Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

yaradılacaq yeni-yeni müəssisələrin açılışında iştirak edəcəyik. Doğma Vətənimizi 
hərtərəfli inkişaf etdirəcəyik. 
Bir daha sizin hamınızı bu körpünün açılışı münasibətilə ürəkdən təbrik edirəm. 
Xeyirli, uğurlu olsun. Sağ olun.” 
Bu hadisə əlamətdar bir dövrə təsadüf edir. Baş nazir İlham Əliyevin ucqarda yaşayan 
sakinlərlə ilk görüşü həm də ona görə yadda qalan oldu ki, bir neçə gündən sonra ölkə 
prezident seçkiləri ərəfəsində idi.  
Gördüyü işlərlə xalqda etimad yaradan gənc siyasətçinin birbaşa yerli əhalinin 
içərilərinə  getməsi və yerindəcə  vədi insanların diqqətindən yayına bilməzdi. Yüksək 
əhval-ruhiyyədə qarşılanan siyasət aləminin yeni lideri öz ünsiyyəti ilə özünə inamın 
əsasını qoydu... 
Bu söhbətdən çox vaxt keçmir. Ölkədə gedən quruculuq işləri, nəhəng layihələr 
reallaşdıqca, sürətlənən iqtisadiyyat bölgələrdə  də hiss olunur. Xalqımız öz dahi 
şəxsiyyətini itirsə də, onun amalları  bu gün yenə də özünün etibar edib arxalandığı İlham 
Əliyevin siyasi xəttində  uğurla həyata keçirilir, elimizə, obamıza yeniliklər gətirir.  
Heydər  Əliyev düşüncəsindən ilham alan və dahi şəxsiyyətin təcrübəsindən bəhrələnən 
gənc siyasətçi Azərbaycanı özünəməxsus yaradıcılığı ilə inkişaf etdirir.  İlham  Əliyev 
bütün siyasi məqsədlərini məhz Azərbaycanın lider olmasına səfərbər etdiyi üçün  layiqli 
bir insana etibar edilən bu millət öz seçimindən razıdır.   
Dövlətin iqtisadi təməli güclü olmalıdır ki, vətəndaşların həyat səviyyəsi bugünün 
tələbatına tam cavab versin. Məhz buna görə  də ilkin olaraq İlham  Əliyev regionların 
inkişafına çalışdı, bir neçə dövlət sənədi imzaladı ki, bölgələrdə həyat öz axarına düşsün.  
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2004-cü ildən həyata 
keçirilməyə başladı. Həmin sənədə əsasən bütün rayonların spesifik xüsusiyyətinə uyğun 
olaraq yerlərdə islahatlar keçirildi. Bir neçə bölgədə  əlavə  tədbirlərin görülməsi 
istiqamətində yeni dövlət sərəncamları da qüvvəyə mindi. Qarşıdakı illər  ərzində dövlət 
tərəfindən verilən bütün tapşırıqlar reallaşmalı idi. 
Qəbələ rayonunda da görüləsi işlər həddindən artıq çox idi. İllərlə  yığılıb qalan 
problemlər həllini gözləyirdi... 
 
 
 
 


 
 
PREZİDENT İLHAM ƏLİYEVİN QƏBƏLƏYƏ  
2005-ci il AVQUST SƏFƏRİ 
 
övlət başçısının Qəbələ rayonuna prezident kimi ilk gəlişi idi. Əhali yeni 
rəhbərin ölkəni tikinti-quruculuq meydanına çevirdiyinin şahidi olduğundan onun 
bu bölgəyə  səfərinə  də ümidlə baxdı. Həm də bu gəliş yeni bir ünsiyyətin başlanğıcı 
sayılmalıdır. Bu dəfə  də sadə kütlənin arasında olduğundan məmnunluq duyan, onları 
narahat edən məsələləri özlərinin dilindən eşidən cənab  İlham  Əliyev rayonda gedən 
dəyişikliyə təkan verdi. 
Ölkə başçısının bu səfəri təkcə rayon üçün deyil, ölkə  əhəmiyyətli obyektlərin 
təməlinin qoyulması ilə yadda qaldı. Səmimiyyətlə qarşılanan dövlət başçısı ümummilli 
liderin adına salınmış bağda sakinlərlə görüşdü. Heydər  Əliyevin abidəsinin önündə baş 
əydi. Ağsaqqalların söhbətini dinlədi, problemləri və qayğılarıyla maraqlandı. Təbii ki, 
yenə də hər yerdə olduğu kimi ən isti sözləri eşitdi, layiq olduğu dəstəyi gördü. Apardığı 
daxili və  xarici    siyasətin uğurundan danışan rayon nümayəndələri bölgələrin inkişafı 
üçün gördüyü işlərə görə prezidentə minnətdarlığını bildirdilər... Həmin səfəri olduğu 
kimi xatırlayaq.  
Azərbaycan Prezidenti İlham  Əliyev avqustun 18-də Heydər bağında sakinlərlə 
görüşdükdən sonra Qəbələ rayon Mədəniyyət Evinə  gəlir. Burada Mədəniyyət Evinin 
ansamblının çıxışını dinləyir sonra təşkil edilmiş  sərgi ilə tanış olur. Son aylar ərzində 
görülən işlər və sərgi barədə  məlumatlanan dövlət başçısı 2004-cü ildə Bakıda keçirilən 
müsabiqədə birinci yer tutan Texniki yaradıcılıq mərkəzinin əl işlərinə tamaşa edir. 
Azərbaycan Prezidenti Uşaq yaradıcılıq mərkəzində məşğul olanların əl işləri, qədim 
xalq sənəti nümunələri, “Mənsur 555” müəssisəsinin istehsal etdiyi mebellə, qapı  və 
pəncərələrlə tanış olur. Regionların Sosial-İqtisadi  İnkişafı Dövlət proqramına uyğun 
olaraq, bu müəssisə fəaliyyətini genişləndirib və əlavə 20 iş yeri açılıb.  
Ağac üzərində oyma sənəti ilə  məşğul olan Şahin Rəhimov öz əl işləri barədə 
Azərbaycan dövlətinin başçısına məlumat verərək deyir ki, bu məhsullar xaricilər 
tərəfindən də yüksək qiymətləndirilir və münasib qiymətə satılır. Prezident İlham Əliyev 
xalq sənətinin, onun dəyərli nümunələrinin qorunub saxlanmasının vacibliyini bildirir. 
Sonra Azərbaycan Prezidenti incəsənət məktəbi uşaqlarının əl işlərinə, turizm istirahət 
mərkəzlərinin fotoşəkillərinə, “Azərxalça”nın yeni yaranmış  və 80 nəfərlik işçisi olan 
Qəbələ filialında toxunan xalçalara baxır, makaron məmulatları fabrikinin məhsullarının 
çeşidləri ilə maraqlanır. Bildirilir ki, bu fabrikdə 20 nəfər işlə təmin olunub. 
Prezident İlham Əliyev sərgidə nümayiş etdirilən məhsullara bazarda tələbat olduğunu
qədim xalq sənətinin yaşadılmasının zəruriliyini vurğulayır, sahibkarlara dövlət tərəfindən 
bundan sonra da qayğı göstəriləcəyini bildirir. 
Azərbaycan Prezidentinə üzərində ümummilli liderimiz Heydər  Əliyevin, özünün 
portretləri və Azərbaycanın bayrağı toxunmuş xalçalar hədiyyə edilir.  
D


Azərbaycan Prezidenti daha sonra yeni bərpa olunmuş Mədəniyyət Evi, onun 300-dən 
çox tamaşaçı tutan yaşıl teatrı ilə tanış olur və burada xatirə şəkli çəkdirir...  
Həmin gün Azərbaycan Prezidenti İlham  Əliyev Qəbələdə yenidən bərpa edilmiş 
Cümə  məscidində olur. Qəbələdə  məscid 1899-1906-cı ildə tikilib, 1920-ci ilədək dini 
ocaq kimi fəaliyyət göstərib. Sonralar binadan savadsızlığın ləğvi klubu, anbar, kinoteatr, 
mədəniyyət evi, muzey kimi istifadə edilib. 2005-ci ildən bərpa edilərək yenidən 
dindarların ixtiyarına verilib. Burada eyni vaxtda 1000 nəfər namaz qıla bilir. Rayon 
mərkəzində başqa bir məscid də vardır.  
Prezident  İlham  Əliyevi burada məscidin axundu ehtiramla qarşılayır. Qurani-Kərim 
hədiyyə edilir, Azərbaycan dövlətinin başçısına Allah-Təaladan cansağlığı, uzun ömür 
arzulanır.  
Axund məscidi ziyarət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edərək deyir ki, 
Azərbaycanın inkişafı yolundakı  fəaliyyətinizdə Allah sizə yar olsun. Xalqın  ədalətli 
Prezidentisiniz və biz hamımız Sizin uğurlu siyasətinizi dəstəkləyirik və daim Sizə arxa 
olacağıq.  
Prezident  İlham  Əliyev dindarlara uğurlar və xoşbəxtlik arzulayaraq bildirir ki, çox 
şadam, rayonlarda böyük işlər görülür, yerlərdə vəzifəli şəxslər, icra hakimiyyəti başçıları 
yaxşı  işləyirlər. Abadlıq, quruculuq işləri gedir, problemlərin aradan qaldırılması üçün 
mühüm tədbirlər görülür. Bütün dövrlərdə xalqın həqiqi lideri olan Heydər  Əliyevin 
uzaqgörən siyasəti indi də öz bəhrəsini verir. Eyni zamanda milli-mənəvi, dini 
dəyərlərimizin qorunmasında da ulu öndərin böyük xidmətləri vardır.  
Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladan Prezident İlham 
Əliyev deyir ki, ulu öndərimiz 1970-ci illərdəki fəaliyyəti zamanı Azərbaycanın bugününü 
düşünürdü. Çünki ən böyük sərvət xalqın, dövlətin azadlığı və xoşbəxtliyidir. Azərbaycan 
Prezidenti bildirir ki, görülən işlər daha da sürətlənəcəkdir.  “İstəyirik ki, problemlər tez 
həll olunsun, lakin bunun zamana da ehtiyacı vardır. Ancaq biz siyasi, iqtisadi istiqaməti 
düz seçmişik.  Əsas odur ki, bölgələr inkişaf etdirilir, onların problemləri həll olunur. 
Bölgələrin paytaxt Bakının səviyyəsinə çatdırılması üçün çox işlər görülməlidir”.  
Dindarlar Prezidentə bir daha təşəkkürlərini bildirirlər, ölkə-mizdə aparılan quruculuq 
işlərini yüksək qiymətləndirirlər... 
İlham Əliyev avqustun 18-də daha bir neçə yerə baş çəkir. Qəbələ şəhərinə çəkilmiş 
yeni içməli su xəttinin açılış mərasimində iştirak edir. Tikilməkdə olan konserv zavodu ilə 
tanış olur və müəssisənin inzibati binasının təməlinin qoyulması  mərasiminə qatılır. 
Həmçinin  İlham  Əliyev Qəbələdə “Gilan” yeyinti məhsulları istehsalı müəssisəsinin 
açılışını da edir. Bu müəssisə fındıq emalı və çörək zavodlarından ibarətdir... 
“Gilan” tikinti materialları istehsalı müəssisələri kompleksinə  gələn prezident İlham 
Əliyev burada iki qum-çınqıl zavodu və asfalt zavodu, tikilməkdə olan kərpic zavodu və 
yeni yaradılmış “Aqrotexservis”lə tanış olur, Belarusdan alınmış  kənd təsərrüfatı 
texnikasına baxır.  
Müəssisənin rəhbəri Tofiq Allahverdiyev bildirir ki, “Gilan” tikinti materialları 
istehsalı müəssisəsi 2004-cü ildə yaranıb. Kompleksə 4 zavod, 1 aqroservis xidməti 
daxildir. Qum-çınqıl zavodlarından birinin dəyəri 200 min ABŞ dolları, sutkalıq istehsal 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə