyan, 
yaxud sadə camaatla görüşündən məmnunluq duyub, yurdunun əzəmətindən ilham alan 
mahir siyasətçi elə bu keyfiyyətlərinə görə  də    əhali tərəfindən yüksək səviyyədə 
qarşılanırdı.. 
Qəbələ rayon sakinlərinə onu yaxından görmək, söhbətini dinləmək səadəti nəsib 
olmuşdu. Xüsusən də yaşlı  nəsil Heydər  Əliyevin 1978-ci il səfərini tez-tez xatırlamalı 
olur. Hər dəfə də bölgəyə gələndən sonra sakinlərə nə vəd edirsə, dedikləri çox keçmir ki, 
reallığa çevrilir. Bir vaxtlar əhalinin paytaxta gələrkən uzaq məsafələr qət etməsi çətinlik 
yaradırdısa, Heydər  Əliyevin tapşırığı ilə  Şamaxı-İsmayıllı istiqamətindən çəkilən 
avtomobil yolunun inşası  təkcə bir rayonu deyil, bura yaxın digər  əraziləri də Bakıya 
yaxınlaşdırdı. Yaşlı insanların dediyinə görə,  İkinci dünya müharibəsindən  əvvəl bu 
barədə söz-söhbət getsə də insanlar xəyalən bu barədə düşünürdülər. Yeni yol isə məhz bu 
dahi insanın səyilə salındı. Həm də Heydər Əliyevin özünün dediyi kimi, bu yol ona görə 
maraqlıdır ki,  Azərbaycan təbiətinin gözəlliyini nümayiş etdirir. 


Səfəri başa vurana qədər bir neçə rayonu fəth etməli olursan. Bəlkə bu yolları elələri 
var ki, min dəfə adlayıb. Ancaq yol yoldaşı olanda insanların sifətindən elə oxunur ki, 
sanki birinci dəfədir bu yola çıxırlar. Nəzərlər təbiətin gözəlliyinə yönəlir və hamı sükut 
içində ilahinin qələmə aldığı canlı tablolara tamaşa etməkdən zövq alır. Mərkəzi yoldan 
kənara çıxsan Pirqulunun möcüzəsinə düşürsən, ya da balaca bir yol səni sirli aləmə, 
Lahıca aparır. Yoluna davam eləyib,  kənara çıxmasan daha möhtəşəm məskənə-
tarixlərin,  əsrlərin yaddaşı olan Qədim Qəbələyə yetişirsən. Rayonun ən böyük kəndi 
Vəndam indi qəsəbə statusu alıb. Xalqın sevimli oğlunun kənd sakinləri ilə görüşü isə 
bütünlükdə  vəndamlılarda xoş xatirələrlə yadda qalsa da,  söhbətin məğzini anlayanda 
görülən işlərin böyüklüyü, Heydər Əliyevin nələrə nail olması, nə etmək istəyi və bunların 
arxasında gələcək inkişaf üçün çalışan bir insanın düşüncələri ilə rastlaşırsan. Həmin 
söhbəti olduğu kimi xatırlayaq. 
 


 
 
Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Qəbələ rayonunun 
Vəndam kəndinin sakinləri ilə görüşü 
8 noyabr 2002-ci il 
 
Kənd ağsaqqalı:  Cənab prezident, xoş  gəlmisiniz! Allah canınızı sağ etsin, 
uzunömürlü olasınız! 
Heydər Əliyev: İlham müəllimi tanıyırsınız da. 
Kənd ağsaqqalı: İlham müəllim bizim ürəyimizdir. 
Heydər Əliyev: Necəsiniz, nə var, nə yox? Bura rayonun mərkəzidir, yoxsa? 
Yerdən səslər: Xeyr, bura Vəndam kəndinin mərkəzidir. Bu kəndin 8 min əhalisi var. 
7 kəndi əhatə edir. 
Heydər Əliyev:  8 min? Mənimlə görüşə gəldiyinizə görə sağ olun, təşəkkür edirəm. 
Mən sizin hamınızı salamlayıram. Hamınıza xoş arzularımı, hörmət-ehtiramımı 
bildirirəm. 
Yerdən səslər: Çox sağ olun, biz Sizə çox minnətdarıq. 
Heydər Əliyev: Görürəm, Vəndam böyük kənddir, 8 min əhalisi var, eyni zamanda, 
çox gözəl təbiəti olan bir yerdir. Mən keçmişdə də bu yolla gəlmişəm. Yəqin ki, bilirsiniz, 
vaxtilə bu yolun açılmasını da mən təmin etdim. Yadınızdadırmı? 1980-ci illərdə  mən 
təmin etdim. Əvvəllər bu yol yox idi. Siz o biri yolla Bakıya gedirdiniz. 
Yerdən səslər: Bəli, Ağdaşdan, Göyçaydan Bakıya gedirdik. 
Heydər  Əliyev:  Ağdaşdan, Göyçaydan keçib Bakıya gedirdiniz. Yolunuz nə  qədər 
uzaq olurdu. Elədirmi? Biz bu yolu açdıq, bir neçə körpü tikdik, burada işlədiyim əvvəlki 
dövrün son illəri 1981-1982-ci illər idi. Mənim yadımdadır, bu yolun çəkilməsini xahiş 
etmişdilər, mən də bunu etdim. İndi Bakıya yolunuz qısalıbdır. Özü də yol belə gözəl 
meşənin içindən keçir. Adam baxır, deyir ki, burada təbiət nə qədər gözəldir. Siz belə bir 
yerdə yaşayırsınız. Belə yerdə yaşayan adamlar da həm fiziki cəhətdən, həm də  əqli 
cəhətdən sağlam olur, həm də ki, zəhmətkeş, fədakar olur, elədirmi? 
Kənd ağsaqqalı: Mənim yaşım 90-dan yuxarıdır. 
Heydər Əliyev: 90-dan yuxarı yaşın var? A kişi, nə danışırsan? 
Kənd ağsaqqalı: Bəli, adım da Süleymandır. Dəmirov Süleyman Mikayıl oğlu. 
Heydər Əliyev: Maşallah! 
Süleyman Dəmirov: Biz həmişə Sizə duaçıyıq. 
Heydər Əliyev: Övladın var? 
Süleyman Dəmirov: Var. Nəvəm də var, cəbhə bölgəsindədir, mayor rütbəsindədir, 
400-500 əsgəri var. 
Heydər Əliyev: Maşallah. Çox sağ ol. Təşəkkür edirəm ki, nəvən cəbhə bölgəsindədir. 
90 yaşında? Bəlkə mən də gəlib burada yaşayım, 90 yaşa qədər çatım. Sizin əkdiyiniz nədir, 
taxıldır? 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə