Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   2   3   4   5   6   7   8   9   ...   43

Qəbələ rayonunun tarixinə nəzər saldıqda görünür ki, mərkəzdən 20 km cənub-qərbdə 
yerləşən Qafqaz Albaniyasının paytaxtı olan Qədim Qəbələ şəhərinin adını daşıyır...  
Qəbələ  qədim dünyanın məşhur  şəhərləri ilə müqayisə ediləcək dərəcədə mühüm, 
siyasi-iqtisadi və ticarət mərkəz-lərindən biri olub. Antik dövrə aid olan böyük binaların 
qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər 
olduğunu sübut edir. Qədim Qəbələ eramızdan  əvvəl  IV əsrin sonu - III əsrin 
əvvəllərində  şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər 
yaşamışdır... 
XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşın sultanlığı 
yaradılır. Qutqaşın sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil edilir, Şəki 
xanlarının təyin etdiyi naiblər tərəfindən idarə olunur... 
1930-cu ildə    Qutqaşen rayonu yaradılır. 1991-ci ilin martında rayonun adı 
dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlandırılır... 
Rayonda yüzlərlə tarix və  mədəniyyət abidələri var. Onlara misal olaraq Əmili 
kəndində IV-VIII əsrlərə aid olan alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, 
Bayramkovxalı kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə 
aid məqbərəni, Həmzəlli kəndində XVI əsrə aid Şıxbaba pirini, Kov Murad dağının 
zirvəsindəki Kov Murad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış 
Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə  kəndində  Şeyx Bədrəddin və  Şeyx 
Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda 
eramızdan əvvəl III-I əsrlərdə insan məskəni olub. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, 
tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib. 
Azərbaycanın şimal ərazisində dağlıq və aran rayonlarda həmin dövrə aid olan arxeoloji 
mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır. Qəbələ şəhərində müdafiə təyinatlı qədim 
qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid,  İmam Baba məqbərəsi (XVIII-XIX 
əsrlər), Cümə  məscidi, eləcə  də böyük tarix diyarşünaslıq muzeyi var. Rayona gələn 
turistlər də tarixin canlı  şahidləri olan bu mədəniyyət abidələri ilə yaxından tanış olur, 
onlar barəsində daha dolğun informasiyaları həmin muzeydən öyrənirlər.       
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust  2001-ci ildə təsdiq edilmiş 
“Azərbaycan Respublikası  ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və 
mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü”ndə Qəbələdə olan 93 tarix, 
memarlıq, mədəniyyət, incəsənət abidəsinin adı, yeri və tarixi barədə məlumatlar var. 
Bunlardan 1-i, Qədim Qəbələ şəhəri, antik dövrə məxsus olan, dünya əhəmiyyətli, 61-i 
respublika əhəmiyyətli, 31-i yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələridir. 
Qədim Qəbələ haqqında yunan, roma, ərəb, fars, türk, gürcü mənbələrində  məlumat 
var. Roma müəllifi Böyük Plini (I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası 
Ptolemey (II əsr) Xabala, ərəb tarixçilərindən Balazuri (IX əsr) Xəzər adlandırmışlar. 
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası  şəhərin daha 
qədim və böyük hissəsini aşkara çıxardı, buranın e.ə.IV-b.e.I  əsrlərinə aid olduğunu 
müəyyənləşdirdi. 
Arxeoloji tədqiqatlar zamanı  Qəbələ  ərazisində böyük tikililərin qalıqları, qala 
bürcləri, ocaq və  təndir qalıqları, müxtəlif dövrlərə aid gil qabları, tunc, gümüş  və  qızıl 


sədəf və sümükdən bəzək əşyaları, şüşə  məmulatı, tikinti meterialları, kərpic döşəmələr, 
şəhəri bulaq suyu ilə təchiz etmək üçün istifadə olunmuş tünqlər və s. aşkar edilmişdir... 
Tarixin bizə yadigarı olan Qəbələ dünənki günümüzdə kasıb,  əhalisinin çətin 
dolanışığı ilə yadda qalan rayon bu gün isə iqtisadi cəhətdən yüksəlişi ilə  öyündüyümüz 
və dünyanı heyrətdə saxlayan, sözün əsl mənasında hər cəhətdən zəngin məkandır.  
 
 
 


 
Bu yerlərin gözəlliyi məni heyran etdi. 
 
 
 
 
 
         
HEYDƏR ƏLİYEV 
 
HEYDƏR ƏLİYEV QƏBƏLƏDƏ 
 
 
eni Azərbaycan Partiyasının yaranması xəbəri hər tərəfə o cümlədən Qəbələyə 
əks-səda verdi. Bunun da əsas səbəblərindən biri onun özülünün xalqımızın 
sevimli oğlu Heydər  Əliyev tərəfindən qoyulması idi. Çünki o zaman Azərbaycan xalqı 
uçurumda ikən öz taleyini ancaq bu mahir siyasətçiyə etibar edə bilərdi. Bütün dünyanın 
tanıdığı, siyasət arenasında özünü təsdiqləyən bir insana güman var idi. Azərbaycanın 
rəhbəri olduğu dövrdə öz ölkəsinin sabahı naminə onun nə qədər böyük işlər gördüyünün 
real şahidi olanlar inanırdılar ki, millətin dar günündə xilaskarı ancaq Heydər Əliyevdir. 
Onunla müqayisə ediləcək heç kim yox idi. Özü qədər xalqına bağlı olan ikinci bir dövlət 
xadimi tanımırdıq. “Xalqın gözü tərəzidir”-deyən atalarımızın yenə haqlı olduğu 
təsdiqləndi.  
Heydər  Əliyevin bilərəkdən siyasətdən uzaqlaşdırılmasına çalışanların bəd niyyətinə 
görə onun hakimiyyətdən getməyi ilə Azərbaycanın məhvi labüd idi. Bunu anlayanlar 
birinci növbədə belə  məkrli bir addım atıb, onu gah xalqın gözündən salmağa səy 
göstərdilər, gah da siyasi iradəsini qırmaq fikrinə düşdülər. Ancaq yanıldılar, çünki onun 
böyüklüyü də elə onda idi ki, Heydər  Əliyev məğlubedilməz idi. Onu hələ yaxşı 
tanımamışdılar. 
Doğma xalqına arxalanan Heydər Əliyev bu inamdan güc alaraq cəsarətləndi, qətiyyəti 
ilə dözümlü olduğunu sübuta yetirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycanın 
Moskvadakı  səlahiyyətli nümayəndəliyinə  gələrək öz övladları ilə  bərabər etiraz səsini 
yüksəltdi. Dünya mətbuatının nümayəndələrinə Azərbaycandakı real durumu bildirdi. 
Əliyalın insanların tanklar altında  əzilməsində günahı olanları bir-bir tanıtdı. Nə  yırtıcı 
Sovet hakimiyyətinin xofundan qorxdu, nə də Rusiyanın paytaxtında həqiqəti deməkdən 
çəkindi. Xaricdən qaynaqlanan yad əllərin ssenarisi ilə ölkənin başında duran bəzi 
qüvvələrin Heydər Əliyevə mənfi münasibət bəsləməsi də onun iradəsini qıra bilmədi. 
Moskvada mənəvi təzyiqlərə  məruz qalan Heydər  Əliyev öz milləti naminə bütün 
mərhumiyyətlərə dözdü. Öz torpağına qayıtdı. Naxçıvanlılar onun gəlişindən məmnunluq 
duyub hava limanında onu gözlərində yaş,  əlləri göylərə açılı qarşıladılar. Heydər 
Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biridir. 
Onun cəmiyyətdəki nüfuzu  imkan verdi ki, hələ 1992-ci ildə Naxçıvanda təsis konfransı 
keçirən Yeni Azərbaycan Partiyası  qısa bir vaxtda təşkilatlansın, ölkənin bütün 
bölgələrində ilk özəklərini yaratsın və 1993-cü ildə iqtidara gəlsin.   Bütovlükdə 
Azərbaycanın Heydər  Əliyevə ehtiyacı var idi. Onun hakimiyyətə  gətirilməsi, millətə 
sahib çıxması xalqın tələbi idi.  
Y


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə